×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
19.04.2002
QEYDİYYAT NÖMRƏSİ
308-IIQD
ADI
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2002, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 238)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 472; 2001-ci il, № 3, maddə 148) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 28-ci maddənin 1-ci hissəsinin 1.7-ci bəndində "təbiət ərazilərinin" sözlərindən sonra "və obyektlərinin" sözləri, 1.10-cu bəndində "keçirilməsinə" sözündən sonra "dövlət kadastrının aparılmasına" sözləri əlavə edilsin;

2. 51-ci maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

"5. Dövlət təbiət qoruqları sahəsində idarəetməni həyata keçirən orqanlar təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinin və sxemlərinin dövlət ekoloji ekspertizasında iştirak edirlər.";

3. 51-ci maddənin 5-ci hissəsi 6-cı hissə hesab edilsin;

4. 62-ci maddədə:

maddənin adına "əraziləri" sözündən sonra "və obyektləri" sözləri əlavə edilsin;

1-ci hissədə "estetik əhəmiyyət" sözləri "estetik və sağlamlaşdırma əhəmiyyəti" sözləri ilə, "obyektlərdən" sözü "obyektlərindən" sözü ilə, "və su məkanı (akvatoriya) sahələridir" sözləri "su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır" sözləri ilə əvəz edilsin;

4-cü hissədə "əraziləri" sözündən sonra "və obyektləri" sözləri əlavə edilsin, "regionlararası, dövlət" sözləri "respublika, bölgə" sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2002-ci il
             № 308-IIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status