AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.02.2009
QEYDİYYAT NÖMRƏSİ
48
ADI
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 11-02-2009, Nəşr nömrəsi: 32), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2009, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 61)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.02.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasında dövlət büdcəsi vəsaitinin və dövlət borcunun idarə edilməsi, dövlət xəzinədarlığı, dövlət maliyyə, əyar, sığorta fəaliyyəti, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət nəzarətinin və tənzimlənməsinin müasir tələblərə uyğun təşkilini təmin etmək və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətini təkmilləşdirmək məqsədilə qərara alıram: [1]

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti və Dövlət Sığorta Nəzarəti Xidməti yaradılsın. [2]

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi yaradılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasının bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti yaradılsın.

4. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə I).

5. "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur - Əlavə II).

6. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur - Əlavə III).

7. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur - Əlavə IV). [3]

8. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur - Əlavə V).

9. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur - Əlavə VI). [4]

10. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur - Əlavə VII).

11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

11.1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işçilərinin ümumi say tərkibini müəyyən etsin və Nazirliyin strukturuna daxil olan qurumların maliyyə təminatı ilə bağlı məsələləri həll etsin;

11.2. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

11.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

11.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

12. "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı (3-cü bənd istisna olmaqla) və "Azərbaycan Respublikasında dövlət xəzinədarlığının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 oktyabr tarixli 398 nömrəli Fərmanının 3-cü bəndi qüvvədən düşmüş hesab edilsin.

13. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 fevral 2009-cu il

                 № 48

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əlavə I

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin

 

STRUKTURU

 

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aparatı;

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi;

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi; [5]

4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti;

5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti; [6]

6. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti;

7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələri.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

Əlavə II

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında

 

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. [7]

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malikdir.

5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Nazirlik Bakı şəhərində yerləşir.

 

II. Nazirliyin fəaliyyət istiqamətləri

 

7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir;

7.2. dövlət və icmal büdcələrin layihələrinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edir;

7.3. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir;

7.4. Azərbaycan Respublikasında sığorta fəaliyyəti sahəsində dövlət siyasətinin və sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir; [8]

7.5. qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda ölkədə dövlət əyar nəzarətinin və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətini təşkil edir və həyata keçirilməsini təmin edir;

7.6. dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsini və dövlət zəmanətinin verilməsini təşkil edir, dövlət borclanma siyasətini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir;

7.7. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi üzrə öz səlahiyyətləri daxilində tədbirlər görür;

7.8. Azərbaycan Respublikasında audit fəaliyyəti sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi ilə bağlı təkliflər verir;

7.9. dövlət investisiya proqramlarının tərtib olunmasında, dövlət investisiya siyasətinin, dövlət proqramlarının inkişaf konsepsiyası və strategiyalarının hazırlanmasında və həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir;

7.10. ölkə iqtisadiyyatına xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir; [9]

7.11. büdcə sistemi, vergi, dövlət xəzinədarlığı, dövlət maliyyə nəzarəti, sığorta fəaliyyətinə nəzarət, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, qiymətli metallar və qiymətli daşlara nəzarət, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində qanunvericiliklə və bu Əsasnamə ilə Nazirliyin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənməni həyata keçirir; [10]

7.12. Azərbaycan Respublikasında makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflər hazırlayır;

7.13. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;

7.14. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Nazirliyin vəzifələri

 

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

8.1. aidiyyəti dövlət orqanları ilə birlikdə ölkə iqtisadiyyatının mövcud vəziyyətini təhlil etmək və sosial-iqtisadi problemlərin həllinə dair təkliflər vermək;

8.2. maliyyə, büdcə, vergi, mühasibat uçotu, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və audit fəaliyyəti sahəsində dövlət siyasətinin hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər vermək;

8.3. dövlətin pul-kredit və gömrük siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;

8.4. dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasını beynəlxalq standartlara uyğun metodologiya əsasında aparmaq, hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini hazırlayıb qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmək, dövlət büdcəsinin tərtibi və icrası prosesinin təkmilləşdirilməsi barədə təkliflər vermək;

8.5. müvafiq büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun vahid büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən etmək və aidiyyəti təşkilatlara göndərmək;

8.6. dövlət satınalmalarının dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə həmin sahə üzrə dövlət tənzimlənməsində, dövlət siyasətinin, normativ hüquqi aktların hazırlanmasında və ekspertizasının aparılmasında, həmçinin dövlət satınalmaları haqqında qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət müəssisələri və büdcədən maliyyələşən təşkilatlar tərəfindən malların (iş və xidmətlərin) satınalınması üzrə yaradılan tender komissiyalarının işində iştirak etmək;

8.7. Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə müəyyən olunmuş qaydada, lakin büdcə proqnozlarından, dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində alınmış mal, iş və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq, dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirmək və həmin maliyyə əməliyyatlarının uçotunu təşkil etmək;

8.8. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dövlət proqramlarının və inkişaf konsepsiyalarının icrası ilə əlaqədar maliyyə təminatını həyata keçirmək;

8.9. zərurət yarandıqda, müvafiq büdcə ili ərzində qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin dəqiqləşdirilməsi barədə təkliflər hazırlamaq;

8.10. büdcə xərcləri üzrə müəyyən olunmuş limitdən artıq borc yaradan təşkilatlar barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.11. dövlət büdcəsinin icrasına, dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsinə və maliyyə orqanları ilə razılaşdırılmış qaydada təsdiq edilmiş smetaya uyğun istifadəsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək;

8.12. dövlət büdcəsinin icrası haqqında aylıq, rüblük və illik hesabatları tərtib etmək və onları müvafiq dövlət orqanlarına təqdim etmək;

8.13. dövlət büdcəsi ilə digər büdcələrin qarşılıqlı əlaqələrinin nizamlanmasını və qarşılıqlı hesablaşmaları həyata keçirmək, o cümlədən müvafiq ilin dövlət büdcəsi haqqında qanunla təsdiq olunan ümumi məbləğə və istiqamətlərə riayət olunmaqla dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ssuda (borc) vermək; [11]

8.14. dövlət büdcəsinin icrası prosesində, zərurət yarandıqda, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, təsdiq olunmuş büdcə ayırmaları həddində, funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri arasında dəyişikliklər etmək; [12]

8.15. dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaətin dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək; [13]

8.16. büdcə gəlirlərinin proqnozlaşdırılmasını və ona metodiki rəhbərliyi, habelə maliyyə ehtiyatlarının aşkara çıxarılması və səfərbər olunması üçün zəruri tədbirlər həyata keçirmək;

8.17. dövlət rüsumlarının, vergilərin və digər məcburi ödənişlərin məbləğləri və dərəcələri ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına təqdim etmək;

8.18. qanunvericilikdə müəyyən edilmiş hallarda ciddi hesabat blanklarının, habelə ciddi hesabat sənədi kimi tətbiq edilən blankların mərkəzləşdirilmiş qaydada sifarişini, təqdim edilməsini və uçotunun aparılmasını təmin etmək; [14]

8.19. aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

8.19-1. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək; [15]

8.20. Azərbaycan Respublikasında təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən xüsusi seriya və nömrəyə malik ilkin uçot sənədi olan ciddi hesabat blanklarının forma və rekvizitlərinin işlənib hazırlanmasını və müəyyən olunmuş qaydada təsdiq edilməsini təmin etmək;

8.21. Azərbaycan Respublikasının toplu maliyyə balansını tərtib etmək və tədiyyə balansının tərtibində iştirak etmək;

8.22. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək;

8.23. dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı xərclər smetasının tərtibi, təsdiqi və icrasının ümumi qaydalarını müəyyən etmək;

8.24. büdcə təşkilatlarında, onların tabeliyində fəaliyyət göstərən qeyri-büdcə qurumlarında, büdcədənkənar dövlət fondlarında, habelə həmin təşkilatların tabeliyində fəaliyyət göstərən təsərrüfat hesablı müəssisələrdə, Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik xidmət orqanlarında dövlət büdcəsindən ayrılan vəsaitlərin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təmin etmək;

8.25. yerli maliyyə orqanlarının xəzinə əməliyyatlarının aparılmasına bank xidməti göstərilməsi üçün Agent-bankların seçilməsini təmin etmək;

8.26. Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və hüquq mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda, məqsədli büdcə və büdcədənkənar dövlət fondlarında təftiş və yoxlamalar aparmaq;

8.27. dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində tərkibində cinayət əlamətləri olan maliyyə pozuntuları aşkarlandığı hallarda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama materiallarını hüquq-mühafizə orqanlarına göndərmək;

8.28. Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq sığorta fəaliyyətinə nəzarəti təşkil etmək, sığorta işinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı səlahiyyətləri daxilində tədbirlər həyata keçirmək; [16]

8.29. qanunvericiliklə müəyyən olunmuş qaydada sığorta broker təşkilatlarının və sığorta bazarının digər peşəkar iştirakçılarının fəaliyyətinə, təkrar sığorta işinə, sığorta, ehtiyat və digər fondların yaradılmasına, sığortaçıların sığorta haqları və tariflərinin əsaslandırılmasına, maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin olunmasına Nazirliyin sturkturuna daxil olan Dövlət Sığorta Nəzarəti Xidməti vasitəsilə nəzarət etmək; [17]

8.29-1. öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda Nazirliyin strukturuna daxil olan müvafiq qurumlar vasitəsilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirmək; [18]

8.30. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini, dövlət zəmanətlərinin verilməsini təmin etmək və dövlət borclarının ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək, habelə Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcunu və maliyyə öhdəliklərini idarə etmək; [19]

8.31. dövlətin daxili və xarici borclarının, il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının yuxarı həddini müəyyənləşdirmək üçün təkliflər vermək; [20]

8.31-1. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək; [21]

8.31-2. Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərmək;

8.31-3. ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək; [22]

8.32. beynəlxalq maliyyə bazarlarında ölkənin imicinin daha da möhkəmləndirilməsi istiqamətində beynəlxalq reytinq agentlikləri ilə sıx əməkdaşlıq etməklə zəruri tədbirlər həyata keçirmək;

8.33. qanunvericiliyə uyğun olaraq dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin aparılmasını, “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitinin və vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsini və ya idarə edilməsini, dövlət qiymətli kağızlarının emissiyasını Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə həyata keçirmək; [23]

