110.000.000
Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
İnformasiya axınını nizama salmaq, respublikanın ərazisində işləyən təsərrüfatçılıq, sahibkarlıq fəaliyyəti və ictimai fəaliyyət obyektləri haqqında məlumatın vahid, sistemləşdirilmiş mənbəyini yaratmaq və qanunvericilik, idarəetmə orqanlarını və digər əlaqədar orqanları həmin məlumatla təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registri haqqında Əsasnamə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın:
Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması və aparılması üzrə struktur bölməsi təsis etsin;
inzibati, idarəetmə və ərazi obyektlərinin, istehsalat və kommersiya fəaliyyəti obyektlərinin milli təsnifatlarını işləyib təsdiq etsin;
Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılmasına, aparılmasına və ondan istifadə olunmasına dair metodik və təşkilati göstərişlər işləyib hazırlasın;
Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrini formalaşdırmağa başlasın.
3. Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda olan (Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 25 noyabr tarixli 338 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında təsərrüfat subyektinin Dövlət qeydiyyatı haqqında Əsasnamə»nin 1-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulan təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlardan başqa) Azərbaycan Respublikasının hüquqi şəxslərinə, Azərbaycan Respublikasının ərazisində yerləşib hüquqi şəxs olmayan baş təşkilatlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən struktur vahidlərinə, habelə Azərbaycan Respublikasının ərazisində yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslərə bir vəzifə olaraq tapşırılsın ki, yeni təsnifat kodları verilməsi və onların Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinə daxil edilməsi üçün registr kartını yerləşdikləri ərazinin statistika orqanına 1993-cü il fevral ayının 1-dək təqdim etsinlər. Registr kartına iqtisadi göstəricilər əlavəsini ildə iki dəfə, iyul ayının 25-dən və yanvar ayının 30-dan gec olmayaraq yerli statistika orqanlarına təqdim etsinlər.
[2]
Təsnifatları və registri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və müdafiə sahələri üzrə bölmələr müəyyən edilmiş qaydada aparırlar.
4. Dövlət qeydiyyatı orqanları mütəmadi olaraq sorğu əsasında dövlət qeydiyyatına alınan hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri (yenidən dövlət qeydiyyatına alınan istisna olmaqla) üçün dövlət statistika orqanından identifikasiya kodu alırlar və onlar müvafiq say altında dövlət qeydiyyatı orqanında aparılan dövlət qeydiyyatı kitabına daxil edilirlər .
[3]
5. Fiziki və hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərin dövlət qeydiyyatını aparan orqanlar müəyyən olunmuş qaydada və formada statistika orqanlarına məlumat verirlər.
[4]
6. Müəyyən edilsin ki, yeni yaradılan müəssisələr qeydiyyata alındıqları gündən sonra, 10 gündən gec olmayaraq təsnifat kodlarının verilməsi və onların registrə daxil edilməsi üçün registr kartını statistika orqanına təqdim edirlər. Reyestrə daxil olma haqqı uçot vahidlərinin özləri, yaxud onların təsisçiləri tərəfindən Azərbaycan Respublikasının uçot vahidlərinin Dövlət reyestri haqqında Əsasnamədə nəzərdə tutulmuş məbləğdə və qaydada ödənilir.
7. Müəyyən edilsin ki, reyestrə daxil edilən uçot vahidlərindən daxil olan pul vəsaitindən milli təsnifatları təkmilləşdirmək sahəsində tədqiqatların genişləndirilməsi, mütəxəssislərə beynəlxalq təcrübənin öyrədilməsi, təsnifatların və reyestrlərin avtomatlaşdırılmış şəkildə aparılması sisteminin əlavə texnika və proqramlarla təchiz edilməsi, onların aktual vəziyyətdə saxlanması üçün istifadə edilir və üzərinə vergi qoyulmamalıdır.
