290.000.000
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4, 1.5, 1.6, 1.7, 1.8, 1.9, 1.10, 1.11-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları", "Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı", "Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları", "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması", "Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi Qaydaları". "Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası", "Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
[1]
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
Bakı şəhəri, 8 yanvar 2009-cu il
№ 5
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 8 yanvar
tarixli 5 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı
QAYDALARI
1. Ümumi müddəa
1.1. Bu Qaydalar «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydalarını tənzimləyir.
1.2. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalının məqsədi mövcud bazarın və əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsini təmin etməkdir.
2. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı
2.1. Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, müşahidə və sertifikatlaşdırma orqanlarının nümayəndələrindən təşkil olunmuş Komissiya tərəfindən subyektin müraciəti əsasında ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əsaslanaraq, aşağıdakı müstəsna hallarda icazə verilir:
[2]
- kənd təsərrüfatı məhsulları qıtlığı yarandığı hallarda;
- ekoloji təmiz kənd təsərrüfatı subyektinin istifadəsində olan torpaq sahələri genişləndirildikdə və ya müvafiq istehsal obyekti yeni istifadəyə götürüldükdə;
- balanslaşdırılmış davamlı aqroekosistemin yaradılması mümkün olmadıqda və ya hər hansı fövqəladə hadisələrin təsiri nəticəsində bu sistem pozulduqda;
- ekoloji təmiz kənd təsərrüfatı sahələrinin müəyyən hissəsində xəstəlik, zərərvericilər və alaq otlarına, habelə karantin obyektlərinə qarşı aqrotexniki yollarla mübarizə aparılması mümkün olmadıqda, məhsulun məhv olmasının qarşısını almaq məqsədi ilə məcburən ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilməyən vasitələrdən istifadə edildikdə.
2.2. Sahibkar eyni ərazidə bir neçə istehsal vahidini idarə edirsə, qeyri-ekoloji metodlarla istehsal edilən məhsullar da müşahidə obyekti olmalıdır. Hər bir istehsal vahidində aydın fərqləndirilən sortlardan və yaxud fərqli növlərdən istifadə edilməlidir.
2.3. Əgər bu Qaydaların 2.1-ci bəndindəki kənaraçıxmalara icazə verilirsə, bu halda əlavə araşdırmalar, müşahidələr və təhlillər aparılmalı, sahibkarın müxtəlif statuslu məhsulların qarışmasının qarşısını almaq qabiliyyətinin qiymətləndirilməsi kimi tədbirlər görülməli və istehsal zamanı aşağıdakı tədbirlər yerinə yetirilməlidir:
- ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün qeydiyyatlar (mühasibatlıq sənədləşmələri) ayrıca aparılmalıdır;
- ekoloji təmiz kənd təsərrüfatı vasitələri (biopreparatlar, toxumlar və s.) üçün ayrıca anbar olmalı və bu anbar işarələnməlidir;
- ekoloji təmiz kənd təsərrüfatı məhsulları üçün ayrıca çiləyici cihazlar olmalı və onlar işarələnib ayrıca saxlanılmalıdır;
- ekoloji təmiz kənd təsərrüfatı məhsulları xüsusi yığım vasitələri ilə toplanmalı, belə imkan olmadıqda isə ekoloji məhsulların yığımından əvvəl həmin vasitələr yuyulub təmizlənməlidir.
2.4. Ekoloji təmiz heyvandarlıqda bütün heyvanlar bir və yaxud bir neçə oxşar istehsal vahidində «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə uyğun saxlanmalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə başqa təsərrüfatlarda yetişdirilən heyvanların gətirilməsinə müvafiq baytarlıq-sanitariya qaydalarına əməl etməklə qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir.
2.5. Ekoloji təmiz kənd təsərrüfatında saxlanılan heyvanlar adi otlaq sahələrində aşağıdakı şərtlərə əsasən otarıla bilər:
- bu sahədə ən azı son üç il ərzində bu Qaydalara əsasən icazə verilən vasitələrdən başqa, digərlərindən istifadə edilməmiş olsun;
- saxlanılan heyvanlarla digər heyvanlar arasında ayrılma sistemi olsun.
2.6. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının emalı üçün müvafiq emal müəssisəsi olmadıqda, məhsulun ənənəvi emal müəssisəsində avadanlıqlarla tam təmin edildikdən sonra və ayrılma sisteminə ciddi riayət olunmaqla emal edilməsinə yol verilir.
3. Hesabat və nəzarət
Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsal edən subyektlər barədə hesabat və onlara nəzarət işləri müvafiq ekoloji müşahidə və sertifikatlaşma orqanları tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 8 yanvar
tarixli 5 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı
[3]
1. Ümumi müddəa
Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsal qaydalarını, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısını müəyyən edir.
2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı
2.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları istehsalında aşağıdakı tələblərə əməl olunmalıdır:
- təsərrüfat subyektinin malik olduğu torpaq, su, əkin materialı və digər vasitələr ekoloji cəhətdən təmiz və təhlükəsiz olmalı;
- torpağın strukturunun saxlanması və təbii münbitliyinin artırılması üçün kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin, çürümüş peyin, konpost, yaşıl gübrələr və s.) tənzimlənməli;
- bitkilərin xəstəlik, zərərverici və alaq otlarından mühafizəsində yalnız aqrotexniki, mexaniki və bioloji üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalında tətbiqinə icazə verilmiş digər vasitələrdən istifadə edilməli;
- ekoloji təmiz heyvandarlıq məhsulları və ekoloji təmiz bitkiçilik məhsulları istehsalı əlaqələndirilməli;
- bitkiçilikdə və heyvandarlıqda quraqlığa, xəstəliklərə, zərərvericilərə və digər amillərə davamlı, yerli şəraitə uyğunlaşmış sortlar və cinslərdən istifadə olunmalı;
- xəstəliklər zamanı baytar mütəxəssisləri tərəfindən kimyəvi, farmasevtik preparatlardan və antibiotiklərdən mümkün qədər az istifadə edilməli və təbii müalicə üsulları olan fizio və fitoterapevtik vasitələrə, eləcə də ənənəvi müalicələrə üstünlük verilməlidir. Əgər yuxarıda göstərilən müalicə vasitələri effektiv olmazsa, onda baytar həkiminin nəzarəti altında kimyaterapevtik vasitələrin və antibiotiklərin tətbiqinə icazə verilir. Həmin preparatların istifadəsi zamanı əvvəlcədən heyvana dəqiq diaqnoz qoyulmalı, doza seçilməli və müalicə kursu təyin edilməlidir. Bu zaman yekun heyvandarlıq məhsulunun növü nəzərə alınmalı (ət, süd, yumurta və s.) və bu barədə heyvan məhsulu realizə edilməkdən əvvəl qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanlarına məlumat verilməlidir;
[4]
- yemlərə əlavə edilmiş sintetik boy stimulyatorlarının, məhsuldarlığı artıran və ya təbii inkişafın qarşısını alan sintetik maddələrin yem istehsalında və yemləmə məqsədi ilə istifadəsinə yol verilməməli;
- heyvanların müalicəsi və heyvandarlıq müəssisələrinin dezinfeksiya edilməsi mövcud qanunvericiliyə uyğun təşkil edilməli.