8.34. dövlət investisiya proqramlarının layihələrinin növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə, habelə sonrakı üç il üzrə icmal büdcənin göstəricilərinə uyğunluğuna və həmin proqram layihələrinin maliyyə təminatına dair rəy vermək;

8.34-1. Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə xüsusi maliyyələşmə prinsipləri, o cümlədən dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilməsi təklif edilən layihələr və təşəbbüslər üzrə dövlətin maliyyə öhdəliklərini hesablamaq, riskləri və onların bölgüsünü qiymətləndirmək, maliyyə təminatına dair rəy vermək və rəylə razılaşmayan tərəflərə onların yuxarı icra hakimiyyəti orqanına müraciət etmə imkanı barədə hüquqlarını izah etmək; [24]

8.35. Azərbaycan Respublikasında investisiya fəaliyyəti, investisiyaların qoyulması və təşviqi sahəsində, o cümlədən kreditlərin, maliyyə və texniki yardımların (qrantların) və sair formada maliyyə vəsaitlərinin cəlb edilməsində, dövlət investisiya proqramlarının hazırlanması və həyata keçirilməsində, habelə həmin proqramların icrası üçün nəzərdə tutulan vəsaitlərin konkret layihələr üzrə bölgüsündə öz səlahiyyətləri daxilində iştirak etmək;

8.36. Azərbaycan Respublikasının beynəlxalq maliyyə bazarına inteqrasiya etməsi, ölkəyə xarici kapitalın cəlb edilməsi, iqtisadiyyatın müvafiq sahələrində dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi üçün dövlət istiqrazlarının buraxılması istiqamətində təkliflər vermək;

8.37. qiymətli kağızlar bazarının inkişafı üzrə təkliflərin hazırlanmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq dövlət qiymətli kağızlarının emissiyası ilə bağlı funksiyaları həyata keçirmək;

8.38. dövlət idarəetməsi, qiymətli kağızlar bazarı, gömrük-tarif, qiymət-tarif siyasəti və digər sahələr üzrə dövlət siyasətinin və normativ hüquqi aktların hazırlanmasında və ekspertizasının aparılmasında həmin sahələrdə dövlət idarəçiliyini həyata keçirən orqanlarla birlikdə iştirak etmək;

8.39. dövlət proqramlarının layihələrinin, həmçinin dövlət büdcəsinin vəsaiti və dövlət zəmanəti ilə alınan kreditlər hesabına həyata keçirilən digər layihələrin maliyyə ekspertizasını həyata keçirmək, təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulan qurumların yaradılmasına, dövlət büdcəsindən maliyyələşən qurumların strukturunun, əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsinə və ştat vahidlərinin müəyyən edilməsinə rəy və təkliflər vermək;

8.40. iqtisadiyyata investisiyaların cəlb edilməsi, kreditlərin (o cümlədən, dövlət zəmanəti ilə alınmış kreditlərin), qrantların, maliyyə (texniki) yardımlarının alınması ilə bağlı, habelə investisiya layihələri üzrə danışıqlarda öz səlahiyyətləri daxilində iştirak etmək;

8.41. aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşməsi nəzərdə tutulan investisiya və innovasiya proqramlarının hazırlanmasında iştirak etmək, ayrılan vəsaitdən səmərəli istifadə olunmasına nəzarət etmək;

8.42. öz səlahiyyətləri daxilində dövlət zəmanəti ilə kredit alınan hallarda beynəlxalq maliyyə (maliyyə-kredit) və iqtisadi (ticarət) təşkilatları, xarici dövlətlər və kredit təşkilatları tərəfindən verilən kreditlərdən istifadə məqsədilə investisiya layihələrinin (təkliflərinin), habelə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditlərin, qrantların, maliyyə (texniki) yardımlarının layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya təkliflərin iqtisadi ekspertizasında iştirak etmək;

8.43. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda beynəlxalq maliyyə-kredit təşkilatları ilə əməkdaşlıq etmək, bu təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək, maliyyə-kredit məsələləri ilə bağlı həmin təşkilatların nümayəndələri ilə danışıqlar və məsləhətləşmələr aparmaq, onlar tərəfindən Azərbaycan Respublikasına kreditlərin ayrılması üzrə danışıqlarda iştirak etmək, beynəlxalq təşkilatlara üzvlüklə əlaqədar tələb olunan xərclərin ödənilməsi üçün təkliflər vermək;

8.44. beynəlxalq iqtisadi əməkdaşlıqla bağlı maliyyə-valyuta problemlərini təhlil etmək, xarici dövlətlərlə maliyyə-valyuta və kredit münasibətlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək, dövlət büdcəsinin xarici valyutada olan vəsaitlərinin səmərəli idarə olunmasını təmin etmək;

8.45. dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda vəzifə (tarif) maaşlarının düzgün tətbiqinə öz səlahiyyətləri daxilində nəzarət etmək, dövlət orqanlarının strukturunun təkmilləşdirilməsi və ştat vahidlərinin müəyyən edilməsi ilə bağlı təkliflər vermək;

8.46. büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əhalinin sosial müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;

8.47. dövlət idarə, müəssisə və təşkilatlarının, o cümlədən məqsədli büdcə və büdcədənkənar dövlət fondlarının maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək;

8.48. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil etmək, bu tərcümələrin həmin standartların Azərbaycan dilində rəsmi mətnləri kimi dərc olunmasını təmin etmək və uçot qaydalarını təsdiq etmək; [25]

8.48-1. Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin etmək, peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirmək; [26]

8.48-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək;

8.49. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil etmək və digər zəruri tədbirləri həyata keçirmək; [27]

8.49-1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək; [28]

8.50. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş, qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dövlətin maliyyə orqanlarına təhvil verilən dəfinələrin operativ uçotunun aparılmasını təşkil etmək;

8.51. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər kredit təşkilatları ilə Azərbaycan Respublikası adından kredit müqavilələri bağlamaq, alınmış kreditlərin vaxtında qaytarılmasını təmin etmək, onlardan məqsədli istifadə olunmasına nəzarət etmək; [29]

8.52. qanunvericiliyə uyğun olaraq ölkənin qiymət-tarif siyasətinin həyata keçirilməsi üçün qiymətləri dövlət tərəfindən tənzimlənən məhsulların (iş və xidmətlərin) qiymətlərinin və tariflərinin tənzimləmə qaydalarının hazırlanmasında iştirak etmək;

8.53. dövlət büdcəsinin layihəsinin tərtibi, təsdiq edilmiş göstəricilərə uyğun olaraq büdcə xərclərinin bölgüsü, dövlət büdcəsinin kassa icrası, dövlət maliyyə nəzarəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, ölkədə əyar nəzarəti, sığorta fəaliyyətinə nəzarət, mühasibat uçotunun beynəlxalq standartlar əsasında inkişaf etdirilməsi və maliyyə hesabatlarının tərtibi sahələrində öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək; [30]

8.54. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə vermək;

8.55. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada öz səlahiyyətləri çərçivəsində səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklarda (Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən banklar istisna olmaqla) dövləti təmsil etmək, onlardan rüblük hesabatlar almaq və fəaliyyətləri barədə təkliflər hazırlamaq; [31]

8.56. Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatları üzərində əyar nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətini Nazirliyin strukturuna daxil olan Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti vasitəsilə həyata keçirilməsini təmin etmək;

8.57. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

8.58. maliyyə orqanları işçilərinin peşə hazırlığı, əlavə təhsili, habelə maliyyə orqanları üçün mütəxəssislərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirmək; [32]

8.59. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.60. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.61. Nazirliyin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış İnternet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;

8.62. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; [33]

8.63. Nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək, onun strukturuna daxil olan qurumların işini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

8.64. Nazirliyin tabeliyində olan qurumlar tərəfindən onların səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün istifadə edilən büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər smetalarını təsdiq etmək, həmin vəsaitlərin təyinatı üzrə istifadəsi üzərində nəzarətin həyata keçirilməsini təmin etmək; [34]

8.65. tabeliyində olan qurumlarda dövlət qulluğu keçmə və əmək münasibətləri məsələlərini tənzimləyən tədbirlər görmək;

8.66. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.67. digər icra hakimiyyəti orqanlarının dövlət büdcəsi, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması, qiymətli metallar və qiymətli daşlar üzrə dövlət tənzimlənməsi, dövlət maliyyə nəzarəti və dövlət sığorta nəzarəti sahələri ilə bağlı fəaliyyətini əlaqələndirmək; [35]

8.68. Nazirliyin fəaliyyət sahələrinə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunması üçün tədbirlər görmək və ona nəzarət etmək;

8.69. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Nazirliyin hüquqları

 

9. Nazirlik öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində və qaydada növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi üçün lazım olan əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarından, zərurət yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından almaq;

9.2. büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq; [36]

9.3. ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi halları aşkar olunduqda, kredit resursundan artıq xərcə yol verildikdə, əvvəl ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatların vaxtında və düzgün təqdim edilmədiyi hallarda müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərini xəbərdar etməklə müəssisələrin, idarələrin və təşkilatların dövlət büdcəsindən maliyyələşdirilməsini (müdafiə olunan xərclər istisna olmaqla) məhdudlaşdırmaq və artıq ödənilmiş vəsaiti qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə bərpa etdirmək;

9.4. dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılmış və təyinatı üzrə istifadə olunmayan vəsaitləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisələrdən, idarələrdən, təşkilatlardan və bələdiyyələrdən geri almaq üçün tədbirlər görmək;

9.5. dövlət büdcəsinin mədaxil hissəsini təmin edən müvafiq icra hakimiyyəti orqanlarından mütəmadi olaraq rəsmi məlumatlar, hesablanmış vergilər və qeyri-vergi daxilolmaları barədə hesabatlar, gəlirlər üzrə proqnozların yerinə yetirilməsi barədə arayışlar almaq, dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan məbləğdən aşağı olduqda səbəbini araşdırmaq, müvafiq arayışlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

9.6. dövlət orqanlarından, təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən dövlət büdcəsinin və məqsədli büdcə fondlarının icrası, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərindən və dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaitləri hesabına verilmiş kreditlərdən istifadə haqqında statistik və digər hesabat göstəriciləri almaq;

