AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
21.11.2008
QEYDİYYAT NÖMRƏSİ
24
ADI
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 22-11-2008, Nəşr nömrəsi: 262), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2008, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 979)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.11.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.000.000
380.000.000
190.000.000
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanının icrası ilə əlaqədar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının fəaliyyətinin təşkilini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. qüvvədə olan normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 noyabr 2008-ci il

     № 24

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının

 

NİZAMNAMƏSİ

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası (bundan sonra - Akademiya) Azərbaycan Respublikası Prezidentinin «Ədliyyə orqanlarının inkişafı haqqında» 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, ədliyyə və prokurorluq orqanları işçilərinin, hakimlərin, digər hüquqşünasların peşə hazırlığının artırılması, habelə cəmiyyətin ixtisaslı hüquqşünas kadrlarına ehtiyacının təmin edilməsi üçün yaradılmış tədris-elm müəssisəsidir. [1]

2. Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarlarını, əmr və sərəncamlarını, hakim vəzifəsinə namizədlərin və hakimlərin tədrisinə dair Məhkəmə-Hüquq Şurasının qərarlarını, digər normativ hüquqi aktları, habelə bu Nizamnaməni rəhbər tutur. [2]

3. Akademiya hüquqi şəxsdir, müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, rəsmi emblemə, müvafiq ştamplara və blanklara malikdir.

4. Akademiyanın saxlanma xərcləri, tədris və elmi fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

5. Akademiya qüvvədə olan qanunvericiliyə əsasən tədris prosesinin təşkilində, elmi, təsərrüfat və səlahiyyətlərinə aid edilmiş digər funksiyaların həyata keçirilməsində sərbəstdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Akademiyanın fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğunluğuna nəzarət edir.

6. Akademiya Bakı şəhərində yerləşir.

 

II. Akademiyanın strukturu və idarə edilməsi

 

7. Akademiyanın strukturu və ştat cədvəli Azərbaycan Respublikasının ədliyyə naziri (bundan sonra - Nazir) tərəfindən təsdiq edilir.

Akademiyanın strukturuna rektorat, fakültələr, kafedralar, idarələr, şöbələr, katiblik, kitabxana və digər qurumlar daxil edilir.

Akademiyanın fəaliyyətinin mühüm məsələlərinə baxılması və həll edilməsi üçün onun ali idarəetmə orqanı olan Elmi Şura yaradılır. [3]

7.1. Akademiyanın struktur qurumlarının funksiyaları Elmi Şura tərəfindən qəbul edilən və Akademiyanın rektoru (bundan sonra - rektor) tərəfindən təsdiq edilən əsasnamələrlə müəyyən edilir.

7.2. Akademiyada idarəetmə Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.

7.3. Akademiyanın rektoratı rektordan və Akademiyanın əsas fəaliyyət istiqamətləri üzrə prorektorlardan ibarətdir. Rektorat Akademiyanın fəaliyyətinin bütün məsələlərinə baxır və operativ həll edilməsini təmin edir.

7.4. Akademiyanın fəaliyyətinə ümumi rəhbərliyi Nazirlik həyata keçirir.

7.5. Akademiyada cari rəhbərlik rektor tərəfindən həyata keçirilir. Akademiyaya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə rektor şəxsən məsuliyyət daşıyır.

Rektor Nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, prorektorlar isə rektorun təqdimatına əsasən Nazir tərəfindən təyin olunurlar.

7.6. Rektor:

7.6.1. bütün dövlət orqanlarında, idarələrində və təşkilatlarında, digər yerli və beynəlxalq təşkilatlarla münasibətlərdə Akademiyanı təmsil edir, Akademiyanın adından əqdlər bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təşkilatlarında hesablar açır;

7.6.2. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə əsasən Akademiyanın tədris, metodiki, elmi-tədqiqat və maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;

7.6.3. Akademiyanın Elmi Şurasının və struktur qurumlarının əsasnamələrini təsdiq edir;

7.6.4. Akademiyanın struktur qurumlarının yaradılması, yenidən təşkili və ləğvi məsələləri barədə Nazirə təkliflər verir;

7.6.5. Akademiyanın dəyişən heyətini Akademiyaya qəbul və azad edir, onları kursdan kursa keçirir;

7.6.6. Nazirliyə Akademiyanın ştat sayı barədə təkliflər verir, ştat cədvəlini təsdiq olunması üçün təqdim edir;

7.6.7. Akademiyada maddi vəsaitlərin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, öz səlahiyyəti çərçivəsində Akademiyanın əmlakına və vəsaitlərinə sərəncam verir;

7.6.8. Akademiyanın fəaliyyəti ilə bağlı məsələlərin Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;

7.6.9. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Nazirlik üzrə əmr və sərəncamlarda nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

7.6.10. öz səlahiyyətləri daxilində Akademiyanın daimi və dəyişən heyəti üçün icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər verir, Akademiyanın digər aktlarını təsdiq edir;

7.6.11. kadr məsələlərini həll edir, səlahiyyətlərinə uyğun olaraq Akademiyanın işçilərinə xüsusi rütbələr və dövlət qulluqçularının ixtisas dərəcələrini verir, Nazirliyin nomenklaturasına daxil olan vəzifələrə təyin olunmaq, ilk, vaxtından əvvəl və böyük xüsusi rütbələr verilməsi üçün Nazirliyə təqdimat verir;

7.6.12. Akademiyanın prorektorlarının və digər işçilərinin səlahiyyətlərini müəyyən edir, vəzifə təlimatlarını təsdiq edir;

