AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.12.2008
QEYDİYYAT NÖMRƏSİ
725-IIIQ
ADI
“Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-01-2009, Nəşr nömrəsi: 11), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2009, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 03)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.01.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə

“Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2005-ci il aprelin 13-də qəbul olunmuş Beynəlxalq Konvensiya Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatı ilə təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 dekabr 2008-ci il.

№ 725-IIIQ

 

 

 

Baş Məclis                                                                                15 aprel 2005-ci il

 

 

Əlli doqquzuncu sessiya

Günün gündəliyinin 148-ci bəndi

 

 

Baş Məclisin qəbul etdiyi Qətnamə

 

(17 dekabr 1996-cı il tarixində Baş Assambleyanın 51/210 saylı qətnaməsi ilə təsis edilmiş Xüsusi Komitənin hesabatı əsasında)

 

59/290 Nüvə terrorçuluğu əməlləri ilə mübarizə   haqqında

 

BEYNƏLXALQ KONVENSİYA

 

Baş Məclis

 

17 dekabr 1996-cı il tarixində Baş Məclisin 51/210 saylı qətnaməsi ilə təsis edilmiş Xüsusi Komitənin və Altıncı Komitənin İşçi Qrupu tərəfindən hazırlanmış Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında Beynəlxalq Konvensiya layihəsinin mətnini nəzərdən keçirərək,

1. Hazırkı qətnaməyə əlavə edilən Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında Beynəlxalq Konvensiyanı qəbul edir və Baş Katibdən 14 sentyabr 2005-ci ildən 31 dekabr 2006-cı ilə qədər bu Konvensiyanı Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Təşkilatlarında imzalamaq üçün açıq elan etməsini xahiş edir;

2. Bütün dövlətləri Konvensiyanı imzalamağa, ratifikasiya, qəbul etməyə, təsdiqləməyə və ya bu Konvensiyaya qoşulmağa çağırır.

 

91-ci plenar iclası 13 aprel 2005-ci il

 

 

Əlavə

 

Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında

 

BEYNƏLXALQ KONVENSİYA

                                       

Hazırkı Konvensiyanın iştirakçısı olan dövlətlər,

Beynəlxalq sülh və təhlükəsizliyin qorunması, dövlətlər arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərini nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının 50 illik ildönümü münasibətilə qəbul edilmiş 24 oktyabr 1995-ci il tarixli Bəyannaməyə istinad edərək,

Atom enerjisinin dinc məqsədlərlə zənginləşdirilməsi və tətbiqi ilə bağlı bütün dövlətlərin hüququnu və bu dövlətlərin atom enerjisinin dinc məqsədlərlə tətbiqi nəticəsində fayda götürməsində qanuni maraqlarını tanıyaraq,

Nüvə materialının fiziki müdafiəsi haqqında 1980-ci il tarixli Konvensiyam nəzərə alaraq,

Bütün dünyada terrorçuluq əməllərinin müxtəlif forma və təzahürlərdə genişlənməsindən narahatlığını bildirərək,

Birləşmiş Millətlər Təşkilatına üzv-dövlətlərin dövlətlər və xalqlar arasında dostluq əlaqələrini təhlükə altına qoyan və dövlətin ərazi bütövlüyü, təhlükəsizliyini hədələyən, harada və kim tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq terrorçuluğun cinayətkar və bəraəti olmayan bütün əməllərini, metod və təcrübəsini qeyd-şərtsiz pisləmələrini təsdiqləyən Baş Assambleyanın 49/60 saylı qətnaməsinə əlavə edilmiş Beynəlxalq terrorçuluğun ləğv edilməsi üzrə tədbirlər haqqında 9 dekabr 1994-cü il tarixli Bəyannaməsinin məzmununa istinad edərək,

Bu məsələnin bütün baxışlarını özündə əks etdirən ümumi hüquqi çərçivənin mövcudluğunu təmin etmək məqsədilə Bəyannamədə terrorçuluğun bütün forma və təzahürlərinin qarşının alınması, aradan qaldırılması və ləğv edilməsi haqqında mövcud beynəlxalq hüquq müddəalarının tətbiqi sahələrinin qısa müddətdə nəzərdə keçirilməsinin dövlətlərə təklif edildiyini qeyd edərək,

Baş Assambleyanın 17 dekabr 1996-cı il tarixli 51/210 saylı qətnaməsi və 1994-cü il tarixli Beynəlxalq terrorçuluğun ləğv edilməsi üzrə tədbirlər haqqında Bəyannaməsini tamamlayan və yuxarıda qeyd olunan qətnaməyə əlavə edilmiş Bəyannaməyə istinad edərək,

Baş Assambleyanın 51/210 saylı qətnaməsini yerinə yetirmək məqsədilə terrorçuluq haqqında mövcud beynəlxalq sənədləri tamamlamaq üçün 17 dekabr 1996-cı il tarixində Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında Beynəlxalq Konvensiya hazırlanması üzrə xüsusi komitənin təsis edildiyini xatırladaraq,

Nüvə terrorçuluğun əməllərinin ən ciddi nəticələrə gətirə biləcəyini və beynəlxalq sülh və təhlükəsizliyi üçün təhlükə yarada biləcəyini qeyd edərək,

Beynəlxalq hüququn mövcud çoxtərəfli müddəalarında bu məsələlərin müvafiq şəkildə nəzərdən keçirilmədiyini bir daha bəyan edərək,

Terrorçuluq əməllərinin qarşısının alınması və təqsirkarların cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması məqsədilə səmərəli və praktik tədbirlərin hazırlanması, qəbulu üçün dövlətlər arasında beynəlxalq əməkdaşlığın qüvvətləndirilməsi zərurətinə əmin olaraq,