9.7. tabeliyində olan müvafiq Dövlət Xidməti vasitəsilə mülkiyyət formasından asılı olmayaraq, qiymətli metalları və qiymətli daşları istehsal, emal və istifadə edən hüquqi şəxslərdə qanunla müəyyən edilmiş yoxlama aparmaq, habelə onlarla əməliyyatlar aparan fərdi sahibkarların qiymətli metallar və qiymətli daşlardan istifadə üzrə fəaliyyətini qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlamaq, aşkar olunmuş hüquqpozmalar barədə materialları aidiyyəti üzrə səlahiyyətli dövlət orqanlarına təqdim etmək;

9.8. sığortaçılar və brokerlər tərəfindən sığorta qanunvericiliyi dəfələrlə pozulduqda onların ləğv edilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq məhkəmədə iddia qaldırmaq, sığortaçıların ödəmə qabiliyyətinin olmaması ilə əlaqədar onların müflis elan edilməsi barədə məsələlərə baxılmaq üçün məhkəməyə müraciət etmək; [37]

9.9. tabeliyində olan müvafiq dövlət orqanı vasitəsilə sığortaçılardan, brokerlərdən və sığorta bazarının digər peşəkar iştirakçılarından onların fəaliyyəti haqqında məlumat və maliyyə vəziyyəti barədə hesabatlar almaq, qanunvericiliklə müəyyən olunmuş qaydada onların fəaliyyətini yoxlamaq, təqdimatlar vermək;

9.10. aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət büdcəsi gəlirlərinin artırılması imkanlarının araşdırılması məqsədilə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək və bu təhlil üçün tələb olunan məlumat və sənədləri həmin müəssisələrdən sorğu etmək və almaq;

9.11. müxtəlif layihələrin icrası üçün dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaitləri hesabına verilmiş kreditlərin təyinatı üzrə xərclənməsinin yoxlanılmasını təmin etmək;

9.12. tabeliyində olan müvafiq Dövlət Xidməti vasitəsilə maliyyə nəzarəti tədbirlərinin həyata keçirildiyi dövlət təşkilatlarında, büdcə və büdcədənkənar dövlət fondlarında malların (iş və xidmətlərin) satın alınmasının qanuniliyinin dəqiqləşdirilməsi zərurəti yarandıqda, bu məqsəd üçün vəsaitin ödəndiyi digər təşkilatlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə müəyyən edilmiş qaydada maliyyə nəzarəti obyektinin vəsaitlərinin xərclənməsi üzrə sənədlərin qarşılıqlı yoxlanılmasını aparmaq;

9.13. aparılan nəzarət yoxlamalarının nəticələri üzrə müvafiq tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək;

9.14. maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı dövlət vəsaitlərinin xərclənməsində cinayət əlamətləri olan qanun pozuntusu aşkar olunduğu halda nəzarət obyektlərindən ilkin sənədləri götürmək üçün hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarına təqdimatlar vermək;

9.15. dövlət borcu və dövlət zəmanətləri ilə bağlı müqavilələrin hazırlanmasında iştirak etmək, Azərbaycan Respublikası adından borcun alınması və zəmanət verilməsi, dövlət borcunun vaxtında ödənilməsi və ölkə daxilində dövlət qiymətli kağızları bazarının inkişafı barədə təkliflər vermək;

9.16. dövlət borcalmasının ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş müvafiq proqramların, dövlət investisiyalarının maliyyələşdirilməsinə və dövlət büdcəsinin kəsirinin örtülməsinə yönəldilməsi barədə təkliflər vermək;

9.17. iqtisadiyyatın prioritet sahələrinin inkişafı üçün müvafiq investisiya layihələrinin daxili maliyyə mənbələri hesabına həyata keçirilməsi məqsədilə ölkənin iqtisadi artım dinamikasına uyğun olaraq dövlət istiqrazlarının emissiyasına dair təkliflər vermək;

9.18. beynəlxalq maliyyə-kredit təşkilatları və xarici dövlətlər tərəfindən verilən kreditlər hesabına aparılan investisiya layihələrinin müsabiqələrinin təşkil edilməsində və keçirilməsində iştirak etmək;

9.19. öz səlahiyyətləri daxilində icra hakimiyyəti orqanları və büdcədənkənar dövlət fondları tərəfindən işlənib hazırlanmış mühasibat uçotu sahəsində normativ hüquqi aktların və tövsiyə xarakteri daşıyan sənədlərin təsdiq və tətbiq edilməsinə razılıq vermək; [38]

9.20. öz səlahiyyətləri çərçivəsində ciddi hesabat blanklarının istifadəsinə nəzarəti həyata keçirmək;

9.21. iri dövlət vergi ödəyicilərinin gəlir və xərclər smetalarının layihələrini aidiyyəti orqanlarla birlikdə razılaşdırmaq və onların gəlir və xərclər smetalarının icrasına nəzarətin təmin edilməsi üçün öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;

9.22. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ayrı-ayrı fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) vermək, onun fəaliyyətini dayandırmaq və ya ləğv etmək;

9.23. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;

9.24. maliyyə siyasətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.25. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.26. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.27. müəyyən olunmuş qaydada Nazirliyin səlahiyyətlərinə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.28. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, maliyyə sahəsi üzrə elmi tədqiqatlar aparmaq, təkliflər vermək;

9.29. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.30. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, İnternet saytı yaratmaq və ondan istifadə etmək; [39]

9.31. üzərinə qoyulmuş vəzifələri həyata keçirmək məqsədilə müəyyən edilmiş qaydada özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən mətbəə orqanı yaratmaq;

9.32. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Nazirliyin fəaliyyətinin təşkili

 

10. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir; [40]

11. Nazirlik öz fəaliyyətini bilavasitə və onun strukturuna daxil olan bu Əsasnamənin 10-cu bəndində göstərilən qurumlar vasitəsilə həyata keçirir. [41]

12. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

13. Nazirliyin işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

14. Nazirliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan nazir rəhbərlik edir.

15. Maliyyə nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan bir birinci müavini və üç müavini vardır.

16. Nazir müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

17. Nazirliyin strukturuna daxil olan qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar və öz səlahiyyətləri daxilində müstəqil sərəncam vermək hüququna malikdirlər.

18. Maliyyə naziri aşağıdakı səlahiyyətlərə malikdir:

18.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

18.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir; [42]

18.3. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir; [43]

18.4. Nazirliyin strukturunda olan qurumların büdcə vəsaitinə tələbatına dair təkliflər hazırlayır və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edir;

18.5. maliyyə, dövlət büdcəsi, dövlət borcunun və maliyyə öhdəliklərinin idarəedilməsi, sığorta fəaliyyəti, mühasibat uçotu və audit, əyar nəzarəti və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində öz səlahiyyətləri daxilində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təklifləri, qanun və digər normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir; [44]

18.6. nazir müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

18.7. Nazirliyin aparatında çalışan dövlət qulluqçularını, Nazirliyin strukturuna daxil olan orqanların rəhbərlərini, onların müavinlərini, struktur bölmələrinin rəhbərlərini, regional (zona) orqanlarının, habelə Nazirliyin yerli bölmələrinin, tabeliyində olan digər qurumların (Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla) rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; [45]

18.8. Nazirliyin aparatının, tabeliyində olan qurumların fəaliyyətinə dair qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

18.9. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

18.10. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatları ilə münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq müqavilələri, sazişləri və protokolları imzalayır;

18.11. Nazirliyin işçilərinin ümumi say tərkibi və strukturu barədə təkliflər verir;

18.12. Nazirliyin aparatının və tabeliyində olan qurumların funksional təyinatını və işçilərin say həddi daxilində say tərkibini müəyyən edir, zərurət olduqda onlarda dəyişikliklər aparır;

18.13. öz səlahiyyətləri daxilində korrupsiyaya qarşı tədbir görür;

18.14. dövlət büdcəsindən Nazirliyə ayrılmış maliyyə vəsaitini idarə edir, tabeliyindəki qurumlar arasında bölüşdürür, o cümlədən ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla mükafatlar verir;

18.15. Nazirlik sisteminə işə götürülən işçilərlə əmək müqaviləsinin bağlanılması və xitam verilməsi məsələlərinə dair Nazirliyin vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyən edir;

18.16. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir və hüquqlardan istifadə edir.

19. Nazirlikdə Azərbaycan Respublikasının maliyyə nazirindən (kollegiya sədri), vəzifəyə görə onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirindən, Nazirliyin aparatının və strukturuna daxil olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə digər mütəxəssislər və alimlər də daxil edilə bilər.

20. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

21. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

22. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa Kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

23. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və bir qayda olaraq nazirin əmrləri ilə həyata keçirilir.

24. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

25. Zəruri hallarda Nazirliyin kollegiyasının iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər dəvət edilə bilərlər. [46]

26. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Nazirliyin sisteminə daxildir.

27. Büdcə proqnozlaşdırılmasının, ölkə iqtisadiyyatının maliyyələşdirilməsinin, mühasibat uçotu və maliyyə hesabatlarının, nəzarət-təftiş işinin, sığorta tənzimlənməsi və nəzarəti metodikasının təkmilləşdirilməsi haqqında təkliflərə baxılması üçün mütəxəssislərdən, elmi və digər təşkilatların nümayəndələrindən ibarət Nazirliyin Elmi-Metodiki Şurası yaradıla bilər. Şuranın tərkibi və onun Əsasnaməsi nazir tərəfindən təsdiq edilir. [47]

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əlavə III

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında

 

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi (bundan sonra - Agentlik) dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

 2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

 3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları vasitəsilə həyata keçirir.

