010.000.000
440.000.000
Birləşmiş Millətlər Təşkilatının "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə edilmiş əlavənin təsdiq olunması barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Birləşmiş Millətlər Təşkilatının "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə edilmiş əlavə təsdiq olunsun.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2008-ci il
№ 700-IIIQ
FCCC/KP/CMP/2006/10/Add.1
10/CMP.2 nömrəli Qərar
Kioto Protokolunun B Əlavəsinə düzəliş edilməsinə dair
Belarus Respublikasının
TƏKLİFİ
Kioto Protokolunun iştirakçısı olan Tərəflərin müşavirəsi qismində fəaliyyət göstərən Tərəflər Konfransı,
Belarus Respublikasının Kioto Protokolunun B əlavəsinə düzəliş edilməsinə və tullantıların azaldılması ilə əlaqədar öz üzərinə kəmiyyət öhdəliyi götürməsinə dair təklifini nəzərə alaraq,
Kioto Protokolunun 3,20 və 21-ci maddələrinə istinad edərək,
həmçinin özünün 32/CMP.1 nömrəli qərarına istinad edərək,
Belarus Respublikasının FCCC/KP/CMP/2006/2 nömrəli sənəddə olan təqdimatını nəzərə alaraq,
istilik effekti yaradan parnik qazları tullantılarının azaldılması və Kioto Protokolunun nizamnaməsinə riayət edilməsi istiqamətində Belarus Respublikasının göstərdiyi səyləri və əldə etdiyi inkişafı alqışlayaraq,
Kioto Protokolunun 21-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq Belarus Respublikasının Kioto Protokolunun B əlavəsinə düzəlişin qəbul edilməsi üçün FCCC/KP/CMP/2006/9 nömrəli sənəddə öz razılığını təqdim etdiyini qeyd edərək,
1. Kioto Protokolunun B əlavəsinə bu qərarın əlavəsində verilən düzəlişi qəbul edir;
2. Belarus Respublikasının meşə təsərrüfatının rasional idarə edilməsi nəticəsində mənbələrdən antropogen istilik effekti yaradan qaz tullantılarının və bu qazların udulması nəticəsində yaranan tullantı azalmalarının Kioto Protokolunun 3-cü maddəsinin 4-cü bəndinə və 16/CMP.1 qərarına uyğun olaraq öhdəliklərin birinci mərhələsi ərzində nəzərə alınmaması barədə qərarını alqışlayaraq;
3. həmçinin Belarus Respublikasının, onun müvafiq orqanlarının razılığı əsasında, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına yönəlmiş tədbirlərin qəbul edilməsi məqsədilə Kioto Protokolunun 17-ci maddəsinə uyğun olaraq satışdan əldə edilən istənilən gəlirlərdən istifadə edəcəyini alqışlayaraq;
4. qərara alır ki, Belarus Respublikası öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsində 11/CMP.1 qərarının əlavəsinin 6-cı bəndinə uyğun olaraq hesablanmış rezervdən əlavə, Kioto Protokolunun 3-cü maddəsinin 7 və 8-ci bəndlərinə uyğun olaraq müəyyən edilmiş miqdarın 7 faizini öz milli reyestrində rezervdə saxlayır;
5. Kioto Protokolunun iştirakçısı olan Tərəfləri bu qərarın əlavəsində olan düzəlişi təsdiq etməyə, qəbul etməyə və ya bəyənməyə çağırır.
FCCC/KP/CMP/2006/10//dd.1
ƏLAVƏ
Kioto Protokolunun B əlavəsinə düzəliş
“Avstriya” və Belçika” sətirlərinin arasına aşağıdakı mətn1 daxil edilsin:
“Belarus Respublikası*92”
10-cu plenar iclas
17 noyabr 2006-cı il