Dövlətlərin silahlı qüvvələrinin fəaliyyətinin hazırkı Konvensiya çərçivəsində beynəlxalq hüquq normaları ilə nizamlandığım və bəzi fəaliyyətlərin hazırkı Konvensiyanın tətbiqi sahəsindən kənar olmasının qanunsuz əməllərə görə məsuliyyətdən azad etmədiyini, bu fəaliyyətləri qanuni etmədiyini, digər qanunlar əsasında məsuliyyətə cəlb etməyin qarşısını almadığım qeyd edərək,

Aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

 

Hazırkı Konvensiyanın məqsədləri üçün:

1. "Radioaktiv maddə" dedikdə tərkibində öz-özünə parçalanan (bir və ya bir neçə növ ionlaşdırıcı şüalanma, məsələn alfa-şüalanma, beta-şüalanma, neytron şüalanması və qamma-şüalanmanın buraxılması ilə müşayiət olunan proses) nuklidlər olan, özünün radioloji xüsusiyyətləri və ya parçalanma xüsusiyyətləri ilə ölüm, şikəstliklə nəticələnən, mülkiyyətə və ya ətraf mühitə əhəmiyyətli dərəcədə ziyan yetirən nüvə materialı və digər radioaktiv maddələr nəzərdə tutulur.

2. "Nüvə maddəsi" dedikdə plutonium-238 izotopunun miqdarı 80 faizi keçən plutonium istisna olmaqla plutonium; uran-233; uran-235 və ya uran-233 izotopları ilə zənginləşdirilmiş uran; uran filizi və uran filizi qalıqlarından fərqli formada rast gəlinən izotopların qarışığından təşkil olunmuş uran; və tərkibində yuxarıda qeyd olunan elementlərdən biri və ya bir neçəsi olan istənilən maddə nəzərdə tutulur; burada "uran-233; uran-235 və uran-233 izotopları ilə zənginləşdirilmiş uran" dedikdə elə uran nəzərdə tutulur ki, onun tərkibində uran-235 və ya uran-233 və ya hər iki izotopun birlikdə kütlə miqdarının faizinin uran-238-in izotopunun faiz miqdarına nisbəti uran-235 izotopunun təbiətdə rast gəlinən uran-238 izotopuna tarazlı faizi nisbətindən çox olsun.

3. "Nüvə obyekti" aşağıdakıları bildirir:

a) enerji mənbəyi kimi gəmilərdə, nəqliyyat vasitələrində, uçan aparatlarda və ya kosmik obyektlərdə quraşdırılmış və bu gəmiləri, nəqliyyat vasitələrini, uçan aparatları və ya kosmik obyektləri hərəkətə gətirmək və ya digər məqsəd üçün istifadə edilən reaktorlar da daxil olmaqla istənilən nüvə reaktoru;

b) radioaktiv maddələrin istehsalı, saxlanması, işlənməsi və ya daşınması üçün istifadə olunan bina və ya nəqliyyat vasitəsi.

4. "Qurğu" aşağıdakıları bildirir:

a) istənilən partlayıcı nüvə qurğusu; və ya

b) radioaktiv xüsusiyyətlərinə görə ölümə, şikəstliyə, mülkiyyət və ətraf mühitə ziyan yetirilməsinə səbəb olan radioaktiv maddə buraxan və ya radiasiya şüalandıran qurğu.

5. "Dövlət və ya hökumət əmlakı" dedikdə vəzifələrini icra etmək üçün hökumət rəhbərləri, hökumət üzvləri, qanunvericilik və ya məhkəmə orqanlarının nümayəndələri, dövlət və ya hökumət orqanlarının vəzifəli şəxsləri və ya orada xidmət edənlərin, dövlətlərarası təşkilatların vəzifəli nümayəndə və işçilərinin istifadə etdiyi daimi və ya müvəqqəti obyekt,
nəqliyyat vasitəsi nəzərdə tutulur.

6. "Dövlətin silahlı qüvvələri" dedikdə ilk növbədə milli müdafiə və təhlükəsizlik ilə bağlı məsələləri yerinə yetirmək üçün daxili qanunvericiliyə uyğun olaraq təşkil edilmiş, təlim keçmiş və təmin edilmiş silahlı qüvvələr və onların rəsmi komandanlığı, nəzarəti və məsuliyyəti altında silahlı qüvvələrə yardım məqsədilə fəaliyyət göstərən şəxslər bildirilir.

 

Maddə 2

 

1. Əgər istənilən şəxs qanunsuz olaraq və qəsdən aşağıdakıları edərsə, onda hazırkı Konvensiya əsasında cinayət törədir:

a) Aşağıdakı məqsədlər üçün radioaktiv maddəyə malikdir, qurğu hazırlayır və ya qurğuya malikdir:

i) ölüm və ya şikəstlik törətmək; və ya

ii) mülkiyyətə və ətraf-mühitə əhəmiyyətli dərəcədə ziyan yetirmək;

b) Aşağıdakı məqsədlər üçün müxtəlif yollarla radioaktiv maddədən və qurğudan istifadə edir və ya nüvə obyektini elə zədələyir ki, radioaktiv maddə yayılır və ya yayılmaq təhlükəsi yaranır:

i)  ölüm və ya şikəstlik törətmək; və ya

ii) mülkiyyətə və ətraf-mühitə əhəmiyyətli dərəcədə ziyan yetirmək; və ya

iii) fiziki və ya hüquqi şəxsi, beynəlxalq təşkilatı və ya dövləti hər hansı bir fəaliyyəti edib və ya etməməkdən çəkindirmək.

2. Eyni zamanda istənilən şəxs cinayət etmiş hesab olunur, əgər:

a) bu maddədə bənd 1 b-də göstərilən cinayəti törətməklə təhdid edir, bundan əlavə bu təhlükənin reallığını göstərən əlamətlər var; və ya

b) qanunsuz olaraq və qəsdən radioaktiv maddə, qurğu və ya nüvə obyekti tələb edir və bu zaman bu təhlükənin və qüvvə tətbiqinin reallığım göstərən əlamətlər var.

