"Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
"Azərbaycan kurortları" Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 fevral tarixli 2002 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2009-cu il
№ 125
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 6 fevral tarixli 125 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı
1. ÜMUMİ ƏSASLAR
1.1. Mövcud vəziyyət
Kurort işi Azərbaycan Respublikasında ənənəvi olaraq dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil etmişdir. Bu sahədə aparılmış dövlət siyasəti nəticəsində inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılmışdır. Kurort işinin təşkili iqtisadi və sosial əhəmiyyətli fəaliyyət olaraq ölkənin bir çox regionlarının inkişafını, infrastrukturunun yaradılmasını, əhalinin məşğulluğunu, xidmət sahələrinin inkişafını təmin etmişdir. Ölkədə yaradılmış sanatoriya-kurort sistemi insanların istirahətinin, sağlamlaşdırılmasının və müalicəsinin təşkili baxımından olduqca vacib ümummilli sosial-iqtisadi funksiyaları da yerinə yetirmişdir.
Keçən əsrin 80-ci illərinin sonunda - 90-cı illərin əvvəllərində, Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən proseslər kurort kompleksinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, insanların istirahətinin, müalicəsinin və sağlamlaşdırılmasının təşkili, kurort texnologiyalarının tətbiqi, kadr təminatı sahəsinə təsirsiz ötüşməmiş, nəticədə mərkəzləşdirilmiş kurort kompleksinin və sanatoriya-kurort xidmətlərinin ümumdövlət sisteminin ahəngdar fəaliyyəti pozulmuşdur.
Bu kompleksə olduqca böyük zərər Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində vurulmuşdur. Azərbaycanın 20 faiz ərazisi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, həmin ərazilərdə unikal təbii xüsusiyyətlərə malik kurort yerləri dağıdılmış, daimi yaşayış yerlərindən didərgin düşmüş soydaşlarımız yaşayış yerləri ilə təmin edilmək məqsədi ilə sovet dövründə inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki çarpayı fondunun təxminən 50 faizi nisbətində ölkənin digər ərazilərində yerləşən sanatoriya, pansionat və istirahət evlərində məskunlaşdırılmışdır.
Hazırda Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" çərçivəsində ayrı-ayrı bölgələrdə kurortların dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, aparılan işlərin səviyyəsinin müasir tələblərə uyğunlaşdırılmasına ehtiyac vardır.
Təcrübə göstərir ki, sanatoriya-kurort müalicəsi əhalinin sağlamlığının qorunması sahəsində olduqca mühüm yer tutur. Bu sağlamlıq ocaqlarında aparılan müalicə nəticəsində xəstələrdə reabilitasiya prosesi sürətlənir, xəstəliklərin kəskinləşməsi prosesinin qarşısı alınır və xəstələr normal həyata qayıtmaq imkanı əldə edirlər. Səmərəli sanatoriya-kurort müalicəsi böyüklərdə və uşaqlarda xəstəliklərin kəskinləşməsi hallarını, habelə sanatoriyalarda reabilitasiya keçmiş xəstələrdə əmək qabiliyyətinin müvəqqəti və daimi itirilməsi hallarının sayını dəfələrlə azaldır.
Sanatoriya-kurort müalicəsinə əlillərin, xəstələrin, ekoloji cəhətdən çirkli zonalarda yaşayanların, uşaqların xüsusilə böyük ehtiyacı vardır. Əhalinin bu kateqoriyalarının sanatoriya-kurort müalicəsinə tələbatı sanatoriya-kurort şəbəkəsinin inkişafında nəzərə alınmalı, uşaq sanatoriyaları və istirahət düşərgələri şəbəkəsi genişləndirilməli, mövcud uşaq sanatoriyaları müasir avadanlıqlarla təmin olunmalı, onların maddi-texniki bazası sanitar norma və qaydalara uyğunlaşdırılmalı, xəstə və sağlamlıq imkanları məhdud uşaqların tibbi, psixoloji və sosial reabilitasiyası üçün optimal şərait yaradılmalıdır.
