×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.12.2008
QEYDİYYAT NÖMRƏSİ
728-IIIQD
ADI
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 18-02-2009, Nəşr nömrəsi: 38), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2009, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 36)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.02.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
420.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“TORPAQ İSLAHATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ MƏCƏLLƏSİNƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 203; 2001-ci il, №1, maddə 26, №3, maddə 149, №6, maddə 375; 2002-ci il, №5, maddələr 237, 241; 2003-cü il, №1, maddə 14; 2004-cü il, №2, maddə 59, №4, maddə 212; 2006-cı il, №6, maddə 478; 2007-ci il, №1, maddə 3; 2008-ci il, №3, maddə 154) 6-cı maddəsinin 6-cı bəndində “80- 130” sözləri “20- 50” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 478; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddələr 237, 241; 2003-cü il, №1, maddə 11, №6, maddə 256, №8, maddə 423; 2004-cü il, №2, maddə 59, №6, maddə 415, №10, maddə 761; 2006-cı il, №2, maddə 67, №6, maddə 478, №8, maddə 657, №11, maddə 932; 2007-ci il, №1, maddə 3, №8, maddə 745; 2008-ci il, №5, maddə 348, №6, maddə 460, №8, maddə 707) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

2.1. 46-cı maddəsinin 1-ci bəndinin yeddinci abzasında, 2-1-ci bəndinin birinci cümləsində və 110-cu maddəsinin onuncu abzasında “80- 130” rəqəmləri “20- 50” rəqəmləri ilə əvəz edilsin;

2.2. 46-cı maddəsinin 2-1-ci bəndinin birinci cümləsindən “dövlət məqsədləri üçün” sözləri çıxarılsın, ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.”;

2.3. 110-cu maddəsinin onuncu abzasında “torpaq sahələrinin” sözlərindən sonra “qanunsuz” sözü əlavə edilsin, “bağlanılması və” sözləri “bağlanılması və ya” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, №8, maddə 757, №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, №2, maddə 47, №3, maddələr 146, 152, 159, №4, maddə 249, №5, maddə 340, №6, maddələr 454, 460, 461, 464, №7, maddələr 601, 602, 605) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 88-2-ci maddəsinin adında “80- 130” sözləri “20- 50” sözləri ilə “torpaq sahələrinin bağlanılması və” sözləri “torpaq sahələrinin qanunsuz bağlanılması və ya” sözləri ilə əvəz edilsin;

3.2. 88-2.1-ci maddəsində “80- 130” sözləri “20- 50” sözləri ilə “bağlanılması və” sözləri “bağlanılması və ya” sözləri ilə əvəz edilsin, “torpaq sahələrinin” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan” sözləri əlavə edilsin.

4. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 dekabr 2008-ci il.

№ 728-IIIQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status