8. Azərbaycan Respublikasının maliyyə Nazirliyinə tapşırılsın ki, Dövlət Statistika Komitəsinin statistik vahidlərin dövlət registri üzrə struktur bölməsini hesablama texnikası və proqramlarla təmin etmək üçün dövlət büdcəsindən 4,5 milyon manat vəsait ayırsın.
Dövlət büdcəsində vəsait qıtlığını nəzərə alaraq 1992-ci ildə Dövlət Statistika Komitəsinin 7 nəfərdən ibarət statistik vahidlərin dövlət registri idarəsinin saxlanması cari ildə dövlət sifarişi üçün Baş hesablama mərkəzinə ayrılmış vəsaitə qənaət hesabına təmin edilsin.
Gələn ilin maliyyə xərcləri 1993-cü ilin büdcə planında nəzərdə tutulsun.
9. Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinə, Material Ehtiyatları Nazirliyinə və Dövlət Mətbuat Komitəsinə tapşırılsın ki, statistik vahidlərin dövlət registrinin yaradılması və aparılması üçün Dövlət Statistika Komitəsini müəyyən edilmiş qaydada maddi-texniki vəsaitlərlə təmin etsinlər və bu registrin sənədlərinin çap olunmasını təşkil etsinlər.
10. Azərbaycan Respublikası Milli Bankı, respublika bankları, kommersiya bankları 1993-cü il fevral ayının 15-dən etibarən yalnız Azərbaycan Respublikasının uçot vahidlərinin Dövlət reyestrinə daxil olmaları barədə şəhadətnamə təqdim edən müştərilər üçün hesablar açsınlar və onlara xidmət göstərsinlər.
[5]
Baş nazir R. HÜSEYNOV
İşlər müdiri F. MURADƏLİYEV
9 sentyabr 1992-ci il, Bakı şəhəri
№ 496
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 9 sentyabr tarixli, 496 №-li qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında
ƏSASNAMƏ
[6]
1. Bu Əsasnamə təsərrüfat obyektlərinin (irəlidə «obyektlər» adlanacaq) uçota alınması qaydalarını, onların fəaliyyəti haqqında məlumatların təzələnməsinin qaydasını və dövriliyini, uçot obyektlərinin Dövlət Registrinin (sonralar registr adlanacaqdır) yaradılması, aparılması və ondan istifadə olunması prinsiplərini, onun maliyyələşdirilməsi və ləğv edilməsi qaydasını müəyyən edir.
[7]
2. Registri yaratmaqda və aparmaqda məqsəd Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən aşağıdakı ictimai fəaliyyət, təsərrüfatçılıq və sahibkarlıq fəaliyyəti obyektlərinin (Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 25 noyabr tarixli 338 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında təsərrüfat subyektinin Dövlət qeydiyyatı haqqında Əsasnamə»nin 1-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulan təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlardan başqa) hamısı haqqında aktual informasiya almaq və toplamaqdır:
[8]
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hüquqi şəxs olanlar (onların nümayəndəlik və filialları);
[9]
baş təşkilatları Azərbaycan Respublikasının hüdudlarından kənarda olub, hüquqi şəxs olmayanlar;
hüquqi şəxs olmayan, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar;
fiziki şəxs olub, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar.
Bu informasiya bütün səviyyələrdən olan hakimiyyət və idarəetmə orqanlarının istifadəsinə veriləcək, habelə ondan elmi və statistik tədqiqatlarda istifadə olunacaqdır.
