150.000.000
Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 3000 nömrəli Sərəncamının 4.3-cü və 4.4-cü bəndlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təkliflərinə əsasən:
1.1. “2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 25 (iyirmi beş) milyon manat vəsaitin bölgüsü” təsdiq edilsin (əlavə olunur) və həmin vəsait hesabına 2008-2009-cu illərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün aşağıdakı qaydalar təsdiq edilsin:
1.1.1. “Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları” (əlavə olunur);
1.1.2. “Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması Qaydaları” (əlavə olunur);
1.1.3. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları” (əlavə olunur);
[2]
1.1.4. “Mineral gübrələrin, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların müvafiq standartlara uyğun saxlanılması üçün xüsusi anbarların tikintisinin layihələndirilməsi və onların ərazi üzrə yerləşdirilməsi” təsdiq edilsin (əlavə olunur);
1.1.5. “Alınmış mineral gübrələrin ölkə daxilində paylanması mexanizminin təkmilləşdirilməsi üçün ayrı-ayrı bölgələri əhatə etməklə, regional logistik bazaların yaradılmasının layihələndirilməsi və tikintisi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2008-2009-cu illərdə idxal olunan genetik modifikasiya olunmamış buğda toxumunun, mineral gübrələrin və damazlıq heyvanların təsdiq olunmuş qaydalara uyğun Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı məhsul istehsalçılarına satılmasını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırsınlar.
[3]
3. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, müvafiq bankda xəzinə hesabı açır və idxal olunmuş genetik modifikasiya olunmamış buğda toxumunun, mineral gübrələrin, ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların istehsalçılara güzəştli şərtlərlə satışından toplanan vəsaitlərin xəzinə və ya hesablaşma hesabına köçürülməsini təmin edir.
[4]
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və müvafiq yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına güzəştli şərtlərlə satılmış yüksək reproduksiyalı və genetik modifikasiya olunmamış buğda toxumunun və mineral gübrələrin aqrotexniki tələblərə uyğun məqsədyönlü istifadəsinə, 2008-2009-cu illərdə xaricdən damazlıq heyvanların idxalına və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmış damazlıq heyvanlara zoobaytar tədbirlərinin vaxtında həyata keçirilməsinə əməli köməklik göstərsinlər.
[5]
4-1. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən tətbiq olunan güzəştlər barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilir.
[6]
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
6. Bu Qərarın 1.1.3-cü yarımbəndi 2020-ci il yanvarın 1-dək qüvvədədir.
[7]
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 22 sentyabr 2008-ci il
№ 226
|
Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 3000 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı və genetik modifikasiya olunmamış buğda toxumunun (bundan sonra – buğda toxumu) güzəştli şərtlərlə satılmasını tənzimləyir.
[8]
1.2. Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına (bundan sonra – istehsalçı) dövlət vəsaiti hesabına idxal olunan buğda toxumunun güzəştli şərtlərlə satılmasında əsas meyar yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın ödənilməsi və istehsalının artırılması götürülür. Satılan buğda toxumunun miqdarı hər hektar əkin sahəsinə görə 200 kiloqram müəyyən edilir və onun satış qiymətinin 50 faizinə dövlət tərəfindən güzəşt verilir.
2. YÜKSƏK REPRODUKSİYALI BUĞDA TOXUMUNUN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SATILMASI QAYDASI
2.1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-Cəmiyyət) tərəfindən dövlət vəsaiti hesabına istehsalçılara idxal olunan buğda toxumunun satılması ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə aşağıdakı tərkibdə rayon komissiyası yaradılır:
Komissiyanın sədri
rayon (şəhər) icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini;
Komissiyanın üzvləri:
rayon (şəhər) icra hakimiyyəti aparatının aqrar məsələlər şöbəsinin baş məsləhətçisi (baş aqronomu) və ya məsləhətçisi (aqronomu);
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli qurumunun nümayəndəsi;
[9]
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon torpaq şöbəsinin səlahiyyətli nümayəndəsi.
