×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
13.02.2009
QEYDİYYAT NÖMRƏSİ
52
ADI
“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-02-2009, Nəşr nömrəsi: 35), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2009, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 65)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.02.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
240.000.000
300.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə

“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının 2.1-ci bəndinin icrası məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti aşağıdakı icra hakimiyyəti orqanları həyata keçirirlər:

1.1. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının Cədvəl 1-in 1-9-cu bəndlərinə münasibətdə - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

1.2. həmin Cədvəlin 10-16-cı bəndlərinə münasibətdə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

1.3. gecə vaxtı saat 23-dən səhər saat 6-dək həmin Cədvəlin 1-16-cı bəndlərinə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.

2. Bu Fərmanın 1.1-1.3-cü bəndlərinə müvafiq olaraq binalarda (mənzillərdə), idarə, müəssisə və obyektlərin daxilində hüquqi və ya fiziki şəxsin müraciəti əsasında yalnız müraciət edənin binasında (mənzilində), idarə, müəssisə və obyektinin daxilində qanunvericiliyin tələbləri nəzərə alınmaqla vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsi müəyyən edilir.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 fevral 2009-cu il

                     № 52

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status