×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
02.04.2008
QEYDİYYAT NÖMRƏSİ
034
ADI
“Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”a əlavə və dəyişikliklər
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-05-2008, Nəşr nömrəsi: 04-05)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.04.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
"Təsdiq edilmişdir"

"Təsdiq edilmişdir"

"Təsdiq edilmişdir"

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası

yanında Qiymətli Kağızlar üzrə

Milli Bankının İdarə Heyəti

Dövlət Komitəsi

Protokol  08

Əmr   034

07 mart 2008-ci il

02 aprel 2008-ci il

İdarə Heyətinin sədri

Sədr _________________ G.Məmmədov

____________________ Elman Rüstəmov

 

“Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”a əlavə və dəyişikliklər [1]

 

 

Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 01 may 2001-ci il tarixli qərarı ilə (protokol №15) razılaşdırılmış və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin 04 iyun 2001-ci il tarixli, 049 nömrəli Əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar"a (Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin 02 sentyabr 2004-cü il tarixli, 151 nömrəli və 29 sentyabr 2006-cı il tarixli, 182 nömrəli Əmrləri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 30 avqust 2004-cü il tarixli qərarları ilə razılaşdırılmış və 14 sentyabr 2006-cı il tarixli qərarları ilə təsdiq edilmiş dəyişikliklərin redaksiyasında) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.12-ci bənd əlavə olunsun:

"Birbaşa hərrac - Milli Bank tərəfindən qısamüddətli notların qiymətinin elan olunması üsulu ilə həyata keçirilən hərracdır. Bu hərracda investorlar tərəfindən yalnız qeyri-rəqabətli sifariş verilir."

2. Aşağıdakı məzmunda 2.13-cü bənd əlavə olunsun:

"Dolayı hərrac - Milli Bank tərəfindən qısamüddətli notların həcminin elan olunması üsulu ilə həyata keçirilən hərracdır. Bu hərracda investorlar tərəfindən həm rəqabətli, həm də qeyri-rəqabətli sifarişlər verilir."

3. 4.3.8-ci bənd çıxarılsın.

4. 5.1-ci bənd aşağıdakı məzmunda verilsin:

"Qısamüddətli notların ilkin yerləşdirilməsi Milli Bank tərəfindən müəyyən edilmiş qaydada birbaşa və ya dolayı hərraclar vasitəsilə həyata keçirilir."

5. 5.3-cü bənd aşağıdakı məzmunda verilsin:

"Qısamüddətli notların ilkin yerləşdirilməsinin aşağıdakı parametrləri Milli Bank tərəfindən ilkin yerləşdirmənin keçirilməsinə azı 1 (bir) iş günü qalmış elan edilir:

Birbaşa hərracda: ilkin yerləşdirmənin tarixi, dövlət qeydiyyatından keçən qısamüddətli notların qeydiyyat nömrəsi, dövlət qeydiyyatından keçən qısamüddətli notların həcmi, qısamüddətli notların qiyməti, sifarişlərin qəbul edilmə vaxtı, təqdim olunmuş sifarişlər üzrə öhdəliklər yerinə yetirilmədikdə Milli Bank tərəfindən tətbiq ediləcək sanksiya və buraxılışın digər şərtləri;

Dolayı hərracda: ilkin yerləşdirmənin tarixi, dövlət qeydiyyatından keçən qısamüddətli notların qeydiyyat nömrəsi, dövlət qeydiyyatından keçən qısamüddətli notların həcmi, hərraca çıxarılacaq qısamüddətli notların həcmi, qeyri-rəqabətli sifarişlər üzrə limitin həcmi, sifarişlərin qəbul edilmə vaxtı, təqdim olunmuş sifarişlər üzrə öhdəliklər yerinə yetirilmədikdə Milli Bank tərəfindən tətbiq ediləcək sanksiya və buraxılışın digər şərtləri;"

6. 5.4-cü bənddə "(rəqabətli və qeyri-rəqabətli)" sözləri çıxarılsın.

7. 5.11-ci bənddə "vaxtadək" sözündən sonra "dolayı hərracda" sözləri əlavə olunsun.

8. 5.11-ci bəndə aşağıdakı məzmunda abzas əlavə olunsun:

"Birbaşa hərracda ilkin yerləşdirmənin yekunlarının elan edilməsi üçün müəyyən olunmuş vaxtadək Milli Bank hərracda təmin olunacaq qısamüddətli notların həcmini müəyyənləşdirir."

9. 9.1-ci bənd aşağıdakı məzmunda verilsin:

"Qısamüddətli notların ilkin yerləşdirilməsi Fond birjasında keçirildikdə Milli Bank Fond birjasına ilkin yerləşdirmənin parametrlərini özündə əks etdirən hərracın keçirilməsi tapşırığını verir. İlkin yerləşdirmə Milli Bankda keçirildikdə, investorlara ilkin yerləşdirmənin parametrlərini özündə əks etdirən rəsmi məlumat göndərilir."

10. 9.2-ci bənd aşağıdakı məzmunda verilsin:

"İlkin yerləşdirmə başa çatdıqdan sonra hərracın yekunları barədə rəsmi məlumat hərrac Fond birjasında keçirildikdə Fond birjası tərəfindən, Milli Bankda keçirildikdə isə, Milli Bank tərəfindən hazırlanır."

11. 9.3-cü bənddə "7" rəqəmi "5" rəqəmi ilə əvəz olunsun.

12. Qaydaların 4 nömrəli Əlavəsinə aşağıdakı məzmunda cümlə əlavə olunsun:

"Birbaşa hərracda ilkin yerləşdirmənin yekunları üzrə orta çəkili qiymət Milli Bankın elan etdiyi qiymətə bərabərdir."

13. Qaydaların 5 və 6 nömrəli Əlavələri çıxarılsın, 7 nömrəli Əlavə 5 nömrəli Əlavə hesab edilsin.

14. Bu əlavə və dəyişikliklər təsdiq olunduğu gündən qüvvəyə minir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1475)

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1475) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status