×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
15.08.1996
QEYDİYYAT NÖMRƏSİ
484
ADI
Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-08-1996, Nəşr nömrəsi: 157)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI [1]

 

Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksək tezlikli qurğulardan istifadə edilməsinin səmərəliyini artırmaq və bu sahədə ayrı-ayrı idarə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılsın.

2. Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri təyin edilsin.

3. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (vəzifəsinə görə) Radiotezliklər üzrə Dövlət Komissiyası sədrinin müavini təyin edilsin.

4. Müəyyən edilsin ki, Radiotezliklər üzrə Dövlət Komissiyasının tərkibinə nəqliyyat, rabitə və yüksək texnologiyalar, müdafiə, daxili işlər nazirliklərinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərləri tərəfindən təyin edilən bu orqanların səlahiyyətli nümayəndələri daxildir. [2]

Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarı ilə radiokommunikasiya vasitələrini istehsal və istismar edən respublikanın digər müəssisələrinin nümayəndələri də bu komissiyanın tərkibinə daxil edilə bilərlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay ərzində Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnaməni təsdiq etsin və bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 15 avqust 1996-cı il

                     № 484

 

 

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2008-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 969)

2.       21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51)

3.       19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)

  1. 4 may 2021-ci il tarixli 1329 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 may 2021-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 436)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 4 may 2021-ci il tarixli 1329 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 may 2021-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 436) ilə ləğv edilmişdir.

 

[2] 11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2008-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 969) ilə 4-cü bəndində «Azərbaycan Hava Yolları Dövlət Konserninin» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının» sözləri ilə əvəz edilmişdir.

19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə 3-cü və 4-cü hissələrində “rabitə” sözü “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri ilə, 4-cü hissəsində “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının” sözləri “və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə 4-cü hissədən “, milli təhlükəsizlik ” sözləri çıxarılmışdır, həmin hissəyə “nazirliklərinin” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status