"Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarına əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 44, № 6, maddə 589) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası" cədvəlinin 1-ci bəndində "mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri" sözlərindən sonra ",Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri" sözləri, 2-ci bəndində isə "mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri" sözlərindən sonra ",Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası sədrinin müavini" sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 dekabr 2008-ci il
№ 280