7.6.13. professor-müəllim heyətinin tərkibini, tədris yükünün normalarmı, təhsil və ixtisas proqramlarının, elmi proqramların yerinə yetirilməsi və ya digər işlər üçün haqqın miqdarını müəyyən edir;

7.6.14. Akademiyanın işçilərinin əmək haqqının ödənilməsi və onların mükafatlandırılmasını təşkil edir;

7.6.15. Akademiyada qulluq keçmə və əmək münasibətləri haqqında qanunvericiliyin icrası üzrə tədbirlər görür;

7.6.16. Akademiyada kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını və məxfilik rejiminə riayət olunmasını təmin edir;

7.6.17. vətəndaşları qəbul edir, Akademiyada vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

7.6.18. Akademiyanın fəaliyyəti ilə bağlı Elmi Şuranın səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

8. Rektor özünün ayn-ayrı səlahiyyətlərini prorektorlara və Akademiyanın digər vəzifəli şəxslərinə həvalə edə bilər.

9. Akademiyanın fəaliyyətinin mühüm məsələlərinə baxılması üçün Elmi Şura yaradılır. [4]

10. Elmi Şuranın tərkibinə rektor (Elmi Şuranın sədri), prorektorlar, elmi katib, fakültə dekanları, kafedra müdirləri, Akademiyanın struktur qurumlarının müsabiqə yolu ilə seçilmiş aparıcı işçiləri, habelə Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Vəkillər Kollegiyası Rəyasət Heyətinin, dövlət hakimiyyəti orqanlarının nümayəndələri, digər təhsil və elm müəssisələrinin aparıcı alimləri daxildirlər. [5]

Elmi Şuranın tərkibinə, həmçinin Nazirliyinin rəhbərliyi ilə razılaşmaya əsasən Nazirliyin struktur bölmələrinin rəhbərləri daxil edilə bilər.

Elmi Şuranın tərkibi rektorun təqdimatı ilə Nazir tərəfindən təsdiq edilir. Elmi Şuranın üzvlərinin səlahiyyət müddəti beş ildir. Elmi Şuranın üzvlərinin səlahiyyətlərinə onun qərarı ilə vaxtından əvvəl xitam verilə bilər.

Elmi Şuranın fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və Elmi Şura haqqında Əsasnaməyə uyğun olaraq təşkil edilir.

Elmi Şuranın qərarları rektorun əmrləri ilə təsdiq olunur.

11. Elmi Şura:

11.1. Akademiyanın və onun struktur qurumlarının rəhbərlərinin hesabatlarını dinləyir, Akademiyanın struktur qurumlarının və özünün əsasnamələrini qəbul edir;

11.2. Akademiyanın Nizamnaməsinə dəyişikliklər və əlavələr edilməsi barədə təkliflər hazırlayır;

11.3. tədris, metodiki, elmi-tədqiqat fəaliyyəti məsələlərini həll edir;

11.4. fakültə və kafedraların, elmi-tədqiqat şöbəsinin rəhbərlərini seçir;

11.5. elmi və professor-müəllim heyəti vəzifələrinin tutulması üçün müsabiqə keçirir;

11.6. dinləyicilərin, aspirantların (dissertantların), doktorantların qəbulu qaydalarını və şərtlərini, tədqiqatçılarla işin qaydasını müəyyən edir; [6]

11.7. elmi tədqiqatların prioritet istiqamətlərini müəyyən edir, elmi-tədqiqat planlarını və onların yerinə yetirilməsi üzrə hesabatları, pedaqoji kadrların hazırlanması və əlavə təhsil planlarını təsdiq edir; [7]

11.8. əlaqədar təşkilatların iştirakı ilə işlənib hazırlanan elmi proqramları, tədris planlarını və ayrı-ayrı kursların proqramlarını qəbul edir;

11.9. Akademiyanın işçilərinə elmi və elmi-pedaqoji fəaliyyətə görə elmi adların verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq vəsatət qaldırır; [8]

11.10. müraciət etmiş şəxslər sırasından doktoranturaya qəbul, dissertant təhkim olunma, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün namizədləri tövsiyə edir; [9]

11.11. Akademiyanın fəxri adlarını təsis edir və bu adları verir;

11.12. Akademiyanın yerli və beynəlxalq assosiasiyalara, digər birliklərə daxil olması və onlardan çıxması məsələsinə dair təkliflər verir;

11.13. Akademiyanın daxili intizam qaydalarını təsdiq edir;

11.14. bu Nizamnamə ilə səlahiyyətlərinə aid edilmiş digər məsələlərə baxır.

 

III. Akademiyanın fəaliyyətinin əsas məqsədləri və vəzifələri

 

12. Akademiyanın fəaliyyətinin əsas məqsədi ədliyyə, prokurorluq və məhkəmə orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və məhkəmə orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental, eksperimental və tətbiqi elmi araşdırmaların aparılmasıdır. [10]

13. Akademiyanın əsas vəzifələri:

13.1. ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin keçirilməsi; [11]

13.1-1. ali hüquq təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin peşə hazırlığının həyata  keçirilməsi və əlavə təhsilinin təmin edilməsi; [12]

13.1-2. hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin, habelə hakimlərin davamlı tədrisinin keçirilməsi; [13]

13.2. hüquq elmləri sahəsində dissertantların və doktorantların hazırlanması; [14]

13.3. ali ixtisas təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin hüquqi biliklərə yiyələnməsi məqsədilə hazırlanması və əlavə təhsilinin həyata keçirilməsi; [15]

13.4. ali təhsil müəssisələrinin elmi-pedaqoji heyətinin əlavə təhsilinin həyata keçirilməsi;

13.5. dövlətin və cəmiyyətin yüksək ixtisaslı hüquq mütəxəssislərinə olan ehtiyacının ödənilməsi;

13.6. fundamental, eksperimental və tətbiqi elmi araşdırmaların aparılması, məhkəmə, hüquq mühafizə orqanları və digər dövlət və qeyri-dövlət qurumları üçün məlumat-analitik, elmi-metodik materialların, tövsiyələrin hazırlanması;

13.7. Akademiyanın maddi-texniki və metodiki bazasının, tədris və elmi fəaliyyətinin daim inkişaf etdirilməsi;

13.8. cəmiyyətin mədəni, mənəvi və elmi dəyərlərinin qorunması və artırılması;

13.9. hüquqi maarifləndirmə işinin aparılması.

