100.000.000
«Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu»nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında» 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu»nun təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi»nə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 632 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 yanvar tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 25; 2002-ci il, № 8, maddə 485; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 7, maddə 537, № 10, maddə 799; 2005-ci il, № 12, maddə 1102; 2007-ci il, № 2, maddə 97, № 10, maddə 947; 2008-ci il, № 3, maddə 168) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 5.2-ci bənd əlavə edilsin:
«5.2. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
2. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 423; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 8, maddə 617, № 9, maddə 678; 2005-ci il, № 10, maddə 910) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 10-1-ci bənd əlavə edilsin:
«10-1. Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
3. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 86; 2003-cü il, № 10, maddə 585; 2006-cı il, № 5, maddə 409; 2007-ci il, № 3, maddələr 221, 234) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin:
«5.2-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
[1]
4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 481; 2005-ci il, № 5, maddə 403; 2008-ci il, № 3, maddə 175) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 10.2-1-ci bənd əlavə edilsin:
«10.2-1. Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.».
5. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli 576 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 591; 2003-cü il, № 10, maddələr 550, 585; 2004-cü il, № 1, maddə 19, № 12, maddə 994; 2005-ci il, № 10, maddə 910; 2006-cı il, № 5, maddə 409; 2007-ci il, № 6, maddə 606) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 13-1-ci bənd əlavə edilsin:
«13-1. Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
6. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 598; 2004-cü il, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005-ci il, № 10, maddə 910) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavələr və dəyişiklik edilsin:
[2]
6.1. aşağıdakı məzmunda 13-1-ci bənd əlavə edilsin:
«13-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
6.2. 15.3-cü bənddə «yerli qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilsin;
6.3. 15.8-ci bəndin əvvəlinə «qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla» sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 780 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 500; 2005-ci il, № 10, maddə 910) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 12-1-ci bənd əlavə edilsin:
[3]
«12-1. Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
8. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 501; 2003-cü il, № 8, maddə 437; 2004-cü il, № 12, maddə 994; 2005-ci il, № 9, maddə 800; 2006-cı il, № 12, maddə 1046; 2007-ci il, № 2, maddə 97, № 4, maddə 325; 2008-ci il, № 2, maddə 51, № 3, maddə 187) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 11-1-ci bənd əlavə edilsin:
[4]
«11-1. Fondun strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Fondun strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
9. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 799 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 595) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 13-1-ci bənd əlavə edilsin:
[5]
«13-1. Agentliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
10. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 855 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 87) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavələr və dəyişiklik edilsin:
[6]
10.1. aşağıdakı məzmunda 10-1-ci bənd əlavə edilsin:
«10-1. Agentliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
10.2. 12.5-ci bənddə «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilsin;
10.3. 13-cü bənddə «struktur bölmələrinin» sözləri «qurumlarının» sözü ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 286; 2006-cı il, № 11, maddə 945; 2007-ci il, № 6, maddə 601) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:
11.1. aşağıdakı məzmunda 12-1-ci bənd əlavə edilsin:
«12-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
11.2. 14.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
«14.6. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Nazirliyin mərkəzi aparatının struktur bölmələrinin və qurumlarının əsasnamələrini (nizamnamələrini) təsdiq edir;»;
11.3. 14.7-ci bənddə «Nazirlik tərəfindən yaradılan hüquqi şəxs statuslu qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 485, № 10, maddə 910; 2006-cı il, № 9, maddə 741) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə»yə aşağıdakı əlavələr edilsin:
12.1. aşağıdakı məzmunda 11-1-ci bənd əlavə edilsin:
«11-1. İdarənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. İdarənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
12.2. 13.3-cü bənddə «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilsin.
13. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 22) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 11-1-ci bənd əlavə edilsin:
«11-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
14. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 619) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişiklik edilsin:
[7]
14.1. aşağıdakı məzmunda 13-1-ci bənd əlavə edilsin:
«13-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
14.2. 23-cü bənddə «strukturuna daxil» sözləri «tabeliyində» sözü ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 63; 2008-ci il, № 3, maddə 168) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:
15.1. 5.2-ci bənddə «Komitə sisteminə daxil olan təşkilatların» sözləri «onun strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair)» sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
«Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.»;
15.2. 5.5.2-ci bənddə «onun tabeliyində olan təşkilatların əsasnamələrini» sözləri «qurumlarının əsasnamələrini (nizamnamələrini)» sözləri ilə əvəz edilsin;
15.3. 5.5.4-cü və 5.8-ci bəndlərdə «struktur bölmələrinin» sözləri «qurumların» sözü ilə əvəz edilsin.
16. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 161, № 12, maddə 1102; 2007-ci il, № 10, maddə 947) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 11-1-ci bənd əlavə edilsin:
«11-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
17. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 301; 2006-cı il, № 2, maddə 91, № 5, maddə 397; 2007-ci il, № 2, maddə 87; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli 770 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavələr edilsin:
17.1. aşağıdakı məzmunda 14-1-ci bənd əlavə edilsin:
«14-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
17.2. 18.3-cü və 18.5-ci bəndlərin əvvəlinə «qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla» sözləri əlavə edilsin.
18. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 484; 2007-ci il, № 11, maddə 1108; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 749 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 13-1-ci bənd əlavə edilsin:
[8]
«13-1. Komissiyanın strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.».
19. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 286 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 718; 2006-cı il, № 1, maddə 11, № 5, maddə 409; 2007-ci il, № 6, maddə 606) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:
[9]
19.1. 10-cu və 14.3-cü bəndlərdə «onun strukturunda olan yerli» sözləri çıxarılsın;
19.2. 11-ci bənddə «Xidmətin» sözündən sonra «strukturu və» sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
«Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
19.3. 14.4-cü bənddə «yerli» sözü çıxarılsın.
20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 719) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 12-1-ci bənd əlavə edilsin:
[10]
«12-1. Agentliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
21. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 313 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1008; 2006-cı il, № 2, maddə 88; 2007-ci il, № 6, maddə 606) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 12-1-ci bənd əlavə edilsin:
[11]
«12-1. Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.».
22. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 24 noyabr tarixli 323 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1018) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişiklik edilsin:
[12]
22.1. aşağıdakı məzmunda 10-1-ci bənd əlavə edilsin:
«10-1. Dövlətstatkomun strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Dövlətstatkomun strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
22.2. 12.6-ci bənddə «strukturların» sözü «qurumların» sözü ilə əvəz edilsin.
23. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 80, № 3, maddə 235; 2007-ci il, № 9, maddə 870) ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi»nə aşağıdakı dəyişiklik və əlavə edilsin:
23.1. 11-ci bəndin ikinci cümləsində «və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya Orqan tərəfindən» sözləri çıxarılsın;
23.2. 14.2-ci bənddə «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilsin.
24. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 324, № 10, maddə 849) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
24.1. 8.40-cı bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilsin;
24.2. 10-cu bənddə «yerli və digər qurumları» sözləri «qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair)» sözləri ilə əvəz edilsin;
24.3. 11-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
«Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
24.4. 14.2-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilsin və «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilsin;
24.5. 14.4-cü bənddə «strukturuna daxil olan qurumların» sözlərindən sonra «və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair)» sözləri əlavə edilsin;
24.6. 15-ci bəndin birinci cümləsində «strukturuna daxil olan qurumların» sözləri çıxarılsın.
25. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 324, № 10, maddə 849) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturu»na aşağıdakı əlavə və dəyişiklik edilsin:
25.1. 1-ci bənddə «aparatı» sözündən sonra «(şöbələr və sektorlar)» sözləri əlavə edilsin;
25.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
«2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan qurumlar:
Bakı, Gəncə, Sumqayıt şəhər gənclər və idman baş idarələri
rayon (şəhər) gənclər və idman idarələri».
26. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 325, № 9, maddə 737; 2007-ci il, № 2, maddə 85, № 4, maddə 330) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
[13]
26.1. 10-cu bənddə «yerli və digər qurumlar» sözləri «qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair)» sözləri ilə əvəz edilsin;
26.2. 11-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
«Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
26.3. 14.2-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilsin və «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilsin;
26.4. 14.3-cü bənddə «strukturuna daxil olan qurumların» sözlərindən sonra «və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair)» sözləri əlavə edilsin.
27. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 325, № 9, maddə 737; 2007-ci il, № 2, maddə 85, № 4, maddə 330) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturu»na aşağıdakı əlavə və dəyişiklik edilsin:
27.1. 1-ci bənddə «aparatı» sözündən sonra «(şöbələr və sektorlar)» sözləri əlavə edilsin;
27.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
«2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan qurumlar:
Bakı, Gəncə, Sumqayıt şəhər mədəniyyət və turizm idarələri
rayon (şəhər) mədəniyyət və turizm şöbələri».
28. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 327) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə»yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
[14]
28.1. 10-cu bənddə «onun strukturuna daxil olan qurumlar» sözlərindən sonra «və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair)» sözləri əlavə edilsin;
28.2. 11-ci bənd üzrə:
28.2.1. birinci cümlədə «say tərkibi» sözlərindən sonra «və strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısı» sözləri əlavə edilsin;
28.2.2. ikinci cümlədə «Administrasiya» sözü «Azərbaycan Respublikasının Prezidenti» sözləri ilə əvəz edilsin;
28.3. 15.2-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilsin və «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilsin.
29. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 402) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
29.1. 11-ci bənddə «yerli və digər qurumları» sözləri «qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair)» sözləri ilə əvəz edilsin;
29.2. 12-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
«Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
29.3. 15.2-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilsin;
29.4. 15.4-cü bənddə «strukturuna daxil olan qurumların» sözlərindən sonra «və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair)» sözləri əlavə edilsin;
29.5. 16-cı bəndin birinci cümləsində «strukturuna daxil olan qurumların» sözləri çıxarılsın.
30. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 402) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin strukturu»nun 1-ci bəndində «aparatı» sözündən sonra «(şöbələr və sektorlar)» sözləri əlavə edilsin.
31. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 411, № 8, maddə 680; 2007-ci il, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
31.1. 8.13-cü bənddə «strukturuna daxil olan qurumları» sözləri «qurumlarını» sözü ilə əvəz edilsin;
31.2. 8.18-ci bənddə «strukturuna daxil olan qurumlarda» sözləri «qurumlarında» sözü ilə əvəz edilsin;
31.3. 9.17-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə, «strukturuna daxil olmayan» sözləri isə «digər» sözü əvəz edilsin;
31.4. 10-cu bənddə «yerli və digər qurumları» sözləri «qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair)» sözləri ilə əvəz edilsin;
31.5. 11-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
«Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
31.6. 14.2-ci bənddə «strukturuna daxil olan qurumların» sözləri «qurumlarının» sözü ilə əvəz edilsin və «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilsin;
31.7. 14.4-cü bənddə «strukturuna daxil olan qurumların» sözlərindən sonra «və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair)» sözləri əlavə edilsin.
32. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 411, № 8, maddə 680; 2007-ci il, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu»na aşağıdakı əlavə və dəyişiklik edilsin:
32.1. 1-ci bənddə «aparatı» sözündən sonra «(şöbələr və sektorlar)» sözləri əlavə edilsin;
32.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
«2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan qurumlar:
Bakı Şəhər Baş Səhiyyə İdarəsi
Gəncə Şəhər Səhiyyə İdarəsi
Sumqayıt Şəhər Səhiyyə şöbəsi
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
Şəhər (rayon), eləcə də Su nəqliyyatında gigiyena və epidemiologiya mərkəzləri
Respublika Sanitariya-Karantin Müfəttişliyi».
33. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 670; 2007-ci il, № 3, maddə 233, № 5, maddə 455, № 8, maddə 768, № 11, maddələr 1105, 1094; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 may tarixli 762 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturu»nda «aparatı» sözündən sonra «(şöbələr və sektorlar)» sözləri əlavə edilsin.
34. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1051; 2008-ci il, № 4, maddə 255) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı əlavələr edilsin:
34.1. 5.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
«Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
34.2. 5.8.4-cü bəndin əvvəlinə «qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla» sözləri əlavə edilsin.
35. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1051; 2008-ci il, № 4, maddə 255) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturu»nun 2.5-ci və 2.6-cı bəndləri çıxarılsın.
36. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 239; 2008-ci il, № 1, maddə 4, № 3, maddə 168) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişiklik edilsin:
36.1. 12-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
«Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.»;
36.2. 15-ci bəndin birinci cümləsində «müavinləri» sözü «üç müavini» sözləri ilə əvəz edilsin.
37. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 4, maddə 327) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə»yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
[15]
37.1. 11-ci bənd üzrə:
37.1.1. birinci cümlədə «Administrasiyanın» sözündən sonra «strukturu və» sözləri əlavə edilsin;
37.1.2. ikinci cümlədə «strukturu» sözü «strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısı» sözləri ilə əvəz edilsin;
37.2. 15.2-ci bənddə «strukturuna daxil olan dövlət mülki aviasiya subyektlərinin» sözləri «qurumlarının» sözü ilə əvəz edilsin və «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilsin.
38. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 500) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu»nda aşağıdakı dəyişikliklər edilsin:
38.1. 1-ci bənd çıxarılsın və 2-ci və 3-cü bəndlər müvafiq olaraq 1-ci və 2-ci bəndlər hesab edilsin;
38.2. 1-ci və 2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
«1. Dövlət Miqrasiya Xidmətinin aparatı (şöbələr və sektorlar);
2. Dövlət Miqrasiya Xidmətinin strukturuna daxil olan qurumlar:
Regional idarələr».
39. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
39.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
39.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
39.3. bu Fərmanın 1-22, 28-ci və 37-ci bəndlərində nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının strukturları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
39.4. bu Fərmanın 24-27-ci və 29-36-cı bəndlərində nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
39.5. bu Fərmanda nəzərdə tutulmayan mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrini və strukturlarını «Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu»nun təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi»nə dəyişiklik və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 632 nömrəli Fərmanına uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
39.6. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
40. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 11 noyabr 2008-ci il.
№ 14
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
12 may 2009-cu il tarixli 87 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 may 2009-cu il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 319)
2.
14 may 2009-cu il tarixli 95 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2009-cu il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 327)
3.
24 iyun 2009-cu il tarixli 115 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 427)
4.
31 avqust 2009-cu il tarixli 155 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 631)
5.
24 iyun 2009-cu il tarixli 116 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 428)
6.
19 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 iyun 2014-cü il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 635)
7.
20 may 2016-cı il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 860)
8.
24 iyun 2016-cı il tarixli 976 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1072)
9.
16 may 2017-ci il tarixli 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 801)
10.
22 may 2018-ci il tarixli 90 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 958)
11.
4 aprel 2018-ci il tarixli 1906 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 aprel 2018-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 657)
12.
6 iyun 2018-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyun 2018-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1209)
13.
27 mart 2020-ci il tarixli 975 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 aprel 2020-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3, maddə 251)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
12 may 2009-cu il tarixli 87 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 may 2009-cu il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 319) ilə 3-cü bəndi qüvvədən düşmüş hesab edilmişdir.
[2]
27 mart 2020-ci il tarixli 975 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 aprel 2020-ci il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3, maddə 251) ilə 6-cı bənd ləğv edilmişdir.
[3]
14 may 2009-cu il tarixli 95 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 may 2009-cu il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 327) ilə 7-ci bənd ləğv edilmişdir.
[4]
24 iyun 2016-cı il tarixli 976 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1072) ilə 8-ci bənd ləğv edilmişdir.
[5]
31 avqust 2009-cu il tarixli 155 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 631) ilə 9-cu bəndi ləğv edilmişdir.
[6]
20 may 2016-cı il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 860) ilə 10-cu bənd ləğv edilmişdir.
[7]
19 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 iyun 2014-cü il, № 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 635) ilə 14-cü bənd ləğv edilmişdir.
[8]
16 may 2017-ci il tarixli 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 801) ilə 18-ci bənd ləğv edilmişdir.
[9]
24 iyun 2009-cu il tarixli 116 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 428) ilə 19-cu bənd ləğv edilmişdir.
[10]
4 aprel 2018-ci il tarixli 1906 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 aprel 2018-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 657) ilə 20-ci bənd ləğv edilmişdir.
[11]
24 iyun 2009-cu il tarixli 116 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 iyun 2009-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 428) ilə 21-ci bənd ləğv edilmişdir.
[12]
24 iyun 2009-cu il tarixli 115 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 427) ilə 22-ci bənd ləğv edilmişdir.
[13]
6 iyun 2018-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyun 2018-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1209) ilə 26 maddə ləğv edilmişdir.
[14]
22 may 2018-ci il tarixli 90 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 958) ilə 28-ci bənd ləğv edilmişdir.
[15]
22 may 2018-ci il tarixli 90 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 958) ilə 37-cü bənd ləğv edilmişdir.