340.000.000
380.000.000
400.000.000
410.000.000
010.000.000
030.000.000
040.000.000
220.000.000
390.000.000
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 30 nömrəli Fərmanının 7-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin birinci hissəsində (məhkəmələrin maliyyə və digər maddi-texniki təminatı üzrə) və ikinci hissəsində, 88-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, 90-cı maddəsində (məhkəmələrin maddi-texniki təminat məsələləri üzrə) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir".
2. "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli, 246 nömrəli Fərmanının 2-ci bəndinə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
"həmin Qanunun 5-ci maddəsinin birinci və dördüncü hissələrində, 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir".
3. "Notariat haqqında* Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının 3-cü bəndində:
a) doqquzuncu abzasda "Ədliyyə Nazirliyi" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilsin;
b) onuncu abzasda "və" sözü "Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (birinci halda) və Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
c) həmin bəndə aşağıdakı məzmunda on altıncı və on yeddinci abzaslar əlavə edilsin:
"həmin Qanunun 4-cü maddəsində, 5-ci maddəsinin birinci hissəsində, 6-cı, 7-ci, 14-cü, 16-cı, 17-ci, 20-ci, 21-ci maddələrində, 24-cü maddəsinin birinci, ikinci və beşinci hissələrində, 26-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
Naxçıvan Muxtar Respublikası ərazisində notariat fəaliyyəti üzrə peşə hazırlığına dair imtahanı həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yaradılan ixtisas komissiyası qəbul edir".
4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 12 iyul tarixli, 364 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində bələdiyyələrlə iş və Bələdiyyələrə metodoloji yardım mərkəzi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:
[1]
"3.7. Naxçıvan Muxtar Respublikasının ərazisində Mərkəzin funksiyalarını dövlət büdcəsindən maliyyələşdirilən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzi həyata keçirir".
5. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli, 519 nömrəli Fərmanının III bəndinə aşağıdakı əlavə və dəyişiklik edilsin:
a) ikinci abzasda "Ədliyyə Nazirliyinin" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri əlavə edilsin;
b) üçüncü abzasda "Ədliyyə Nazirliyinin" sözləri "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri ilə əvəz edilsin.
6. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli, 620 nömrəli Fərmanının 2-ci bəndinin dördüncü və beşinci abzaslarında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilsin.
7. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli, 242 nömrəli Fərmanının 2-ci bəndinə aşağıdakı əlavə və dəyişiklik edilsin:
a) aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
"həmin Qanunun 51-ci maddəsinin 51.1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının və normativ aktlarının dövlət uçotu və dövlət qeydiyyatı üzrə) həyata keçirir";
b) altıncı abzas yeddinci abzas hesab edilsin.
8. "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli, 571 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasında "bölgə şöbələrində" sözlərindən sonra "Naxçıvan Muxtar Respublikası ərazisində təsis edilən siyasi partiyalar və dini qurumlar, xarici ölkələrin qeyri-kommersiya təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, bütün hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində" sözləri əlavə edilsin.
[2]
9. "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 684 nömrəli Fərmanının 2-ci bəndinin altıncı abzasında "həyata keçirir" sözləri "və Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər" sözləri ilə əvəz edilsin.
10. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli, 692 nömrəli Fərmanının 2-ci bəndinin altıncı abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilsin.
11. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli, 106 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasında "və Ədliyyə Nazirliyi" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilsin.
12. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 162 nömrəli Fərmanının 3-cü bəndinin dördüncü abzasında "həyata keçirir" sözləri "və Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər" sözləri ilə əvəz edilsin.
13. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 174 nömrəli Fərmanının 3-cü bəndinin yeddinci abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilsin.
14. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanının 2-ci bəndinin dördüncü abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilsin.
(Çiharılıb) [3]
16. "Yerli rəy sorğusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli, 234 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasında "həyata keçirir" sözləri "və Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər" sözləri ilə əvəz edilsin.
17. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanının 2-ci bəndinin beşinci abzasında "həyata keçirir" sözləri "və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər" sözləri ilə əvəz edilsin.
18. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 297 nömrəli Fərmanının 2-ci bəndinin dördüncü abzasında "Ədliyyə Nazirliyinin" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin" sözləri əlavə edilsin.
19. "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli, 353 nömrəli Fərmanının 2-ci bəndinin dördüncü abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilsin.
20. "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli, 374 nömrəli Fərmanının 2-ci bəndinin dördüncü abzasında "həyata keçirir" sözləri "və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər" sözləri ilə əvəz edilsin.
[4]
21. "Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli, 387 nömrəli Fərmanına aşağıdakı əlavə və dəyişikliklər edilsin:
a) 2-ci bəndin dördüncü abzasında "391.10.1" rəqəmi "391.10.2" rəqəmi ilə əvəz edilsin;
b) 2-ci bəndin səkkizinci abzasından "həyata keçirir" sözləri çıxarılsın;
c) həmin bəndə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
"həmin Məcəllənin 215.2, 215.6.1, 215.6.2, 215.7.1, 215.7.4, 318.3, 391.10.2, 406.3.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir";
ç) 3-cü bəndin dördüncü abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilsin.
22. "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli, 388 nömrəli Fərmanının 3-cü bəndinə aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:
"həmin Məcəllənin 2.3, 22.1, 22.5, 55.1, 77.1, 77.4, 78.4, 87.3, 87.6, 88.1, 88.3, 89.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir".
23. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli, 389 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasında "Ədliyyə Nazirliyi* sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilsin.
24. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli, 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə"nin 1.1-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının, normativ aktlarının dövlət qeydiyyatı və dövlət uçotu Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir".
[5]
25. "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının I bəndinə aşağıdakı əlavə və dəyişiklik edilsin:
a) birinci abzasında "ədliyyə" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilsin;
b) dördüncü abzasda "həyata keçirir" sözləri "və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər" sözləri ilə əvəz edilsin.
26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və" Azərbaycan Respublikasının Prezidentinə bu barədə məlumat versin;
bu Fərmanla Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə verilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə əlaqədar zəruri olan maliyyə vəsaitlərinin Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılmasını növbəti illərin büdcə layihələrində nəzərdə tutsun;
öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
27. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2002-ci il
№ 758
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 2 dekabr 2004-cü il tarixli 149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 dekabr 2004-cü il, №12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 995)
- 17 avqust 2006-cı il tarixli 448 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 673)
- 12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034)
- 1 iyul 2011-ci il tarixli 463 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 626)
- 1 fevral 2019-cu il tarixli 508 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 207)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
17 avqust 2006-cı il tarixli 448 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 673) ilə 4-cü bəndi çıxarılmışdır.
[2]
2 dekabr 2004-cü il tarixli 149 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 dekabr 2004-cü il, №12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 995) ilə 8-ci bəndi qüvvədən düşmüşdür.
[3]
12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034) ilə 15-ci bəndi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
15. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli, 135 nömrəli Fərmanına əlavə edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 227 nömrəli Fərmanında "Baş İdarəsi" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)" sözləri əlavə edilsin.
[4]
1 fevral 2019-cu il tarixli 508 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 207) ilə 20-ci bənd ləğv edilmişdir.
[5]
1 iyul 2011-ci il tarixli 463 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 626) ilə 24-cü bənd ləğv edilmişdir.