14. Akademiya aşağıdakı kateqoriyadan olan dinləyicilərin hazırlanmasını və ixtisasının artırılmasını həyata keçirir:

14.1. ədliyyə işçilərinin və ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunan namizədlərin;

14.1-1. hakimlərin, hakim vəzifəsinə namizədlərin; [16]

14.2. prokurorluq orqanları işçilərinin; [17]

14.3. məhkəmə aparatı işçilərinin;

14.4. vəkillərin və vəkilliyə namizədlərin;

14.5. xüsusi notariusların;

14.6. dövlət orqanları işçilərinin, bələdiyyə üzvlərinin və qulluqçularının;

14.7. mülkiyyət növündən asılı olmayaraq idarə, müəssisə və təşkilatların işçilərinin;

14.8. Akademiyanın fəaliyyətinin əsas məqsədlərinə və vəzifələrinə müvafiq digər kateqoriyalardan olan şəxslərin.

15. Akademiya hakimlərin və dövlət ittihamçılarının peşə səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədris, elmi-metodiki və təlim işinin təkmilləşdirilməsində iştirak edə bilər. [18]

 

IV. Akademiyanın hüquqları

 

16. Akademiya öz vəzifələrini həyata keçirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqlara malikdir:

16.1. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;

16.2. tədris, metodiki, elmi-tədqiqat, analitik informasiya və başqa fəaliyyətini planlaşdırmaq və təşkilini həyata keçirmək;

16.3. təhsil və ixtisas proqramlarını, tədris planlarını işləyib hazırlamaq və müəyyən edilmiş qaydada təsdiq etmək;

16.4. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;

16.5. fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, o cümlədən tədris və elmi-tədqiqat fəaliyyətinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olan aktlar qəbul etmək;

16.6. tədrisin keyfiyyətinə cari nəzarəti və dəyişən heyətinin attestasiyasını həyata keçirmək;

16.7. elmi tədqiqatlar aparmaq, tədris və elmi-tədqiqat proseslərinin təşkili, ədliyyə orqanlarının, vəkilliyin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək; [19]

16.8. kadr işini həyata keçirmək;

16.9. əməyi saathesabı ödənilməklə tədris məşğələlərinin aparılması üçün işçiləri, o cümlədən müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə cəlb etmək;

16.10. Akademiyanın daxili intizam qaydalarını qəbul etmək;

16.11. Akademiyanın işçilərini müəyyən edilmiş qaydada fəxri adlar verilməsinə, dövlət təltifinə və mükafatlarına təqdim etmək;

16.12. fəaliyyət istiqamətləri üzrə beynəlxalq əlaqələr qurmaq;

16.13. elmi iclaslar, seminarlar, konfranslar və digər bu kimi tədbirlər keçirmək və onların işində iştirak etmək;

16.14. vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək.

 

V. İlk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təlimi [20]

 

17. Akademiyada ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin (bundan sonra - namizədlər) peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimi həyata keçirilir.

18. Qanunvericiliyə müvafiq olaraq müsabiqədən keçmiş namizədlər Akademiyada icbari təlimə cəlb edilirlər. İcbari təlimin yekunları üzrə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlər üçün Nazirlik, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlər üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu, vəkilliyə namizədlər üçün Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Akademiya ilə birlikdə imtahan keçirilir. İcbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlərə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilir. [21]

19. Peşə fəaliyyətinə buraxılması üçün icbari təlimin məzmunu və müddəti müvafiq olaraq Nazirlik, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Vəkillər Kollegiyasının Rəyasət Heyəti və digər aidiyyəti qurumlar ilə razılaşdırmaqla dövlət təhsil standartları əsasında tərtib edilən təhsil proqramları ilə müəyyən edilir. Təhsil proqramları Elmi Şura tərəfindən qəbul edilir və rektor tərəfindən təsdiq olunur. [22]

 

V-I. Hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi və hakimlərin davamlı tədrisi [23]

 

19-1. Akademiyada hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi və hakimlərin davamlı tədrisi keçirilir. Tədris Akademiyanın müvafiq fakültəsi tərəfindən Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi ilə əlaqəli təşkil edilir. Bu fakültənin tədris planları həmin qurumlarla razılaşdırılır.

19-2. Qanunvericiliyə müvafiq olaraq vakant hakim vəzifələrinə hakim olmayan namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilən yazılı və şifahi imtahan mərhələsindən sonra Akademiyada ilkin uzunmüddətli tədrisə cəlb edilirlər.

19-3. Tədrisin yekunları üzrə hər bir hakim vəzifəsinə namizəd yazılı və şifahi imtahan verir. Tədrisin yekunları üzrə imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən Akademiya ilə birlikdə keçirilir.

19-4. Hakim vəzifəsinə namizədlər üçün təhsil proqramı Hakimlərin Seçki Komitəsi və Akademiya tərəfindən hazırlanır və Məhkəmə-Hüquq Şurası ilə razılaşdırılmaqla Hakimlərin Seçki Komitəsi tərəfindən təsdiq edilir.