2.2. Ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən və müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş təbii və qeyri-təbii vasitələrin siyahısı aşağıdakı qaydada müəyyən edilir:
1. Müxtəlif heyvan növlərinin yerləşdirilməsi üçün daxili və xarici minimum səth ərazisi
Qaramal, qoyun və donuzlar
|
Daxili ərazi
(sırf heyvanlara aid olan sahə)
|
Xarici ərazi (gəzinti ərazisi, örüş istisna
olunmaqla)
|
|
|
minimum diri
çəkisi
|
m2/baş
|
m2/baş
|
1
|
2
|
3
|
4
|
Damazlıq və kökəltmə üçün qaramal və atlar
|
100 kq
200 kq
350 kq
350 kq-dan yuxarı
|
1.5
2.5
4.0
5.0
(hər 100 kq-a
minimum
|
1.1
1.9
3.0
3.7
( hər 100 kq-a minimum
|
Südlük inəklər
|
|
6
|
4.5
|
Damazlıq buğalar
|
|
10
|
30
|
Qoyun və keçilər
|
|
1.5 qoyun/keçi 0.35 quzu /çəpiş
|
2.5 qoyun/keçi 2.5 ilə 0.5 quzu/çəpiş
|
40 günlük çoşqaları olan donuzlar
|
|
7.5
|
2.5
|
Ətlik donuzlar
|
50 kq yuxarı
85 kq yuxan
110 kq-dan
yuxan
|
0.8
1.1
1.3
|
0.6
0.8
1
|
Çoşqalar
|
40 gündən artıq və 30 kq-a qədər
|
0.6
|
0.4
|
Damazlıq donuzlar
|
|
2.5 dişi
6.0 erkək
|
1.9
8.0
|
2. Müxtəlif növ quşlan yerləşdirmək üçün daxili və xarici minimum səth ərazisi
Ev
quşları
|
Daxili ərazi ( heyvanlar üçün ayrılan ərazi)
|
Xarici ərazi
( bir baş üçün
m 2 ərazi)
|
||
heyvanların sayı (m2)
|
hər bir
heyvan üçün
olan tara
(sm)
|
yuva
|
||
1
|
2
|
3
|
4
|
5
|
Yumurtlayan toyuqlar
|
6
|
18
|
Hər hinə 8
yumurtlayan
toyuq və ya əgər hin ümumidirsə,
hər quşa 120 sm2
|
4, bir şərtlə ki, 170 kq
N/ha/il normasını
keçməməlidir
|
Ətlik toyuqlar (stasionar hinlərdə)
|
Hər m2-ə ümumi
diri çəkisi
maksimum 21 kq
olan 10 quş
|
20 (ancaq
Qvineya
quşlan üçün)
|
|
4 Broylerlər və
Qvineya ev quşları
üçün
4.5 ördək,
10 hinduşka,
15 qaz.
Bütün növlər üçün
yuxarıda qeyd olunan
limit l70kqN/ha/il
keçməməlidir
|
Ətlik
quşlar
(mobil
hinlərdə)
|
Mobil hinlərdə 16 quş (ancaq bir şərtlə ki, mobil hinlərin ərazisi
|
|
|
2.5 - limiti 170 kq N/ha/il ötməməlidir
|
3. İstifadəsinə icazə verilən mineral mənşəli qida maddələri
1. Mineral mənşəli yemlər, mikro-elementlər, vitaminlər və ya provitaminlər ancaq təbii olduqları halda istifadə edilə bilər. Bu maddələrin olmadığı hallarda və ya müstəsna hallarda onların kimyəvi üsullarla müəyyən edilmiş əvəzedicilərinin istifadəsinə də icazə verilir.
2. Ancaq aşağıda göstərilən maddələr bu kateqoriyaya aiddir:
|
Natrium:
|
|
rafinə edilməmiş dəniz duzu
|
|
iri daş duz
|
|
natrium sulfat
|
|
natrium karbonat
|
|
natrium bikarbonat
|
|
natrium xlorid
|
|
|
|
Kalium:
kalium xlorid
|
|
|
|
Kalsium:
|
|
lithotamnion və merqqel
|
|
su heyvanlarının qabığı (həmçinin dəniz
molyusklarının sümükləri)
|
|
kalsium karbonat
|
|
kalsium laktat(süd turşusu)
|
|
kalsium qlükonat
|
|
|
|
Fosfor:
|
|
flüorsuzlaşdırlmış bi-kalsium
|
|
fosfat flüorsuzlaşdırılmış mono-kalsium fosfat
|
|
mono-natrium fosfat
|
|
kalsium-maqnezium fosfat
|
|
kalsium-natrium fosfat
|
|
|
|
Maqnezium:
|
|
maqnezium oksid (maqnezium anhidridi)
|
|
maqnezium sulfat
|
|
maqnezium xlorid
|
|
maqnezium karbonat maqnezium fosfat
|
|
|
|
Kükürd:
|
|
natrium sulfat
|
4. İstifadəsinə icazə verilən heyvan mənşəli yem materialları
1. Süd və süd məhsulları, balıq, digər dəniz heyvanları və onlardan alınan məhsullar istisna olmaqla, heyvan mənşəli yemlər istifadə edilməməli və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində qeyd olunduğu kimi istifadə olunmalıdır. İstənilən halda məməlilərdən alınma materiallarla (süd və süd məhsulları istisna olmaqla) gövşəyənləri yemləməyə icazə verilmir.
2. Süd və süd məhsulları. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya aiddir:
çiy süd, süd unu, yağsız süd, yağsız süd unu, ayran, ayran unu, pendir suyu, pendir suyunun tozu, az şəkərli pendir suyunun tozu, proteinli pendir suyunun tozu (fiziki üsulla ekstraksiya olunmuş), kazein unu, laktoza tozu, kəsmik və qatıq.
3. Balıq, digər dəniz heyvanları, onların məhsulları və onlardan alınan məhsullar.
Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxildirlər: balıq, balıq yağı və rafinə edilməmiş treska ciyərinin yağı; balıq molyuskları və xərçəngəbənzər canlıların fermentasiyası, istər həllolan formada, istərsə də həllolmayan formada olsun, ancaq gənc heyvanlar üçün tətbiq edilir.
Balıq yemləri.
4. Quşçuluqda yem kimi istifadə olunan yumurtalar, yumurta məhsulları (eyni mənbədən).
5. Qida əlavələri, heyvanların qidalandırılmasında istifadə olunan bəzi maddələr və qidalarda istifadə olunan emal əlavələri
1. Qida əlavələri
1.1. Mikroelementlər. Ancaq bu kateqoriyadan olan maddələr istifadə edilə bilər:
E1
|
Dəmir:
|
|
dəmir (II) karbonat
|
|
dəmir (II) sulfat monohidrat və ya heptahidrat
|
|
dəmir (III) oksidi
|
|
|
E2
|
Yod:
|
|
kalsium, anhidrid
|
|
kalsium yodit, hexahidrat
|
|
natrium yodit
|
|
|
E3
|
Kobalt:
|
|
kobalt (II) sulfat monohidrat və ya heptahidrat
|
|
əsası kobalt (II) karbonat, monohidrat
|
|
|
E4
|
Mis:
|
|
mis (II) oksid
|
|
əsası mis (II) karbonat, monohidrat
|
|
mis (II) sulfat, pentahidrat
|
|
|
E5
|
Manqan:
|
|
manqan (II) karbonat
|
|
manqan oksid Mn304
|
|
manqan (II) sulfat, mono- və ya tetrahidrat
|
|
|
E6
|
Sink:
|
|
sink karbonat
|
|
sink oksid
|
|
sink sulfat mono- və ya heptahidrat
|
|
|
E7
|
Molibden:
|
|
ammonium molibdenat, natrium molibdenat
|
|
|
E8
|
Selen:
|
|
Natrium selenat
|
|
Natrium selenit
|
1.2. Vitaminlər, provitaminlər, oxşar təsirlərə malik kimyəvi cəhətdən yaxşı müəyyən olunmuş maddələr. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxildir:
- təbii, xammal yem materialında təbii halda rast gəlinən vitaminlər,
- təkmədəli heyvanlar üçün təbii vitaminlərə oxşar olan sintetik vitaminlər,
- Avropa İttifaqına üzv dövlətin səlahiyyətli nümayəndəsinin icazəsi ilə gövşəyənlər üçün təbii vitaminlərə müvafiq olan sintetik vitaminlər A, D və E.
1.3. Fermentlər.
1.4. Mikroorqanizmlər.
1.5. Qoruyucular. Ancaq aşağıdakı maddələr bu kateqoriyaya daxildir:
E 200 - sorbin turşusu
|
E 236 - qarışqa turşusu
|
E 260 - asetat turşusu
|
E 270 - süd turşusu
|
E 280 - propion turşusu
|
E 330 - limon turşusu
|
Süd turşusu, qarışqa turşusu, propion turşusu və limon turşularından silos hazırlanmasında istifadəyə o zaman icazə verilir ki, adekvat fermentasiyaya havanın daxil olmasına icazə verilməsin.