4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

5. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

6. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

7. Agentlik Bakı şəhərində yerləşir.

 

II. Agentliyin fəaliyyət istiqamətləri

 

8. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

8.1. büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borclarının ödənilməsini həyata keçirir;

8.2. dövlət büdcəsinin icrasını yerinə yetirməklə büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin vahid büdcə təsnifatına uyğun olaraq ünvanlı istifadəsini təmin edir;

8.3. dövlət xəzinədarlığının inkişafını, vahid xəzinə hesabının idarə edilməsini və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsini təmin edir;

8.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III.  Agentliyin vəzifələri

 

9. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

9.1. hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanmasında iştirak etmək, büdcənin icrasına dair hesabat sənədlərini hazırlamaq və dövlət büdcəsinin kassa icrasını həyata keçirmək;

9.2. dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək;

9.3. dövlət büdcəsinə bütün daxilolmalar, büdcədənkənar haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitinin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla), məqsədli büdcə fondları, dövlət büdcəsinin kəsirinin bağlanması üçün dövlət təminatı ilə alınmış kreditlər üzrə maliyyə əməliyyatlarını və digər dövlət maliyyə əməliyyatlarını qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmək;

9.4. büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq və büdcə kəsiri nəzərə alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək;

9.5. dövlət büdcəsi vəsaitinin idarə edilməsinin, o cümlədən mərkəzləşdirilmiş xərclər üzrə nəzərdə tutulmuş resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirmək;

9.6. müəyyən olunmuş qaydada, lakin dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində alınmış mal, iş və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq;

9.7. ehtiyat fondlarından vəsaitin Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi təyinatlar üzrə yönəldilməsini təmin etmək;

9.8. dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişi və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsait həddində maliyyələşməsini həyata keçirmək;

9.9. dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə etmək;

9.10. dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparmaq;

9.11. dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlamaq;

9.12. dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üzrə ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcədənkənar vəsaitlərin təsdiq edilmiş smetaya uyğun istifadəsinə dövlət büdcəsinin kassa icrası prosesində cari nəzarəti həyata keçirmək;

9.13. rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarında və regional (zona) xəzinədarlıq orqanlarında xəzinə işlərinin müvafiq qaydalara uyğun qurulmasına, büdcə vəsaitinin hərəkətinin xəzinə hesablarında düzgün əks etdirilməsinə, mövcud kredit resursu və büdcə limiti həddinin gözlənilməsi prinsipinə əməl edilməsinə, ödəniş üçün əsas olan təsdiqedici sənədlərin mövcud qanunvericiliyə uyğunluğuna operativ nəzarəti təmin etmək;

9.14. xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini yoxlamaq;

9.15. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Agentliyin fəaliyyətində elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

9.16. Agentlik tərəfindən xidmət göstərilən büdcə təşkilatları ilə rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları arasında hərəkət edən maliyyə resurslarının dövri üzləşdirilməsini həyata keçirmək;

9.17. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

9.18. rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının proqram vasitələri ilə təmin olunmasına əməli köməklik göstərmək;

9.19. büdcə təşkilatları tərəfindən alınan mal, iş və xidmətləri xəzinə hesab kitablarında uçota almaq;

9.20. dövlət xəzinədarlığının idarəedilməsi sahəsində normativ tənzimləmənin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

9.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Agentliyin hüquqları

 

10. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. mərkəzləşdirilmiş xərclərin kassa icrası prosesində öz səlahiyyətləri daxilində cari nəzarətin həyata keçirilməsi, maliyyə planlaşdırılması və dövlət büdcəsindən xərclərin maliyyələşdirilməsi üçün büdcə təşkilatlarından zəruri sənədləri almaq;

10.2. dövlət büdcəsinin icrası ilə əlaqədar olaraq yerli və ya mərkəzləşdirilmiş xərclərdən maliyyələşən nazirlik, komitə, şirkət, baş idarə və idarələrdən hesabatların vaxtında təqdim edilməsini tələb etmək və onları icmallaşdırmaq;

10.3. rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının xəzinə əməliyyatlarının aparılmasına bank xidməti göstərilməsi üçün müvafiq qaydada seçilmiş Agent-Banklarda tranzit hesabları açmaq;

10.4. ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi aşkar olunduğu, habelə vəsaitin xərclənməsinə dair müvafiq hesabatlar təqdim edilmədiyi hallarda müvafiq büdcə təşkilatının rəhbərliyini xəbərdar etməklə, həmin təşkilatın maliyyələşdirilməsinin məhdudlaşdırılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

10.5. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda aparılan təftiş və yoxlamalarda, habelə bu təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təhlilində iştirak etmək;

10.6. dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabı açmaq və ya belə hesabdan istifadə etmək üçün yazılı icazə vermək, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əvvəllər verdiyi icazəni geri çağırmaq;

10.7. büdcə təşkilatlarından və dövlət büdcəsindən maliyyə yardımları alan digər təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə, müəyyən olunmuş qaydada, aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq; [48]

10.8. fəaliyyət göstərdiyi sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

10.9. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

10.10. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, Agentliyin idarə edilməsi üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

10.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Agentliyin fəaliyyətinin təşkili

 

11. Agentliyə Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

12. Direktor Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

13. Direktorun Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır.

14. Agentliyin direktoru:

14.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və regional (zona) xəzinədarlıq orqanlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

14.3. Agentliyin direktorunun müavinləri, Agentliyin aparatının sturuktur bölmələrinin rəhbərləri və Agentliyin regional (zona) orqanlarının rəhbərləri və müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.4. Agentliyin xərclər smetasına uyğun olaraq ona ayrılan vəsaitin istifadəsinə sərəncam verir;

14.5. işçilərin peşə hazırlığının, o cümlədən əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirlər görür; [49]

14.6. tabeliyində olan qurumlara səlahiyyətləri daxilində icrası məcburi olan əmr və göstərişlər verir;

14.7. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi vəkalətnaməsiz təmsil edir;

14.8. Agentliyin fəaliyyəti barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mütəmadi olaraq hesabat verir;

14.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

9 fevral 2009-cu il tarixli 48 nömrəli  Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əlavə IV

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında

 

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi (bundan sonra – Agentlik) qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, vahid xəzinə hesabının sərbəst qalığını və dövlət büdcəsinin Təminat Fondunun vəsaitini idarəetməyə verən və ya idarə edən, dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparan icra hakimiyyəti orqanıdır. [50]

2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Agentlik Bakı şəhərində yerləşir.

 

II. Agentliyin fəaliyyət istiqamətləri

 

7. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. dövlət borcalmalarının və dövlət zəmanətlərinin verilməsi ilə bağlı tədbirlər həyata keçirir, Azərbaycan Respublikasının dövlət borcunun, dövlət zəmanətinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparır;

7.2. dövlət büdcəsinin Təminat Fondunun vəsaitini və vahid xəzinə hesabının sərbəst qalığını qanunvericiliklə müəyyən edilmiş qaydada idarə edir və ya idarəetməyə verir;

7.3. dövlət qiymətli kağızlarının buraxılışı, yerləşdirilməsi şərtlərini işləyib hazırlayır və emissiyasını həyata keçirir;

7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Agentliyin vəzifələri

 

8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

8.1. hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri hazırlanarkən Azərbaycan Respublikasının daxili və xarici borclanmasının (il ərzində götürülə biləcək dövlət borcunun, o cümlədən dövlət istiqrazlarının emissiyası hesabına cəlb ediləcək vəsaitin məbləği) və büdcə ili ərzində veriləcək dövlət zəmanətləri üzrə məbləğin yuxarı həddinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etmək;

8.2. dövlət borcu üzrə əsas məbləğin və faizlərin ödənilməsi üzrə xərclərin müvafiq ilin dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulması üçün təkliflər vermək;

8.3. borc öhdəliklərinin şərtlərini və maliyyə bazarlarından maliyyə vəsaitlərinin cəlb edilməsi imkanlarını qiymətləndirmək;

8.4. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qiymətli kağızlarının emissiyası, tədavülü və ödənilməsi şərtləri və onların çapı ilə bağlı xərclər barədə təkliflər vermək və onun həyata keçirilməsini təmin etmək;

8.5. dövlət borcunun idarə olunması məqsədilə qanunvericilikdə müəyyən edilmiş tədbirləri görmək;

8.6. dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsini və dövlət borcunun vaxtında qaytarılmasını təmin edən tədbirlər görmək;

8.7. dövlət borcunun və ya dövlət zəmanəti üzrə alınmış borcun təyinatı üzrə, məqsədyönlü və səmərəli istifadəsinə nəzarət etmək;

8.8. borc öhdəliyi ilə bağlı yaranmış problemlərin aradan qaldırılması barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

8.9. dövlət borclanması və zəmanətlərlə bağlı öhdəliklər təmin edilmədikdə məhkəmədə iddia qaldırılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

8.10. dövlət büdcəsinin icrası barədə illik hesabat hazırlanarkən dövlət borcları, il ərzində götürülən borclar və verilən dövlət zəmanətləri, buraxılmış dövlət istiqrazları və onların istifadəsi haqqında məlumatları hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

8.11. müvafiq dövlət orqanları ilə birlikdə qiymətli kağızlar bazarının inkişafı üçün təkliflərin hazırlanmasında iştirak etmək;

8.12. dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi üçün dövlət istiqrazlarının buraxılması ilə bağlı təkliflər vermək;

8.13. dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığını və Təminat Fondunun vəsaitini müəyyən edilmiş qaydada idarə etmək və ya valyuta vəsaitlərinin idarə edilməsində geniş təcrübəyə malik olan yüksək reytinqli qurumlara idarəetməyə vermək;

8.14. idarəetməyə verilmiş vahid xəzinə hesabının sərbəst qalığının və Təminat Fondunun vəsaitinin hərəkətinin və onların idarə edilməsindən əldə edilən gəlirin uçotunu təşkil etmək;

8.15. ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rola malik maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək və bu məqsədlər üçün ölkə daxilindən və xaricindən borc şəklində vəsaitlər cəlb edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təkliflər vermək;

8.16. Azərbaycan Respublikasının toplu maliyyə və tədiyə balansının hazırlanmasına dair təkliflər vermək;

8.17. dövlət borcunun idarə edilməsi zamanı baş verə biləcək itkilərin sığortalanması (qarşısının alınması) və risklərin azaldılması məqsədilə beynəlxalq maliyyə bazarlarında hedcinq əməliyyatlarının həyata keçirilməsi üzrə təkliflər vermək;

8.18. dövlət borcunun və zəmanətlərinin reyestrini aparmaq, borcla bağlı öhdəlikləri təhlil etmək, dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərmək, büdcənin xərc maddələrində dövlət borcu üzrə ödənişlərin nəzərdə tutulmasına dair müvafiq proqnozlar və hesabatlar hazırlamaq;

8.19. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və müvafiq normativ tənzimləmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər təqdim etmək;

8.20. qrafik üzrə kreditorlar qarşısında borc öhdəliklərini təmin etməyən təşkilatlara qarşı tədbirlər görülməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək, lazım olduğu təqdirdə kredit üzrə həyata keçiriləcək növbəti maliyyələşmələrin məhdudlaşdırılması üçün kreditorlara müraciət etmək;