Azərbaycan Respublikasında mövcud sanatoriya-kurort şəbəkəsinin yenidən təşkili və yaradılacaq müəssisələrin fəaliyyətinin müasir beynəlxalq tələblər səviyyəsində qurulması mühüm vəzifələrdəndir. "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nda (bundan sonra - Dövlət Proqramı) həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı kompleks tədbirlər nəzərdə tutulmuşdur.
1.2. Azərbaycan kurortlarının təsnifatı
Kurort təbii müalicə ehtiyatlarına malik olan və həmin ehtiyatlardan bərpa, profilaktika və müalicə məqsədi ilə istifadə etmək üçün zəruri şəraiti olan ərazi hesab olunur. Azərbaycanın ərazisi kurortlarla zəngindir.
Belə ərazilərdə istirahət və müalicəni təmin edən müəssisələr (sanatoriyalar, istirahət evləri, pansionatlar, balneoloji və palçıq müalicə ocaqları, kurort poliklinikaları, bərpa mərkəzləri və s.), sanitariya mühafizə zonaları və digər kurort infrastrukturu təşkil olunur.
Təbii müalicə ehtiyatlarına görə Azərbaycanda kurortların balneoloji, iqlim, müalicəvi palçıq kurortları və Naftalan nefti kurortu kimi növləri mövcuddur.
Balneoloji kurortlara əsasən təbii mineral sulardan istifadə olunan kurortlar aiddir. Azərbaycanın ərazisində müalicəvi xüsusiyyətlərinə görə dünyada qəbul olunan səkkiz qrup mineral suyun hər biri mövcuddur.
İqlim kurortları müalicəvi iqlimə malikdir. İqlim kurortları üçün səciyyəvi olan müalicəvi amillər (dəniz suyu, günəş vannaları, isti qum vannaları, dağ iqlimi və s.) bir çox xəstəliklərin profilaktikası və müalicəsi baxımından əhəmiyyətli hesab olunur.
Müalicəvi palçıq kurortlarında palçıqdan, əsasən lil palçığından (Masazır və Zığ gölünün palçıqları) və təpə (vulkan) palçıqlarından istifadə yolu ilə müalicə aparılır.
Naftalan nefti kurortunda unikal müalicə amilli olan və yüksək təsirə malik Naftalan nefti ilə müalicə aparılır.
Coğrafi yerləşməsinə görə Azərbaycanın kurort resursları aşağıdakı zonalara bölünür:
Böyük Qafqaz zonasında otuzdan artıq termal və soyuq müxtəlif konsentrasiyalı kükürdlü və üzvi maddələr tərkibli zəif minerallaşmış mineral su yataqları mövcuddur. Azərbaycanda geniş yayılmış palçıq vulkanları da bu zonada yerləşir.
Kiçik Qafqaz zonası əsasən karbon turşulu mineral sularla zəngin balneoloji kurortlarla fərqlənir. Şəfalı iqlimə malikdir. Bu zonada nadir təbii müalicə amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir.
Xəzər dənizinin sahil zonası iqlim və balneoloji xüsusiyyətlərinə görə üç kurort sahəsinə bölünür. Xudat-Yalama zolağı (Nabran kurortu) qumlu çimərliklər, meşələr, yod-bromlu su ehtiyatları ilə zəngindir. Abşeron yarımadası Mərdəkan, Bilgəh, Zuğulba, Buzovna, Suraxanı kurortlarını əhatə edir. Həmin ərazidə dəniz iqlimi ilə yanaşı Şıx termal sulfidli suyu, çoxsaylı yodlu-bromlu sular kimi müxtəlif mineral sularla müalicə aparılır. Suraxanı kükürdlü suları, Masazır və Zığ lil palçıqları da müalicə üçün istifadə olunur. Lənkəran-Astara subtropik zolağı termal mineral su bulaqları ilə zəngindir.