2.2. Buğda toxumunu almaq istəyən istehsalçı rayon komissiyasına ərizə ilə müraciət edir.
2.3. Rayon komissiyası istehsalçının ərizəsinə 3 (üç) iş günü müddətində baxır (istehsalçının şəraitinə, toxumçuluq sahəsində təcrübəsinə və şəhadətnaməsinə) və ona yazılı surətdə öz rəyini bildirir.
2.4. Güzəştli qiymətlə buğda toxumunu almaq istəyən toxum istehsalçısı Cəmiyyətə ərizə ilə müraciət edir və ərizəyə rayon komissiyasının rəyini, toxum istehsalı ilə məşğul olmasını təsdiqləyən şəhadətnamənin, şəxsiyyətini təsdiqləyən (şəxsiyyət vəsiqəsinin və ya dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin) və istifadə etdiyi torpaq sahəsinə dair sənədlərin surətlərini əlavə edir.
2.5. Cəmiyyət 2 (iki) iş günü müddətində istehsalçının ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri ekspertizadan keçirir və buğda toxumunun 50 faiz güzəştlə satılması barədə istehsalçıya güzəştin şərtlərini və ödənişin aparılması üçün müvafiq bankdakı xəzinə hesabını göstərməklə, müəyyən olunmuş formada hesab-faktura göndərir.
2.6. İstehsalçı alacağı buğda toxumunun qiymətinin 50 faizini qabaqcadan Cəmiyyətin müvafiq bankdakı xə zinə hesabına hesab-fakturaya əsasən ödəyir. İstehsalçı ödənişi təsdiqləyən bütün sənədləri Cəmiyyətə təqdim edir.
2.7. Cəmiyyət buğda toxumunun dəyərinin 50 faizinin güzəştlə ödənilməsini təsdiqləyən bank sənədlərinə əsasən istehsalçı ilə buğda toxumunun buraxılmasına dair qanunvericiliyə müvafiq olaraq alğı-satqı əməliyyatını həyata keçirir.
2.8. İstehsalçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada gözlənilən məhsulun sığortalanmasını təmin edir.
2.9. Güzəştli qiymətlə alınmış yüksək reproduksiyalı buğda toxumunun səpini rayon komissiyasının nəzarəti altında aparılır və səpinin yekunu barədə 3 (üç) nüsxədən ibarət akt tərtib olunur. Həmin akt rayon (şəhər) komissiyasının sədri tərəfindən təsdiq olunaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə təqdim edilir.
3. HESABAT VƏ NƏZARƏT
3.1. Cəmiyyət buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması barədə məlumatı (icmal cədvəl) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir (məlumat forması əlavə olunur).
3.2. Yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması üzərində nəzarət mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4 MƏSULİYYƏT
Bu Qaydaların tələblərini pozan şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
5. MÜBAHİSƏLƏR
Bu Qaydaların həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.
|
Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 3000 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və dövlət vəsaiti hesabına “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən idxal olunan mineral gübrələrin genetik modifikasiya olunmamış buğda istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlara güzəştli şərtlərlə satılmasını tənzimləyir.
[10]
1.2. Buğda istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlara (bundan sonra-istehsalçı) dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə satılmasında əsas meyar buğda toxumuna və ərzaq buğdasına olan tələbatın ödənilməsi və istehsalının artırılması götürülür. Satılan mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqram müəyyən edilir və onun satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt verilir.
2. MİNERAL GÜBRƏLƏRİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SATILMASI QAYDASI
2.1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-Cəmiyyət) tərəfindən dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin satılması ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə aşağıdakı tərkibdə rayon komissiyası yaradılır:
Komissiyanın sədri
rayon (şəhər) icra hakimiyyəti başçısının aqrar məsələləri üzrə müavini;
Komissiyanın üzvləri:
rayon (şəhər) icra hakimiyyəti aparatının aqrar məsələlər şöbəsinin baş məsləhətçisi (baş aqronomu) və ya məsləhətçisi (aqronomu);
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon aqrokimya laboratoriyasının nümayəndəsi;
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli qurumunun nümayəndəsi;
[11]
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon torpaq şöbəsinin səlahiyyətli nümayəndəsi.