3. Registrə Azərbaycan Respublikasının ərazisində yaradılan və ya işləyən aşağıdakı obyektlər daxil edilməlidir:
a) bütün fəaliyyət növlərini və mülkiyyət formalarını əhatə edən müəssisələr, idarələr, təşkilatlar, ictimai və dini təşkilatlar, kooperativlər, birjalar, banklar, broker kontorları, habelə digər obyektlər;
b) Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda işləyən müəssisələrin, idarələrin və təşkilatların struktur bölmələri, filialları və nümayəndəlikləri;
v) fəaliyyət dairəsi baş müəssisələrin fəaliyyətindən fərqlənən və onların tərəfindən təsərrüfat fəaliyyətinin ayrıca obyektləri kimi qiymətləndirilən müəssisələrin 3-cü bəndin «b» yarımbəndində göstərilən struktur bölmələri;
q) Müdafiə Nazirliyinin, müdafiə sahələrinin, daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının reyestrə müəyyən olunmuş qaydada daxil edilən müəssisələri və təşkilatları;
[10]
d) sahibkarlıq fəaliyyəti və fərdi əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və hüquqi şəxslər (onların nümayəndəlik və filialları).
[11]
4. Registr qüvvədə olan qanunvericiliyə müvafiq surətdə hakimiyyət və idarəetmə orqanlarında qeydiyyata alınmış uçot obyektlərinin (fiziki və hüquqi şəxslərin) məlumat bankıdır.
5. Registrin sahibi dövlətdir. Dövlətin adından Registrdən istifadə edən və onun barəsində sərəncam verən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və onun orqanlarıdır.
6. Registrə registr kartının (əlavə № 1) və onun əlavəsinin (əlavə № 2) məlumatları daxil edilir.
7. Mülkiyyətin və fəaliyyətin bütün formalarını əhatə edən obyektlərin Reyestrə daxil edilməsi və onlara bütün kodların verilməsi, habelə onların yenidən qeydiyyata götürülməsi müqabilində ödənilməli məbləğ aşağıdakı həcmdə müəyyən edilir:
Fiziki şəxslər üçün
|
—
|
|
|
—
|
|
Hüquqi şəxslər üçün
|
—
|
|
|
—
|
|
Valyutası olan şəxslər haqqı qüvvədə olan məzənnəyə müvafiq surətdə valyuta ilə ödəyirlər.
Reyestrin aparılması xərcləri artanda, yaxud azalanda, Dövlət Statistika Komitəsi Respublika Maliyyə Nazirliyi ilə razılaşdırmaqla qüvvədə olan ödəmə həcminə müvafiq əmsal tətbiq edir.
[12]
8. Registrdən müəyyən edilmiş qaydada qanunverici orqanlar, idarəetmə və hakimiyyət orqanları, müəssisə və təşkilatlar, ictimaiyyət, kütləvi informasiya vasitələri, xarici firmalar və təşkilatlar, ayrı-ayrı vətəndaşlar istifadə edə bilərlər.
9. Registr məlumatlarından pulsuz istifadə etmək hüququ Azərbaycan Respublikasının Ali Sovetinə, Milli Məclisə, Prezident Aparatına, Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Maliyyə Nazirliyinə, Milli Banka, Ədliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının müvafiq orqanlarına, habelə Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş siyahı üzrə qalan nazirliklərə və baş idarələrə məxsusdur.
[13]
10. 9-cu maddədə qeyd edilməyən istifadəçilər Registrin məlumatlarından müqavilə əsasında istifadə edə bilərlər.
11. Yerli statistika orqanı Registrin aparılması üçün zəruri iqtisadi göstəricilərin müəyyən edilmiş tərkibi üzrə məlumatları statistik vahidlər üzrə ildə bir dəfə olmaqla, mayın 31-dək təqdim edir.
[14]
12. Yeni yaradılmış statistik vahidlər Registr kartını Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yerli orqanlarına dövlət qeydiyyatına alındıqları gündən 1 ay müddətində təqdim edirlər.
[15]
13. Registr kartı (onun əlavəsi) obyektin rəhbəri və baş mühasibi (fiziki şəxsin özü) tərəfindən imzalanır və onlar məlumatların mötəbərliyi üçün məsuliyyət daşıyırlar.