1.6. Birləşdirici materiallar, yapışma əleyhinə vasitələr və koaqulyantlar. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər:
E470
|
təbii mənşəli kalsium stearat
|
E551b
|
kolloid silisium dioksid
|
E551c
|
kieselgur- zoğal turşusu
|
E558
|
bentonit
|
E559
|
kaolinit gili
|
E560
|
stearit və xloritin təbii qarışığı
|
E561
|
vermikulit
|
E562
|
sepiolit
|
E599
|
perlit
|
1.7. Antioksidant maddələr. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər :
E 306 - təbii mənşəli tokoferolla zəngin ekstraktlar
1.8. Silos əlavələri. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər :
fermentlər, mayalar, bakteriyalar.
2. Heyvanların yemləndirilməsində istifadə olunan bəzi məhsullar
Bu kateqoriyaya pivə mayası daxil edilə bilər.
3. Yem hazırlanmasında istifadə olunan emal əlavələri
Silos üçün emal köməkçi vasitələri. Ancaq aşağıda qeyd olunan maddələr bu kateqoriyaya daxil edilə bilər:
- dəniz duzu, dənəvər daş duz, ayran, taxıl unu, şəkər, şəkər çuğunduru şrotu və patkalar
Heyvandarlıq binalarını və qurğularını (məsələn, avadanlıq, qab və alətlər) təmizləmək və dezinfeksiya etmək üçün icazə verilən məhsullar:
Kalium və natrium sabunu
|
Su və buxar
|
Əhəng südü
|
Əhəng
|
Sönməmiş əhəng
|
Natrium hipoxlorid (məsələn, maye ağardıcı kimi)
|
Natrium hidroksid
|
Kalium hidroksid
|
Hidrogen peroksid
|
Bitkilərin təbii efir yağları
|
Limon, perasetat, qarışqa, süd, oksalat turşusu və asetat turşuları
|
Etil spirti
|
Nitrat turşusu (süd avadanlıqları)
|
Fosfor turşusu (süd avadanlıqları)
|
Formaldehid
|
Yelinin və sağım avadanlıqlarının təmizlənməsi və dezinfeksiyası üçün vasitələr Natrium karbonat
6. Torpağın gübrələnməsi və yaxşılaşdırılması üçün istifadə olunan maddələr
Maddələr
|
Təsvir, tərkibinə qoyulan tələblər və istifadə şərtləri
|
1
|
2
|
Təsərrüfatyanı peyin
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Heyvan nəcisi və bitki qarışıqlarından (heyvan üçün döşənək) ibarət məhsul
Heyvan növlərinin əlamətləri
Ekstensiv heyvandarlıq fermalarından gətirilir
|
Maye halda olan heyvan ekskrementi (maye peyin, sidik və s.)
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Nəzarət olunan fermentasiyadan və yaxud müvafiq durulaşdırmadan sonra
Heyvan növlərinin əlamətləri Sənaye əsaslı təsərrüfat mənbələri qadağan edilir
|
Kompostlaşdırılmış heyvan
ekskrementləri, həmçinin quş zılı və kompostlaşdırılmış təsərrüfatyanı peyin
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Sənaye əsaslı istehsalı olan təsərrüfat mənbələri qadağan edilir
|
Qurudulmuş təsərrüfatyanı gübrə və dehidratlaşdırılmış quş peyini
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Heyvan növlərinin əlamətləri
Ekstensiv heyvandarlıq fermalarından gətirilir
|
Guano
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
Göbələk təsərrüfatı tullantılarından və vermikulit substratı qalıqlarından hazırlanan kompost
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Substratın ilkin tərkibi bu siyahıda olan məhsullarla məhdudlaşdırılmalıdır
|
Qurdların (soxulcan kompostları) və həşəratların ekskrementləri
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Substratın ilkin tərkibi bu siyahıda olan məhsullarla məhdudlaşdırılmalıdır
|
Torf
|
Bağçılıqda məhdud şəkildə istifadə (gülçülük, meşəçilik, tinglik)
|
Gil (məsələn, perlit, vermikulit vəs.)
|
|
1
|
2
|
Kompostlaşdırılmış və yaxud çürüdülmüş məişət tullantıları
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır Ancaq tərəvəz və heyvan mənşəli tullantılar Sortlara ayrılmış məişət tullantılarından alınan kompostlaşdırılmış və bioqaz istehsalı üçün anaerob şəklində fermentləşdirilmiş məhsullar Ancaq qapalı və nəzarət edilən toplama sistemində qəbul edilən konsentrasiya quru maddə hesabı ilə mg/kq ilə: kadmium 0.7; mis 70; nikel 25; qurğuşun 45; sink 200; civə 0.4; xrom (cəmi) 70; xrom (Vİ) 0 (3)
|
Tərəvəz tullantılarının kompostlaşdırılmış və ya fermentləşdirilmiş qarışığı
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır Tərəvəz kütləsi qarışıqlarından əldə edilən məhsul, hansı ki, kompostlaşdırılmış və bioqaz istehsalı üçün anaerob şəklində fermentləşdirilməyə məruz qalmışdır
|
Aşağıda qeyd olunan heyvan mənşəli məhsulları:
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
- qan unu;
|
|
- dırnaq unu;
|
|
- buynuz unu;
|
|
- sümük unu yaxud
|
|
- jelatinsizləşdirilmiş sümük unu;
|
Quru maddə hesabı ilə xromun maksimum konsentrasiyası mg/kq (Vİ): 0 (3)
|
- balıq unu;
|
|
- ət unu;
|
|
- dəri və tük unu;
|
|
- yun;
|
|
- xəz;
|
|
- tük;
|
|
süd məhsulları
|
|
Gübrələmə üçün bitki mənşəli məhsullar və onların əlavə məhsulları (məsələn, yaglı toxumlardan alınan yemlər, kakao ovuntuları, səməni küləşi və s. )
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
Dəniz yosunları və onlardan alınan məhsullar
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Aşağıdakı üsullarla birbaşa əldə edilən:
a) qurudulma, dondurulma və üyütmə kimi fiziki proseslər;
b) su və ya sulu turşular və/yaxud qələvi məhlullar;
c) fermentasiya
|
1
|
2
|
Taxta kəpəyi və ağac tullantıları
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Ağaclar kəsildikdən sonra kimyəvi üsulla işlənilmir
|
Kompostlaşdırılmış qabıq
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Ağaclar kəsildikdən sonra kimyəvi üsulla işlənilmir
|
Ağac külü
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Kəsildikdən sonra kimyəvi üsulla işlənməyən ağaclardan
|
Yumşaq fosforit
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Kadmium 90 mq/kq P205 limiti keçməməlidir
|
Tomas şlak
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
Xam kalium duzları (məsələn, kainite, silvinit və s.)
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
Kalium sulfat, tərkibində maqnezium duzları da ola bilər
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Məhsul fiziki ekstraksiya prosesləri nəticəsində xam kalium duzundan əldə edilir və tərkibində ola bilər ki, maqnezium duzları da olsun
|
Təbii mənşəli kalsium karbonat (məsələn, tabaşir, əhəng gili, breton ameliorantı, merqel, torpaq əhəngi, fosfat tabaşiri)
|
|
Təbii mənşəli maqnezium və kalsium karbonat (məsələn, maqnezium tabaşiri, torpaq maqnezium əhəngdaşı və s.)
