AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
31.10.2008
QEYDİYYAT NÖMRƏSİ
713-IIIQR
ADI
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adının dəyişdirilməsi, yeni işçi qruplarının yaradılması və mövcud işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı (Dərc olunma tarixi: 02-10-2008, Nəşr nömrəsi: 03, Son tarix: 25-11-2008)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adının dəyişdirilməsi, yeni işçi qruplarının yaradılması və mövcud işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adının dəyişdirilməsi, yeni işçi qruplarının yaradılması və mövcud işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan - Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun adı dəyişdirilərək Azərbaycan – Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu adlandırılsın.

II. Azərbaycan Respublikası Milli Məclisinin Çernoqoriya parlamenti və İraq Respublikasının parlamenti ilə əlaqələrini daha da inkişaf etdirmək məqsədi ilə aşağıdakı tərkibdə Azərbaycan - Çernoqoriya və Azərbaycan - İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılsın:

 

Azərbaycan - Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu

 

1. Aslanov Novruzəli Davud oğlu -

2. Axundova Elmira Hüseyn qızı,

3. Hacıyev Sabir Kamal oğlu,

4. İsgəndərov Nizami Zaman oğlu.

 

Azərbaycan - İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu

 

Məmmədov İlham Kazım oğlu    - qrupun rəhbəri,

Əliyev Vasif İzzət oğlu,

Həsənov Aydın Xanhüseyn oğlu,

Paşazadə Cavanşir Hümmət oğlu,

Zeynalov Fərrux Məmmədnəbi oğlu.

 

III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rauf Asif oğlu Əliyev və Yaqub Mikayıl oğlu Mahmudov Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Rüstəm Gülabba oğlu Xəlilov Azərbaycan-Belarus, Azərbaycan-Macarıstan və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Sevindik Hacaрa oğlu Hətəmov Azərbaycan-Belarus və Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Bəxtiyar Həmzə oğlu Əliyev Azərbaycan - İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Fuad Rauf oğlu Muradov Azərbaycan - Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə daxil edilsinlər.

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O. Əsədov

Bakı şəhəri, 31 oktyabr 2008-ci il

                № 713-IIIQR

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status