14. Registrin aparılması üçün statistika orqanları cavabdehdirlər. 3-cü maddədə göstərilən obyektləri Registrə onlar daxil edir, hər birinə eyniləşdirmə kodları və başqa təsnifat kodları verirlər. Obyekti səciyyələndirən bu kodlardan informasiyanın təhlili zamanı, habelə maliyyə əməliyyatları və iqtisadi əməliyyatlar aparılarkən istifadə edilir.
[16]
Registrə daxil edilmiş obyektə müvafiq formada şəhadətnamə (əlavə № 3) verilir.
15. Təsərrüfatçılıq fəaliyyətinin növü, adı, idarəetmə işçilərinin tərkibi, mülkiyyət forması, sahibkarlıq tipi dəyişilərkən, obyekt bir ay ərzində təkrarən Registrə daxil edilməlidir. O, başqa rekvizitlərin (təsisçilərin tərkibinin olduğu yerin, telefonlarının, fakslarının nömrələrinin və sairənin) dəyişildiyini də həmin müddətdə müvafiq qeydiyyat orqanına bildirməlidir. Onların registrə daxil edilməsi təkrar qeydiyyat sayılmır və müqabilində haqq alınmır.
[17]
Həmin məlumatları vaxtında verməyən təsərrüfat subyekti məhkəmə tərəfindən inzibati qaydada cərimə olunur
16. Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialı ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, statistika orqanına bu barədə məlumat verilir.
[18]
17. Registrə daxil edilməyən obyektin fəaliyyəti qadağandır.
Registr kartının, onun əlavələrinin, 15-ci və 16-cı maddələrdə qeyd edilmiş dəyişikliklərin statistika orqanına təqdim edilməsi müddətinin pozulması, yaxud məlumatların təhrif edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə əsasən cərimə edilir.
[19]
hüquqi şəxslərdən — minimum əmək haqqının 5 mislindən 10 mislinədək məbləğdə;
fiziki şəxslərdən — minimum əmək haqqının 2 mislindən 7 mislinədək məbləğdə.
Cərimə sanksiyaları ilə alınmış vəsait respublika büdcəsinin gəlirinə keçirilir.
Cərimələrdən məhkəmə qaydasında şikayət vermək olar.
18. Registri apararkən və onun məlumatlarından istifadə edərkən, statistika orqanları dövlət və kommersiya sirlərinin qorunmasını təmin etməyə borcludurlar.
[20]
Registrin aparılmasının və ondan istifadə olunmasının müəyyən edilmiş qaydalarının pozulması üstündə müqəssirdən aylıq maaşı həcmində cərimə tutula bilər.
19. Registrin yaradılmasına və aparılmasına çəkilən xərclər dövlət büdcəsi hesabına maliyyələşdirilir. Registrin məlumatlarından istifadə etmək haqqını fiziki və hüquqi şəxslər ödəyir .
[21]
Registrdən reqlamentdən kənar məlumatlar verilməsinin, habelə fiziki və hüquqi şəxslərə göstərilmiş xidmətlərin haqqı müqavilə əsasında müəyyən edilir.
20. Reyestr ləğv edilərsə, onun məlumatları Azərbaycan Dövlət Arxivinə verilir.
Əlavə № 1
Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Reyestri
_______________________________________________________________________
Reyestr kartı
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Təsnifatların siyahısı
UOT — Uçot obyektlərinin təsnifatı
FNT — Fəaliyyət növlərinin təsnifatı
FNBT — Fəaliyyət növlərinin beynəlxalq təsnifatı
XİFNBT — Xarici iqtisadi fəaliyyət növlərinin beynəlxalq təsnifatı
İOT — İdarə orqanlarının təsnifatı
İƏBT — İnzibati-ərazi bölgüsünün təsnifatı
MNT — Mülkiyyət növlərinin təsnifatı
SNT— Sahibkarlıq növünün təsnifatı
BTT— Bank təşkilatlarının təsnifatı
Əlavə № 2
Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Reyestri
_______________________________________________________________________
Reyestr kartına əlavə
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
* Uçot vahidinin fəaliyyəti haqqında göstəricilərin siyahısı onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilir.
|
|
|
|
|
|
Əlavə № 3
Azərbaycan Respublikası uçot vahidlərinin Dövlət Reyestri
_______________________________________________________________________
Uçot vahidlərinin Dövlət Reyestrinə daxil edilməsi haqqında
Şəhadətnamə
№ _________________________
|
Uçot Vahidləri Dövlət Reyestrinə daxil edilib və aşağıdakı kodlar verilib:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
22 fevral 1993-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı()
2.