8.21. bağlanan sazişlərin şərtlərinə əsasən dövlət zəmanəti ilə alınan kreditlərin ödəniş qrafikini tərtib etmək və bu qrafikə uyğun olaraq kreditlərə xidməti təmin edən tədbirlər görmək;

8.22. hər il üçün dövlət borcunun və dövlət zəmanətinin yuxarı həddi (limit) barədə təklif vermək və müəyyən olunmuş hədlərə (limitlərə) əməl olunmasına nəzarət etmək;

8.22-1. dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək; [51]

8.22-2. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək;

8.23. dövlət borcunun vaxtında ödənilməsi və riskləri yolverilən səviyyədə saxlamaqla ortamüddətli və uzunmüddətli perspektivdə dövlət borcalmaları barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

8.24. dövlət qiymətli kağızlar bazarının inkişaf etdirilməsi, pul və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək və bu siyasətin həyata keçirilməsində iştirak etmək;

8.25. dövlət büdcəsinin Təminat Fondunun və vahid xəzinə hesabının sərbəst qalıq vəsaitlərinin idarə edilməsi zamanı onların yerləşdirildiyi hesabın vəziyyəti, vəsaitlərin həcmi, hesabat dövründə həyata keçirilən əməliyyatlar və əldə edilmiş gəlir barədə hesabat almaq;

8.26. səlahiyyətləri daxilində aidiyyəti dövlət orqanları ilə birlikdə Azərbaycan Respublikasının aktivlərinin və borclarının strukturunun təkmilləşdirilməsində iştirak etmək;

8.27. öz fəaliyyətini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin digər struktur bölmələri ilə əlaqələndirmək;

8.28. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin qorunması üçün zəruri tədbirlər görmək;

8.29. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Agentliyin hüquqları

 

9. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. Azərbaycan Respublikası adından borcun alınması və zəmanətin verilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək;

9.2. Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq maliyyə-kredit təşkilatları arasında hazırlanan saziş və müqavilə layihələrinin maliyyə şərtlərinə səlahiyyəti daxilində baxmaq və onlar barədə rəy və təkliflərini vermək;

9.3. dövlət borcu və dövlət zəmanətləri ilə bağlı müqavilələrin hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək;

9.4. dövlət zəmanəti ilə borc almış əsas və təkrar borcalanlardan cəlb olunmuş vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur), öz bank hesablarının vəziyyəti haqqında məlumatları və digər zəruri məlumatları almaq;

9.5. ölkənin kredit reytinqinin müəyyən olunması ilə bağlı aidiyyəti işlərin həyata keçirilməsində iştirak etmək;

9.6. dövlət borcu və dövlət zəmanətləri ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

9.7. ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rol oynayan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətə malik qeyri-maliyyə təsərrüfat subyektlərinə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək məqsədilə həmin təşkilatlardan zəruri sənədləri və məlumatları tələb etmək;

9.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Agentliyin fəaliyyətinin təşkili

 

10. Agentliyə Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

11. Direktor Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

12. Agentliyin direktorunun Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

13. Agentliyin direktoru:

13.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

13.3. Agentliyin direktor müavinləri və Agentliyin struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

13.4. Agentliyin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

13.5. işçilərin peşə hazırlığının, o cümlədən əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirlər görür; [52]

13.6. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi vəkalətnaməsiz təmsil edir;

13.7. Agentliyin fəaliyyəti barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mütəmadi olaraq hesabat verir;

13.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əlavə V

 

 

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında

 

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (bundan sonra – Xidmət) dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının və büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və digər dövlət maliyyə nəzarəti orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Xidmətin saxlanması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Xidmət Bakı şəhərində yerləşir.

 

II. Xidmətin fəaliyyət istiqamətləri

 

7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin xərclənməsi, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir;

7.2. dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti hesabına verilmiş kreditlərin xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir;

7.3. Azərbaycan Respublikasında dövlət maliyyə nəzarətinin həyata keçirilməsi işinə metodiki rəhbərlik edir, bu sahədə mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin aradan qaldırılması məqsədilə mütəmadi tədbirlər görür;

7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Xidmətin vəzifələri

 

8. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

8.1. dövlət büdcəsindən maliyyələşən və dövlət büdcəsindən dotasiya alan təşkilatlarda Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik xidmət orqanlarında dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;

8.2. dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;

8.3. büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;

8.4. dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə rayon və şəhər maliyyə idarələrinin (şöbələrinin) işlərini və həmin rayon və şəhərlərin ərazilərində fəaliyyət göstərən büdcə təşkilatlarının büdcə və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərc smetalarının icralarını təftiş etmək;

8.5. qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən təftiş və yoxlamalar aparmaq;

8.6. həyata keçirilən nəzarət tədbirləri nəticəsində tərkibində cinayət əlamətləri olan maliyyə pozuntuları aşkar olunduğu hallarda yoxlama materiallarını hüquq-mühafizə orqanlarına göndərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

8.7. nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulan obyektlərdə uçot-hesabat işləri mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə uçot-hesabat işlərinin bərpa edilməsini və sonradan nəzarət tədbirinin həyata keçirilməsi üçün bu barədə məlumatların verilməsini yoxlanılan obyektdən tələb etmək;

8.8. nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və gələcəkdə belə nöqsanlara yol verilməməsi məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi üçün yoxlanılan təşkilatların tabe olduqları yuxarı təşkilatlara təqdimatlar vermək;

8.9. maliyyə nəzarəti tədbirlərinin nəticələrinin rəsmiləşdirilməsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək;

8.10. maliyyə nəzarəti tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntularını təhlil etmək və onların aradan qaldırılması barədə təkliflər vermək;

8.11. fəaliyyət istiqamətinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə araşdırmalar aparmaq və təkliflər vermək;

8.12. qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

8.13. nəzarət tədbirlərinin aparılması zamanı inzibati xətalar haqqında qəbul edilmiş qərarların icrası barədə müvafiq qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə hesabat vermək;

8.14. dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbərliyi ilə razılaşdırmaqla müvafiq il üçün iş planı hazırlamaq və təsdiq etmək;

8.15. vətəndaşların qəbulunu təşkil etmək, onların şifahi və yazılı müraciətlərində göstərilənləri müvafiq qaydada araşdıraraq qərar qəbul etmək və qəbul edilmiş qərar barədə vətəndaşa cavab vermək;

8.16. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və müvafiq normativ tənzimləmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər təqdim etmək;

8.17. öz fəaliyyətini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin digər struktur bölmələri ilə əlaqələndirmək;

8.18. nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

8.19. mövcud qanunvericiliyə uyğun olaraq Xidmətin fəaliyyəti prosesində yaranan arxiv sənədlərinin komplektləşdirilməsi, saxlanılması və uçotunun aparılmasını təmin etmək;

8.20. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Xidmətin hüquqları

 

9. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. nəzarət tədbiri həyata keçirilən təşkilatlarda pul sənədlərini, mühasibat uçotu registrlərini, hesabatları, planları, smetaları və digər sənədləri, habelə pul vəsaitlərinin, qiymətli kağızların və material qiymətlilərinin mövcudluğunu, onların təyinatı üzrə düzgün istifadəsini yoxlamaq, vəzifəli, maddi-məsul və digər aidiyyəti şəxslərdən yazılı izahatlar, nəzarət tədbirləri ilə zəruri hesab edilən məsələlər üzrə arayış və məlumatlar almaq;

9.2. nəzarət tədbirləri həyata keçirilən təşkilatlarla maliyyə-təsərrüfat əlaqəsində olan müəssisələrdən arayışlar, sənədlərin əslini tələb etmək, onlardan surətlər çıxarmaq və aidiyyəti şəxslərdən izahatlar almaq;

9.3. nəzarət tədbirləri aparılan təşkilatların rəhbərlərindən əsas vəsaitlər, mal-material qiymətliləri, pul vəsaitləri və qarşılıqlı hesablaşmaların inventarizasiyasının aparılmasını tələb etmək, zərurət yarandıqda həmin inventarizasiyalarda bilavasitə iştirak etmək;

9.4. nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı zərurət yarandığı hallarda sınaqların, ekspertizaların, analizlərin və müvafiq qiymətləndirmələrin, habelə elmi tədqiqatların aparılması üçün aidiyyəti təşkilatlara sifarişlər vermək, nəzarət tədbirlərinə müəyyən olunmuş qaydada ekspertlər, mütəxəssislər və auditorlar cəlb etmək;

9.5. sənədlərin saxtalaşdırılması, təhrif edilməsi və başqa yollarla mənimsəmə halları aşkar edilərsə, müvafiq qaydada rəsmləşdirilməklə həmin sənədləri nəzarət obyektindən götürmək;

9.6. nəzarət tədbiri həyata keçirilən təşkilatın rəhbərlərindən tədbirin keçirilməsi üçün lazımı şəraitin yaradılmasını – müvafiq otaqla, texniki avadanlıqlarla, telefonla və dəftərxana ləvazimatları ilə, habelə digər zəruri vasitələrlə təmin olunmasını tələb etmək;

9.7. müxtəlif layihələrin icrası üçün dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti hesabına verilmiş kreditlərin təyinatı üzrə xərclənməsini yoxlamaq;

9.8. maliyyə nəzarəti tədbirlərinin həyata keçirildiyi dövlət təşkilatlarında, büdcə və büdcədənkənar dövlət fondlarında malların (iş və xidmətlərin) satın alınmasının qanuniliyinin dəqiqləşdirilməsi zərurəti yarandıqda, bu məqsəd üçün vəsaitin ödəndiyi digər təşkilatlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə müəyyən edilmiş qaydada maliyyə nəzarəti obyektinin vəsaitlərinin xərclənməsi üzrə sənədlərin qarşılıqlı yoxlanılmasını aparmaq;

9.9. hüquq-mühafizə orqanlarına göndərilən yoxlama materialları üzrə qəbul edilmiş qərarlardan qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı orqanlara şikayət etmək.