19-5. Hakimlərin davamlı tədrisi Məhkəmə-Hüquq Şurası tərəfindən Akademiya ilə birgə təşkil edilir. Hakimlərin davamlı tədrisinin məzmunu və müddəti Məhkəmə-Hüquq Şurası və Akademiya tərəfindən dövlət təhsil standartları əsasında tərtib edilən təhsil proqramları ilə müəyyən edilir.

 

VI. Akademiyada tədris prosesinin təşkili

 

20. Akademiyada ilkin uzunmüddətli tədris, icbari təlim və ixtisaslarının artırılması əyani təhsilalma forması üzrə, aspirantların və doktorantların hazırlanması isə əyani və qiyabi təhsil formaları üzrə həyata keçirilir. [24]

21. Təhsil başa çatdıqda yekun attestasiya keçmiş şəxslərə təhsilin və ya ixtisasın səviyyəsi barədə müəyyən olunmuş formada sənəd verilir. Akademiyada təhsilini başa çatdırmamış şəxslərə müəyyən olunmuş nümunəyə uyğun arayış verilir. Digər təhsil proqramları həyata keçirilərkən, onların nəticəsi üzrə Elmi Şura tərəfindən təsdiq edilmiş formada şəhadətnamələr verilir.

22. Bu Nizamnamədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Akademiyada təhsilin məzmunu və müddəti Akademiyanın kafedraları tərəfindən Nazirliyin, Azərbaycan Respublikası Prokurorluğunun, Vəkillər Kollegiyasının, dövlət və bələdiyyə orqanlarının, habelə cəmiyyətin tələbatlarına və Akademiyanın vəzifələrinə müvafiq olaraq dövlət təhsil standartları əsasında tərtib edilən təhsil və ixtisas proqramlarına əsasən müəyyən edilir. İxtisas proqramları Elmi Şura tərəfindən qəbul edilir və rektor tərəfindən təsdiq edilir. [25]

23. Akademiyanın fakültələrinin tədris planları Elmi Şura tərəfindən qəbul edilir və rektor tərəfindən təsdiq edilir.

24. Akademiyada tədris prosesi zamanı mühazirə, tədris təcrübəsi, kurs, referat və diplom işləri, məsləhət, situasiya və imitasiya oyunları, müəllimlərin rəhbərliyi altında planlaşdırılan sərbəst iş, avtomatlaşdırılmış tədris, təcrübi, səyyar və stajorluq məşğələləri növündə təlim formalardan istifadə edilə bilər.

25. Akademiyada seminar, yekun müsahibə, məqbul, imtahan, yazılı yoxlama işi, kollokvium, dövlət yekun attestasiyası, biliklərin avtomatlaşdırılmış yoxlanılması və test növündə qiymətləndirmə formalarından istifadə oluna bilər.

26. Dinləyicilərin məqsədli hazırlanması fərdi proqramlar əsasında həyata keçirilə bilər.

27. Akademiyada tədris prosesi Azərbaycan dilində aparılır.

28. Hüquqi tənzimlənmənin nəzəri və praktiki aspektlərinin orqanik vəhdətinə nail olunması üçün Akademiyanın nəzdində hüquq klinikaları yaradıla bilər.

29. Akademiyada təhsil prosesinin təşkilinin Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamə ilə tənzimlənməyən məsələləri Akademiyanın aktları ilə nizamlanır.

30. Akademiyada Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müqavilə əsasında ödənişli təhsil xidmətləri göstərilə bilər.

 

VII. Akademiyanın elmi-tədqiqat fəaliyyəti

 

31. Akademiyada ayrıca fəaliyyət istiqaməti kimi fundamental, eksperimental və tətbiqi elmi araşdırmalar həyata keçirilir.

32. Akademiyanın elmi-tədqiqat fəaliyyətinin əsas vəzifələri aşağıdakılardır:

32.1. tədris və elmi proseslərin vəhdətinin təmin edilməsi;

32.2. elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində və aidiyyəti dövlət orqanlarının və təsisatlarının təcrübi fəaliyyətində tətbiq edilməsi;

32.3. hüquq elminin prioritet istiqamətləri üzrə fundamental və tətbiqi araşdırmaların hərtərəfli inkişaf etdirilməsi;

32.4. hüquq elminin prioritet istiqamətləri üzrə konseptual problemlərin tədqiq edilməsi;

32.5. xarici və beynəlxalq təşkilatlarla birgə elmi-tədqiqat işlərinin aparılması;

32.6. elmi-tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi;

32.7. Akademiyanın elmi-pedaqoji heyətinin elmi ixtisasının artırılması, elmi kadrların əlavə təhsili üzrə proqramların hazırlanması və həyata keçirilməsi; [26]

32.8. müraciət əsasında dövlət və qeyri-dövlət qurumları üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətinin həyata keçirilməsi;

32.9. qanunvericilik aktlarının hazırlanması və onların elmi ekspertizasının həyata keçirilməsi;

32.10. milli və xarici ekspertlərin iştirakı ilə elmi seminarların, konfransların, simpoziumların, konqreslərin təşkili və keçirilməsi.