23 mart 1993-cü il tarixli 159 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı()
3.
2 avqust 1996-cı il tarixli 98 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı()
4.
16 avqust 2004-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 659)
5.
8 aprel 2006-cı il tarixli 101 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 371)
6.
4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853)
7.
30 yanvar 2010-cu il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №1, maddə 69)
- 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
- 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
- 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
8 aprel 2006-cı il tarixli 101 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 371) ilə qərarın adında və mətnində ismin müvafiq hallarında verilmiş "Reyestr" sözü ismin müvafiq hallarında "Registr" sözü ilə əvəz edilmişdir.
4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853) ilə adında və mətnində «uçot vahidlərinin» sözləri «statistik vahidlərin» sözləri ilə əvəz edilmişdir və 3-cü, 4-cü və 6-cı bəndləri çıxarılmışdır.
[2]
22 fevral 1993-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı() ilə 3-cü bəndində “olan” sözündən sonrakı cümlə yeni redaksiyada verilmişdir.
2 avqust 1996-cı il tarixli 98 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı() ilə 3-cü bənddən sonra yeni redaksiyada yeni 4-cü bənd əlavə edilmişdir, sonrakı bəndlər sıra sayına müvafiq olaraq, hesab edilmişdir.
[3]
16 fevral 2004-cü il tarixli 114 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 659) ilə 4-cü bəndindən "və onlar müvafiq say altında dövlət qeydiyyatı orqanında aparılan dövlət qeydiyyatı kitabına daxil edilirlər" sözləri çıxarılmışdır.
[4]
22 fevral 1993-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı() ilə 5-ci bənddən “Reyestrə daxil olma haqqı uçot vahidlərinin özləri, yaxud onların təsisçiləri tərəfindən Azərbaycan Respublikasının uçot vahidlərinin Dövlət reyestri haqqında Əsasnamədə nəzərdə tutulmuş məbləğ və qaydada ödənilir” cümləsi və 6-ci bənd çıxarılmışdır.
2 avqust 1996-cı il tarixli 98 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı() ilə 4-cü bənd yeni redaksiyada verilmişdir.
[5]
23 mart 1993-cü il tarixli 159 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı() ilə 9-cu bəndi qüvvəsini itirmiş hesab edilmişdir.
[6]
8 aprel 2006-cı il tarixli 101 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 371) ilə Əsasnamə"nin adında və 1-19-cu bəndlərində ismin müvafiq hallarında verilmiş "Reyestr" sözü ismin müvafiq hallarında "Registr" sözü ilə əvəz edilmişdir.
4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853) ilə həmin qərarla təsdiq edilmiş «Azərbaycan Respublikası uçot vahidlərinin Dövlət Registri haqqında Əsasnamə»nin adında «uçot vahidlərinin» sözləri «statistik vahidlərin» sözləri ilə əvəz edilmişdir.
[7]
8 aprel 2006-cı il tarixli 101 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 371) ilə 1-ci bəndində "xalq təsərrüfatı" sözləri "təsərrüfat" sözü ilə əvəz edilmişdir.
[8]
22 fevral 1993-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı() ilə Əsasnamənin 2-ci bəndində “obyektlarinin” sözündən sonrakı cümlə yeni redaksiyada verilmişdir.
