180.000.000
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilsin:
1.1. «Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli Fərmanının 4-cü bəndində «Azərbaycan Hava Yolları Dövlət Konserninin» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının» sözləri ilə əvəz edilsin.
1.2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №3, maddə 175; 2000-ci il, №8, (III kitab), maddə 615; 2001-ci il, №10, maddə 640, №12, maddələr 754, 755; 2003-cü il, №10, maddələr 546, 568, 571, 585; 2004-cü il, №12, maddə 1005; 2005-ci il, №2, maddə 69, №3, maddə 170, №7, maddə 592, №8, maddə 720, №12, maddələr 1104, 1112; 2006-cı il, №9, maddə 743; 2007-ci il, №3, maddə 234, №8, maddə 766) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 2 nömrəli Əlavəsinin «İdxal» bölməsinin altıncı abzasında «Azərbaycan Hava Yolları» Dövlət Konserni» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin.
1.3. «Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli 692 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 432; 2002-ci il, №1, maddə 56; 2003-cü il, №9, maddə 487; 2006-cı il, №7, maddə 588; 2007-ci il, №6, maddə 603) 1-ci bəndində «Azərbaycan Hava Yolları» Dövlət Konserninin Baş direktoru» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru» sözləri ilə əvəz edilsin.
1.4. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il , №8 (III kitab), maddə 612; 2001-ci il, №7, maddə 462, №10, maddə 640, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, №1, maddələr 19, 26, №3, maddələr 138, 141, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608, №11, maddə 909, №12, maddə 1005; 2005-ci il, №2, maddələr 67, 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802, №12, maddə 1101; 2006-cı il, №2, maddə 83, №4, maddələr 321, 322, №5, maddə 407, №7, maddə 590, №8, maddələr 662, 663, 674, 675, 679, №9, maddə 743, №11, maddələr 942, 945; 2007-ci il, №1, maddə 11, №2, maddə 87, №3, maddə 230, №7, maddə 715, №8, maddələr 767, 769, №11, maddələr 1110, 1116, 1120, №12, maddə 1227; 2008-ci il, №1, maddə 7; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 737 nömrəli Fərmanı) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1.4.1. 3.18-ci bənddən «130-134-cü,» sözləri çıxarılsın, «149.6-cı» sözləri «149.5-ci» sözləri ilə, «150.6-cı» sözləri isə «150.5-ci» sözləri ilə əvəz edilsin;
1.4.2. aşağıdakı məzmunda 3.54-cü bənd əlavə edilsin:
«3.54. həmin Məcəllənin 130-134-cü, 149.6-cı və 150.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası baxır.».
1.5. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №9, maddə 555; 2003-cü il, №3, maddə 153, №10, maddə 570; 2005-ci il, №2, maddə 69, №4, maddələr 301, 307, №8, maddə 721, №10, maddə 919, №12, maddələr 1104, 1117; 2006-cı il, №7, maddə 591, №9, maddə 743, №11, maddə 945, №12, maddə 1057; 2007-ci il, №6, maddə 618, №8, maddələr 759, 765, №10, maddə 943, №11, maddələr 1098, 1106) Əlavə 2 «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri»nin «Lisenziya verən icra hakimiyyəti orqanı» sütununun 14-cü bəndində «Nəqliyyat Nazirliyi» sözləri «Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin.
1.6. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №6, maddə 286; 2006-cı il, №11, maddə 945; 2007-ci il, №6, maddə 601) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə»nin 9.34-cü bəndindən «hava limanlarında,» sözləri, 10.4-cü bəndindən «mülki hava gəmiləri ekipajları,» sözləri, 10.11-ci bəndindən «mülki hava gəmilərinin uçuşunun,» sözləri çıxarılsın.
1.7. «Feldyeger rabitəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №8, maddə 432; 2007-ci il, №6, maddə 601) 2-ci bəndinin dördüncü abzasında «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti» sözlərindən əvvəl «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası,» sözləri əlavə edilsin.
1.8. «Sərnişinlərin icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 913 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №8, maddə 442) 2-ci bəndinin dördüncü abzasında «və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi» sözləri «,Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin.
[1]
1.9. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №6, maddə 485; 2006-cı il, №11, maddə 948) ilə təsdiq edilmiş «Dövlət sirrinə aid edilən məlumatların Siyahısı»nın IV bölməsinin 12-ci bəndində «Fövqəladə Hallar Nazirliyi» sözlərindən sonra «, Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra-DMAA)» sözləri, 13-cü, 23-cü və 24-cü bəndlərinə «DMAA» sözü əlavə edilsin.