Mineral sularla zəngin bölgədə (150 su bulaqları) kurort müalicəsi üçün əhəmiyyətli olan Naxçıvan Muxtar Respublikasının Sirab, Badamlı, Vayxır, Darıdağ və Batabat kurortları yerləşir.
Kür-Araz çökəkliyində balneoloji kurortlar yerləşir və mövcud olan metanlı, azotlu, yüksək və çox yüksək minerallaşmış, silisiumlu, yodlu-bromlu termal su ehtiyatları müalicəvi əhəmiyyətə malikdir.
1.3. Dövlət Proqramının əsas məqsədi və vəzifələri
Dövlət Proqramının əsas məqsədi Azərbaycanda kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının inkişaf etdirilməsindən, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil olunmasından, ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.
Bu məqsədə nail olmaq üçün aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsi zəruridir:
- kurort fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi;
- kurortların inkişafı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin görülməsi;
- kurort müəssisələrinin fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi;
- kurort sahəsində özəl sektorun fəaliyyətinin dəstəklənməsi;
- kurort şəbəkəsinin zəruri infrastrukturla, ilk növbədə elektrik enerjisi, qaz, istilik və içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması, kurortların yerləşdiyi bölgələrə gedən yolların əsaslı təmir edilməsi;
- kurort müəssisələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, mövcud mütəxəssislərin əlavə təhsili ilə bağlı tədbirlərin görülməsi;
[1]
- kurortologiya sahəsində elmi-tədqiqat işlərinin genişləndirilməsi;
- beynəlxalq kurort xidmətləri bazarına çıxışın təmin edilməsi üçün reklam-marketinq və digər işlərin həyata keçirilməsi.
1.4. Dövlət Proqramının həyata keçirilməsinin əsas istiqamətləri və mərhələləri
Dövlət Proqramının əsas məqsəd və vəzifələrinin həyata keçirilməsinin başlıca istiqamətləri aşağıdakılardır:
- sanatoriya-kurort şəbəkəsinin maddi, elmi, təbii və kadr bazasının inkişaf etdirilməsi;
- sanatoriya-kurort və istirahət ocaqlarının müasir standartlara cavab verməsinin və dünya sanatoriya-kurort xidmətləri bazarına çıxışının təmin edilməsi;
- sanatoriya-kurort şəbəkəsinin müasir mütərəqqi üsullarla idarə olunmasının təmin edilməsi;
- ölkə əhalisinin yerli kurortlardan istifadəsinin genişləndirilməsi, xarici ölkə vətəndaşlarının müalicə və istirahət məqsədi ilə Azərbaycan Respublikasına gəlməsinin təmin edilməsi üçün sanatoriya-kurort müalicəsinin səmərəliliyinin artırılması, həmçinin göstərilən xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi;
- ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarının öyrənilməsi və onlardan səmərəli istifadə olunmasının təşkil edilməsi;
- ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarından istifadə olunması işinə yerli və xarici investorların cəlb olunması;
- əhalinin, o cümlədən aztəminatlı ailələrin ölkə ərazisində sanatoriya-kurort və istirahət ocaqlarından istifadə imkanlarının genişləndirilməsi.
Dövlət Proqramının iki mərhələdə həyata keçirilməsi planlaşdırılır:
birinci mərhələ 2009-2011-ci illəri əhatə edərək ölkədə sanatoriya-kurort şəbəkəsinin inkişaf etdirilməsi sahəsində ilk ən vacib tədbirlərin həyata keçirilməsindən ibarətdir;
2012-2018-ci illəri əhatə edəcək ikinci mərhələdə digər zəruri tədbirlərin, o cümlədən birinci mərhələ üzrə tədbirlərin icrasının nəticələrinə görə müvafiq tədbirlərin həyata keçirilməsi və tamamlanması nəzərdə tutulur.