33. Akademiyada elmi-tədqiqat fəaliyyətinin aşağıdakı növlərindən istifadə olunur:

33.1. monoqrafiyaların, dərsliklərin və dərs vəsaitlərinin yazılması və nəşr edilməsi;

33.2. məhkəmə, hüquq mühafizə orqanları, dövlət və qeyri-dövlət qurumları üçün məlumat-analitik, elmi-metodik materialların, tövsiyələrin hazırlanması;

33.3. mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə, elmi pedaqoji heyətin pedaqoji ustalığının artırılmasına, tədris prosesinin elmi təşkilinin təkmilləşdirilməsinə yönəldilmiş elmi-metodik işin aparılması, müasir informasiya texnologiyalarının və texniki vəsaitlərin tədrisdə istifadə formalarının və metodlarının, yeni tədris texnologiyalarının işlənib hazırlanması;

33.4. dissertantların təhkim olunması, doktoranturada təhsil, dissertasiyaların müdafiəsi; [27]

33.5. fundamental, eksperimental və tətbiqi elmi tədqiqatların aparılması, elmi forumların keçirilməsi, elmi kadrların ixtisasının artırılması işində milli, xarici və beynəlxalq elmi, tədris və ictimai-siyasi mərkəzlərlə əməkdaşlığın həyata keçirilməsi.

34. Akademiya elmi-tədqiqat fəaliyyətini Elmi Şura tərəfindən qəbul edilən və rektor tərəfindən təsdiq edilən illik iş planı əsasında həyata keçirir.

35. Ədliyyə və məhkəmə orqanları, vəkillik üçün tədqiqatlar Nazirlik, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təqdim olunan plan-sifarişlər əsasında həyata keçirilir. [28]

36. Digər dövlət və qeyri-dövlət orqanlarının ayrı-ayrı sahələr və məsələlər üzrə elmi tədqiqatlarının aparılması ilə bağlı müraciətləri Elmi Şurada müzakirə olunur və müvafiq qərar qəbul edilir.

37. Elmi işlər rektor tərəfindən təsdiq edilən illik nəşr planı üzrə dərc edilir.

38. Akademiya Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq attestasiya fəaliyyətini həyata keçirir. Akademiyada dissertasiya şuraları yaradılır. Akademiyada dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasının və doktoranturanın fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunları ilə müəyyən edilir. [29]

39. Akademiya özünün elmi-pedaqoji kadrlarının hazırlanmasını və əlavə təhsilini aşağıdakı yollarla həyata keçirir: [30]

39.1. Akademiyanın özünün, digər tədris-elm və ya elmi-tədqiqat təşkilatlarının doktoranturasına göndərilməsi, dissertant kimi təhkim edilməsi; [31]

39.2. aparıcı təhsil və elmi-tədqiqat idarə və təşkilatlarına, dövlət hakimiyyəti orqanlarına, o cümlədən xaricə təcrübə keçmək üçün göndərilməsi;

39.3. aparıcı yerli və xarici alim və mütəxəssislərin iştirakı ilə konfrans və seminarların təşkil edilməsi;

39.4. yaradıcılıq məzuniyyətləri verilməsi.

 

VIII. Akademiyanın daimi heyəti

 

40. Akademiyanın daimi heyəti elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərdən ibarətdir.

41. Akademiyanın daimi heyətinin əmək münasibətləri, hüquq və vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi, habelə bu Nizamnamə ilə müəyyən edilir. Elmi-pedaqoji vəzifələrə işçilərin qəbulu əmək qanunvericiliyinə əsasən müsabiqə əsasında həyata keçirilir.

42. Akademiyada ədliyyə işçiləri tərəfindən tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı, habelə rektorun kadr işi sahəsində səlahiyyətləri Nazir tərəfindən müəyyən edilir.

43. Penitensiar xidmətdən Akademiyaya müvafiq vəzifəyə keçirilmiş xüsusi rütbəsi olan şəxslərə münasibətdə qanunvericiliklə Penitensiar xidmət əməkdaşları üçün müəyyən edilmiş bütün güzəştlər, imtiyazlar, əlavə haqlar və ödənişlər saxlanılır.

44. Fakültə dekanı, kafedra müdiri və elmi-tədqiqat şöbəsinin rəhbəri vəzifələri seçkili vəzifələrdir. Elmi ad və elmi dərəcələrə, vəzifənin profilinə uyğun ali təhsilə, pedaqoji təcrübəyə və əməli iş stajına malik şəxslər professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı üstünlüyə malikdirlər.

45. Akademiyanın professor-müəllim heyəti və elmi işçilərinin əsas vəzifələri aşağıdakılardır:

45.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

45.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;

45.3. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

45.4. dəyişən heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

45.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

45.6. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; [32]

46. Akademiyanın professor-müəllim heyəti və elmi işçilər aşağıdakı əsas hüquqlara malikdirlər:

45.6-1. dəyişən heyətin şərəf və ləyaqətinə hörmət etmək;

45.6-2. dəyişən heyəti fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;

45.6-3. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək;

45.6-4. attestasiyadan keçmək;

45.6-5. Akademiyanın rəhbərliyi və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq. [33]

46.1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq; [34]

46.1-1. bu Nizamnaməyə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək; [35]

46.2. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

46.3. Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;

46.4. əlavə təhsil almaq və elmi dərəcəsini yüksəltmək; [36]

46.5. Akademiyanın fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsində və həllində iştirak etmək;

46.5-1. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq; [37]

46.6. elmi diskussiyalarda, seminarlarda, konfranslarda, simpoziumlarda və digər bu kimi tədbirlərdə iştirak etmək;

46.7. Akademiyanın kitabxanasından, tədris və elmi-tədqiqat şöbələrinin fondlarından istifadə etmək;

46.7-1. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

46.8. Akademiyanın rəhbərliyinin əmr və sərəncamlarından qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək.

47. Akademiyanın mühəndis-texniki, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin funksiyaları vəzifə təlimatları ilə müəyyən edilir.