2.2. Mineral gübrə almaq istəyən istehsalçı müəyyən olunmuş qaydada rayon komissiyasına ərizə ilə müraciət edir.
2.3. Rayon komissiyası istehsalçının ərizəsinə 3 (üç) iş günü müddətində baxır və ona mövcud qaydalara uyğun yazılı surətdə öz rəyini bildirir.
2.4. Güzəştli qiymətlə mineral gübrə almaq istəyən istehsalçı Cəmiyyətə ərizə ilə müraciət edir və ərizəyə rayon komissiyasının rəyini, şəxsiyyətini təsdiqləyən (şəxsiyyət vəsiqəsinin və ya dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin) və istifadə etdiyi torpaq sahəsinə dair sənədlərin surətlərini əlavə edir.
2.5. Cəmiyyət 2 (iki) iş günü müddətində istehsalçının ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri ekspertizadan keçirir və mineral gübrələrin 70 faiz güzəştlə satılması barədə istehsalçıya güzəştin şərtlərini və ödənişin aparılması üçün müvafiq bankdakı xəzinə hesabını göstərməklə, müəyyən olunmuş formada hesab-faktura göndərir.
2.6. İstehsalçı alacağı mineral gübrələrin qiymətinin 30 faizini qabaqcadan Cəmiyyətin müvafiq bankdakı xəzinə hesabına hesab-fakturaya əsasən ödəyir. İstehsalçı ödənişi təsdiqləyən bütün bank sənədlərini Cəmiyyətə təqdim edir.
2.7. Ödənişi təsdiqləyən bank sənədlərinə əsasən Cəmiyyətlə istehsalç ı arasında mineral gübrələrin buraxılmasına dair qanunvericiliyə müvafiq olaraq alğı-satqı əməliyyatı həyata keçirir.
2.8. Güzəştli qiymətlə alınmış mineral gübrənin buğda əkin sahəsinə verilməsi rayon komissiyasının nəzarəti altında aparılır və yekunu barədə 3 (üç) nüsxədən ibarət akt tərtib olunur. Həmin akt rayon (şəhər) komissiyasının sədri tərəfindən təsdiq olunaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə təqdim edilir.
3. HESABAT VƏ NƏZARƏT
3.1. Cəmiyyət buğda istehsalı ilə məşğul olan istehsalçıya dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə satılması barədə məlumatı (icmal cədvəl) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir (məlumat forması əlavə olunur).
3.2. Mineral gübrələrin 70 faiz güzəştli şərtlərlə satılması üzərində nəzarət mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4 MƏSULİYYƏT
Bu Qaydaların tələblərini pozan şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
5. MÜBAHİSƏLƏR
Bu Qaydaların həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.
|
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması
[12]
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 3000 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və dövlət büdcəsinin vəsaiti və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) dövriyyə vəsaiti hesabına həmin Cəmiyyət tərəfindən ölkə daxilində və xaricdən satın alınan (bundan sonra - Cəmiyyət tərəfindən satın alınan) damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına (bundan sonra - istehsalçı) satılması qaydalarını müəyyən edir.
[13]
1.2. Cəmiyyət tərəfindən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının əsas məqsədi ölkə ərazisində damazlıq heyvandarlığın inkişaf etdirilməsindən və onların baş sayının artırılmasından ibarətdir.