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Ancaq təbii mənbələrdən
|
Kalsium xlorid məhlulu
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır Alma ağaclarında yarpaq çiləmələri, kalsium çatışmazlığını aşkar etdikdən sonra
|
Maqnezium sulfat (Epsom duzu) (məsələn, kizerit MgS04.H20)
|
|
Gips (kalsium sulfat)
|
Ancaq təbii mənşəli
|
Distillə qazanının dibində qalan tullantılar
|
Amonium distillyatorunun qalıqları istisna olunur
|
Natrium xlorid
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
Ancaq yataq halında tapılan duz
|
1
|
2
|
Alüminium kalsium fosfat
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır 90 mq/kq P205 limitini keçməməlidir Qələvi torpaqlarda məhdud miqdarda istifadə olunur (pH>7.5)
|
Mikroelementlər (məsələn, bor mis, dəmir, manqan, molibden, sink)
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
Elementar kükürd
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
Gil (məsələn, perlit, vermikulit)
|
|
Şəkər istehsalmdan gələn sənaye əhəngi (məsələn, vanesse)
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
Vakuumla duz istehsalından əldə edilən sənaye əhəngi
|
Dağlarda rast gəlinən duzlu məhlullardan alınan vakuumla duz istehsalından alınma məhsullar
|
7. Bitki zərərvericiləri və xəstəliklərinə qarşı istifadə olunan maddələr
Bitki mühafizəsi üçün istifadə olunan maddələr
Aşağıdakı aktiv maddələri özündə cəmləşdirən və ya onlardan ibarət olan bütün məhsullar üçün qəbul edilən ümumi şərtlər:
- cari standartların 1 nömrəli əlavəsinə müvafiq olaraq istifadə edilə bilər;
[5]
- ancaq ölkə daxilində tətbiq edilən bitki mühafizə məhsulları və qanunvericiliyə müvafiq olaraq tətbiq edilə bilər.
Maddə
|
Təsvir, tərkibinə qoyulan tələblər, istifadə şərtləri
|
1
|
2
|
I. Bitki və heyvan mənşəli maddələr
|
|
Chrysanthemum
cinerariaefolium-dan alınan Pyretrin ekstraktı
|
İnsektisid
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq
edilməsinə ehtiyac vardır
|
Rotenon, Derris elliptica, Derris spp. və Lonchocarpus ssp. və Thephrosia spp.-dən alınmış ekstrakt (C23H2206)
|
İnsektisid
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq
edilməsinə ehtiyac vardır
|
Kvassiya preparatı, Quassia amaradan altnmış ekstrakt
|
İnsektisid, repellent
|
Azadiraxtin, Azadirachta indica (Neem ağacı)-dan alınmış ekstrakt
|
İnsektisid
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq
edilməsinə ehtiyac vardır
|
Arı mumu, propolis
|
Budamada istifadə edilir Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
Bitki yağları (məsələn, nanə yağı, şam ağacından alınan efir yağları, zirə yağı)
|
İnsektisid, akarisid, fungisid və cücərməni ləngidən ingibitor
|
Jelatin
|
İnsektisid
|
Lesitin
|
Fungisid
|
1
|
2
|
Hidrolizə edilmiş proteinlər (məsələn, kazein )
|
Attraktant
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq
edilməsinə ehtiyac vardır
|
Nicotiana tabacumdan alınmış ekstrakt (sulu məhlul)
|
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq
edilməsinə ehtiyac vardır
Ancaq 2002-ci il martın 31-dən sonrakı müddətdə
İnsektisid
Subtropik meyvə ağaclarında ancaq mənənələrə qarşı (məsələn, portağalda, limonda) və tropik bitkilərdə; yalnız vegetasiya dövrünün əvvəllərində
istifadə etməli
|
II. Zərərvericilərə qarşı bioloji mübarizədə istifadə olunan mikroorqanizmlər
|
|
Mikroorqanizmlər (bakteriya, virus və göbələklər ) məsələn, Bacillus thuringensis, Granulosis virus, və s.
|
Ancaq genetik dəyişdirilməmiş məhsullar
|
III. Ekoloji təsərrüfatçılıqda ənənəvi olaraq istifadə olunan maddələr
|
|
Mis hidroksid şəklində olan mis, mis oksixlorid, (3-cü dərəcədən), mis sulfat, mis oksid (bordo mayesi)
|
Fungisid
Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır. Bitki mühafizə vasitələri üzrə qanunvericilikdə əgər ümumi qaydalar və yaxud spesifik şərtlər şəklində varsa, daha məhdud miqdarda, yəni 2006-cı il yanvarın 1-dən hər hektara bir ildə 6 kq-a qədər mis istifadə edilməsinə icazə verilir. Çoxillik bitkilər üçün əvvəlki paraqrafdan fərqli olaraq maksimum səviyyə aşağıdakı qədər olmalıdır: - 2007-ci il yanvarın 1-dən hər hektar üçün bir ildə istifadə oluna biləcək maksimum miqdar əvvəlki 4 il müddətində istifadə edilmiş miqdarın qalıqları da nəzərə alınmaqla hesablanmalıdır, müvafiq olaraq 36, 34, 32 və 30 kq mis 2007, 2008, 2009, 2010-cu və ondan sonrakı illər üçün
|
Kükürd
|
Fungisid, akarisid, repellent
|
Etilen
|
Kivinin və şərq xirniyinin yetişdirilməsi üçün Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
Yağ turşulu kalium duzu (yaşıl sabun)
|
İnsektisid
|
Kaliumzəyi (Kainit)
|
Bananın yetişməsinin qarşısını almaq
|
KükürdlU əhəng (kalsium polisulfid)
|
Fungisid, insektisid, akarisid Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
1
|
2
|
Parafin yağı
|
İnsektisid, akarisid
Ancaq meyvə ağaclarında, üzüm, zeytun ağaclarında və tropik bitkilərdə Sertifikatlaşdırma qurumu tərəfindən təsdiq edilməsinə ehtiyac vardır
|
Mineral yağlar
|
Sertifikatlaşdırma qurumu tərəfındən təsdiq
edilməsinə ehtiyac vardır
İnsektisid, akarisid
Ancaq meyvə ağaclannda, üzüm, zeytun
ağaclannda və tropik bitkilərdə
|
Dəmir (III) ortofosfat
|
Mollyuskisid
Becərilən bitkilərin cərgə aralarına, səthə çilənir
|
Kalium permanqanat
|
Fungisid, bakterisid
Ancaq meyvə ağaclannda, zeytun ağaclannda və üzümlərdə
|
Kvars qumu
|
Repellent
|
IV. Aldadıcı tələlərdə və yaxud qurğularda istifadə olunan maddələr
|
|
Ümumi şərtlər:
|
|
- tələlər və ya qurğular maddələrin ətraf mühitə yayılmasına və becərilən bitkilərlə təmasına yol verməməlidir;
|
|
- istifadədən sonra tələlər toplanmalı və təhlükəsiz yerlərdə saxlanmalıdır
|
|
Feromonlar
|
Attraktant; seksual davramşı pozanlar Ancaq tələlərdə və qurğularda
|
Diamonium fosfat
|
Attraktant
Ancaq tələlərdə
|
Piretroidlər (ancaq deltametrin vəya lambdasixalotrin)
|
Sertifıkatlaşdırma qurumu tərəfındən təsdiq
edilməsinə ehtiyac vardır
İnsektisid
Xüsusi attraktantlafla ancaq tələlərdə
Ancaq Batrocera oleae və Ceratitis capitata wied
əleyhinə
|
V. Digər maddələr
|
|
Kalsium hidroksid
|
Fungisid
Ancaq meyvə ağaclarında Nectria galligenaya nəzarət etmək üçün
|