4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853) ilə 2-ci bəndin birinci abzasından «(Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 25 noyabr tarixli 338 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında təsərrüfat subyektinin Dövlət qeydiyyatı haqqında» Əsasnamə»nin 1-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulan təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlardan başqa)» sözləri çıxarılmışdır.
[9]
30 yanvar 2010-cu il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №1, maddə 69) ilə Azərbaycan Respublikası statistik vahidlərin Dövlət registri haqqında Əsasnamə"yə 2-ci bəndin ikinci abzasında "hüquqi şəxs olanlar" sözlərindən sonra "(onların nümayəndəlik və filialları)" sözləri əlavə edilmişdir.
[10]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında Əsasnamə”nin 3-cü bəndinin “q)” yarımbəndində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz edilmişdir.
[11]
30 yanvar 2010-cu il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №1, maddə 69) ilə Azərbaycan Respublikası statistik vahidlərin Dövlət registri haqqında Əsasnamə"yə 3-cü bəndin "d" yarımbəndində "fiziki və hüquqi şəxslər" sözləri "fiziki şəxslər və hüquqi şəxslər (onların nümayəndəlik və filialları)" sözləri ilə əvəz edilmişdir.
[12]
22 fevral 1993-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı() ilə 7-ci bənd çıxarılmışdır.
[13]
8 aprel 2006-cı il tarixli 101 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 371) ilə 9-cu bəndində "Ali Sovetinə," sözləri çıxarılmışdır və "Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinə" sözləri "İqtisadi İnkişaf Nazirliyinə" sözləri ilə əvəz edilmişdir.
14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında Əsasnamə”nin 9-cu hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında Əsasnamə”nin 9-cu hissəsindən “və Sənaye” sözləri çıxarılmışdır.
[14]
8 aprel 2006-cı il tarixli 101 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 371) ilə 11 -ci bənd yeni redaksiyada verilmişdir.
[15]
8 aprel 2006-cı il tarixli 101 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 371) ilə 12 -ci bənd yeni redaksiyada verilmişdir.
[16]
4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853) ilə 6-cı, 12-ci, 13-cü, 15-ci, 17-ci bəndlər və 14-cü bəndin birinci abzasının üçüncü cümləsindən «, habelə maliyyə əməliyyatları və iqtisadi əməliyyatlar aparılarkən» sözləri və ikinci abzası çıxarılmışdır.
[17]
22 fevral 1993-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı() ilə 15-ci bənddə “15 gün” sözü “bir ay” sözü ilə əvəz edilmişdir və mötərizənin tərkibinin əvvəlinə “təsisçilərin tərkibini” sözləri, “müddətdə” sözündən sonra “müvafiq qeydiyyat orqanına” sözləri əlavə edilmişdir və 15-ci banddən sonra yeni redaksiyada abzas əlavə edilmişdir.
[18]
4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853) ilə 16-cı bənd aşağıdakı redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Obyekt yenidən təşkil edildikdə (ləğv edildikdə) onun yenidən təşkili (ləğvi) ilə məşğul olan komissiya və ya başqa orqan Registrdə müvafiq dəyişikliklər aparılması üçün 10 gün ərzində bu barədə yerli statistika orqanına xəbər verir.
[19]
8 aprel 2006-cı il tarixli 101 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 371) ilə 17-ci bəndinin ikinci abzasında "olunması üstündə müqəssirlərdən inzibati qaydada aşağıdakı məbləğlərdə cərimə tutulur:" sözləri "edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə əsasən cərimə edilir." sözləri ilə əvəz edilmişdir, üçüncü və dördüncü abzaslar çıxarılmışdır.
[20]
8 aprel 2006-cı il tarixli 101 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 371) ilə 18-ci bəndinin ikinci cümləsi çıxarılmışdır.
[21]
22 fevral 1993-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı() ilə 19-cu bəndin 1-ci abzasının 2-ci cümləsi yeni redaksiyada verilmişdir.