[14]
2. “AQROLİZİNQ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ TƏRƏFİNDƏN SATIN ALINAN DAMAZLIQ HEYVANLARIN DÖVLƏT BÜDCƏSİNİN VƏSAİTİ HESABINA 50 FAİZ GÜZƏŞTLƏ LİZİNQ YOLU İLƏ SATILMASI QAYDALARI VƏ ŞƏRTLƏRİ
[15]
2.1. Cəmiyyət dövlət büdcəsindən ayrılan vəsait və özünün dövriyyə vəsaitləri hesabına satın aldığı damazlıq heyvanların zoobaytar tələblərinə cavab verən tövlələrdə karantin dövründə saxlanılmasını, xəstəliklərə qarşı yoxlanılmasını, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam dəyərində sığortalanmasını təmin edir.
[16]
2.2. Damazlıq heyvanların güzəştlə lizinq yolu ilə istehsalçılara satışının təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon (şəhər) üzrə daimi fəaliyyət göstərən komissiyalar yaradılır.
2.3. 50 faiz güzəştlə lizinq yolu ilə damazlıq heyvan almaq istəyən istehsalçı ərizə ilə rayon (şəhər) komissiyasına müraciət edir.
2.4. Rayon (şəhər) komissiyası istehsalçının ərizəsinə əsasən 3 (üç) iş günü ərzində istehsalçının iştirakı ilə damazlıq heyvanların saxlanılma şəraitini, yemlə təminatını, zoobaytar tədbirlərinin aparılmasının vəziyyətini yerində yoxlayır və istehsalçıya damazlıq heyvanın lizinq yolu ilə satılıb satılmaması barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi formada yazılı surətdə rəyini bildirir.
[17]
2.5. Güzəştli şərtlərlə lizinq yolu ilə damazlıq heyvan almaq istəyən istehsalçı ərizə ilə Cəmiyyətə müraciət edir və ərizəyə rayon (şəhər) komissiyasının rəyini və şəxsiyyətini təsdiqləyən sənədlərin (dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin) surətlərini əlavə edir.
[18]
2.6. Cəmiyyət 2 (iki) iş günü müddətində istehsalçının ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri ekspertiza dan keçirir və damazlıq heyvanın lizinq yolu ilə satılması barədə istehsalçıya güzəştin şərtlərini və ödənişin aparılması üçün müvafiq bankdakı hesablaşma hesabını göstərməklə, müəyyən olunmuş formada hesab-faktura göndərir.
[19]
2.7. İstehsalçı lizinq yolu ilə alacağı damazlıq heyvanların müəyyən olunmuş güzəştli dəyərinin 50 faizini və sığortanın tam dəyərinin qabaqcadan Cəmiyyətin müvafiq bankdakı hesablaşma hesabına hesab-fakturaya əsasən ödəyir. İstehsalçı ödənişi təsdiqləyən bütün bank sənədlərini Cəmiyyətə təqdim edir.
2.8. Ödənişi təsdiqləyən bank sənədlərinə əsasən Cəmiyyətlə istehsalçı arasında damazlıq heyvanların qanunvericiliyə müvafiq olaraq alğı-satqı əməliyyatı həyata keçirilir və 3 (üç) il müddətinə lizinq müqaviləsi bağlanılır.
2.9. İstehsalçı güzəştli şərtlərlə lizinq yolu ilə satın aldığı damazlıq heyvanı:
2.9.1. dəyəri tam ödənilənədək sata, bağışlaya və kəsə bilməz;
2.9.2. saxlanılması üçün istifadə etdiyi yer (tövlə) zoobaytar tələblərə tam cavab verməlidir və yem bazası ilə təmin etməlidir.
2.10. İstehsalçının səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, onda damazlıq heyvanın ödənilməyən qalıq dəyəri istehsalçı tərəfindən Cəmiyyətə ödənilməlidir.
3. HESABAT VƏ NƏZARƏT
3.1. Cəmiyyət satın aldığı damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması barədə məlumatı (icmal cədvəl) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir (məlumat forması əlavə olunur).