8. Qeyri-kənd təsərrüfatı mənşəli inqrediyentləri
3.1. Qida əlavələri, inert maddələr daxil olmaqla
INS
|
Adı
|
Xüsusi şərtlər
|
1
|
2
|
3
|
Bitki və heyvandarlıq məhsulları üçün
|
||
E170
|
Kalsium karbonat
|
Rəngləmək üçün istisna olmaqla bütün icazə verilən formaları
|
E220
|
Kükürd dioksid
|
Şərab məhsulları
|
1
|
2
|
3
|
E270
|
Süd turşusu
|
Kolbasa qabığı
|
E290
|
Karbon dioksid
|
|
E296
|
Alma turşusu
|
|
E300
|
Askorbin turşusu
|
|
E306
|
Tokoferol, qarışıq təbii konsentratlar
|
Kərə və bitki yağlarında anti oksidant
|
E322
|
Lesitin
|
Ağardıcı və üzvi həlledicilərdən istifadə olunmadan əldə edilən süd məhsulları, süd tərkibli uşaq yeməkləri, yağ məhsulları, mayonez
|
E330
|
Limon turşusu
|
Meyvə və tərəvəz məhsulları
|
E333
|
Kalsium sitrat
|
|
E334
|
Tartar turşusu (L (+)-)
|
|
E335
|
Natrium tartrat
|
Tortlar, qənnadı məhsulları
|
E336
|
Kalium tartrat
|
Yarmadan səhər yeməkləri, qənnadı məhsullar
|
E341(i)
|
Mono kalsium fosfat
|
Ancaq özü məsamələnən unlar üçün köpürtmə vasitələri
|
E400
|
Alqin turşusu
|
|
E401
|
Natrium alqinat
|
|
E402
|
Kalium alqinat
|
|
E406
|
Aqar
|
|
E407
|
Karaqen (Chondrus crispus)
|
Süd məhsulları
|
E410
|
Karob kitrəsi
|
Süd məhsulları, ət məhsulları
|
E412
|
Quar kitrəsi
|
Süd məhsulları, konservləşdirilmiş ət, yumurta məhsulları
|
E413
|
Traqakant kitrəsi
|
|
E414
|
Ərəb kitrəsi (qum arabika)
|
Süd, yağ və qənnadı məhsulları
|
E415
|
Ksantamonas bakteriyalannın kitrəsi
|
Yağ məhsulları, meyvə və tərəvəzlər, tortlar və biskvitlər, salatlar
|
E416
|
Karaqa kitrəsi
|
|
E422
|
Qliserol
|
Bitki ekstraktları
|
E440 (i)
|
Pektinlər (dəyişilməmiş)
|
Qənnadı məmulatları Süd məhsulları
|
E500
|
Natrium karbonat
|
|
E501
|
Kalium karbonat
|
Yarmadan hazırlanan səhər yeməkləri, tortlar və biskvitlər, qənnadı məmulatları
|
E503
|
Amonium karbonat
|
|
E504
|
Maqnezium karbonat
|
|
E516
|
Kalsium sulfat
|
İnert maddə
Tortlar və biskvitlər, soya məhsulları,
çörəkbişirmə mayası
|
E524
|
Natrium hidroksid
|
Kaustik məhlulla (Laugengeback) səthin
işlənməsi
Taxıl məhsulları
|
E551
|
Silisium dioksid
|
Otlar və ədviyyatlar üçün yapışma əleyhinə vasitələr
|
1
|
2
|
3
|
E938
|
Arqon
|
|
E941
|
Azot
|
|
E948
|
Oksigen
|
|
3.2. Aromatizatorlar
Kodeks Alimentariusun təbii Aromatizatorlar üçün ümumi tələbatlarında (CAC/GL 29-1987) qeyd edildiyi kimi, təbii aromatik maddələr və yaxud təbii aromatik preparatlar kimi etiketlənmiş məhsullar və maddələr.
3.3. Su və duz
İçməli su.
Duzlar (natrium xlorid və ya kalium xlorid əsas komponentlər kimi, əsasən qida emalı sahəsində istifadə edilir).
3.4. Mikroorqanizmlər və fermentlərdən hazırlanan preparatlar Qida emalında hər hansı bir mikroorqanizmlər və fermentlərdən alınan preparatlar (genetik dəyişdirilmiş mikroorqanizmlər, yaxud fermentlər istisna olmaqla) normal şəkildə istifadə olunur.
3.5. Minerallar (mikroelementlər daxil olmaqla), vitaminlər, əvəzolunmaz yağ və amin turşuları və digər azot birləşmələri.
Ancaq indiyə qədər ərzaq məhsullarında qanuni şəkildə istifadə edilən və qəbul edilmiş maddələr.
9. Kənd təsərrüfatı mənşəli məhsulların hazırlanmasında istifadə olunan emal köməkçi vasitələri
Maddə
|
Xüsusi şərtlər
|
1
|
2
|
Bitki və heyvan məhsulları üçün
|
|
Su
|
|
Kalsium xlorid
|
Koaqulyasiya faktoru
Qatılaşdırma, pendir hazırlanmasında
koaqulyasiya vasitəsi kimi
|
Kalsium karbonat
|
|
Kalsium hidroksid
|
|
Kalsium sulfat
|
Koaqulyasiya faktoru
|
Maqnezium xlorid (yaxud niqari)
|
Koaqulyasiya faktoru
|
Kalium karbonat
|
Üzüm kişmişinin qurudulması
|
Limon turşusu
|
Yağ istehsalı və nişastanın hidrolizi pH tənzimləyici
|
Sulfat turşusu
|
Şəkər istehsalında ekstraksiya suyunun pH nizamlayıcısı
|
Karbon dioksid
|
|
Azot
|
|
Etanol
|
Həlledici
|
Aşılayıcı turşu
|
Filtrasiya vasitəsi
|
Yumurta ağı albumini
|
|
Kazein
|
|
Jelatin
|
|
1
|
2
|
Jelatin (balığın hava qovuqcuğundan hazırlanmış)
|
|
Tərəvəz yağları
|
Yağlandırma, ayrılma üçün və yaxud köpük əleyhinə vasitə
|
Silisium dioksid geli, yaxud colloid məhlulu
|
|
Aktivləşdirilmiş karbon
|
|
Talk
|
|
Bentonit
|
|
Kaolin
|
|
Qumlu torpaq
|
|
Perlit
|
|
Fındıq qabığı
|
|
Düyü unu
|
|
Arı mumu
|
Ayırıcı vasitə
|
Karnauba mumu
|
Ayırıcı vasitə
|
Sulfat turşusu
|
Şəkər istehsalında ekstraksiya suyunun pH tənzimləyicisi
|
Natrium hidroksid
|
Şəkər istehsalında pH tənzimləyicisi raps (Brassica spp) toxumlarından yağ istehsalı
|
Natrium karbonat
|
Şəkər istehsalı
|
10. Ekoloji yolla istehsal olunmayan kənd təsərrüfatı mənşəli, istifadəsinə icazə verilən inqrediyentlər
Adı
|
Botaniki adı
|
|
1
|
2
|
|
Emal edilməmiş tərəvəz məhsulları
|
||
Yeyilən meyvələr, qərzəkli meyvələr və toxumlar:
|
||
Palıd qozası
|
Quercus ssp.
|
|
Kola ağacının qozası
|
Cola acuminata
|
|
Motmotu (qarağat fəsiləsindən) meyvəsi
|
Ribes uva-crispa
|
|
Həvəşçiçək (passiflora) meyvəsi
|
Passiflora edulis
|
|
Moruq (qurudulmuş)
|
Rubus ideas
|
|
Qırmızı qarağat (qurudulmuş)
|
Ribes rubum
|
|
Yeyilən ədviyyatlar və otlar:
|
||
İstiot (Peru mənşəli)
|
Schinus molle L.
|
|
Qıtıqotu toxumları
|
Aromacia rusticana
|
|
Dərman alpiniyası (ətirli kökləri)
|
Alpina offıcinarum
|
|
Günəbaxan çiçəkləri
|
Carthamus tinctorius
|
|
Kulinariyada yarpaqlan istifadə edilən ot
|
Nasturcium officinale
|
|
Digər:
|
||
Qeyri-ekoloji qida məhsullarının hazırlanmasında icazə verilən yosunlar, dəniz yosunları da daxil olmaqla
[6]
|
||
1
|
2
|
|
İcazə verilən proseslərlə emal edilmiş tərəvəz məhsulları:
|
||
Saflaşdırılmış, yaxud saflaşdırılmamış heyvan və bitki yağlan, amma kimyəvi cəhətdən dəyişilməmiş, bu və ya digər bitkilərdən alınmış:
|
||
Kakao
|
Theobroma cacao
|
|
Kokos palmasının qozası
|
Cocos nucifera
|
|
Zeytun
|
Olea eoropea
|
|
Günəbaxan
|
Helianthus annuus
|
|
Palma
|
Elaeis guineesis
|
|
Raps
|
Brassica napus, rapa
|
|
Boyaq safloru
|
Carthamus tinctorius
|
|
Küncüt
|
Sesamum indicum
|
|
Soya
|
Glycine max
|
|
Aşağıdakı şəkərlər, nişasta, taxıl və lifli bitkilərdən alınan digər məhsullar:
|
||
Fruktoza
|
|
|
Düyü küləşindən hazırlanmış kağız
|
|
|
Preslənmiş çörək kağızı
|
|
|
Kimyəvi dəyişilməmiş düyü və mum, qarğıdalıdan alınmış nişasta
|
|
|
Digər:
|
||
Noxud proteini
|
Pisum spp.