3. Əgər şəxs bu maddədə bənd 1-də göstərilən cinayətləri törətməyə cəhd edirsə, cinayət etmiş olur.

4. İstənilən şəxs cinayət etmiş olur, əgər:

a) bu maddədə bənd 1, 2 və ya 3-də göstərilən cinayətlərin törədilməsində iştirakçı qismində iştirak edir; və ya

b) bu maddədə bənd 1, 2 və ya 3-də göstərilən cinayətləri törətmək üçün digər şəxsləri təşkil edir və ya onlara rəhbərlik edir; və ya

c) bu maddədə bənd 1, 2 və ya 3-də göstərilən cinayətləri törətmək üçün müxtəlif yollardan, o cümlədən ümumi məqsədlə fəaliyyət göstərən şəxslər qrupundan istifadə edir; bu cür yardım, qəsdən, cinayət fəaliyyətinin ümumi mahiyyətinə və qrupun məqsədlərini dəstəkləmək üçün və ya qrupun müvafiq cinayət və ya cinayətləri törətmək qəsdini dərk edərək olmalıdır.

 

Maddə 3

 

Əgər cinayət bir ölkədə törədilibsə, güman edilən cinayətkar və zərərçəkənlər bu dövlətin vətəndaşlarıdırsa, güman edilən cinayətkar həmin ölkənin ərazisində yaxalanıbsa, heç bir dövlət maddə 9-da bənd 1 və ya 2-yə müvafiq olaraq öz yurisdiksiyasının həyata keçirilməsi üçün əsas görmürsə, bu zaman müvafiq vəziyyətlər həmin hadisələrə münasibətdə maddə 7, 12, 14, 15, 16 və 17-nin tətbiqini istisna etmirsə bu Konvensiya tətbiq edilmir.

 

Maddə 4

 

1. Bu Konvensiyada heç bir şərt dövlətin və şəxsin beynəlxalq hüquq, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq humanitar hüquqdan irəli gələn digər hüquq, vəzifə və öhdəliklərə toxunmur.

2. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüququn termini kimi bu hüquqla nizamlanan silahlı qüwələrin fəaliyyəti bu Konvensiya ilə nizamlanmır, o cümlədən rəsmi funksiyaları yerinə yetirmək üçün dövlətin silahlı qüwələri ilə həyata keçirilən fəaliyyət də bu Konvensiya ilə nizamlanmır, çünki bu məsələlər beynəlxalq hüququn digər normaları ilə nizamlanır.

3. Bu maddədə bənd 2-nin müddəası digər münasibətlərdə qanunsuz hesab edilən əməllərin bəyənilməsi və qanuni edilməsi və ya digər qanunlar əsasında məsuliyyətə cəlb etmənin qarşısının alınması kimi şərh edilməməlidir.

4. Bu Konvensiya dövlət tərəfindən nüvə silahının tətbiqi və ya tətbiqi hədəsinin qanuniliyi məsələsinə aid edilə bilməz.

 

Maddə 5

 

Hər bir iştirakçı-dövlət aşağıdakılar üçün gərəkli olan tədbirləri görür:

a) maddə 2-də göstərilən fəaliyyətləri öz milli qanunvericiliyinə müvafiq olaraq cinayət kimi tanımaq;

b) bu cinayətlərin ağırlıq dərəcəsindən asılı olaraq müvafiq cəzalar təyin etmək.

 

Maddə 6

 

Hər bir iştirakçı-dövlət bu Konvensiyanın əhatə etdiyi məsələlərə aid olan, xüsusilə də əhali, şəxslər qrupu və ya konkret şəxslər arasında terror şəraiti yaratmağa yönəlmiş cinayət fəaliyyətinə, siyasi, fəlsəfi, ideoloji, irqi, etnik, dini və ya digər analoji xarakterli mülahizələrdən irəli gələrək bəraət qazandırılmaması və bu cinayətlərin ağırlıq dərəcəsindən asılı olaraq məsuliyyətə cəlb etmək üçün daxili qanunvericiliyə dəyişikliklərin edilməsi də daxil olmaqla vacib tədbirlər həyata keçirməlidir.

 

Maddə 7

 

1. İştirakçı-dövlətlər aşağıdakı yollarla əməkdaşlıq edirlər:

a) öz sərhədləri daxilində maddə 2-də göstərilən cinayətlərin qarşısını almaq, öz sərhədləri daxilində və sərhədlərindən kənarda belə hazırlığa müqavimət göstərmək, o cümlədən öz ərazilərində bu cinayətləri təşviq, təhrik, təşkil edən, bilərəkdən maliyyələşdirən, texniki yardım göstərən, məlumatla təmin edən və bu cinayətlərin həyata keçirilməsində iştirak edən şəxs, qrup və təşkilatların qanunsuz fəaliyyətinin qadağan edilməsi ilə bağlı tədbirlər görmək, o cümlədən zəruri olduqda milli qanunvericiliyi bunlara uyğunlaşdırmaq;

b) Milli qanunvericilikdə və bu maddədə nəzərdə tutulan şəkildə dəqiq və yoxlanmış informasiyanın mübadiləsi, zəruri olduqda maddə 2-də göstərilən cinayətlərin aşkara çıxarılması, qarşısının alınması, təhqiqatı, o cümlədən belə cinayətlərin yerinə yetirilməsində təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qəbul edilən inzibati və digər tədbirlərin koordinasiyası. Xüsusilə, iştirakçı-dövlət maddə 2-də göstərilən cinayətin yerinə yetirilməsi, belə cinayətlərin yerinə yetirilməsinə hazırlıqla bağlı maddə 9-da göstərilən bütün iştirakçı-dövlətləri, əgər məqsədəuyğundursa, beynəlxalq təşkilatları dərhal məlumatlandırmaq üçün müvafiq ölçülər götürür.