1.5. Dövlət Proqramının maliyyə təminatı
Dövlət Proqramının maliyyə təminatı aşağıdakı maliyyə mənbələri hesabına həyata keçiriləcəkdir:
- dövlət büdcəsinin vəsaitləri;
- dövlət fondlarının vəsaitləri;
- yerli və xarici investorların maliyyə dəstəyi;
- qanunvericiliyə zidd olmayan digər mənbələr.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəldilən dövlət büdcəsi vəsaitlərinin həcmi növbəti illər üçün dövlət büdcəsinin tərtibi prosesində müəyyənləşdiriləcəkdir.
1.6. Gözlənilən nəticələr
Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində aşağıdakılara nail olunması gözlənilir:
- Azərbaycan Respublikasının təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin olunması;
- ölkənin sanatoriya-kurort və istirahət ocaqlarının beynəlxalq sanatoriya-kurort xidmətləri bazarına çıxışı;
- ölkənin sanatoriya-kurort şəbəkəsinin cəlbedici imicinin formalaşması və nəticədə onun xidmətlərindən əhalinin, o cümlədən aztəminatlı şəxslərin, ailələrin və xarici ölkə vətəndaşlarının geniş istifadə etməsi;
- əhali arasında müvəqqəti və davamlı əmək qabiliyyətinin itirilməsi hallarının azalması;
- sanatoriya-kurort müəssisələrində profilaktika tədbirlərinin həcmi və keyfiyyətinin artırılması hesabına ürək, qan-damar, nevroloji, periferik sinir sistemi, sümük-əzələ, mədə-bağırsaq, vərəm və digər xəstəliklərin azalması;
- sanatoriya-kurort şəbəkəsinin gəlirliyinin artaraq kurort və sanatoriyalar yerləşən zonalarda, habelə ətrafda yaşayan əhalinin məşğulluğuna və sağlamlığına müsbət təsir göstərməsi, sanatoriya-kurort şəbəkəsi ilə əlaqədə olan iqtisadiyyatın digər sektorlarının inkişafı.
2. Dövlət Proqramının həyata keçİrİlməsİnə daİr Tədbİrlər Planı
Sıra №-si
|
Tədbirin adı
|
İcra müddəti
(illər və mərhələlər üzrə)
|
İcraçı qurumlar
|
2.1. Kurortların fəaliyyətinin normativ hüquqi bazasının və idarə edilməsinin təkmilləşdirilməsi
|
|||
2.1.1.
|
Kurort xidmətlərinin sertifikatlaşdırılması ilə bağlı təkliflərin hazırlanması
|
2009-2011
I
|
Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi
|
2.1.2.
|
Sanatoriya-kurort müəssisələri üçün bina və qurğuların inşası, infrastruktur təminat, qidalanma, sanitar-gigiyenik, ekoloji və digər normativlərin hazırlanması və təsdiqi
|
2009-2011
I
|
Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi; Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təklifləri nəzərə alınmaqla)
|
2.1.3.
|
Azərbaycan Respublikasının kurort fondunun (təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların) dövlət uçotunun təşkili, təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların, o cümlədən müalicəvi palçıq yataqlarının, Naftalan nefti, yatağının, termal su mənbələrinin qorunması ilə bağlı tədbirlərin görülməsi onların istismarına nəzarətin gücləndirilməsi
|
2009-2018
I, II
|
Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təklifləri nəzərə alınmaqla)
|
2.1.4.
|
Təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizəsinin təmin edilməsinə nəzarətin gücləndirilməsi
|
2009-2018
I, II
|
Səhiyyə Nazirliyi
|
2.1.5.
|
Kurort xidmətlərinin marketinqi, ölkə daxilində və xarici ölkələrdə reklamı ilə bağlı tədbirlərin həyata keçirilməsi
|
2009-2018
I, II
|
Səhiyyə Nazirliyi, İqtisadiyyat |
2.1.6.
|
Kurortların yerləşdiyi ərazilərdə tarixi abidələr, digər görməli yerlərlə bağlı turist marşrutlarının müəyyən edilməsi, məlumat kitabçalarının çap olunması
|
2009-2018
I, II
|
Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
2.2. Kurortların və sanatoriya-kurort müəssisələrinin yaradılması, yenidən qurulması və inkişafı
|
|||
2.2.1.