1.10. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №4, maddə 326) ilə təsdiq edilmiş Əlavə 2 «Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı»nın «Daşınar əmlakın rəsmi reyestrlərini aparan icra hakimiyyəti orqanlarının adları» sütununun 12-ci bəndində «Nəqliyyat Nazirliyi» sözləri «Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin.
1.11. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 yanvar tarixli 62 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №1, maddə 38; 2007-ci il, №2, maddə 87, №8, maddə 769) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında hidrometeorologiyanın İnkişaf Proqramı»nın 6-cı bölməsinin 6.4-cü bəndinin «Əsas icraçılar» sütununda «Nəqliyyat Nazirliyi» sözləri «Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilsin və 6.2-ci, 6.3-cü, 6.5-ci və 6.6-cı bəndlərinə «Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidməti Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti adlandırılsın.
3. Müəyyən edilsin ki:
3.1. «Aviasiya haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin birinci hissəsində, 10.7-ci maddəsində, 11.4-cü maddəsində (birinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın, habelə həmin Qanunun 7.2-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin Qanunun 11.5-ci maddəsinin ikinci hissəsində, 12.1-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.3. həmin Qanunun 11.4-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.4. həmin Qanunun 5.6-cı, 5.7-ci maddələrində, 8.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 11.3-cü maddəsində, 17.1-ci və 17.2-ci maddələrinin ikinci cümlələrində, 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 17.4-cü, 20.1-ci, 20.3-cü, 20.4-cü və 20.7-ci maddələrində, 21.1-ci maddəsinin birinci və ikinci hissələrində, 21.2-ci maddəsində, 21.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 22.3-cü maddəsinin birinci, ikinci, üçüncü hissələrində və dördüncü hissəsinin birinci cümləsində, 23-cü maddəsinin birinci cümləsində, 25.1-ci maddəsinin birinci hissəsində, 25.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 25.3-cü maddəsinin birinci və ikinci hissələrində, 25.4-cü, 26.3-cü maddəsində, 27-ci maddəsinin birinci cümləsində, 28.1-ci maddəsinin birinci və ikinci hissələrində, 28.2-ci, 29-cu və 30-cu maddələrində, 32.4.2-ci və 32.4.3-cü (birinci halda), 42.3-cü, 44.3-cü və 44.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın, habelə həmin Qanunun 7.1-ci və 8.11-ci maddələrində, 9.8-ci maddəsinin birinci hissəsində, 14.1-ci maddəsində, 26.1-ci maddəsinin ikinci cümləsində və 42.2-ci maddəsində və 42.7-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini mülki hava gəmilərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, dövlət hava gəmilərinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.5. həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 7.4-cü maddəsinin birinci hissəsində (birinci halda), 8.3-cü, 8.4-cü maddələrində, 8.6-cı maddəsinin birinci hissəsində, 8.7-ci maddəsinin birinci cümləsində, 8.8-ci maddəsində, 8.9-cu maddəsinin birinci hissəsində, 8.10-cu maddəsinin ikinci və üçüncü cümlələrində, 9.2-ci maddəsində, 9.3-cü (Mülki hava gəmiləri ilə dövlət hava gəmilərinin birgə istifadəsi nəzərdə tutulan hava limanlarının və mülki aerodromların sertifikatlaşdırılması isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəyi nəzərə alınmaqla aparılır) və 9.3.5-ci maddələrində, 9.4-cü və 9.6-cı maddələrinin birinci və ikinci cümlələrində, 9.7-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində, 18.1-ci, 32.5.2-ci maddəsində, 34.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 34.2-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrində, 35.0-cı maddəsində, 36-cı maddəsinin birinci hissəsində, 37-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, 38.1-ci maddəsində, 38.2-ci maddəsinin birinci cümləsində, 39.1-ci, 39.2-ci, 41.0-cı, 41.0.3-cü və 42.4-cü maddələrində, 43.2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində və 50.6-cı maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın, habelə həmin Qanunun 8.9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası həyata keçirir;
3.6. həmin Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;
3.7. həmin Qanunun 6.5-ci maddəsində, 6.6-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində və 8.7-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;
3.8. həmin Qanunun 9.10-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.9. həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.10. həmin Qanunun 10.3-cü və 10.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.11. həmin Qanunun 10.4-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.12. həmin Qanunun 42.6-cı maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.13. həmin Qanunun 44.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.14. həmin Qanunun 7.4-cü maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.15. həmin Qanunun 9.3.10-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
3.16. həmin Qanunun 9.9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 11 noyabr 2008-ci il.
№ 13
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
15 sentyabr 2011-ci il tarixli 500 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 794)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
15 sentyabr 2011-ci il tarixli 500 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 794) ilə 1.8-ci bənd ləğv edilmişdir.