 

IX. Akademiyanın dəyişən heyəti

 

48. Akademiyanın dəyişən heyəti burada təlim və təhsil alan şəxslərdən ibarətdir.

49. Akademiyanın dəyişən heyətinin əsas vəzifələri aşağıdakılardır:

49.1. müəyyən edilmiş müddətlərdə bütün tədris tapşırıqlarını yerinə yetirmək, təhsil planları və proqramlarında nəzərdə tutulmuş imtahan və yoxlamaları vermək; [38]

49.2. qanunlara, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək, bu Nizamnaməni, habelə Akademiyanın daxili intizam qaydalarını bilmək və riayət etmək; [39]

49.3. öz elmi-nəzəri, təhsil və peşə səviyyəsini daim inkişaf etdirmək; [40]

49.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; [41]

49.5. Akademiyanın ənənələrini qorumaq və artırmaq;

49.5-1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

49.5-2. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

49.5-3. sağlam həyat tərzi keçirmək; [42]

49.6. Akademiyanın əmlakına qayğı ilə yanaşmaq.

50. Akademiyanın dəyişən heyəti aşağıdakı əsas hüquqlara malikdir:

50.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

50.2. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

50.3. kafedralarda tədris və elmi-konsultativ köməklik almaq;

50.4. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək; [43]

50.5. kafedraların tövsiyəsi ilə elmi işlər, məruzələr nəşr etdirmək, elmi-tədqiqat işində iştirak etmək;

50.5-1. həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

50.5-2. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

50.5-3. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq; [44]

50.6. qanunvericiliklə müəyyən edilmiş miqdarda və qaydada təqaüd almaq;

50.7. Akademiyanın rəhbərliyinin əmr və sərəncamlarından qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək.

51. Dəyişən heyətin tərkibinə daxil olan şəxslər Akademiyadan aşağıda göstərilən əsaslardan biri olduqda xaric edilə bilərlər:

51.1. öz arzusu ilə;

51.2. digər təhsil müəssisəsinə keçməsi ilə əlaqədar;

51.3. səhhətinə görə (Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hərbi-həkim komissiyasının və ya Nazirliyin Tibb xidmətinin rəyi əsasında);

51.4. təhsil alanı Akademiyaya göndərən qurumun qərarına əsasən;

51.5. təhsildə müvəffəqiyyətsizliyə görə;

51.6. bu Nizamnamənin və Akademiyanın daxili intizam qaydalarının dəfələrlə pozduqlarına görə;

51.7. müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

51.8. ödənişli təhsilə dair müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar.

52. Akademiyada təlim və təhsil alan və Bakı şəhərində yaşayış sahəsi olmayan şəxslər Akademiyanın yataqxanasında yer ilə təmin edilirlər.

 

X. Akademiyanın beynəlxalq əməkdaşlığı

 

53. Akademiya xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, Akademiyada xarici ölkə vətəndaşlarının təhsili və ixtisasartırmalarını dövlətlərarası müqavilələr, Nazirlik ilə xarici ölkələrin aidiyyəti dövlət orqanları arasında bağlanmış sazişlər əsasında həyata keçirir.

 

XI. Akademiyanın maliyyə-təsərrüfat fəaliyyəti

 

54. Akademiya öz vəzifələrini və məqsədlərini həyata keçirmək məqsədilə büdcədənkənar vəsaitləri, qrantları, fiziki və hüquqi şəxslərin, o cümlədən xarici fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların məqsədli ianələrini istifadə etməklə xüsusi fondlar yaratmaq və onlardan istifadə etmək hüququna malikdir.

55. Akademiya ona fiziki və ya hüquqi şəxslər tərəfindən ianə şəklində verilən pul vəsaitləri, əmlak və başqa mülkiyyət obyektləri, habelə Akademiyanın öz fəaliyyətindən əldə etdiyi gəlirlər və bu gəlirlər hesabına əldə edilən əmlak və qeyri-əmlak hüququ obyektləri üzərində mülkiyyət hüququna malikdir.

56. Akademiya göstərilən gəlirlərdən və mülkiyyət obyektlərindən tədris, elmi və maddi bazanın inkişafı, Akademiyanın daimi və dəyişən heyətinin sosial məişət şəraitinin yaxşılaşdırılması, habelə öz fəaliyyəti ilə bağlı digər ehtiyaclar üçün istifadə edir.

57. Akademiyanın daimi heyətinin əmək haqqının miqdarı və forması Akademiya işçilərinin əmək haqqı fondu hədlərində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Akademiyanın öz maliyyə vəsaitləri hesabına vəzifə maaşlarına əlavə ödəniş və artırmalar müəyyən oluna, mükafatlar və digər həvəsləndirici ödənişlər verilə bilər. Artırmaların, əlavə ödənişlərin, mükafatların və digər ödənişlərin miqdarı üçün son hədd qoyulmur və onların miqdarmı Akademiya müəyyən edir.

58. Akademiyanın maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, dərsliklər, dərs vəsaitləri, digər metodiki materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, maşın və avadanlıqlar, tədris-idman bazaları, habelə başqa maddi-texniki təchizat vasitələri təşkil edir.

59. Akademiyaya təhkim edilmiş torpaq sahələri onun daimi istifadəsindədir.

 

XII. Akademiyanın uçotu və hesabatı

 

60. Akademiya təsərrüfat və başqa fəaliyyətinin nəticələrinin uçotunu həyata keçirir, müəyyən olunmuş formada statistik və maliyyə hesabatını aparır, Nazirlik qarşısında müəyyən olunmuş qaydada və müddətlərdə Öz fəaliyyətinin nəticələri barədə hesabat verir.

