240.000.000
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
[1]
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli, 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyən edilsin.
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
[2]
Kollegiyanın sədri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavinləri;
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının rəhbəri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru;
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 12 avqust 2002-ci il
№ 129
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 fevral 2006-cı il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 195)
2.
10 iyul 2014-cü il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 913)
3.
10 aprel 2017-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 623)
4.
6 noyabr 2018-ci il tarixli 473 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2018-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2424)
5.
15 avqust 2020-ci il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 avqust 2020-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1113)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15 avqust 2020-ci il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 avqust 2020-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1113) ilə ləğv edilmişdir.
[2]
14 fevral 2006-cı il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 195) ilə
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli qərarının 2-ci bəndinin “Kollegiya üzvləri” hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
10 iyul 2014-cü il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 913) ilə 2-ci hissənin “Kollegiyanın üzvləri” bölməsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
10 aprel 2017-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 623) ilə 2-ci hissənin “Kollegiyanın üzvləri” bölməsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Kollegiyanın üzvləri:
Əliyev Firdovsi Şahmirzə oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Quliyev Novruz Məhəmməd oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Hacıyev Rauf Vahid oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Yaqubov Hafiz Siyavuş oğlu – Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri
Cəlilov Rövşən Adil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının rəhbəri
Hüseynov Xalıqverdi Cəmil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru
Cavadov Vaqif Məhəmməd oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru
İsmayılov Şakir Abli oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru
Aslanov Azər Hidayət oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi
Səttar-zadə Rasim İsrafil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin rəisi
6 noyabr 2018-ci il tarixli 473 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 noyabr 2018-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2424) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri:
Bağırov Hüseynqulu Seyid oğlu – ekologiya və təbii sərvətlər naziri
Kollegiyanın üzvləri:
Əliyev Firdovsi Şahmirzə oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Quliyev Novruz Məhəmməd oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Hacıyev Rauf Vahid oğlu – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Yaqubov Hafiz Siyavuş oğlu – Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri
Cəlilov Rövşən Adil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının rəhbəri
Səttar-zadə Rasim İsrafil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri
Hüseynov Xalıqverdi Cəmil oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru
Ramazanov Xəlil Ramazan oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru
Aslanov Azər Hidayət oğlu – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi
Əşrəfov Ramik Yunis oğlu – “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri.