380.000.000
Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına fəxri adların verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Hüquqi biliklərin təbliğində və hüquq mədəniyyətinin yüksəldilməsində, prokurorluq orqanlarının fəaliyyətinin işıqlandırılmasında fərqləndiklərinə görə, Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına fəxri adlar verilsin:
“Azərbaycan Respublikasının əməkdar hüquqşünası”:
Əfəndiyev Eldar Məmməd oğlu
|
- Azərbaycan Respublikası Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
|
“Azərbaycan Respublikasının əməkdar jurnalisti”:
Qonaqova Əntiqə Gülməmməd qızı
|
- Azərbaycan Respublikası Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi
|
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2008-ci il
№ 3067