 

XIII. Akademiyanın yenidən təşkili və ləğvi edilməsi

 

61. Akademiyanın yenidən təşkili və ləğvi Azərbaycan Respublikası Prezidentinin qərarı ilə həyata keçirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773)

2.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

3.       21 iyul 2017-ci il tarixli 1548 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1358)

4.       27 fevral 2020-ci il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 fevral 2020-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 106)

5.       5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123)

6.       7 may 2021-ci il tarixli 1332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 may 2021-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 439)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 1-ci bənddə “işçilərinin,” sözündən sonra “hakimlərin,” sözü əlavə edilmişdir.

 

[2] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 2-ci bənddə “əmr və sərəncamlarını,” sözlərindən sonra “hakim vəzifəsinə namizədlərin və hakimlərin tədrisinə dair Məhkəmə-Hüquq Şurasının qərarlarını,” sözləri əlavə edilmişdir.

 

[3] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 7-ci bəndə yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.

 

[4] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 9-cu bənd çıxarılmışdır.

 

[5] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 10-cu bəndin birinci abzasında “habelə” sözündən sonra “Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Vəkillər Kollegiyası Rəyasət Heyətinin,” sözləri əlavə edilmişdir.

 

[6] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 11.6-cı bənddən “, aspirantların (dissertantların), doktorantların” sözləri çıxarılmışdır.

 

[7] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 11.7-ci bənddə “yenidən hazırlanması” sözləri “əlavə təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[8] 27 fevral 2020-ci il tarixli 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 fevral 2020-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 106) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 11.9-cu bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

11.9. Akademiyanın elmi-pedaqoji işçilərinə müəyyən olunmuş qaydada professor və dosent elmi adlarının verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdimat verir;

 

[9] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 11.10-cu bənddə “aspiranturaya (dissertanturaya), doktoranturaya qəbul” sözləri “doktoranturaya qəbul, dissertant təhkim olunma” sözləri ilə əvəz edilmişdir.

 

[10] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 12-ci bənddə “və prokurorluq orqanları” sözləri “, prokurorluq və məhkəmə orqanları” sözləri ilə, “prokurorluq orqanlarının” sözləri “məhkəmə orqanlarının” sözləri ilə əvəz edilmişdir.

 

21 iyul 2017-ci il tarixli 1548 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1358) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 12-ci və 31-ci bəndlərə, 13.6-cı və 33.5-ci yarımbəndlərə “fundamental” sözündən sonra “, eksperimental” sözü əlavə edilmişdir.

 

[11] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 13.1-ci bəndən “ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, prokuror və müstəntiq vəzifələrinə” sözləri “ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin” sözləri ilə əvəz edilmişdir.

7 may 2021-ci il tarixli 1332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 may 2021-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 439) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 13.1-ci yarımbəndindən “, prokurorluq” sözü çıxarılmışdır.

 

[12] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 13.1-1-ci bənddə “və ixtisasının artırılması” sözləri “həyata  keçirilməsi və əlavə təhsilinin təmin edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[13] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 13.1-1-ci və 13.1-2-ci bəndlər əlavə edilmişdir.

 

[14] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 13.2-ci bənddə “aspirantların (dissertantların)” sözləri “dissertantların” sözü ilə əvəz edilmişdir.

 

[15] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 13.3-cü və 13.4-cü bəndlərdə “ixtisasının artırılması” sözləri “əlavə təhsilinin həyata keçirilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[16] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 14.1-1-ci bənd əlavə edilmişdir.

 

[17] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 14.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.2. prokurorların və müstəntiqlərin, bu vəzifələrə namizədlərin;

 

7 may 2021-ci il tarixli 1332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 may 2021-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 439) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 14.2-ci yarımbəndində “ilk dəfə prokurorluq orqanlarına qulluğa qəbul olunan namizədlərin” sözləri “prokurorluq orqanları işçilərinin” sözləri ilə əvəz edilmişdir.

 

[18] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 15-ci bənd çıxarılmışdır.

 

[19] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 16.7-ci bənddən “və prokurorluq” sözləri çıxarılmışdır.

 

[20] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə V bölmənin adında və 17-ci bənddə “ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, prokuror və müstəntiq vəzifələrinə” sözləri “ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin” sözləri ilə əvəz edilmişdir.

7 may 2021-ci il tarixli 1332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 may 2021-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 439) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə V bölmənin adından və 17-ci bənddən “, prokurorluq” sözü çıxarılmışdır.

 

[21] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 773) ilə 18-ci bənddə ikinci cümlə yeni redaksiyada verilmişdir və üçüncü cümlə əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlərə şəhadətnamələr verilir və onlar peşə fəaliyyətinə buraxılış alırlar.

 

7 may 2021-ci il tarixli 1332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 may 2021-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 439) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 18-ci bəndindən “prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlər üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu,” sözləri çıxarılmışdır.

 

[22] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 19-cu bəndin birinci və ikinci cümlələrində, 19-4-cü bənddə, 21-ci bəndin üçüncü cümləsində “tədris” sözü “təhsil” sözü ilə, 19-5-ci bəndin ikinci cümləsində “tədris proqramları” sözləri “təhsil proqramları” sözləri ilə əvəz edilmişdir.

7 may 2021-ci il tarixli 1332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 may 2021-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 439) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 19-cu bəndindən “Azərbaycan Respublikasının Baş Prokurorluğu,” sözləri çıxarılmışdır.

 

[23] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218) ilə V-I bölmə əlavə edilmişdir.

 

[24] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218) ilə 20-ci bənddə “Akademiyada” sözündən sonra “ilkin uzunmüddətli tədris,” sözləri əlavə edilmişdir.