2. İştirakçı-dövlətlər bu Konvensiyaya müvafiq olaraq və hazırkı Konvensiyanın həyata keçirilməsi məqsədilə yerinə yetirilən fəaliyyətdə iştirakı nəticəsində digər iştirakçı-dövlətdən məxfi şəkildə alınan informasiyanın məxfiliyini qorumaq üçün öz milli qanunvericiliklərinə uyğun olaraq müvafiq tədbirlər qəbul edirlər. Əgər iştirakçı-dövlət beynəlxalq təşkilata məxfi şəkildə informasiya verərsə, belə informasiyanın məxfiliyini təmin etmək üçün tədbirlər görülür.

3. Hazırkı Konvensiyaya müvafiq olaraq iştirakçı-dövlətdən onun milli qanunvericiliyə uyğun yayılma hüququ olmayan və maraqlı dövlətin təhlükəsizliyini və ya nüvə maddəsinin fiziki mühafizəsini təhlükə altına qoyan istənilən informasiyanı vermək tələb olunmur.

4. İştirakçı-dövlətlər bu maddədə göstərilən məlumatın ötürülməsində və alınmasında cavabdeh olan səlahiyyətli orqanları və əlaqə məntəqələri barədə BMT-nin Baş Katibinə məlumat verirlər. BMT-nin Baş Katibi belə səlahiyyətli orqanlar və əlaqə məntəqələri barədə bütün iştirakçı-dövlətlərə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə məlumat verir. Belə orqan və əlaqə məntəqələri ilə daimi əlaqə saxlamaq üçün imkan olmalıdır.

 

Maddə 8

 

Hazırkı Konvensiyanın məzmununa münasibətdə törədilə bilən istənilən cinayətin qarşısını almaq məqsədilə iştirakçı-dövlətlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müvafiq tövsiyə və funksiyalarını nəzərə almaqla radioaktiv maddələrin mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirləri qəbul etmək üçün səy göstərirlər.

 

Maddə 9

 

1. Hər bir iştirakçı-dövlət maddə 2-də göstərilən cinayətlərlə bağlı yurisdiksiyanın müəyyən edilməsi üçün vacib olan tədbirləri görür, əgər:

a) cinayət bu dövlətin ərazisində törədilibsə; və ya

b) cinayət bu dövlətin bayrağı altında üzən gəmidə və ya cinayətin törədilməsi zamanı bu dövlətin qanunlarına müvafiq olaraq qeydiyyatdan keçirilmiş təyyarədə baş verərsə; və ya

c) cinayət bu dövlətin vətəndaşı tərəfindən törədilibsə.

2. İştirakçı-dövlət istənilən belə cinayətə münasibətdə yurisdiksiya müəyyən edə bilər, əgər:

a) Cinayət bu dövlətin vətəndaşına qarşı törədilibsə; və ya

b) cinayət bu dövlətin xaricdəki dövlət və ya hökumət obyektlərinə, o cümlədən səfirliyinə, diplomatik və ya konsul nümayəndəliyinə qarşı törədilibsə; və ya

c) cinayət bu dövlətin ərazisində yaşayan, lakin vətəndaşlığı olmayan şəxs tərəfindən törədilibsə; və ya

d) cinayət bu dövləti hansısa bir fəaliyyəti etmək və ya etməməkdən çəkindirmək üçün törədilibsə; və ya

e) cinayət bu dövlətin hökuməti tərəfindən istismar edilən təyyarədə törədilibsə.

3. Hazırkı Konvensiyanın ratifikasiyası, qəbulu, təsdiq edilməsi və ya ona qoşulma zamanı hər bir iştirakçı-dövlət öz milli qanunvericiliyi əsasında bu maddədə bənd 2-yə müvafiq yurisdiksiyanın təsis edilməsi barədə BMT-nin Baş Katibinə məlumat verir.  Əgər müəyyən dəyişiklik edilərsə, müvafiq iştirakçı-dövlət bu barədə Baş Katibə dərhal məlumat verməlidir.

4. Güman edilən cinayətkar iştirakçı-dövlətin ərazisində olduqda və həmin dövlət cinayətkarı bu maddədə bənd 1 və ya 2-yə müvafiq olaraq öz yurisdiksiyasını təsis etmiş iştirakçı-dövlətlərdən heç birinə təhvil vermədikdə hər bir iştirakçı-dövlət maddə 2-də göstərilən cinayətlərə münasibətdə yurisdiksiyanın təsis edilməsi üçün vacib tədbirləri qəbul etməlidir.

5. Hazırkı Konvensiya iştirakçı-dövlətin milli qanunvericiliyinə uyğun olaraq təsis etdiyi cinayət yurisdiksiyasının həyata keçirilməsini istisna etmir.

 

Maddə 10

 

1. Əgər iştirakçı-dövlət maddə 2-də göstərilən cinayətin onun ərazisində törədildiyi və ya belə bir cinayəti törətmiş və ya törətməsi güman edilən şəxsin onun ərazisində olması barədə məlumat alarsa, bu məlumatda göstərilən faktların araşdırılması üçün milli qanunvericiliyə uyğun olan zəruri tədbirlər qəbul edir.

2. Ərazisində cinayətkar və ya güman edilən cinayətkar olan iştirakçı-dövlət şəraitin bunu tələb etməsindən əmin olaraq istintaqın aparılması və cinayətkarın təhvil verilməsini təmin etmək üçün öz qanunvericiliyinə müvafiq olaraq ölçülər götürür.

3. Bu maddədə bənd 2-də göstərilən tədbirlərin tətbiq olunduğu şəxsin aşağıdakı hüquqları vardır:

a) vətəndaşı olduğu və ya bu şəxsin hüquqlarını müdafiə etməkdə səlahiyyətli olan, əgər vətəndaşlığı yoxdursa, ərazisində daimi yaşadığı dövlətin nümayəndəliyi ilə dərhal əlaqə saxlamaq;

b) bu dövlətin nümayəndəsi ilə görüşmək;

c) bənd a və 6-ya uyğun olaraq hüquqları barədə məlumatlandırılmaq.