[20]
3.2. İstehsalçılara Cəmiyyət tərəfindən satın alınmış damazlıq heyvanların güzəştli qiymətlərlə lizinq yolu ilə satılması üzərində nəzarət mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
[21]
3.3. Damazlıq heyvanların satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
[22]
4. MƏSULİYYƏT
Bu Qaydaların tələblərini pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5. MÜBAHİSƏLƏR
Bu Qaydaların həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunur.
|
2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 25 (iyirmi beş) milyon manat vəsaitin bölgüsü
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Mineral gübrələrin, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların müvafiq standartlara uyğun saxlanılması üçün xüsusi anbarların tikintisinin layihələndirilməsi və onların ərazi üzrə yerləşdirilməsi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Alınmış mineral gübrələrin ölkə daxilində paylanması mexanizminin təkmilləşdirilməsi üçün ayrı-ayrı bölgələri əhatə etməklə, regional logistik bazaların yaradılmasının layihələndirilməsi və tikintisi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması barədə məlumat
(İCMAL CƏDVƏL)
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin sədri
|
Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması barədə
məlumat
(İCMAL CƏDVƏL)
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin sədri
|
Cəmiyyət tərəfindən satın alınan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması barədə məlumat
(İCMAL CƏDVƏL)
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin sədri
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 iyul 2013-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyul 2013-cü il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 881)
2.
13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)
3.
29 dekabr 2015-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 yanvar 2016-cı il, № 02, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 168)
4.
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476)
5.
18 mart 2019-cu il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 547)
6.
23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972)
7.
25 dekabr 2019-cu il tarixli 496 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2077)
8.
10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484)
9.
7 dekabr 2020-ci il tarixli 485 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2020-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1589)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7 dekabr 2020-ci il tarixli 485 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 dekabr 2020-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1589) ilə ləğv edilmişdir.
[2]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə 1.1.3-cü yarımbənddə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların” sözləri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə əvəz edilmişdir.
[3]
16 iyul 2013-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyul 2013-cü il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 881) ilə 2-ci və 3-cü hissələrə “buğda toxumunun” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilmişdir.
[4]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə 3-cü hissədə “gübrələrin və” sözləri “gübrələrin, ölkə daxilində və xaricdən satın alınan” sözləri ilə və “həmin xəzinə” sözləri “xəzinə və ya hesablaşma” sözləri ilə əvəz edilmişdir.
[5]
16 iyul 2013-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyul 2013-cü il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 881) ilə 4-cü hissəyə “yüksək reproduksiyalı” sözlərindən sonra “və genetik modifikasiya olunmamış” sözləri əlavə edilmişdir.
13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə 4-cü hissədə “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.
25 dekabr 2019-cu il tarixli 496 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2077) ilə 4-cü hissəsindən “və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri çıxarılmışdır.
[6]
10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484) ilə yeni məzmunda 4-1-ci hissə əlavə edilmişdir.
[7]
18 mart 2019-cu il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 547) ilə yeni məzmunda 6-cı hissə əlavə edilmişdir.
[8]
16 iyul 2013-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyul 2013-cü il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 881) ilə "Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları"nın 1.1-ci bəndinə “yüksək reproduksiyalı” sözlərindən sonra “və genetik modifikasiya olunmamış” sözləri əlavə edilmişdir.
[9]
29 dekabr 2015-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 yanvar 2016-cı il, № 02, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 168) ilə “Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları”nın 2.1-ci bəndinin altıncı abzasında “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon dövlət toxum müfəttişliyinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumunun” sözləri ilə əvəz edilmişdir.
23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972) ilə “Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları”nın 2.1-ci bəndinin altıncı abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilmişdir.
[10]
16 iyul 2013-cü il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyul 2013-cü il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 881) ilə “Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması Qaydaları”nın 1.1-ci bəndinə “buğda istehsalı” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilmişdir.
[11]
29 dekabr 2015-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 yanvar 2016-cı il, № 02, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 168) ilə “Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması Qaydaları”nın 2.1-ci bəndinin yeddinci abzasında “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon dövlət toxum müfəttişliyinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumunun” sözləri ilə əvəz edilmişdir.
