420.000.000
180.000.000
250.000.000
280.000.000
010.000.000
410.000.000
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1983-cü il, № 7, maddə 69) qüvvədən düşmüş hesab edilsin.
II. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 2, maddə 88) 4-cü maddəsində "qapalı inzibati ərazi bölgələrində" sözləri "qapalı ərazilərdə" sözləri ilə əvəz edilsin.
III. "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 169) aşağıdakı dəyişikliklər edilsin:
1. 7-ci maddədən "inzibati" sözü çıxarılsın.
2. 12-ci maddənin birinci hissəsində "inzibati ərazi" sözləri "ərazi quruluşu" sözləri ilə əvəz edilsin.
IV. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 3, maddə 203) 7-ci maddəsinin 1-ci bəndinin birinci abzasında "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə əvəz edilsin.
V. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 415) 1-ci maddəsinin 3-cü bəndindən "inzibati" sözü çıxarılsın.
VI. "Rabitə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 463; 1999-cu il, № 5, maddə 285; 2000-ci il, № 7, maddə 490) 11-ci maddəsinin birinci hissəsində "inzibati ərazi bölgəsinə" sözləri "ərazi vahidinə" sözləri ilə əvəz edilsin.
[1]
VII. Azərbaycan Respublikasının Su Məcəlləsinə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 135; 1999-cu il, № 7, maddə 476) aşağıdakı dəyişikliklər edilsin:
1. 16-cı maddənin dördüncü abzasında "inzibati ərazi" sözləri "ərazi quruluşu" sözləri ilə əvəz edilsin.
2. 92-ci maddənin üçüncü hissəsində "İnzibati rayonların" sözləri "Ərazi vahidlərinin" sözləri ilə əvəz edilsin.
VIII. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 478) aşağıdakı dəyişikliklər edilsin:
1. 18-ci maddənin üçüncü bəndi aşağıdakı redaksiyada verilsin:
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir.".
2. 98-ci maddənin 5-ci bəndində "inzibati rayon (şəhər)" sözləri "inzibati ərazi vahidi" sözləri ilə əvəz edilsin.
IX. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 12, maddə 689) 1-ci maddəsinin ikinci hissəsində "inzibati ərazi vahidinin (inzibati ərazi vahidlərinin və ya vahidinin bir hissəsinin)" sözləri "ərazi vahidinin" sözləri ilə əvəz edilsin.
X. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 1, maddə 14) 9-cu bəndinin "b" yarımbəndində "qapalı inzibati ərazi bölgələrində" sözləri "qapalı ərazilərdə (qanunvericiliklə müəyyən edilmiş şəxslər istisna olmaqla)" sözləri ilə əvəz edilsin.
XI. Azərbaycan Respublikası Milli Məclisinin 2000-ci il 28 aprel tarixli, 870-IQR nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyası haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər edilsin:
1. Preambula hissəsində "inzibati-ərazi bölgüsündə inzibati-ərazi vahidlərində və yaşayış məntəqələrində" sözləri "ərazi vahidlərində" sözləri ilə əvəz edilsin və həmin hissədən "dəqiqləşdirilməsi və" sözləri çıxarılsın.
2. 5-ci bəndin ikinci və üçüncü abzasları aşağıdakı redaksiyada verilsin:
"- ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi barədə təkliflərə dair rəy hazırlamaq;
- ərazi vahidlərinə ad verilərkən, onların adları dəyişdirilərkən təklif olunan adın müvafiq ərazi vahidinin tarixi xüsusiyyətlərinə və coğrafi relyefinə uyğun olmasını təmin etmək".
XII. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 8, maddə 584) aşağıdakı məzmunda yeni 342-1 maddə əlavə edilsin:
"Maddə 342-1. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericiliyin pozulması
Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə görə -
fiziki şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz beş mislindən əlli beş mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən yüz otuz mislinədək miqdarda cərimə edilir.".
XIII. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 8, maddə 586) aşağıdakı dəyişikliklər edilsin:
1. 13.2-ci maddədə "yerin inzibati ərazi" sözləri "inzibati ərazi vahidi" sözləri ilə əvəz edilsin.
2. 55-6-cı maddədə "inzibati ərazi" sözləri "inzibati ərazi vahidində" sözləri ilə əvəz edilsin.
3. 56.1-ci maddədə "inzibati ərazi" sözləri "inzibati ərazi vahidi" sözləri ilə əvəz edilsin.
XIV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2002-ci il
№ 306-IIQD
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 932) ilə VI hissə ləğv edilmişdir.