4. Bu maddədə bənd 3-də göstərilən hüquqlar cinayətkar və ya güman edilən cinayətkarın  ərazisində  olduğu  ölkənin qanunvericiliyinə  uyğun olaraq həyata keçirilir, bununla belə qeyd olunan qanunvericilik, bənd 3-ə uyğun hüquqları təyin edilmiş məqsədlərə tam çatmaq üçün imkan yaratmalıdır.

5. Bu maddədə bənd 3 və 4-ün müddəaları maddə 9-da bənd 1 c və ya 2 c uyğun olaraq yurisdiksiya tələb edən istənilən iştirakçı-dövlətin Beynəlxalq Qırmızı Xaç komitəsindən güman edilən cinayətkarla əlaqə yaratmaq və ya ona baş çəkmək üçün müraciət etmək hüququna xələl yetirə bilməz.

6. Əgər iştirakçı-dövlət bu maddəyə uyğun olaraq şəxsi həbs edərsə, onda həmin dövlət ya birbaşa, ya da BMT-nin Baş Katibi vasitəsilə maddə 9 bənd 1 və 2-yə uyğun olaraq yurisdiksiya təsis etmiş iştirakçı-dövlətlərə, məqsədəuyğun olduqda isə belə şəxsin həbsdə olması faktı və ya onun həbsini tələb edən şərtlər barədə digər maraqlı iştirakçı-dövlətlərə dərhal məlumat verməlidir. Bu maddədə bənd 1-də nəzərdə tutulan təhqiqatı aparan dövlət qeyd olunan iştirakçı-dövlətlərə öz nəticələri barədə operativ surətdə məlumat verir və onları yurisdiksiyanı həyata keçirmək niyyəti barədə xəbərdar edir.

 

Maddə 11

 

1. Ərazisində güman edilən cinayətkar olan iştirakçı-dövlət maddə 9-un tətbiq olunduğu hallarda əgər həmin şəxsi təhvil verməzsə, heç bir istisna olmadan və cinayətin onun ərazisində törədilib törədilməməsindən asılı olmayaraq qanunvericiliyə uyğun olaraq cinayət təhqiqatı üçün istintaqın aparılması məqsədilə işi heç bir ləngitmə olmadan səlahiyyətli orqanlara təhvil verməlidir. Bu orqanlar bu dövlətin qanunvericiliyinə uyğun olaraq bu xarakterli ağır cinayətlərin törədilməsi zamanı qəbul edilən qərarları qəbul edirlər.

2. İştirakçı dövlətin qanunvericiliyi, ona öz vətəndaşlarından birini təslim etmə və ya hər hansı digər formada verməyə icazə verdiyi bütün hallarda, həmin şəxsin təslim edilməsi və ya verilməsi tələb olunan məhkəmə araşdırması və ya işə məhkəmədə baxılması nəticəsində çıxarılmış hökm üzrə cəzanın çəkilməsi üçün şəxsin həmin dövlətə qaytarılması şərtilə, və həmin dövlət və şəxsin təslim edilməsi barədə müraciət edən dövlət bu variant və onlar tərəfindən müvafiq hesab edilə biləcək digər şərtlərlə razıdırlarsa, belə şərtlərlə təslim edilmə və ya verilmə hazırkı maddənin 1-ci bəndində qeyd olunan öhdəliklərin icrası üçün kifayət edəcəkdir.

 

Maddə 12

 

Həbs edilən yaxud ona münasibətdə istənilən digər tədbirlər görülən və ya hazırkı Konvensiyaya müvafıq olaraq istintaqı aparılan hər bir şəxsə ədalətli münasibət, o cümlədən həmin şəxsin olduğu dövlətin qanunvericiliyinə və insan hüquqları da daxil olmaqla beynəlxalq hüququn müddəalarına uyğun olaraq bütün hüquq və zəmanətlərdən istifadə etməyə zəmanət verilir.

 

Maddə 13

 

1. Maddə 2-də göstərilmiş cinayətlər təslim etmə tələb edən, hazırkı Konvensiya qüvvəyə minənə qədər hər hansı iştirakçı-dövlətlər arasında təslim etmə haqqında bağlanmış istənilən müqavilə kimi cinayətlərə aid hesab edilir. İştirakçı-dövlətlər belə cinayətləri təslim etmə tələb edən, təslim etmə ilə bağlı nəticədə onlar arasında bağlanacaq bütün müqavilələr kimi cinayətlərə daxil etməyi öhdələrinə götürür.

2. Müqavilə ilə təslim etməni şərt qoyan iştirakçı-dövlət təslim etmə ilə bağlı onunla heç bir müqaviləsi olmayan digər iştirakçı-dövlətdən təslim etmə haqqında müraciət qəbul edəndə həmin dövlət hazırkı Konvensiyanı öz mülahizəsinə uyğun maddə 2-də göstərilmiş cinayətlərlə əlaqədar təslim etmə üçün hüquqi əsas kimi nəzərdən keçirə bilər. Təslim etmə müraciət olunan dövlətin qanunvericiliyində nəzərdə tutulmuş digər şərtlərə riayət etməklə həyata keçirilir.

3. Müqavilə ilə təslim etməni şərt qoymayan iştirakçı-dövlətlər maddə 2-də göstərilmiş cinayətləri öz aralarında təslim etmə tələb edən cinayətlər kimi müraciət olunan dövlətin qanunvericiliyində nəzərdə tutulmuş şərtlərə riayət etməklə nəzərdən keçirirlər.

4. Zəruri halda, maddə 2-də göstərilmiş cinayətlər, belə ki, əgər onlar təkcə baş verdikləri yerdə deyil, eyni zamanda öz yurisdiksiyalarını maddə 9-un l və 2-ci bəndlərinə uyğun təsis etmiş dövlətlərin ərazilərində də törədilibsə, iştirakçı-dövlətlər tərəfindən təslim etmə məqsədilə nəzərdən keçirilir.