 

V. Xidmətin fəaliyyətinin təşkili

 

10. Xidmətə Azərbaycan Respublikasınin maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

11. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

12. Xidmətin rəisinin Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

13. Xidmətin rəisi:

13.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və regional orqanlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

13.3. Xidmətin rəis müavinləri, Xidmətin aparatının struktur bölmə rəhbərləri və Xidmətin regional orqanlarının rəhbərləri və müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

13.4. Xidmətin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

13.5. Xidmətin aparatının və regional orqanlarının işçiləri tərəfindən aparılan nəzarət tədbirlərinə müvafiq qaydada nəzarət edir;

13.6. işçilərin peşə hazırlığının, o cümlədən əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirlər görür;  [53]

13.7. tabeliyində olan qurumlara səlahiyyətləri daxilində icrası məcburi olan əmr və göstərişlər verir;

13.8. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti vəkalətnaməsiz təmsil edir;

13.9. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mütəmadi olaraq hesabat verir;

13.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əlavə VI

 

 

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (bundan sonra – Xidmət, qısaldılmış adı «Azsığortanəzarət») Azərbaycan Respublikasında sığorta fəaliyyəti sahəsində dövlət tənzimləməsini və nəzarətini, sığortalıların, sığortaçıların və sığorta bazarının digər peşəkar iştirakçılarının, habelə bu sahədə dövlətin hüquq və mənafelərinin qorunmasını təmin edən icra hakimiyyəti orqanıdır.

2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Xidmətin saxlanması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Xidmət Bakı şəhərində yerləşir.

 

II. Xidmətin fəaliyyət istiqamətləri

 

7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. Azərbaycan Respublikasında sığortalıların, sığortaçıların və sığorta bazarının digər iştirakçılarının, habelə dövlətin hüquq və mənafelərinin qorunması, həmçinin sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədilə sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarını həyata keçirir;

7.2. Azərbaycan Respublikasında sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi, beynəlxalq standartların və beynəlxalq təcrübənin Azərbaycan Respublikasının sığorta bazarında tətbiqi üçün müvafiq tədbirlər həyata keçirir;

7.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Xidmətin vəzifələri

 

8. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

8.1. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığorta bazarının bütün peşəkar iştirakçılarının fəaliyyəti üzərində qanunvericiliyə uyğun olaraq nəzarəti həyata keçirmək;

8.2. sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə lisenziya verilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

8.3. sığorta növlərinin aparılmasına icazə və könüllü sığortaların aparılması üzrə sığortaçılar tərəfindən hazırlanmış sığorta qaydalarının tətbiqinə razılıq vermək;

8.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış iş planına əsasən və qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sığortaçılarda, təkrarsığortaçılarda və sığorta vasitəçilərində səyyar yoxlamalar aparmaq;

8.5. qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətini yoxlamaq;

8.6. Xidmətin işçiləri tərəfindən aparılan yoxlamalar zamanı cinayət xarakterli faktlar aşkar edildikdə sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməsini təmin etmək;

8.7. yoxlamaların nəticələrinin müzakirə edilməsini və rəsmiləşdirilməsini Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək;

8.8. sığortaçılar və sığorta vasitəçiləri tərəfindən təqdim olunan müvafiq hesabatların siyahısını, formalarını və təqdim olunması müddətlərini müəyyənləşdirmək, belə hesabatları almaq və təhlil etmək;

8.9. sığortaçıların və təkrarsığotaçıların maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə, o cümlədən onların qanunvericiliklə müəyyən edilmiş normativlərə əməl etmələrinə nəzarət etmək;

8.10. sığortaçıların və müvafiq sığorta vasitəçilərinin rəhbər işçilərinin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarət etmək;

8.11. sığorta sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün müvafiq beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq təşkilatları ilə işgüzar əlaqələr yaratmaq;

8.12. sığortaçıların və təkrarsığortaçıların əlaqəli şəxsləri ilə münasibətlərində qanunvericiliyin tələblərinə riayət etmələrinə nəzarəti həyata keçirmək;

8.13. sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət etmək; [54]

8.14. sığorta sahəsində fəaliyyət göstərən müstəqil auditorlar, müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı qanunvericiliyin tələblərinə riayət edilməsi üzərində nəzarəti həyata keçirmək;

8.15. sığorta və ya təkrarsığorta müqavilələri portfelinin digər sığortaçıya və ya təkrarsığortaçıya ötürülməsinə razılıq vermək;

8.16. sığortaçıların Azərbaycan Respublikasının hüdudlarından kənarda filiallarının və nümayəndəliklərinin açılmasına razılıq vermək;

8.17. lisenziyası ləğv edilmiş və ya lisenziyasının qüvvəsi dayandırılmış sığorta bazarının peşəkar iştirakçılarının sığorta qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək;

8.18. ləğv edilən sığortaçıların ləğvetmə komissiyalarının fəaliyyətinə nəzarəti həyata keçirmək və bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görmək;

8.19. vətəndaşların, müəssisə, idarə və təşkilatların sığorta məsələlərinə aid olan ərizə, şikayət və təkliflərinin həlli üçün səlahiyyətləri daxilində araşdırmalar aparmaq və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək;

8.20. sığortaçıların, təkrarsığortaçıların, sığorta brokerlərinin, sığorta agentlərinin, eləcə də müvafiq xarici təkrarsığortaçıların və xarici sığorta brokerlərinin, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrini aparmaq;

8.21. qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq və inzibati xəta haqqında iş üzrə qərarın icrasına nəzarət etmək;

8.22. öz fəaliyyəti barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə illik hesabatlar vermək;

8.23. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və bu sahədə müvafiq normativ tənzimləmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

8.24. öz fəaliyyətini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin digər struktur bölmələri, Azərbaycan Respublikasının sığorta bazarının peşəkar iştirakçılarının assosiasiyaları və Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası ilə əlaqələndirmək;

8.25. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin qorunması üçün zəruri tədbirlər görmək;

8.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Xidmətin hüquqları

 

9. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. sığorta bazarının peşəkar iştirakçılarından hesabatlar və sığorta statistikasına dair lazım olan məlumatlar almaq;

9.2. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq dövlət orqanlarından, kommersiya və qeyri-kommersiya təşkilatlarndan, onların vəzifəli şəxslərindən özünün tənzimləmə və nəzarət vəzifələrini həyata keçirmək üçün lazım olan məlumatlar, zəruri hallarda arayış və izahatlar almaq;

9.3. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin səyyar yoxlanılmasını aparmaq, belə yoxlamaların təyin edilməsi, müddəti, istiqamətləri və vaxtının uzadılması barədə qərarlar qəbul etmək;

9.4. araşdırma və yoxlamalar zamanı zəruriyyət yarandıqda hüquq-mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;

9.5. qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sığortaçılara və sığorta brokerlərinə icrası məcburi olan təqdimatlar vermək, onlara verilmiş lisenziyanın qüvvəsinin dayandırılması və ya məhdudlaşdırılması, lisenziyanın qüvvəsinin bərpa edilməsi, məhdudlaşdırılmasının aradan qaldırılması və ləğv edilməsi haqqında qərarların qəbul edilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

9.6. sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın ləğv edilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

9.7. qanunvericilikdə nəzərdə tutulmuş hallarda sığorta ödənişinin sığortaçının bank hesablarından ödənilməsi üçün banklara və ya digər kredit təşkilatlarına icrası məcburi olan sərəncam vermək;

9.8. fəaliyyətlərinin inkişaf etmiş beynəlxalq təcrübəyə uyğunlaşdırılması barədə sığorta bazarının peşəkar iştirakçılarına tövsiyələr vermək;

9.9. lisenziyası ləğv edilmiş sığortaçıların Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulan əsaslarla məcburi qaydada ləğv edilməsi haqqında müvafiq tədbir görmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

9.10. Azərbaycan Respublikasının maliyyə bazarının subyektlərinə nəzarəti həyata keçirən digər dövlət orqanları ilə əməkdaşlıq etmək və lazımi məlumat mübadiləsi həyata keçirmək;

9.11. digər ölkələrin sığorta nəzarəti orqanları ilə və beynəlxalq təşkilatlarla sığorta sektorunda tənzimləmə və nəzarət məsələləri sahəsində əlaqələrdə iştirak etmək;

9.12. öz işçilərinin peşə hazırlığının və ixtisas keyfiyyətlərinin artırılması məqsədilə tədbirlər görmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər bu kimi tədbirlərdə iştirakını təmin etmək;

9.13. sığorta ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək;

9.14. sığorta işinin öyrənilməsi, sığorta ilə bağlı inkişaf etmiş beynəlxalq təcrübənin, o cümlədən beynəlxalq standartların mənimsənilməsi məqsədilə təlim kursları, seminarlar, konfranslar və digər bu kimi tədbirlər təşkil etmək;

9.15. sığorta qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlamaq;

9.16. sığorta ilə bağlı normativ hüquqi aktların layihələrinə rəy bildirmək;

9.17. sığortaçılar tərəfindən fiziki şəxslərə təqdim olunan sığorta növləri üzrə müvafiq sığorta qaydalarını hazırlamaq və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

9.18. Azərbaycan Respublikasında sığorta işinin inkişafı və vəziyyətinə dair maarifləndirmə işləri aparmaq, bu məqsədlə analitik və elmi-kütləvi informasiya və digər təbliğat vasitələrindən istifadə etmək, çap məhsullarının nəşr edilməsini təmin etmək;

9.19. qanunvericiliklə müəyyən olunmuş qaydada xarici və yerli mütəxəssisləri, ekspertləri, məsləhətçiləri, tərcüməçiləri öz fəaliyyətinə cəlb etmək;

9.20. sığorta bazarının konyunkturasını və sığorta ilə bağlı ictimai düşüncəni qiymətləndirmək üçün sığortaçılar və onların assosiasiyaları ilə birlikdə idarə, müəssisə və təşkilatlarda, habelə vətəndaşlar arasında vaxtaşırı sosioloji rəy sorğuları keçirmək;

9.21. müəyyən olunmuş qaydada səlahiyyətinə aid olan məsələlər üzrə xarici ölkələrlə və beynəlxalq təşkilatlarla faydalı əməkdaşlığın perspektiv inkişaf planlarının və dövlətlərarası müqavilə layihələrinin hazırlanmasında iştirak etmək;

9.22. səlahiyyətlərinə aid olan məsələlər üzrə sığorta bazarının iştirakçılarını dəvət etməklə iclaslar və müşavirələr keçirmək;

9.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Xidmətin fəaliyyətinin təşkili

 

10. Xidmətə Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

11. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

12. Xidmətin rəisinin Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

13. Xidmətin rəisi:

13.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

13.3. Xidmət rəisinin müavinləri və struktur bölmə rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

13.4. Xidmətin xərclər smetasına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitin və büdcədənkənar xüsusi vəsaitlərin istifadəsinə sərəncam verir;

13.5. səyyar yoxlamaların aparılması barədə iş planını Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir;

13.6. Xidmətin işçiləri tərəfindən aparılan səyyar yoxlamaları təyin edir və onlara birbaşa nəzarət edir;

13.7. Xidmət tərəfindən aparılmış səyyar yoxlamaların və maliyyə hesabatlarının təhlillərinin nəticələri barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə hesabatlar təqdim edir;

13.8. işçilərin peşə hazırlığının, o cümlədən əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirlər görür; [55]

13.9. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti vəkalətnaməsiz təmsil edir;

13.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əlavə VII

 

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikasının ərazisində dövlət əyar nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Xidmətin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Xidmət Bakı şəhərində yerləşir.

