×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.10.2008
QEYDİYYAT NÖMRƏSİ
830
ADI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 04-10-2008, Nəşr nömrəsi: 220), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2008, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 889)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.10.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 2 iyun tarixli 624-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.8-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın yeni layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. öz səlahiyyətləri daxilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [1]

2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.5-ci, 25.4-cü maddələrində, 27.3-cü maddəsinin ikinci cümləsində və 28.6-cı maddəsinin altıncı və səkkizinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 22-1.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 8.1.7-ci maddəsində (üçüncü halda), 11.1.7-ci maddəsində (birinci halda), 11.1.8-ci maddəsində (birinci halda), 11.1.9-cu maddəsində (birinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə mərkəzi icra hakimiyyəti orqanları, 8.1.7-ci maddəsində (dördüncü halda), 11.1.7-ci maddəsində (ikinci halda), 11.1.8-ci maddəsində (ikinci halda), 11.1.9-cu maddəsində (ikinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti nəzərdə tutulur; [2]

2.4. həmin Qanunun 25.8-ci maddəsinin birinci cümləsində, 28.9-cu maddəsində, 31.2-ci maddəsinin birinci cümləsində, 31.5-ci maddəsində və 31.21-ci maddəsinin birinci və ikinci cümlələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, tabelik qaydasında yuxarı dövlət orqanı nəzərdə tutulur;

2.5. həmin Qanunun 28.2-ci maddəsinin birinci və üçüncü cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir. [3]

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 535 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 101) 2-ci bəndi çıxarılsın.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 oktyabr 2008-ci il

                     № 830

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 19 dekabr 2012-ci il tarixli 771 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci, № 284, “Azərbaycan” qəzeti 21 dekabr 2012-ci, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1245)
  2. 16 may 2017-ci il tarixli 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 801)
  3. 7 iyul 2020-ci il tarixli 1091 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 871)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2020-ci il tarixli 1091 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 iyul 2020-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 871) ilə 2-ci hissə ləğv edilmişdir.

 

[2] 19 dekabr 2012-ci il tarixli 771 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci, № 284, “Azərbaycan” qəzeti 21 dekabr 2012-ci, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1245) ilə 2.3-cü bəndi ləğv edilmişdir.

 

[3] 16 may 2017-ci il tarixli 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 801) ilə 2.5-ci bənd ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status