5. İştirakçı-dövlətlər arasında maddə 2-də göstərilmiş cinayətlərlə əlaqədar təslim etmə haqqında bütün saziş və müqavilələrin müddəaları iştirakçı-dövlətlər arasındakı əlaqələrdə hazırkı Konvensiya ilə bir araya sığmayan dərəcədə dəyişilmiş hesab olunur.

 

Maddə 14

 

1. İştirakçı-dövlətlər araşdırmalar, cinayət axtarışları yaxud maddə 2-də göstərilmiş cinayətlərlə əlaqədar başlanmış təslim etmə prosedurları ilə bağlı təhqiqat üçün gərəkli olan sübutlar əldə etdikdə kömək də daxil olmaqla bir-birinə maksimal yardım göstərirlər.

2. İştirakçı-dövlətlər bu maddənin bənd 1 üzrə öz öhdəliklərini onlar arasında mövcud olan qarşılıqlı hüquqi yardım haqqında istənilən müqavilə və digər sazişlərə uyğun olaraq yerinə yetirirlər. Belə müqavilə və sazişlər olmadıqda isə iştirakçı-dövlətlər bir-birinə öz milli qanunvericiliklərinə uyğun yardım edirlər.

 

Maddə 15

 

Maddə 2-də göstərilmiş cinayətlərdən heç biri siyasi cinayət yaxud siyasi cinayətlərlə əlaqədar cinayətlər və ya siyasi motivlərdən törədilmiş cinayətlər kimi təslim etmə və qarşılıqlı hüquqi yardım məqsədilə nəzərdən keçirilmir. Buna görə də, belə cinayətlərlə əlaqədar təslim etmə yaxud qarşılıqlı hüquqi yardım haqqında müraciət o əsasla rədd edilə bilməz ki, onun siyasi cinayətlər yaxud siyasi cinayətlərlə əlaqəli cinayətlər və ya siyasi motivlərdən törədilmiş cinayətlərə aidiyyəti var.

 

Maddə 16

 

Əgər müraciət edən iştirakçı-dövlətin maddə 2-də göstərilən cinayətlərlə əlaqədar təslim etmə yaxud belə cinayətlərlə əlaqədar qarşılıqlı hüquqi yardım haqqında müraciətin bu şəxsin irqinə, dininə, vətəndaşlığına, etnik mənşəyinə və ya siyasi əqidəsinə məhkəmə araşdırması yaxud görə cəzalandırılması məqsədini güdməsini və ya müraciətin yerinə yetirilməsinin bu səbəblərdən hər hansı birinə görə bu şəxsin mövqeyinə zərər yetirə bilməsini güman etməyə tutarlı dəlilləri varsa, hazırkı Konvensiyada heç nə hər hansı bir şəxsi təslim etmək yaxud qarşılıqlı yardım göstərmək üçün öhdəlik kimi şərh oluna bilməz.

Maddə 17

 

1. Bir iştirakçı-dövlətdə həbsdə olan və ya həbs müddəti qurtaran və digər iştirakçı-dövlətdə şəxsiyyətin müəyyənləşdirilməsi, ifadə verilməsi və ya hazırkı Konvensiyaya müvafiq olaraq cinayətlərlə əlaqədar təhqiqat yaxud cinayət təqibi üçün sübutların əldə olunmasına kömək göstərmək məqsədilə iştirakı tələb olunan şəxs aşağıdakı şərtlərə riayət etməklə təhvil verilə bilər:

a) Bu şəxs sərbəst surətdə tam informasiya əsasında buna öz razılığını verır;

b) Hər iki dövlətin səlahiyyətli hökumət nümayəndələri bu dövlətlərin məqbul hesab edə biləcəkləri şərtlərdə razılıq əldə ediblər.

2. Bu maddənin məqsədləri üçün:

a) Şəxs verilən dövlət, bu şəxsi verən dövlətin başqa bir şeyə dair müraciət etmədiyi yaxud başqa bir şeyi təsdiq etmədiyi halda, bu verilmiş şəxsi saxlamağa ixtiyarı var və buna borcludur.

b) Şəxs verilən dövlət bu şəxsi onu verən dövlətin sərəncamına qaytarılması üzrə öncədən razılaşdırıldığı yaxud hər iki dövlətin səlahiyyətli hökumət nümayəndələri ilə digər vasitə ilə razılaşdırıldığı kimi ləngimədən öz öhdəliklərini yerinə yetirir.

c) Şəxs verilən dövlət bu şəxsi verən dövlətdən onun qaytarılması üçün təslim etmə prosedurlannın qaldırılmasını tələb etməməlidir;

d) Verilən şəxsin onun təslim olunduğu dövlətdəki həbs müddəti onu təslim edən dövlətdə çəkdiyi cəza müddətinə daxil hesab olunur.

3. Bu maddəyə müvafiq olaraq bu və ya digər şəxsi təslim etməli olan iştirakçı-dövlətin razılığı olmadan bu şəxs, vətəndaşlığından asılı olmayaraq təqib olunmamalı yaxud həbsdə saxlanılmamalıdır və onu təslim edən dövlətin ərazisindən gedənə kimi onunla bağlı hərəkətlər və ya aparılmış danışıqlarla əlaqədar verildiyi dövlətin ərazisində şəxsi azadlığı ilə bağlı hər hansı digər məhdudiyyətə məruz qala bilməz.

 

Maddə 18

 

1. Maddə 2-də göstərilmiş cinayətlər baş verəndən sonra radioaktiv maddələri, qurğuları və ya nüvə obyektlərini ələ keçirən yaxud digər yolla öz nəzarətinə alan belə maddələrə sahib olan iştirakçı-dövlət:

a) radioaktiv maddə, qurğu və ya nüvə obyektini zərərsizləşdirmək məqsədilə tədbirlər görür;

b) istənilən nüvə maddəsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tətbiq olunan zəmanətlərinə uyğun olaraq mühafizəsini təmin edir; və

c) fiziki müdafiə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin elan etdiyi təhlükəsizlik və sağlamlığın qorunması sahəsindəki standartlar üzrə tövsiyələri nəzərə alır.