|
Böyük və Kiçik Qafqaz zonalarında, Xəzər dənizinin sahil zonasında, Naxçıvan Muxtar Respublikasının ərazisində və Kür-Araz çökəkliyində müasir tələblərə cavab verən balneoloji, iqlim, müalicəvi palçıq kurortlarının yaradılmasının dəstəklənməsi
|
2009-2018
I, II
|
İqtisadiyyat |
2.2.2.
|
Sanatoriya-kurort müəssisələrində məskunlaşmış qaçqın və məcburi köçkünlərin mərhələlərlə yeni salınan qəsəbələrə köçürülməsi üçün zəruri tədbirlərin görülməsi
|
2009-2011
I
|
Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti orqanlar (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təklifləri nəzərə alınmaqla)
|
2.2.3.
|
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan sanatoriyalarda təmir, bərpa və yenidənqurma işlərinin aparılması, zərurət yarandıqda, həmin obyektlərin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi
|
2009-2018
I, II
|
Səhiyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi
|
2.2.4.
|
"Naftalan" kurortunun yenidən qurulması ilə bağlı müvafiq şəhərsalma sənədlərinin təsdiqi və həmin ərazidə beynəlxalq tələblərə cavab verən sanatoriya-kurort müəssisələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsi
|
2009-2018
I, II
|
Nazirlər Kabineti, İqtisadiyyat |
2.2.5.
|
Mövcud kurort müəssisələrinin yenidən qurulması, idarə edilməsi və xidmətlərin təşkili işinə yerli və xarici investorların cəlb edilməsi
|
2009-2018
I, II
|
İqtisadiyyat |
2.3. Sanatoriya-kurort müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması
|
|||
2.3.1.
|
Sanatoriya-kurort müəssisələrinin etibarlı elektrik enerjisi, qaz, isti və soyuq su, istilik təchizatı, kanalizasiya sistemlərinin bərpası, yenidən qurulması və inşası sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi
|
2009-2018
I, II
|
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyəti orqanları
[3]
|
2.3.2.
|
Sanatoriya-kurort müəssisələrinə gedən yolların bərpası, yenidən qurulması, müvafiq yaşayış məntəqələrində müasir tipli avtovağzalların inşası, yol boyu məlumat nişanlarının quraşdırılması
|
2009-2018
I, II
|
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat |
2.3.3.
|
Sanatoriya-kurort müəssisələrinin yaxınlığında nəqliyyat vasitələrinin saxlanması üçün zəruri texniki xidmətin göstərilməsi şərti ilə avtodayanacaqların, yanacaqdoldurma məntəqələrinin təşkilinin dəstəklənməsi
|
2009-2018
I, II
|
Əmlak Məsələləri Dövlət Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Energetika Nazirliyi, yerli icra hakimiyyəti orqanları
[5]
|
2.3.4.
|
Kurort ərazisində yerləşən yaşayış məntəqələrində müasir tələblərə cavab verən müvafiq səhiyyə xidmətlərinin təşkili
|
2009-2018
I, II
|
Səhiyyə Nazirliyi
|
2.3.5.
|
Kurort ərazisində yerləşən yaşayış məntəqələrində məişət tullantılarının utilizasiyası müəssisələrinin yaradılması ilə bağlı tədbirlərin görülməsi
|
2009-2018
I, II
|
İqtisadiyyat |
2.4. Sanatoriya-kurort müəssisələrinin kadr və elmi təminatının gücləndirilməsi
|
|||
2.4.1.
|
Sanatoriya-kurort müəssisələrində çalışan həkim, orta tibb işçiləri və digər xidmət personalı üçün ixtisasartırma kurslarının təşkili
|
2009-2011
I
|
Səhiyyə Nazirliyi
|
2.4.2.
