×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
26.12.2008
QEYDİYYAT NÖMRƏSİ
109
ADI
Zooloji parkın yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-12-2008, Nəşr nömrəsi: 290), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2008, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1101)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.12.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
270.000.000
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Zooloji parkın yaradılması haqqında

Zooloji parkın yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Son illər ərzində Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də uğurlu islahatlar nəticəsində ətraf mühitin mühafizəsinə dair bir sıra mühüm tədbirlər həyata keçirilmiş, bu sahəni tənzimləyən normativ hüquqi aktların ölkənin qoşulduğu beynəlxalq konvensiyalara uyğun təkmilləşdirilməsi üçün müvafiq işlər görülmüş, həmin məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli 1368 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı" təsdiq edilmişdir.

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, habelə təbii sərvətlərdən səmərəli istifadə olunması ilə bağlı gerçəkləşdirilən tədbirlər cəmiyyətdə ekoloji biliklərin geniş yayılması və gənc nəslin təbiətə qayğıkeş münasibətinin formalaşdırılması zərurətini meydana çıxarır. Ölkənin yüksək bioloji müxtəlifliyini və fauna aləminin zənginliyini əks etdirən parkın təşkili bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Azərbaycan təbiəti haqqında ictimaiyyətin məlumatlandırılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin bərpası və reintroduksiyasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində qeyri-kommersiya hüquqi şəxsi statusuna malik zooloji parkın yaradılmasını təmin etsin.

2. Bu sərəncamın 1-ci bəndinin icrası ilə bağlı ayrılmış ərazidə zəruri tədqiqat işlərinin aparılması, zooloji parkın dizayn, tikinti və inkişaf planı layihələrinin hazırlanması məqsədi ilə 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,85 milyon (iki milyon səkkiz yüz əlli min) manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2-ci bəndində qeyd olunan vəsaitin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 dekabr 2008-ci il

№ 109

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status