2. Maddə 2-də göstərilmiş cinayətlərlə əlaqədar istənilən təhqiqatların sona çatması ilə yaxud öncə, əgər beynəlxalq hüquq bunu tələb edirsə, əlaqədar iştirakçı-dövlətlərlə məsləhətləşmələrdən (xüsusilə qaytarma və qoruma şərtlərilə bağlı) sonra istənilən radioaktiv maddə, qurğu və ya nüvə obyekti məxsus olduqları iştirakçı-dövlətə, fiziki və ya hüquqi şəxs olan vətəndaşı və ya sakini belə radioaktiv maddə, qurğu yaxud obyektə sahib olan iştirakçı-dövlətə, ya da onların, ərazisindən oğurlandığı və ya digər yolla qeyri-qanuni ələ keçirildiyi iştirakçı-dövlətə qaytarılır.

3. a ) Əgər dövlətdaxili və ya beynəlxalq hüquq iştirakçı-dövlətə belə radioaktiv maddəni, qurğunu və ya nüvə obyektini qaytarmağı yaxud qəbul etməyi qadağan edirsə və ya əgər əlaqədar iştirakçı-dövlətlər bu maddənin 3 b bəndinə riayət etmək şərtilə radioaktiv maddəyə, qurğuya və ya nüvə obyektlərinə malik iştirakçı-dövlətin bu maddənin 1-ci bəndində göstərilmiş tədbirləri görməyə davam etməsi barədə razılaşıblarsa belə radioaktiv maddə, qurğu və ya nüvə obyektləri yalnız sülh məqsədləri üçün istifadə olunur.

b) Radioaktiv maddə, qurğu və ya nüvə obyektlərinə malik iştirakçı-dövlət üçün bu predmetlərə yiyələnmə qeyri-qanunidirsə, bu dövlət bu predmetlərə yiyələnmənin qanuni olduğu və ya bu maddədə bənd 1-in tələblərinə uyğun bu maddələrin zərərsizləşdirilməsi üçün məsləhətləşmələr aparmağa təminat verən digər dövlətə mümkün qədər tez verilməsini təmin edir; belə radioaktiv maddə, qurğu və ya nüvə obyektləri yalnız dinc məqsədlər üçün istifadə edilir.

4. Bu maddədə bənd 1 və 2-də qeyd olunan radioaktiv maddə, qurğu və ya nüvə obyektləri iştirakçı-dövlətə, iştirakçı-dövlətin vətəndaşı və ya sakininə aid deyilsə və iştirakçı-dövlətin ərazisindən oğurlanmayıbsa və ya qeyri-qanuni alınmayıbsa və ya əgər heç bir iştirakçı-dövlət bu maddədə bənd 3-ə müvafiq olaraq belə predmetləri əldə etməyi arzulamırsa, bu maddədə 3 b bəndinə riayət etmək şərti ilə maraqlı dövlət və ya istənilən müvafiq təşkilat arasında məsləhətləşmələrdən sonra bu predmetlər barədə necə sərəncam vermək barədə müəyyən qərar qəbul edilir.

5. Bu maddənin 1, 2, 3 və 4-cü bəndlərin məqsədlərinə uyğun olaraq radioaktiv maddə, qurğu və ya nüvə obyektlərinə malik iştirakçı-dövlət digər iştirakçı-dövlətlər, xüsusilə maraqlı iştirakçı-dövlətlərə, beynəlxalq təşkilat, xüsusilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yardım və əməkdaşlıq üçün müraciət edə bilər. İştirakçı-dövlətlərə və müvafiq beynəlxalq təşkilatlara tövsiyə edilir ki, bu maddəyə müvafiq olaraq belə dövlətlərə maksimum dərəcədə yardım etsinlər.

6. Radioaktiv maddə, qurğu və ya nüvə obyektləri haqqında sərəncam vermək və ya bu maddəyə müvafiq olaraq onları qorumaqla məşğul olan iştirakçı-dövlətlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Katibini belə predmet barədə nə sərəncam verdikləri və ya onları necə qoruduqları barədə məlumat verirlər. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Katibi bu məlumatı digər iştirakçı-dövlətlərə göndərir.

7. Əgər maddə 2-də göstərilən cinayətlə bağlı olaraq yayılma baş verərsə, bu maddə nüvə zərərinə görə məsuliyyəti tənzimləyən beynəlxalq hüquq normalarına və ya digər hüquq normalarına təsir etmir.

 

Maddə 19

 

Güman edilən şübhəli şəxsi istintaqa cəlb edən iştirakçı-dövlət öz qanunvericiliyinə və ya tətbiq edilən digər prosedurlara müvafiq olaraq Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə istintaqın yekun nəticələri barədə məlumat verir, öz növbəsində Baş Katib bu məlumatı digər iştirakçı-dövlətlərə göndərir.

 

Maddə 20

 

İştirakçı-dövlətlər hazırkı Konvensiyanın səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün ya birbaşa və ya Birləşmiş Millətlər Təşkilatı, zəruri olduqda isə digər beynəlxalq təşkilatların köməyi ilə məsləhətləşmələr aparırlar.

 

Maddə 21

 

İştirakçı-dövlətlər hazırkı Konvensiyadan irəli gələn öhdəliklərini dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət və digər dövlətin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə cavab verəcək şəkildə yerinə yetirirlər.

 

Maddə 22

 

Bu Konvensiyada heç bir maddə bir iştirakçı-dövlətə digər iştirakçı-dövlətin ərazisində ikincinin milli qanunvericiliyinə uyğun olaraq hakimiyyət orqanlarının səlahiyyətinə daxil olan yurisdiksiya və funksiyaları həyata keçirməyə hüquq vermir.