 

II. Xidmətin fəaliyyət istiqamətləri

 

7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. Azərbaycan Respublikasında istehsal edilmiş və xaricdən satış üçün gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əyarlanmasını və damğalanmasını həyata keçirir;

7.2. dövlət əyar damğalarının, ad damğalarının izlərinin, qiymətli metalların, qiymətli daşların, onlardan hazırlanan məhsulların, habelə metal qırıntılarının və tullantılarının qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizasını aparır;

7.3. qanunla müəyyən olunmuş hallarda və qaydada qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda, habelə fərdi sahibkarlarda qiymətli metalların və qiymətli daşların istifadəsi, saxlanılması və uçotu üzərində dövlət nəzarətini həyata keçirir;

7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Xidmətin vəzifələri

 

8. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisinə xaricdən satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əyarlanmasını və damğalanmasını həyata keçirmək;

8.2. Azərbaycan Respublikasının ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət əyar nəzarəti qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahələrində dövlət nəzarəti tədbirlərini həyata keçirmək, qiymətli metalları, qiymətli daşları və onlardan istehsal edilmiş məmulatları işlədən və uçotunu aparan dövlət müəssisələrində qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama aparmaq;

8.2-1. qiymətli metalların və qiymətli daşların, o cümlədən qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət etmək; [56]

8.3. nəzarət tədbirləri həyata keçirilən zaman cinayət əlamətləri olan qanun pozuntuları aşkar olunduqda yoxlama materiallarının hüquq mühafizə orqanlarına göndərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

8.4. qiymətli metalların nadir külçələri və nadir qiymətli daşlar üçün onların nadir kateqoriyaya aid edilməsini təsdiq edən sənədləri tərtib etmək və qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri görmək;

8.5. qanunvericilikdə nəzərdə tutulmuş hallarda qiymətli daşların ekspertizasını
və diaqnostikasını həyata keçirmək;

8.6. qiymətli metal külçələrinin və qiymətli daşların nadir kateqoriyaya aid edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ekspertizaların həyata keçirilməsi və bu barədə ekspert komissiyası tərəfindən qərarların qəbul edilməsi üçün tədbirlər görmək;

8.7. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə sənədlərin verilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəy vermək;

8.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və miqdarda dövlət rüsumu tutulmasını təmin etmək;

8.9. qanunvericiliyə uyğun olaraq qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırmasını həyata keçirmək;

8.10. Azərbaycan Respublikasında istehsal edilmiş, habelə ölkə ərazisinə xaricdən satış məqsədilə gətirilmiş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatları ilə ticarətin onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət əyar damğaları olduqda aparılmasına nəzarət etmək;

8.11. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məmulatların pərakəndə ticarət qaydaları barədə təkliflər vermək;

8.12. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək, onların müvafiq təcrübəsini öyrənmək;

8.13. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Xidmətdə qiymətli metalların və onlardan hazırlanmış məmulatların əyarlanması, analizi və damğalanması üzrə yeni texnologiyaların tətbiq edilməsini həyata keçirmək;

8.14. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

8.15. Xidmətə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.16. Xidmətin işçilərinin əlavə təhsilinin və xüsusi hazırlığının təşkil edilməsini həyata keçirmək; [57]

8.17. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.18. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Xidmətin hüquqları

 

9. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərdən müəyyən edilmiş müddətlərdə affinaj nəticəsində əldə olunmuş qiymətli metalların miqdarı (o cümlədən pul ifadəsində) və bağlanmış müqavilələr üzrə qarşılıqlı hesablaşmaların vəziyyəti, qiymətli metalların metallurji balansı, bağlanmış müqavilələrin sayı və hazır məhsulun planlaşdırılan tədarük həcmi haqqında məlumat almaq;

9.2. qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının idxal və ixrac qaydaları barədə təkliflər vermək;

9.3. Xidmətə həvalə olunmuş vəzifələri yerinə yetirmək məqsədilə qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərə xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada maneəsiz daxil olmaq; [58]

9.4. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərin bu məqsədlə istifadə etdikləri əraziyə, istehsal, anbar, ticarət və digər bu qəbildən olan binalarına, iş yerlərinə, nəqliyyat vasitələrinə, daimi və müvəqqəti saxlanc yerlərinə, bu sərvətlərin özlərinə qanunla müəyyən edilmiş hallarda və qaydada baxış keçirmək, qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların alınması, istifadəsi, dövriyyəsi, uçotu və saxlanması, qırıntıların və tullantıların yığılması qaydalarının pozulması aşkar olunduğu hallarda həmin binaları, iş yerlərini, nəqliyyat vasitələrini, daimi və müvəqqəti saxlanc yerlərini qanunla müəyyən edilmiş hallarda və qaydada möhürləmək;

9.5. qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən hüquqi şəxslərə və fərdi sahibkarlara qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada sorğu vermək və cavab almaq, müvafiq sənədləri, yazılı və şifahi izahatları və arayışları tələb etmək;

9.6. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərdə və fərdi sahibkarlarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama keçirmək;

9.7. qanunla müəyyən edilmiş hallarda və qaydada qiymətli metalların və qiymətli daşların alınması, sərf olunması, uçotu və saxlanması, onların qırıntıları və tullantılırı barədə məlumatlar əks olunan mühasibat sənədlərini, normativ texniki və digər sənədləri yoxlamaq, qanunla müəyyən edilmiş hallarda və qaydada onları möhürləmək;

9.8. qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən sahibkarlıq subyektlərində, dövlət nəzarəti orqanlarına məxsus və ya digər laboratoriyalarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama və analiz aparmaq üçün qiymətli metallar və qiymətli daşlardan sınaqlar, onlardan hazırlanan məhsullardan, habelə qırıntılardan və tullantılardan nümunələr götürmək;

9.9. qanunvericiliyə müvafiq olaraq nəzarət həyata keçirilən sahibkarlıq subyektlərinin səlahiyyətli vəzifəli şəxslərinə aşkar olunmuş nöqsanların aradan qaldırılması, qiymətli metalların və qiymətli daşların səmərəsiz istifadəsinə səbəb olan və (və ya) onların mühafizəsini mümkünsüz edən şəraitin yarandığı hallarda icrası məcburi olan yazılı sərəncamlar göndərmək;

9.10. öz səlahiyyətləri daxilində hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi həyata keçirilərkən uçot və hesabat formalarını, habelə göstərilən sənədlərin təqdim olunma qaydalarını hazırlamaq və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

9.11. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda inzibati xətalara dair işlərə baxmaq, inzibati tənbeh tədbiri tətbiq etmək;

9.12. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda nəzarət tədbirlərinin həyata keçirilməsi nəticəsində qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) və satışı ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışa çıxarılmaması üçün səlahiyyətləri daxilində tədbirlər görmək;

9.13. qiymətli metalların əyarlanması, damğalanması, ekspertizası, diaqnostikası və analizinin aparılması haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada sorğu-məlumat xidməti göstərmək;

9.14. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.15. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.16. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək, onlarla müqavilələr bağlamaq;

9.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. Xidmətin fəaliyyətinin təşkili

 

10. Xidmətə Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

11. Rəis Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

12. Xidmətin rəisinin Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

13. Xidmətin rəisi:

13.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və regional orqanlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

13.3. Xidmətin rəis müavinləri, aparatın struktur bölmə rəhbərləri və regional orqanlarının rəhbərləri və müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

13.4. Xidmətin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

13.5. işçilərin peşə hazırlığının, o cümlədən əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirlər görür;

13.6. tabeliyində olan qurumlara səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər və göstərişlər verir;

13.7. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti vəkalətnaməsiz təmsil edir;

13.8. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mütəmadi olaraq hesabat verir;

13.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 iyul 2009-cu il tarixli 130 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2009-cu il, № 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 533)

2.       28 oktyabr 2009-cu il tarixli 167 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 780)

3.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289)

4.       8 fevral 2010-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 fevral 2010-cu il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 77)

5.       10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

6.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

7.       2 fevral 2015-ci il tarixli 446 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 3 fevral 2015-ci il, № 025, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 108)

8.       16 sentyabr 2015-ci il tarixli 601 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 988)

9.       9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479)

10.    8 may 2017-ci il tarixli 1367 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 may 2017-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 771)

11.    16 iyun 2017-ci il tarixli 1465 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1081)

12.    19 yanvar 2018-ci il tarixli 1791 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 yanvar 2018-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 47)

13.    29 mart 2018-ci il tarixli 1900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 mart 2018-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 450)

14.    7 may 2018-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 may 2018-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 912)

15.    10 dekabr 2018-ci il tarixli 399 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 dekabr 2018-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2556)

16.    20 dekabr 2018-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2572)

17.    1 mart 2019-cu il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 409)

18.    6 may 2019-cu il tarixli 682 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 may 2019-cu il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 834)

19.    16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587)

20.    22 sentyabr 2021-ci il tarixli 1448 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 988)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Preambuladan “sığorta fəaliyyəti,” sözləri çıxarılmışdır.

 

[2] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə 1-ci hissədən “və Dövlət Sığorta Nəzarəti Xidməti” sözləri çıxarılmışdır.

 

[3] 16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə 7-ci hissə ləğv edilmişdir.

 

[4] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə 9-cu hissə ləğv edilmişdir.

 

[5] 16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturu”nun 3-cü hissəsində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə I - “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Strukturu”nun 5-ci hissəsi ləğv edilmişdir.

 

[7] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci hissədən “sığorta fəaliyyəti,” sözləri çıxarılmışdır.