|
|
Şəkər qamışının şirəsindən alınmış spirt
|
|
|
Bu standartda göstərilən meyvə aromatizatorlarından hazırlanmış brendi (spirtli içki)
|
|
|
Heyvan mənşəli məhsullar:
|
||
Qeyri-ekoloji qida məhsullarının hazırlanmasında icazə verilən su heyvanları, süni şəraitdə yetişdirilməyən
|
|
|
Pendir suyu (herasuola)
|
|
|
11. Ekoloji təmiz məhsul istehsalında tətbiq olunan bioloji mühafizə vasitələri
Akaroentomofaqlar
Trixoqramma
|
Enkarziya
|
Afıdius
|
Qallitsa afidimiza
|
Noeseyulyus
|
Fitoseyulus
|
Mikrobioloji preparatlar
|
Nematofagin
|
Trixodermin
|
Vertisillin
|
Boverin
|
Aktofıt
|
Pentafaq - J
|
Planriz
|
Qaupsin
|
Bitoksibatsillin
|
Lepidotsid
|
Bakteriodentisid
|
3. Hesabat və nəzarət
3.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalına, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısının tətbiq olunmasına nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirirlər.
[7]
3.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı barədə hesabatlar hər rübün sonunda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilir.
|
Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə müvafiq sənəd (sertifikat) onların təqdim etdiyi aşağıdakı məlumatlar əsasında verilir:
- subyektin adı və ünvanı;
- fəaliyyətin həyata keçirildiyi bina və ya sahənin yerləşdiyi ərazi;
- fəaliyyətin xarakteri və məhsulun növləri;
- ekoloji təmiz kənd təsərrüfatı sahəsində milli qanunvericiliyin tələblərinə riayət edilməsi barədə subyektin öhdəliyi;
- ekoloji təmiz kənd təsərrüfatı subyekti ilə işləyən ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adları;
- ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal edilən məhsulların ekoloji tələblərə uyğun olması barədə ekoloji müşahidə və sertifikatlaşdırma orqanlarının rəsmi təklifləri.
2. Sertifikatın verilməsi
2.1. Subyektlər ekoloji təmiz məhsul istehsalını qrup şəklində apara bilərlər. Belə halda subyekt istehsal qrupunun adından müvafiq orqana müraciət etməlidir.
2.2. Subyekt hər bir məhsul üçün ayrı-ayrılıqda və ya hər növ məhsul istehsalını ayrıca qeyd etməklə, sertifikat almaq üçün müvafiq orqana müraciət edə bilər.
2.3. Aşağıdakı hallarda "ekoloji təmiz kənd təsərrüfatı subyekti" sertifikatı verilmir:
- iri sənaye mərkəzləri daxilində yerləşən təsərrüfat subyektlərinə;
- zərərli tullantıları olan sənaye obyektləri və mərkəzi nəqliyyat yolları yaxınlığında yerləşmiş təsərrüfat subyektlərinə;
- bitkilərin və heyvanların təbii şəraitdə yetişdirilməsi üçün ekoloji təmiz torpağa, suya, sağlam mal-qaraya, əlverişli əkinçilik şəraitinə malik olmayan təsərrüfat subyektlərinə;
- ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edildikdə.
2.4. Subyektə verilən sertifikatın forması bu Qaydaya əlavədə göstərildiyi kimi müəyyən edilir.
2.5. Ekoloji təmiz kənd təsərrüfatı subyekti sertifikatı 1 (bir) il müddətinə verilir.
2.6. Ekoloji standartlara, normativlərə və tələblərə əməl etmədiyi halda, ekoloji müşahidə orqanının məlumatları və sertifikatlaşdırma orqanının təklifi əsasında ekoloji təmiz kənd təsərrüfatı subyektinin sertifikatı ləğv edilir.
|
|
|
|
|
||||
|
|
|
||||
|
||||||
|
||||||
|
||||||
|
||||||
|
|
|||||
|
|
|||||
|
|
|||||
|
|
|
||||
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 8 yanvar
tarixli 5 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları
[8]
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma qaydalarını və akkreditasiya olunmuş orqanların funksiyalarını tənzimləyir.
1.2. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanı ilə istehsalçı arasında müvafiq müqavilə bağlandıqdan sonra başlanır.
1.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ərzində həyata keçirilən istehsal prosesləri üzərində ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan tərəfindən müntəzəm araşdırmalar, müşahidələr və təhlillər aparılır və istehsal metodlarının müəyyən olunmuş ekoloji tələblərə uyğunluğu təmin edilir.
1.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır.
1.5. Müşahidənin məqsədi istehsal və emal prosesinin idarə edilməsi sisteminin sistematik, müstəqil şəkildə, obyektiv qiymətləndirməkdir. Müşahidə zamanı bütün ekoloji istehsal prosesi qiymətləndirilir və aşağıdakı qaydada keçirilir:
[9]
ilkin müşahidə - keçid dövrü başlandıqdan sonra bir ay müddətində ilk müşahidə və araşdırmalar aparılır;
müntəzəm illik müşahidə - bu növ müşahidə keçid dövründə və yaxud sertifikat verildikdən sonra ildə bir dəfə keçirilir;
xəbərdarlıq edilmədən müşahidə - müşahidənin tarixi subyektə əvvəlcədən bildirilmir. Müşahidənin tarixi təsərrüfatın xüsusiyyətlərindən və ekoloji texnologiyaya olan risklərdən asılıdır;
əlavə müşahidə - subyekt istehsal sahəsini 20 faiz və daha artıq artırdıqda, yeni istehsal, yaxud emal xətti istifadəyə verildikdə, subyekt xammal təchizatçısını dəyişdikdə, yaxud digər əhəmiyyətli dəyişikliklər etdikdə, ərizəçinin istehsal sahəsi ondan asılı olmayan səbəblərdən çirkləndikdə və başqa mühüm dəyişikliklər baş verdikdə, yaxud bəyan edildikdə aparılır.
1.6. Müşahidələrin nəticəsi barədə təhlillər hazırlanır. Onun əsasında qəbul olunmuş qərar barədə subyekt məlumatlandırılır.
1.7. Sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan aşağıdakı qərarları qəbul edə bilər:
[10]
sertifikatın verilməsi;
sertifikatın dayandırılması, yaxud ləğv edilməsi, sertifikatlaşdırmadan imtina edilməsi;
təsərrüfatda istehsal olunan məhsulları "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verilməsi.
2. Keçid dövrü
Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü ənənəvi kənd təsərrüfatının müəyyən müddət ərzində ekoloji təmiz kənd təsərrüfatına keçirilməsini və balanslaşdırılmış davamlı aqroekosistemin yaradılmasını nəzərdə tutur.
3. Müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi
Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqan ilə istehsalçı arasında bağlanmış müvafiq müqaviləyə əsasən müşahidələrin qrafiki tərtib olunmalıdır. Qrafikdə müşahidənin təxirə salınması və ya onun vaxtının dəyişdirilməsi tələb olunduqda, səbəbi göstərilməklə, bu barədə 30 gün əvvəlcədən sahibkar sertifikatlaşdırma orqanına müraciət etməlidir.
4. Sertifikatlaşdırma: sertifikatın verilməsi, qüvvədə olması və ləğv edilməsi
4.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır.
4.2. Əgər uyğunsuzluqlar, yaxud standartın tələblərinin pozulması aşkar olunarsa, sertifikatlaşdırma üzrə orqan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatının ləğv edilməsi haqqında qərar qəbul edir.