 

Maddə 23

 

1. Hazırkı Konvensiyanın tətbiqinə və şərhinə dair iki və daha ya çox iştirakçı-dövlətlər arasında yaranan mübahisə ağlabatan müddət ərzində danışıqlar vasitəsilə həll oluna bilmədikdə, həmin mübahisə iştirakçı-dövlətlərdən birinin xahişi ilə arbitraja təqdim edilir. Arbitraja müraciət edildiyi gündən etibarən altı ay ərzində tərəflər arbitrajın təşkil edilməsi barədə razılığa gələ bilmədikdə, iştirakçı-dövlətlərdən hər hansı biri Beynəlxalq Məhkəmənin Nizamnaməsinə uyğun olaraq müraciət etməklə, mübahisəni həmin Məhkəməyə verə bilər.

2. Hər bir iştirakçı-dövlət hazırkı Konvensiyam imzalayarkən, ratifikasiya, qəbul və ya təsdiq edərkən və ya ona qoşularkən bəyan edə bilər ki, özünü bu maddənin 1-ci bəndinin müddəalarına bağlı hesab etmir. Digər iştirakçı-dövlətlər belə qeyd-şərt etmiş hər hansı bir iştirakçı-dövlətə münasibətdə bənd 1-in müddəaları ilə bağlı olmayacaqlar.

3. Bu maddənin 2-ci bəndinə uyğun olaraq belə qeyd-şərt etmiş hər hansı bir iştirakçı-dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməklə istənilən zaman həmin qeyd-şərti geri götürə bilər.

 

Maddə 24

 

1. Hazırkı Konvensiya 14 sentyabr 2005-ci ildən 31 dekabr 2006-cı ilə kimi Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Təşkilatlarında bütün dövlətlər tərəfindən imzalamaq üçün açıqdır.

2. Hazırkı Konvensiya ratifikasiya olunmalı, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları, qəbuletmə və ya təsdiqetmə haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə saxlanca verilir.

3. Hazırkı Konvensiya istənilən dövlətin qoşulması üçün açıqdır. Qoşulmaq haqqında sənəd Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə saxlanca verilir.

 

Maddə 25

 

1. Hazırkı Konvensiya iyirmi ikinci ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiqetmə və ya qoşulmaq haqqında sənədin saxlanca təqdim edilməsindən sonra otuzuncu gün qüvvəyə minir.

2. İyirmi ikinci ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiqetmə və ya qoşulmaq haqqında sənədin təqdim edilməsindən sonra hazırkı Konvensiyam ratifikasiya, qəbul, təsdiq edən və ona qoşulan hər bir dövlətə münasibətdə bu Konvensiya ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiqetmə və ya qoşulmaq haqqında sənədin saxlanca verilməsindən sonra otuzuncu gün qüvvəyə minir.

 

Maddə 26

 

1. İştirakçı-dövlət hazırkı Konvensiyaya dəyişiklik edilməsini təklif edə bilər. Təklif edilən düzəliş depozitora təqdim edilir, o da öz növbəsində bu təklifi dərhal digər iştirakçı-dövlətlərə göndərir.

2. Əksər iştirakçı-dövlətlərin təklif edilmiş düzəlişi müzakirə etmək üçün konfransın təşkil edilməsi barədə müraciət etməsindən sonra depazitori bütün iştirakçı-dövlətləri konfransda iştirak etməyə dəvət edir. Bu konfrans dəvətnamələrin göndərilməsindən üç ay sonra təşkil edilməlidir.

3. Konfransın iştirakçıları düzəlişlərə dair konsensusa nail olmaq üçün səy göstərirlər. Əgər bu mümkün olmazsa, dəyişikliklər iştirakçı-dövlətlərin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Depozitor konfransda qəbul olunmuş düzəlişləri dərhal bütün iştirakçı-dövlətlərə göndərir.

4. Bu maddədə bənd 3-ə uyğun olaraq qəbul edilmiş dəyişiklik ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiqetmə və ya qoşulmaq haqqında sənədi saxlanca vermiş dövlətə münasibətdə iştirakçı-dövlətlərin üçdə ikisinin öz müvafiq sənədlərini saxlanca verməsindən sonra otuzuncu gün qüvvəyə minir. Bundan sonra düzəliş müvafiq sənədi saxlanca verilməsi tarixindən sonra otuzuncu gün istənilən iştirakçı-dövlət üçün qüvvəyə minir.

 

Maddə 27

 

1. İstənilən iştirakçı-dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə yazılı bildiriş göndərməklə Hazırkı Konvensiyanı ləğv edə bilər.

2. Bu cür ləğvetmə Baş Katib bildirişi aldığı tarixdən etibarən bir il sonra qüvvəyə minir.

 

Maddə 28

 

Hazırkı Konvensiyanın ingilis, ərəb, ispan, çin, rus və fransız dillərində olan mətnləri autentikdir və Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə saxlanca verilir. Baş Katib də öz növbəsində bu sənədin təsdiq olunmuş surətlərini bütün dövlətlərə göndərir.

BUNA TƏSDİQ OLARAQ, öz hökumətləri tərəfindən lazımi qaydada təyin edilmiş aşağıda imza edən səlahiyyətli şəxslər 14 sentyabr 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi Təşkilatlarında imzalanmaq üçün açıq olan Konvensiyam imzaladılar.

 

 

İmzalanma zamanı edilmiş

 

QEYD-ŞƏRT

 

"Azərbaycan Respublikası 23-cü maddənin 2-ci bəndinə uyğun olaraq bəyan edir ki, o, Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndini özü üçün məcburi hesab etmir".

 

İmzalanma zamanı verilmiş

 

BƏYANAT

 

"Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunana qədər təminat vermək iqtidarında deyildir".

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status