16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci hissəsinə, 7.6-cı, 7.11-ci, 8.2-ci, 8.53-cü, 8.67-ci və 18.5-ci bəndlərinə “borcunun” sözündən sonra “və maliyyə öhdəliklərinin” sözləri əlavə edilmişdir.

 

[8] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.4-cü bənd ləğv edilmişdir.

 

[9] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.10-cu bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

7.10. ölkədə maliyyə bazarının inkişafı, iqtisadiyyata xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir;

 

[10] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.11-ci bənddən “sığorta fəaliyyətinə nəzarət,” sözləri çıxarılmışdır.

 

[11] 8 fevral 2010-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 fevral 2010-cu il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 77) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.13-cü bənddə “dövlət büdcəsindən” sözləri “dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən” sözləri ilə əvəz edilmişdir.

 

[12] 29 mart 2018-ci il tarixli 1900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 mart 2018-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 450) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü yarımbəndində “qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində” sözləri “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri ilə əvəz edilmişdir.

 

[13] 19 yanvar 2018-ci il tarixli 1791 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 yanvar 2018-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 47) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.15-ci yarımbəndinə “üzrə” sözündən sonra “hesabat ili ərzində” sözləri və “yönəldilərək,” sözündən sonra “il ərzində” sözləri əlavə edilmişdir.

 

[14] 28 oktyabr 2009-cu il tarixli 167 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 780) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.18-ci bəndində “vergi hesab-fakturalarının və qanunvericilikdə müəyyən edilmiş hallarda digər” sözləri “qanunvericilikdə müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilmişdir.

 

[15] 16 sentyabr 2015-ci il tarixli 601 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 988) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.19-1-ci bənd əlavə edilmişdir.

20 dekabr 2018-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2572) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.19-cu və 8.19-1-ci bəndləri ləğv edilmişdir.

 

[16] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.28-ci bənddən “sığorta fəaliyyətinə nəzarəti təşkil etmək,” sözləri çıxarılmışdır.

 

[17] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.29-cu bənd ləğv edilmişdir.

 

[18] 20 iyul 2009-cu il tarixli 130 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2009-cu il, № 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 533) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə 8.29-1-ci bənd əlavə edilşdir.

 

[19] 16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.30. qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata keçirilməsini, dövlət borcunun idarə edilməsini və dövlət zəmanətlərinin verilməsini təmin etmək, habelə dövlət borclarının ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək;

 

[20] 8 may 2017-ci il tarixli 1367 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 may 2017-ci il, № 99) ilə Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.31-ci bəndində “borclarının” sözündən sonra “, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının” sözləri əlavə edilmişdir.

 

6 may 2019-cu il tarixli 682 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 may 2019-cu il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 834) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.31-ci bəndinə “dövlətin daxili və xarici borclarının” sözlərindən sonra “, il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin” sözləri əlavə edilmişdir.

 

[21] 8 may 2017-ci il tarixli 1367 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 may 2017-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 771) ilə Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.31-1-ci bənd əlavə edilmişdir.

 

[22] 16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.31-2-ci və 8.31-3-cü bəndlər əlavə edilmişdir.

 

[23] 10 dekabr 2018-ci il tarixli 399 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 dekabr 2018-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2556) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.33-cü bəndində “vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarə etməyə” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə” sözləri ilə əvəz edilmişdir.

16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.33-cü bəndinə “aparılmasını,” sözündən sonra “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitinin və” sözləri əlavə edilmişdir, habelə həmin bənddə “Nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” sözləri “Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[24] 16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.34-1-ci bənd əlavə edilmişdir.

 

[25] 1 mart 2019-cu il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 409) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.48-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

8.48. təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün qanunvericiliyin tələblərinə müvafiq olaraq mühasibat uçotunu tənzimləyən Milli Mühasibat Uçotu Standartlarını, onların tətbiqi üzrə Şərhlər və Tövsiyələri, habelə Qaydaları işləyib hazırlamaq;

 

[26] 1 mart 2019-cu il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 409) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.48-1-ci və 8.48-2-ci bəndlər əlavə edilmişdir.

 

[27] 1 mart 2019-cu il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 409) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.49-cu bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.49. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı təsərrüfat subyektlərinə metodiki köməklik göstərmək və qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirləri həyata keçirmək;

 

[28] 1 mart 2019-cu il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 409) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.49-1-ci bənd əlavə edilmişdir.

 

[29] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.51-ci bəndində "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilmişdir.

 

[30] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.53-cü bənddən “sığorta fəaliyyətinə nəzarət,” sözləri çıxarılmışdır.

 

[31] 22 sentyabr 2021-ci il tarixli 1448 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 sentyabr 2021-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 988) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.55-ci bəndinə “banklarda” sözündən sonra “(Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən banklar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[32] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.58-ci bəndində “yenidən hazırlanması və ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[33] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.62-ci bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilmişdir.

 

[34] 16 iyun 2017-ci il tarixli 1465 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1081) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.64-cü bəndində “məqsədli büdcə vəsaitinin” sözləri “büdcə vəsaitlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[35] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.67-ci bənddən “və dövlət sığorta nəzarəti” sözləri çıxarılmışdır.

 

[36] 8 fevral 2010-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 fevral 2010-cu il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 77) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci bənddə “təşkilati” sözü “inzibati” sözü ilə əvəz edilmişdir.

 

[37] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.8-ci və 9.9-cu bəndlər ləğv edilmişdir.

 

[38] 1 mart 2019-cu il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 409) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.19-cu bəndindən “və büdcədənkənar dövlət fondları”, “və tövsiyə xarakteri daşıyan sənədlərin” və “və tətbiq” sözləri çıxarılmışdır.

 

[39] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 9.30-cu bənddən «, İnternet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılmışdır.

 

[40] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 10-cu hissədən “Dövlət Sığorta Nəzarəti Xidməti,” sözləri çıxarılmışdır.

16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 10-cu hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

10. Nazirliyin aparatı və Nazirliyin strukturuna daxil olan Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti, Nazirliyin yerli bölmələri və tabeliyində olan digər qurumlar Nazirliyin vahid sistemini təşkil edir.

 

[41] 16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 11-ci və 26-cı hissələri ləğv edilmişdir.

 

[42] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 18.2-ci bənddən “Dövlət Sığorta Nəzarəti Xidmətinin,” sözləri çıxarılmışdır.

16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 18.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

18.2. əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olan Dövlət Xəzinədarlığı Agentliyinin, Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin, Nazirliyin yerli bölmələrinin və tabeliyində olan digər qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

 

[43] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 18.3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

18.3. Nazirliyin aparatının struktur bölmələrinin, onun yerli bölmələrinin və tabeliyində olan qurumların (hüquqi şəxslərin, təşkilatın və s.) əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

 

[44] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 18.5-ci bənddən “sığorta fəaliyyəti,” sözləri çıxarılmışdır.

 

[45] 16 oktyabr 2019-cu il tarixli 842 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 oktyabr 2019-cu il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 10, maddə 1587) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 18.7-ci bəndinə “tabeliyində olan digər qurumların” sözlərindən sonra “(Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[46] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 25-ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır.

 

[47] 9 sentyabr 2016-cı il tarixli 1042 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1479) ilə Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 27-ci hissənin birinci cümləsindən “, sığorta tənzimlənməsi və nəzarəti metodikasının” sözləri çıxarılmışdır.

 

1 mart 2019-cu il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 409) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 27-ci bəndində “hesabatının” sözü “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.

 

[48] 8 fevral 2010-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 fevral 2010-cu il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 77) ilə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə”nin 10.7-ci bəndində “təşkilati” sözü “inzibati” sözü ilə əvəz edilmişdir.

 

[49] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndində “ixtisasının artırılması və onların peşə hazırlığının” sözləri “peşə hazırlığının, o cümlədən əlavə təhsilinin” sözləri ilə əvəz edilmişdir.

 

[50] 10 dekabr 2018-ci il tarixli 399 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 dekabr 2018-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2556) ilə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”nin 1-ci hissəsində, 7.2-ci və 8.13-cü bəndlərində “vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığı)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığını” sözləri ilə, 8.14-cü bəndində isə “dövlət büdcəsinin vahid xəzinə hesabında olan vəsait qalığının (sərbəst qalığın)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilmişdir.

 

[51] 8 may 2017-ci il tarixli 1367 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 may 2017-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 771) ilə Əlavə IV – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.22-1-ci və 8.22-2-ci bəndlər əlavə edilmişdir.

 

[52] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndində “ixtisasının artırılması və onların peşə hazırlığının” sözləri “peşə hazırlığının, o cümlədən əlavə təhsilinin” sözləri ilə əvəz  edilmişdir.

 

[53] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 13.6-cı bəndində “ixtisasının artırılması və onların peşə hazırlığının” sözləri “peşə hazırlığının, o cümlədən əlavə təhsilinin” sözləri ilə əvəz edilmişdir.

 

[54] 20 iyul 2009-cu il tarixli 130 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2009-cu il, № 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 533) ilə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 8.13-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.13. sığorta sahəsində çirkli pulların yuyulmasının və ya terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək;

 

[55] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 13.8-ci bəndində “ixtisasının artırılması və onların peşə hazırlığının” sözləri “peşə hazırlığının, o cümlədən əlavə təhsilinin” sözləri ilə əvəz edilmişdir.

 

[56] 20 iyul 2009-cu il tarixli 130 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2009-cu il, № 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 533) ilə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə”yə 8.2-1-cı bənd əlavə edilmişdir.

 

7 may 2018-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 may 2018-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 912) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə”nin 8.2-1-ci bəndinə “məşğul olan” sözlərindən sonra “fiziki və ya” sözləri əlavə edilmişdir.

 

[57] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə”nin 8.16-cı bəndində “ixtisasının artırılmasını” sözləri “əlavə təhsilinin” sözləri ilə, 13.5-ci bəndində “ixtisasının artırılması və onların peşə hazırlığının” sözləri “peşə hazırlığının, o cümlədən əlavə təhsilinin” sözləri ilə əvəz edilmişdir.

 

[58] 2 fevral 2015-ci il tarixli 446 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 3 fevral 2015-ci il, № 025, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 108) ilə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.3-cü yarımbəndində “və əməkdaşı olduğu orqanın müvafiq sərəncamını” sözləri “, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status