5. Subyektin öhdəlikləri
Ekoloji təmiz kənd təsərrüfatı subyekti aşağıdakılar üçün cavabdehdir:
- “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun istehsalın təşkili;
[11]
- qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müvafiq qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına ekoloji istehsalla birbaşa və ya dolayısı ilə əlaqəsi olan bütün sənədləri (maliyyə sənədləri daxil olmaqla) təqdim etmək, obyektlərə və istehsal sektorlarını sərbəst müşahidə etməyə icazə vermək;
- qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ekoloji sertifikatlaşdırma sistemindəki bütün dəyişikliklər, yaxud ekoloji istehsalın idarə edilməsi, mülkiyyətçilik, istehsal növü və s. daxil olmaqla, sertifikatlaşdırma prosesinə təsir edə biləcək hər hansı fəaliyyət barədə sertifikatlaşdırma orqanmı xəbərdar etmək;
- qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya olunmuş sertifikatlaşdırma orqanını sertifikatlaşdırma və nəzarət sistemləri ilə əlaqəli, tərəflər arasında bağlanmış müqaviləyə əhəmiyyətli təsir edə biləcək hər hansı informasiya ilə təmin etmək.
|
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması
1. Ümumi müddəa
Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.8-ci bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun hazırlanmışdır və beynəlxalq standartların tələbləri nəzərə alınmaqla ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması qaydalarını və sertifikatın nümunəvi formasını müəyyən edir.
2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması
2.1. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması torpağın hazırlanmasından məhsulun istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji müşahidə üzrə akkreditasiya olunmuş
orqanın verdiyi rəsmi məlumatlar əsasında aparılır.
Məlumatlar əsasında sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan məhsulun AZS Milli sertifikatlaşdırma sisteminin tələblərinə uyğun sertifikatlaşdırılması haqqında qərar qəbul edir.
2.2. Ekoloji sertifikat üzərində sertifikatlaşdırılmış məhsulun adı və miqdarı göstərilir. Sertifikat məhsulun yararlıq müddəti nəzərə alınmaqla müəyyən edilir.
2.3. Sertifikat 2 orijinal nüsxədə çap olunur. Onlardan biri sertifikatlaşdırma orqanında saxlanılır, digəri isə ekoloji təmiz kənd təsərrüfatı subyektinə verilir.
2.4. Ekoloji müşahidələrin nəticəsi mənfi olduqda, sertifikatın qüvvədə olma müddəti dayandırılır və ya sertifikat ləğv edilir. Bu məhsullara ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına yol verilmir.
2.5. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarına bu Qaydaların əlavəsində göstərilən formada sertifikat verilir (əlavə olunur).
|
|
|
|
|
|
||||||
|
|||||||||
|
|
||||||||
|
|
||||||||
|
|
|
|||||||
|
|
||||||||
|
|
||||||||
|
|
||||||||
|
|
|
|||||||
|
|
||||||||
|
|
||||||||
|
|
||||||||
|
|||||||||
|
|
|
|||||||
|
|
|
|||||||
|
|
|
|
|
|
||||
|
|
|
|
|
|
||||
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
||||
|
|
|
|
|
|
||||
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 8 yanvar
tarixli 5 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi
QAYDALARI
[12]
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.9-cu bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi qaydalarının tətbiqində məqsəd ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalçıdan istehlakçıya doğru hərəkəti yolunda mövcud olan proseslərin tənzimlənməsindən, bazarda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarına olan tələbatın ödənilməsindən ibarətdir.
2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi
2.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının satışı məhsulun istehsalçıdan istehlakçıya doğru hərəkəti üzrə müvafiq funksiyanı yerinə yetirən səmərəli marketinq strategiyasının formalaşdırılması vasitəsilə həyata keçirilir.
2.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları bazarında səmərəli marketinq strategiyasının formalaşmasının əsasını istehsalın həcmi və əmtəəlik səviyyəsi, məhsulların tez xarab olması xüsusiyyəti, satış bazarlarının yerləşmə məsafəsi, daşınması, saxlanması, satışın təşkili xərclərinin səviyyəsi və digər məlumatlar təşkil edir.
2.3. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal olunmuş və ya məhsullarına qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilmiş ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər.
[13]
2.4. Azərbaycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlarının tanınması qanunvericiliyə uyğun həyata keçirilir.
[14]
2.5. Azərbaycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir.
[15]
|
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.10-cu bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının markalanması ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydalarının tətbiq edilməsində əsas məqsəd ekoloji təmiz məhsulların digər məhsullardan fərqlənməsini təmin etmək, alıcıların seçim imkanlarının təmin edilməsindən, malların ekoloji aspektləri haqqında ətraflı və dəqiq informasiya vermək imkanı yaratmaqdan ibarətdir.
2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması
2.1. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edilən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin təsərrüfatda istehsal olunan məhsulların "keçid dövrünün məhsulu" adı ilə satışına icazə verə bilər. Bu halda satışa çıxarılan məhsullar "keçid dövrünün məhsulu" kimi markalanmalıdır.
2.2. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları "EKO-keçid" və "EKO" sözləri göstərilməklə müvafiq sertifikatlaşdırma orqanı tərəfindən markalanır.
2.3. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün müddəti beynəlxalq standartlara uyğun olaraq istehsal vahidləri üzrə aşağıdakı kimi müəyyən edilir:
2.3.1. birillik bitkilər üçün - səpindən əvvəl 2 il;
2.3.2. çoxillik bitkilər və çoxillik əkmələr üçün - məhsul yığımından sonra 3 il;
2.3.3. yem bitkiləri və otlaqlar üçün - 2 il;
2.3.4. ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 1 il;
2.3.5. südlük məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara üçün - 12 həftə;
2.3.6. xırdabuynuzlu gövşəyən heyvanlar və donuzlar üçün - 6 ay;
2.3.7. yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3 günlük quşlar üçün - 10 həftə;
2.3.8. arı ailələri üçün - 1 il.
2.4. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü məhsullarının markalanmasında istifadə olunan rənglər və ölçülər ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanmasında istifadə olunan təsvirdən fərqlənməməlidir.
2.5. Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa çatdıqdan sonra istehsal olunan məhsullar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları kimi markalanır və etiketin üzərində "EKO" sözü göstərilir.
2.6. Yerli və müvafiq qaydada markalanmış idxal olunmuş (sərbəst dövriyyəyə buraxılmış) ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları (xammal) bu məhsulların standartlarına uyğun emal edildikdə, alınan məhsul ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu kimi markalanır.
2.7. Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları ənənəvi üsulla istehsal olunan başqa kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal edildikdə, həmin emal məhsulları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu hesab edilmir və ümumi qaydada markalanır.
2.8. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun həyata keçirilir. Etiketin üzərində və ya qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar əks olunmalıdır:
- istehsal və emal müəssisəsinin adı, ünvanı və milli əmtəə nişanı;
- ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı;
- ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu;
- məhsulun saxlanma şəraiti;
- məhsulun istehsal tarixi və yararlılıq müddəti;
- ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla birgə anbara yığılmasının qadağan olunmasına dair göstəriş.
2.9. Məhsula vurulan etiketdə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına qoyulan tələblərə cavab verməsini özündə əks etdirən məlumatlar göstərilməli və milli əmtəə nişanı olmalıdır.
2.10. "Azərbaycanda istehsal edilmişdir" bildirişi daxili dövriyyəyə və ixrac üçün təyin edilmiş ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketində (Azərbaycan və ingilis dillərində) əks olunmalıdır.
2.11. Etiket dövlət dilində və yaxud dövlət dili ilə birgə hər hansı bir xarici dildə tərtib olunmalı və etiketlənmə məhsulun ekoloji təmizliyinə xələl gətirməməlidir.
2.12. Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar göstərilməlidir.
[16]
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 8 yanvar
tarixli 5 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması
QAYDALARI
[17]
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 818 nömrəli Fərmanının 1.11-ci bəndinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının
Qanunlarına uyğun olaraq hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatı
və qida məhsullarının saxlanması və daşınması ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması qaydalarının tətbiq edilməsində əsas məqsəd ekoloji təmiz məhsulların xüsusi saxlanma və daşınma üsullarının müəyyən edilməsindən ibarətdir.
2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması
2.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanma yerlərində (anbarlarda, soyuducularda) onların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan başqa məhsullarla qarışmasına və ya çirkləndirilməsinə imkan verilməməlidir.
[18]
2.2. Fiziki cəhətdən təcrid olunmamış, etiketlənməmiş ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının başqa məhsullarla birgə saxlanması və daşınması qadağandır.