23 may 2019-cu il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 972) ilə “Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması Qaydaları”nın 2.1-ci bəndinin yeddinci abzasında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin” sözləri “Aqrar Xidmətlər Agentliyinin” sözləri ilə əvəz edilmişdir.
[12]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın adında “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların” sözləri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə əvəz edilmişdir.
[13]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın 1.1-ci bəndində “dövlət vəsaiti hesabına “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xaricdən idxal olunan damazlıq heyvanların” sözləri “dövlət büdcəsinin vəsaiti və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) dövriyyə vəsaiti hesabına həmin Cəmiyyət tərəfindən ölkə daxilində və xaricdən satın alınan (bundan sonra - Cəmiyyət tərəfindən satın alınan) damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə əvəz edilmişdir.
[14]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın 1.2-ci bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.2. Dövlət vəsaiti hesabına xaricdən idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə satılmasında əsas meyar ölkə ərazisində damazlıq heyvandarlığın inkişaf etdirilməsi və onların baş sayının artırılması nəzərdə tutulur.
[15]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın 2-ci hissənin adında “İdxal olunmuş damazlıq heyvanların” sözləri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə əvəz edilmişdir.
[16]
13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın 2.2-ci bəndinin yeddinci abzasında “Dövlət Baytarlıq Xidmətinin” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri ilə əvəz edilmişdir.
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə 2.1-ci və 2.2-ci bəndlər yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.1. Cəmiyyət dövlət vəsaiti hesabına idxal etdiyi damazlıq heyvanların Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən Abşeron və digər rayonlarda zoobaytar tələblərinə cavab verən tövlələrdə karantin dövründə saxlanılmasını, xəstəliklərə qarşı yoxlanılmasını, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam dəyərində sığortalanmasını təmin edir, lazım gəldikdə isə qanuna müvafiq qaydada tədbirlər görür.
2.2. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-Cəmiyyət) tərəfindən xaricdən idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə istehsalçılara satılması işinin təşkili üçün rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə aşağıdakı tərkibdə rayon komissiyası yaradılır:
Komissiyanın sədri
rayon (şəhər) icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini;
Komissiyanın üzvləri:
rayon (şəhər) icra hakimiyyəti aparatının aqrar məsələlər şöbəsinin baş məsləhətçisi (baş zootexniki) və ya məsləhətçisi (zootexniki);
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ərazi kənd təsərrüfatı idarəsinin səlahiyyətli nümayəndəsi;
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarəsinin səlahiyyətli nümayəndəsi;
[17]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın 2.4-cü bəndə “barədə” sözündən sonra “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi formada” sözləri əlavə edilmişdir.
[18]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın 2.5-ci bənddən “(dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin)” sözləri çıxarılmışdır.
[19]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın 2.6-cı və 2.7-ci bəndlərdə “xəzinə” sözü “hesablaşma” sözü ilə əvəz edilmişdir.
[20]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın 3.1-ci bənddə “2008-2009-cu illərdə dövlət vəsaiti hesabına idxal etdiyi” sözləri “satın aldığı” sözləri ilə əvəz edilmişdir.
[21]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın 3.2-ci bənddə “dövlət vəsaiti hesabına idxal olunmuş” sözləri “Cəmiyyət tərəfindən satın alınmış” sözləri ilə əvəz edilmişdir.
[22]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na yeni məzmunda 3.3-cü bənd əlavə əvəz edilmişdir.
[23]
7 iyul 2017-ci il tarixli 278 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1476) ilə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın əlavənin yuxarı sağ küncündə “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların” sözləri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına” sözləri ilə və adında “Dövlət vəsaiti hesabına idxal olunan” sözləri “Cəmiyyət tərəfindən satın alınan” sözləri ilə əvəz edilmişdir.