“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti yaradılsın.
[2]
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı bir ay müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
3.1. qüvvədə olan qanunvericilik aktlarının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. həmin Qanunun 8.1-ci və 8.3-cü maddələrinə uyğun olaraq maliyyə monitorinqi orqanına təqdim edilən məlumatların tərtib olunma formasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.5. öz səlahiyyətləri daxilində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Müəyyən edilsin ki:
4.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 6.1.1-ci, 6.1.1-2-ci, 6.7-ci, 17.1-ci maddələrində, 17.3-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 17.7-ci, 17-1.1.1-ci və 17-1.1.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[3]
4.2. həmin Qanunun 1.0.17-ci, 7.3-cü, 8.3-cü və 19-1.10-cu maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[4]
4.3. həmin Qanunun 1.0.5-ci və 17.1-ci maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti nəzərdə tutulur;
[5]
4.3-1. həmin Qanunun 6.1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;
[6]
4.3-2. həmin Qanunun 6.1.1-2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
[7]
4.4. həmin Qanunun 6.1.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
4.5. həmin Qanunun 6.1.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;
[8]
4.6. həmin Qanunun 6.1.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirirlər;
[9]
4.7. həmin Qanunun 6.1.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
[10]
4.7-1. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir;
[11]
4.7-2. həmin Qanunun 7.3-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
4.7-3. həmin Qanunun 7.3-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin ölkədaxili siyahısına münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin beynəlxalq siyahısına münasibətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
[12]
4.7-4. həmin Qanunun 6.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi nəzərdə tutulur;
[13]
4.8. həmin Qanunun 8.1-ci və 8.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;
4.9. həmin Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş “maliyyə monitorinqi orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirir;
[14]
4.10. həmin Qanunun 7.3-1-ci maddəsinin birinci cümləsində (birinci halda), 17.5-ci maddəsinin birinci cümləsində, 18.1-ci, 19-1.2-ci, 19-1.3-cü, 19-1.4-cü və 19-1.9-cu maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;
[15]
4.11. həmin Qanunun 17.3-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;
[16]
4.12. həmin Qanunun 17.3-1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
[17]
4.13. həmin Qanunun 17.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti həyata keçirirlər.
[18]
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2009-cu il
№ 66
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
2.
17 mart 2010-cu il tarixli 241 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 mart 2010-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 192)
3.
13 avqust 2010-cu il tarixli 320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 725)
4.
24 iyul 2014-cü il tarixli 231 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 iyul 2014-cü il, № 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 813)
5.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
6.
31 oktyabr 2014-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 noyabr 2014-cü il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1195)
7.
11 fevral 2015-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2015-ci il, № 033, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 123)
8.
9 mart 2016-cı il tarixli 822 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 mart 2016-cı il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 443)
9.
9 sentyabr 2016-cı il tarixli 1043 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1480)
10.
7 may 2018-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 may 2018-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 913)
11.
18 iyul 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2018-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1500)
12.
17 oktyabr 2018-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 oktyabr 2018-ci il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2005)
13.
30 noyabr 2018-ci il tarixli 378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 dekabr 2018-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2291)
14.
30 dekabr 2021-cü il tarixli 1566 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1431)
15.
31 may 2022-ci il tarixli 1699 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 467)
16.
4 avqust 2022-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 867)
17.
31 yanvar 2023-cü il tarixli 2006 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 31 yanvar 2023-cü il, “ Xalq ” qəzeti 1 fevral 2023-cü il, № 22)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
31 yanvar 2023-cü il tarixli 2006 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 31 yanvar 2023-cü il, “ Xalq ” qəzeti 1 fevral 2023-cü il, № 22) ilə ləğv edilmişdir.
[2]
9 mart 2016-cı il tarixli 822 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 mart 2016-cı il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 443) ilə 1-ci hissə, 4.5 və 4.9-cu bəndlər ləğv edilmişdir.
[3]
9 mart 2016-cı il tarixli 822 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 mart 2016-cı il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 443) ilə 4.1-ci bənddə “17.1-ci” sözlərindən əvvəl “1.0.5-ci,” sözləri əlavə edilmişdir.
18 iyul 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2018-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1500) ilə 4.1-ci bənddə “17.1-ci və 17.7-ci” sözləri “6.1.1-ci, 17.1-ci maddələrində, 17.3-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 17.7-ci, 17-1.1.1-ci və 17-1.1.2-ci” sözləri ilə əvəz edilmişdir.