 

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 20-ci bənddə hər iki halda “təhsil” sözü “təhsilalma” sözü ilə əvəz edilmişdir, “aspirantların ” sözləri çıxarılmışdır.

 

[25] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218) ilə 22-ci bəndin birinci cümləsində “Akademiyada” sözündən əvvəl “Bu Nizamnamədə nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir.

 

[26] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 32.7-ci bənddə “ixtisasının artırılması üzrə” sözləri “əlavə təhsili üzrə” sözləri ilə əvəz edilmişdir.

 

[27] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 33.4-cü bənddən “aspiranturada (dissertanturada) və” sözləri “dissertantların təhkim olunması,” sözləri ilə əvəz edilmişdir.

 

[28] 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 02 oktyabr 2009-cu il, № 218) ilə 35-ci bənddə “prokurorluq” sözü “məhkəmə” sözü ilə, “Azərbaycan Respublikası Baş Prokurorluğu və” sözləri “Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikası” sözləri ilə əvəz edilmişdir.

 

[29] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə  38-ci bəndin üçüncü cümləsində “aspiranturanın (dissertanturanın)” sözləri “dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasının” sözləri ilə əvəz edilmişdir.

 

21 iyul 2017-ci il tarixli 1548 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1358) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 38-ci hissənin üçüncü cümləsindən “və elmi-pedaqoji” sözləri çıxarılmışdır və həmin cümlədə “Azərbaycan Respublikasının qanunvericiliyi və Akademiyanın aktları” sözləri “Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunları” sözləri ilə əvəz edilmişdir.

 

[30] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 39-cu bənddə “, yenidən hazırlanmasını və ixtisaslarının artırılmasını” sözləri “və əlavə təhsilini” sözləri ilə əvəz  edilmişdir.

 

[31] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 39.1-ci bənddə “aspiranturasına (dissertanturasına) və doktoranturasına göndərilməsi” sözləri “doktoranturasına göndərilməsi, dissertant kimi təhkim edilməsi” sözləri ilə əvəz  edilmişdir.

 

[32] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 45.1 – 45.6-cı bəndlər yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

45.1. tədris və elmi-tədqiqat proseslərinin yüksək səmərəsini təmin etmək;

45.2. Akademiyanın Nizamnaməsinə və aktlarına əməl etmək;

45.3. bütün növ tədris, metodiki və elmi işləri yerinə yetirmək;

45.4. elmi-nəzəri səviyyə və pedaqoji ustalıqlarını daim artırmaq;

45.5. tədris olunan fənlərin kompleks elmi və metodik təminatında, dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodiki materialların işlənib hazırlanmasında iştirak etmək;

45.6. Akademiyada təlim və təhsil alan şəxslərdə professional keyfiyyətləri və vətəndaş mövqeyini formalaşdırmaq, onlarda təşəbbüskarlığı, sərbəstliyi, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək.

 

[33] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nə yeni məzmunda 45.6-1 – 45.6-5-ci bəndlər əlavə edilmişdir.

 

[34] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 46.1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

46.1. dövlət təhsil standartlarına uyğun olaraq, tədris prosesinin yüksək keyfiyyətinin təmin olunmasına yönəldilən tədris vasitə, metod və formalarını seçmək və tətbiq etmək;

 

[35] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nə yeni məzmunda 46.1-1-ci bənd əlavə edilmişdir.

 

[36] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 46.2 – 46.4-cü bəndlər yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

46.2. elmi tədqiqatların aparılmasının onların fərdi qabiliyyətinə daha uyğun olan və tədqiqatların yüksək səmərəsini təmin edən metod və vasitələrini seçmək;

46.3. Elmi Şuraya seçmək və seçilmək;

46.4. tədris-inzibati vəzifələri tutmaq;

 

[37] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nə yeni məzmunda 46.5-1-ci və 46.7-1-ci bəndlər əlavə edilmişdir.

 

[38] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 49.1-ci bənddən “müəyyən edilmiş müddətlərdə bütün tədris tapşırıqlarını yerinə yetirmək,” sözləri çıxarılmışdır.

 

[39] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 49.2-ci bəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilmişdir.

 

[40] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 49.3-cü bənddə “ümumtəhsil” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[41] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 49.4-cü bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

49.4. dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər tərbiyə etmək;

 

[42] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin yeni məzmunda 49.5-1 – 49.5-3-cü bəndlər əlavə edilmişdir.

 

[43] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 50.1-ci, 50.2-ci və 50.4-cü bəndlər yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

50.1. təhsilin, elmin, texnikanın və mədəniyyətin müasir qabaqcıl səviyyəsinə uyğun biliklər almaq;

50.2. müəyyən edilmiş qaydada Akademiyanın fəaliyyətinə aid məsələlərin müzakirəsində və həllində iştirak etmək, tədris proseslərinin təşkili və məzmunu, mühazirələrin keyfiyyəti, seminar və digər məşğələlərin keçirilməsi barədə öz fikrini bildirmək;

50.4. müəyyən edilmiş qaydada tədris avadanlığı və ləvazimatlardan, aparatura və cihazlardan, laboratoriyalardan, kabinetlərdən, auditoriyalardan, xüsusi siniflərdən, informasiya və kommunikasiya texnologiyalarından, oxu zallarından, kitabxana, tədris və elmi-tədqiqat şöbələrinin fondlarından və idman qurğularından ödənişsiz istifadə etmək;

 

[44] 5 fevral 2021-ci il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 fevral 2021-ci il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 123) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nə yeni məzmunda 50.5-1 – 50.5-3-cü bəndlər əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status