[6]
|
Sanatoriya-kurort müəssisələri üçün mütəxəssislərin hazırlanması məqsədi ilə ali təhsil müəssisələrinə qəbul və mütəxəssislərin hazırlanması planlarında müvafiq ixtisasların nəzərdə tutulması
|
2009-2011
I
|
Nazirlər Kabineti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi
|
2.4.3.
|
Kurortologiya elminin inkişaf etdirilməsi, müasir standartlara cavab verən yeni müalicə texnologiyalarının hazırlanması və tətbiqi
|
2009-2018
I, II
|
Səhiyyə Nazirliyi
|
2.4.4.
|
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun yenidən qurulması, maddi-texniki bazasının genişləndirilməsi, elmi tədqiqatların aparılması məqsədi ilə kurortlarda elmi-metodik kabinetlərin yaradılması
|
2009-2018
I, II
|
Səhiyyə Nazirliyi
|
2.4.5.
|
Kurort fondunun genişləndirilməsi və ondan istifadənin səmərəliliyini artırmaq məqsədi ilə elmi tədqiqatların aparılmasının təşkili
|
2009-2018
I, II
|
Səhiyyə Nazirliyi
|
2.4.6.
|
Kurort işinin təşkili və inkişafı üzrə elmi-praktik konfransların və digər tədbirlərin keçirilməsi
|
2009-2018
I, II
|
Səhiyyə Nazirliyi, İqtisadiyyat |
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
- 10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 886)
- 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
- 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
4.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)
5.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)
6.
1 iyun 2016-cı il tarixli 932 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 3 iyun 2016-cı il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1028)
7.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
8.
5 oktyabr 2016-cı il tarixli 2370 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1660)
9.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
10.
1 avqust 2018-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1678)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nda 1.3-cü bəndin ikinci hissəsinin yeddinci abzasında “ixtisasının artırılması” sözləri “əlavə təhsili ilə bağlı tədbirlərin görülməsi” sözləri ilə əvəz edilmişdir.
[2]
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə “Azərbaycan Respublikasında kurortların 2009‑2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın 2.1.5-ci, 2.2.1-ci, 2.2.4-cü, 2.2.5-ci, 2.3.2-ci, 2.3.5-ci və 2.4.6-cı yarımbəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2.1.5-ci, 2.2.1-ci, 2.2.4-cü, 2.2.5-ci, 2.3.2-ci, 2.3.5-ci və 2.4.6-cı yarımbəndlərdən “və Sənaye” sözləri çıxarılmışdır.
[3]
10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 886) ilə «Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı»nın həyata keçirilməsinə dair Tədbirlər Planının 2.3.1-ci bəndinin «İcraçı qurumlar» sütununda «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti» sözləri «Dövlət Neft Şirkəti» sözləri ilə əvəz edilmişdir.
1 iyun 2016-cı il tarixli 932 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 3 iyun 2016-cı il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1028) ilə “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın 2.3.1-ci yarımbəndinin “İcraçı qurumlar” sütununda “Azərenerji” sözü “Azərişıq” sözü ilə əvəz edilmişdir.
[4]
5 oktyabr 2016-cı il tarixli 2370 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1660) ilə 2.3.2-ci yarımbəndə “yerli icra hakimiyyəti orqanları” sözlərindən sonra “, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri əlavə edilmişdir.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planının 2.3.2-ci və 2.3.3-cü yarımbəndlərində “İcraçı qurumlar” sütununda “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
1 avqust 2018-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1678) ilə "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planı"nın 2.3.2-ci yarımbəndinin "İcraçı qurumlar" sütununda "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti" sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.
[5]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə "Azərbaycan Respublikasında kurortların 2009 — 2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə dair "Tədbirlər Planı"nın 2.2.3-cü bəndinin "İcraçı qurumlar" sütununda "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə “Azərbaycan Respublikasında kurortların 2009 - 2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın 2.3.3-cü yarımbəndinin “İcraçı qurumlar” sütununda “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[6]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nda 2.4.2-ci yarımbənddə “ali məktəblərə” sözləri “ali təhsil müəssisələrinə” sözləri ilə əvəz edilmişdir.