30 noyabr 2018-ci il tarixli 378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 dekabr 2018-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2291) ilə 4.1-ci bəndə “6.1.1-ci” sözlərindən sonra “, 6.7-ci” sözləri əlavə edilmişdir.
30 dekabr 2021-cü il tarixli 1566 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1431) ilə 4.1-ci bəndə “6.1.1-ci,” sözlərindən sonra “6.1.1-2-ci,” sözləri əlavə edilmişdir.
[4]
17 mart 2010-cu il tarixli 241 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 mart 2010-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 192) ilə 4.2-ci bəndində "8.3-cü maddəsində" sözləri "7.2.5-ci, 7.3-cü və 8.3-cü maddələrində" sözləri ilə əvəz edilmişdir.
9 sentyabr 2016-cı il tarixli 1043 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1480) ilə 4.2-ci bənddə “7.2.5-ci, 7.3-cü və 8.3-cü” sözləri “1.0.17-ci, 7.3-cü, 8.3-cü və 19-1.10-cu” sözləri ilə əvəz edilmişdir.
[5]
9 mart 2016-cı il tarixli 822 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 mart 2016-cı il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 443) ilə 4.3-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.3. həmin Qanunun 6.1.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir;
18 iyul 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2018-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1500) ilə 4.3-cü bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4.3. həmin Qanunun 1.0.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum”, 17.1-ci maddəsində isə “maliyyə monitorinqi orqanının səlahiyyətlərini həyata keçirən qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.
[6]
18 iyul 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2018-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1500) ilə 4.3-1-ci bənd əlavə edilmişdir.
[7]
30 dekabr 2021-cü il tarixli 1566 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1431) ilə yeni məzmunda 4.3-2-ci bənd əlavə edilmişdir.
[8]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 4.5-ci bənddə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
[9]
24 iyul 2014-cü il tarixli 231 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 iyul 2014-cü il, № 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 813) ilə 4.6-cı bəndinə “qeyri-hökumət təşkilatlarına” sözlərindən sonra “və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə” sözləri əlavə edilmişdir.
[10]
13 avqust 2010-cu il tarixli 320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 725) ilə 4.7-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
həmin Qanunun 6.1.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
7 may 2018-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 may 2018-ci il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 913) ilə 4.7-ci bənddə “hüquqi xidmət” sözləri “hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri” sözləri ilə əvəz edilmişdir.
4 avqust 2022-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 867) ilə 4.7-ci və 4.13-cü bəndlərdə “Vergilər” sözü “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilmişdir.
[11]
31 oktyabr 2014-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 noyabr 2014-cü il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 1195) ilə yeni məzmunda 4.7-1-ci bənd əlavə edilmişdir.
11 fevral 2015-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2015-ci il, № 033, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 123) ilə 4.7-1-ci bəndində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir” sözləri “qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir” sözləri ilə əvəz edilmişdir.
[12]
9 sentyabr 2016-cı il tarixli 1043 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1480) ilə yeni məzmunda 4.7-2-ci və 4.7-3-cü bəndlər əlavə edilmişdir.
[13]
30 noyabr 2018-ci il tarixli 378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 dekabr 2018-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2291) ilə yeni məzmunda 4.7-4-cü bənd əlavə edilmişdir.
[14]
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə 1-ci, 2-ci və 4.9-cu bəndlərində "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilmişdir.
[15]
9 sentyabr 2016-cı il tarixli 1043 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 sentyabr 2016-cı il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1480) ilə 4.10-cu bənddə “17.5-ci və 18.1-ci” sözləri “7.3-1-ci maddəsinin birinci cümləsində (birinci halda), 17.5-ci, 18.1-ci, 19-1.2-ci, 19-1.3-cü, 19-1.4-cü və 19-1.9-cu” sözləri ilə, “Milli Təhlükəsizlik Nazirliyi” sözləri isə “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.
17 oktyabr 2018-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 oktyabr 2018-ci il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2005) ilə 4.10-cu bənddə “17.5-ci” sözləri “17.5-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir.
[16]
31 may 2022-ci il tarixli 1699 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 467) ilə 4.11-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
4 avqust 2022-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 867) ilə 4.11-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[17]
18 iyul 2018-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 iyul 2018-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1500) ilə 4.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 4.11-ci və 4.12-ci bəndlər əlavə edilmişdir.
[18]
17 oktyabr 2018-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 oktyabr 2018-ci il, № 234, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2005) ilə 4.12-ci bəndin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 4.13-cü bənd əlavə edilmişdir.