2.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanmasında qanunvericilikdə nəzərdə tutulan qaydada istilik, nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər.
2.4. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması müddətində məhsulun keyfiyyətinə mənfi təsir göstərəcək maddələrdən və qeyri-təbii metodlardan istifadə olunmasına yol verilmir.
2.5. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar və ətraf mühitin mühafizəsi üzrə qanunvericilik nəzərə alınmalıdır.
[19]
2.6. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları xüsusi temperatur rejimini tənzimləyən və qeyd edən sistemə malik anbarlarda saxlanılmalıdır.
2.7. Ekoloji təmiz kənd təsərrüfatında ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə yalnız bərpa edilə bilən, ikinci dəfə istifadə olunan və bioparçalanma qabiliyyətli qablaşdırma materialları, müasir texnologiya vasitələri ilə əldə edilmiş saxlama qabları və kameralarından istifadəyə icazə verilir. Materiallar, konteynerlər və anbarlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməlidir.
[20]
2.8. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanılmasında istifadə olunan saxlama məntəqələri, anbarlar mütəmadi olaraq dövlət sanitariya nəzarəti orqanları tərəfindən yoxlanılmalı və bu barədə müvafiq qeydiyyat aparılmalıdır.
2.9. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının satışı bu məqsəd üçün ixtisaslaşdırılmış xüsusi mağazalarda həyata keçirilməlidir. Belə mağaza olmadığı hallarda isə həmin məhsulların satışı ticarət müəssisələrinin xüsusi şöbələrində aparılmalıdır.
2.10. Satıcılar ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehlak xüsusiyyətləri, tərkibi, kaloriliyi, məhsuldan istifadə qaydaları və üsulları, saxlama şərtləri və digər zəruri məlumatlan barədə istehlakçıları məlumatlandırmalıdırlar.
2.11. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının xarab olmasının, əzilməsinin, qırılmasının, çirklənməsinin və s. qarşısını alacaq şəkildə bir-birindən ayrı, istehlak xüsusiyyətindən asılı olaraq döşəmə, divar və tavanla təmasda olmayacaq formada (rəf şəklində) yığılmasına ciddi riayət edilməlidir.
2.12. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır və aparılmış qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlarda saxlanılır.
[21]
2.13. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri və avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait yaratmamalı, ekoloji müşahidə aparılmasına imkan verməlidir. Nəqliyyat vasitələri təmiz, quru, anbar ziyanvericiləri ilə yoluxmamış və kənar qoxulardan təcrid olunmalıdır. Nəqliyyat vasitələri, daşınan məhsulun xarakterindən asılı olaraq müvafiq temperatur rejimini tənzimləyən avadanlıqlar və cihazlarla təchiz olunmalıdır. Nəqliyyat vasitəsinin bamı asan yuyula bilən gigiyenik materialdan hazırlanmış örtüyə malik olmalıdır.
2.14. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının daşınmasında istifadə olunan nəqliyyat vasitələri xüsusi sanitariya pasportu ilə təmin edilməli və vaxtaşırı sanitariya müayinəsindən keçirilməlidir.
2.15. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının daşınmasında istifadə olunan nəqliyyat vasitələrindən yalnız bu məqsədlər üçün istifadə olunmalıdır.
2.16. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması beynəlxalq standartların, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
[22]
2.17. Diri heyvanların daşınması zamanı onların stresə, zədəyə və əzaba məruz qalmasına yol verilməməlidir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)
2.
18 mart 2014-cü il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2014-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №03, maddə 311)
3.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
4.
30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)
5.
6 noyabr 2018-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2018-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2425)
6.
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
6 noyabr 2018-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2018-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2425) ilə 1-ci hissədən “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”, ” sözləri çıxarılmışdır.
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə 1-ci hissədən “Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin (sertifikatın) forması və verilməsi Qaydası”,”, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və sertifikatın nümunəvi forması”,” “və sertifikatlaşdırma” sözləri çıxarılmışdır və həmin hissədə “ərzaq” sözü (birinci, üçüncü və dördüncü halda) “qida” sözü ilə əvəz edilmişdir.
[2]
14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları”nın 2.1-ci bəndinin birinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları”nın 2.1-ci bəndinin birinci abzasından “və Sənaye” sözləri çıxarılmışdır.
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları”nın 2.1-ci bəndindən “və sertifikatlaşdırma” və 3-cü hissəsindən “və sertifikatlaşma” sözləri çıxarılmışdır.
[3]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın adında, 1-ci hissəsində, 2-ci hissəsinin adında, 2.1-ci, 3.1-ci və 3.2-ci bəndlərində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir.
[4]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın 2.1-ci bəndin yeddinci abzasının dördüncü cümləsi çıxarılmışdır.
[5]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın 2.2-ci bəndin “7. Bitki zərərvericiləri və xəstəliklərinə qarşı istifadə olunan maddələr”in üçüncü abzası çıxarılmışdır.
[6]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın 2.2-ci bəndin “10. Ekoloji yolla istehsal olunmayan kənd təsərrüfatı mənşəli, istifadəsinə icazə verilən inqrediyentlər” cədvəlində “Qeyri-ekoloji ərzaq” (hər iki halda) sözləri “Qeyri-ekoloji qida” sözləri ilə əvəz edilmişdir.
[7]
30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin siyahısı”nın “3. Hesabat və nəzarət” hissəsinin 3.1-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[8]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”nın adından və 1.1-ci bəndindən “və sertifikatlaşdırma” sözləri çıxarılmışdır.
[9]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”nın 1.5-ci bəndin birinci cümləsində “qiymətləndirilməsi və onun müasir standartların tələblərinə uyğun gəlməsini müəyyənləşdirməkdir” sözləri “qiymətləndirməkdir” sözü ilə əvəz edilmişdir.
[10]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”nın 1.7-ci bənd, 4-cü hissə və 5-ci hissənin dördüncü abzası ləğv edilmişdir.
[11]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”nın 5-ci hissənin ikinci abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
mövcud standartlar və qaydaların tələblərinə uyğun istehsalın təşkili;
[12]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları”nın adında, 1.1-ci, 1.2-ci (hər üç halda) bəndlərində, 2-ci hissəsinin adında, 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir.
[13]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaşdırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”nın 2.3-cü bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.3. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji cəhətdən təmiz olduğunu təsdiq edən sertifikata malik olan hüquqi və ya fiziki şəxs, həmin məhsulları ekoloji təmiz məhsul kimi sata bilər.
[14]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları”nın 2.4-cü bəndi ləğv edilmişdir.
[15]
18 mart 2014-cü il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2014-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №03, maddə 311) ilə Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi Qaydaları”nın 2.5-ci bəndində “istifadə haqqında məlumatlar” sözləri “istifadə edilməməsi haqqında məlumat” sözləri ilə əvəz edilmişdir.
[16]
18 mart 2014-cü il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 mart 2014-cü il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №03, maddə 311) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”nın 2.12-ci bəndindən “Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə” sözləri çıxarılmışdır.
[17]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın adında, 1.1-ci, 1.2-ci bəndlərində, 2-ci hissəsinin adında, 2.1-2.6-cı və 2.8-2.16-cı bəndlərində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir.
[18]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın 2.1-ci bəndində “ekoloji təmiz məhsulların standartlarına” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə” sözləri ilə əvəz edilmişdir.
[19]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın 2.5-ci bəndində “sanitariya norma və qaydaları, gigi-yenik normativlər” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar” sözləri ilə əvəz edilmişdir.
[20]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın 2.7-ci bəndin ikinci cümləsində “sanitariya norma və qaydaları, gigiyenik normativlərin və standartların” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilmişdir.
[21]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın 2.12-ci bənddən “və sertifikatlaşdırma” (hər iki halda) sözləri çıxarılmışdır.
[22]
7 fevral 2020-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 188) ilə “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması Qaydaları”nın 2.16-cı bəndində “beynəlxalq və Azərbaycan Respublikası səviyyəsində qəbul edilmiş standartlar, sanitariya norma və qaydalarının və gigiyenik normativlərin” sözləri “beynəlxalq standartların, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilmişdir.