×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.02.2009
QEYDİYYAT NÖMRƏSİ
34
ADI
“Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2009, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 155)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.03.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahıs

“Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [2]

 

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 noyabr tarixli 650 nömrəli Fərmanının 2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı", "Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı” və “Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı” təsdiq edilsin (1-3 nömrəli əlavələr). [3]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 27 fevral 2009-cu il

     № 34

 

 


 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 27 fevral tarixli 34 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1 nömrəli əlavə

 

 

Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin [4]

 

S İ Y A H I S I

 

Sıra №-si

İşlərin və xidmətlərin adı

1.

Mühəndis-geodeziya işləri

2.

Mühəndis-geoloji axtarış işləri

3.

Mühəndis-hidrogeoloji axtarış işləri

4.

Geofiziki işlər

5.

Qruntların laboratoriya tədqiqatı

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 27 fevral tarixli 34 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2 nömrəli əlavə

 

 

Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin [5]

 

S İ Y A H I S I

 

Sıra №-si

İşlərin və xidmətlərin adı

 

1.

Şəhərsalma sənədlərinin işlənilməsi:

1.1.

rayon planlaşdırma sxemləri və şəhərlərin baş planlarının layihələndirilməsi

1.2.

yaşayış məhəllələrinin və əsas magistral küçə və yollarının tikinti-planlaşdırma layihələndirilməsi

1.3.

ərazilərin şaquli planlaşdırılması və abadlaşdırılmasının layihələndirilməsi

2.

Obyektlərin memarlıq layihələndirilməsi:

2.1.

bina və qurğuların memarlıq layihələndirilməsi

2.2.

memarlıq abidələrinin bərpası

3.

İnşaat konstruksiyalarının layihələndirilməsi

4.

Nəqliyyat qurğularının layihələndirilməsi:

4.1.

dəmiryolları

4.2.

avtomobil yolları

4.3.

aerodromların uçuş-enmə zolaqları

4.4.

körpülər və yolötürücüləri

4.5.

dəmiryolu tunellərinin, metro stansiyaları və tunellərinin layihələndirilməsi

4.6.

magistral boru kəmərləri

4.7.

rezervuarlar

5.

Hidrotexniki və meliorasiya qurğularının layihələndirilməsi

6.

Mühəndis sistemlərinin, şəbəkələrin və qurğuların layihələndirilməsi:

6.1.

elektrik stansiyaları

6.2.

yüksək gərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğuları

6.3.

elektrik təchizatı sistemləri

6.4.

istilik təchizatı sistemləri

6.5.

su təchizatı və kanalizasiya sistemləri

6.6.

qaz təchizatı sistemləri

6.7.

rabitə, radio və televiziya şəbəkələri və sistemləri

6.8.

ventilyasiya və kondisionerləşdirmə sistemləri

6.9.

soyuqluq təchizatı sistemləri

6.10.

avtomatlaşdırma və nəzarət-ölçü cihazları

6.11.

yanğın-mühafizə siqnalizasiyası və avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri

7.

Layihələrin xüsusi bölmələrinin işlənməsi:

7.1.

korroziyaya qarşı mühafizə tədbirlərinin layihələndirilməsi

7.2.

tikintinin təşkilinin layihələndirilməsi

7.3.

smetaların tərtib edilməsi

8.

Bina və qurğuların texniki vəziyyətinin müayinəsi:

8.1.

bina və qurğuların müayinəsi

8.2.

mühəndis şəbəkələrinin və sistemlərinin müayinəsi

9.

Baş layihəçi funksiyasının həyata keçirilməsi (fəaliyyət sahələri üzrə)

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 27 fevral tarixli 34 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

3 nömrəli əlavə

 

 

Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin [6]

 

S İ Y A H I S I

 

Sıra

№-si

İşlərin və xidmətlərin adı

1.

Torpaq işləri

2.

Xüsusi torpaq işləri:

2.1.

suyun səviyyəsinin aşağı salınması

2.2.

torpağın möhkəmləndirilməsi (qruntun süni dondurulması, silikatlama, qatranlama, sementləmə)

2.3.

ankerlərin torpağa bərkidilməsi və binaların "torpaqda divar" üsulu ilə tikilməsi

2.4.

enmə quyularının və kessonların qurulması

2.5.

qazma-partlayış işləri və qaya torpaqlarının çıxarılması

3.

Daş-hörgü işləri

4.

Monolit beton və dəmir-beton konstruksiyaların qurulması, yığma beton və dəmir-beton konstruksiyaların quraşdırılması

5.

Metal konstruksiyaların yerində hazırlanması və quraşdırılması

6.

Ağac konstruksiyaların yerində hazırlanması və quraşdırılması

7.

Dirək (svay) işləri:

7.1.

dirəyin, dirək-qabığın və şpuntların vurulması

7.2.

qazılmaqla doldurma dirəklərin qurulması

8.

Dam örtük işləri:

8.1.

rulon materiallardan dam örtükləri

8.2.

polimer və bitum-emulsiya tərkibli dam örtükləri

8.3.

ədədi materiallardan dam örtükləri

8.4.

metal lövhə detallardan dam örtükləri

9.

Yüngül qoruyucu konstruksiyaların quraşdırılması:

9.1.

metal konstruksiyalar

9.2.

ekstruzion panel və lövhələrdən qoruyucu konstruksiyalar

10.

Bəzək tamamlama işləri:

10.1.

fasad və dekorativ bəzək işləri

10.2.

üzlük işləri

11.

Bayır mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri (su, kanalizasiya və istilik xətləri)

12.

Daxili mühəndis sistem və avadanlıqlarının quraşdırılması işləri:

12.1.

mərkəzləşdirilmiş istilik və ventilyasiya, kondisioner, pnevmotransport və aspirasiya sistemlərinin quraşdırılması

12.2.

texnoloji boru, su və kanalizasiya xətlərinin, avadanlıqların, uçot və nəzarət cihazlarının quraşdırılması

12.3.

elektrik təchizatı sisteminin quraşdırılması

12.4.

alçaq gərginlikli xətlərin və avtomatik yanğınsöndürmə sistemlərinin quraşdırılması

13.

Texnoloji avadanlıqların, boru kəmərlərinin və konstruksiyaların qorunması:

13.1.

ağac konstruksiyaların çürümədən və yanğından qorunması (antiseptik və yanğınadavamlı örtüklərin çəkilməsi)

13.2.

korroziyadan qorunma (antikorroziya örtüklərinin çəkilməsi)

13.3.

boru kəmərlərinin, dəmir-beton və metal konstruksiyaların elektrokimyəvi qorunması

13.4.

istismar səs-küyü və vibrasiyalardan akustik müdafiə

14.

Açıq və qapalı akvatoriyalarda dəniz və çay hidrotexniki qurğularının tikintisində hidrotexniki işlər:

14.1.

sualtı-texniki işlər

14.2.

suyun dibinin dərinləşdirilməsi və yuyub təmizləmə işləri

14.3.

dirəklər və qabıq dirəklər üzərində qurğuların tikintisi

14.4.

dambaların (torpaq bəndlərin) tikintisi

14.5.

limanların tikintisi

14.6.

pirslərin tikintisi

14.7.

hidrotexniki qurğular və onların kompleksləri

15.

Nəqliyyat tikintisi:

15.1.

I və II dərəcəli avtomobil yolları

15.2.

III, IV və V dərəcəli avtomobil yolları

15.3.

elektrik sərnişin nəqliyyatı (tramvay, trolleybus və hava-kanat xətləri) yolları

15.4.

şəhərlərin magistral yollarının və küçələrin tikintisi

15.5.

nəqliyyat tunelləri və metropolitenlər

15.6.

magistral dəmiryol xətləri

15.7.

dəmiryolun yerli ayırma xətləri

15.8.

körpülər, estakadalar və yol ötürücüləri :

15.8.1.

dəmir-beton konstruksiyalı:

15.8.1.1.

aşırımı 12 metrədək

15.8.1.2.

aşırımı 12 metr və daha çox

15.8.2.

metal konstruksiyalı:

15.8.2.1.

aşırımı 18 metrədək

15.8.2.2.

aşırımı 18 metr və daha çox

15.9.

aerodromların uçuş-enmə zolaqları və dönmə yolları

16.

Sənaye, mülki və ictimai obyektlərin tikintisi:

16.1.

aşırımı 24 metrədək

16.2.

aşırımı 24 metr və daha çox

16.3.

tribunalı açıq idman qurğuları:

16.3.1.

tutumu 5 min nəfərədək

16.3.2.

tutumu 5 min nəfər və daha çox

16.4.

unikal konstruksiyalı bina və qurğular

17.

Xüsusi qurğuların tikintisi və quraşdırılması:

17.1.

radiorabitə, radio və televiziya qurğuları və qüllələr

17.2.

su anbarları və texnoloji çənlər

17.3.

rezervuarlar və qazholderlər (qaz anbarları)

17.4.

sənaye sobaları, tüstü boruları, silos quyuları, su qüllələri, qradirnilər

17.5.

vant konstruksiyaları

17.6.

bina və qurğuların polad konstruksiyaları

17.7.

boru kəmərləri:

17.7.1.

magistral

17.7.2.

yerli əhəmiyyətli

17.8.

elektrik ötürücü xətləri:

17.8.1.

35 kV-a qədər

17.8.2.

35 kV-dan artıq

18.

Texnoloji avadanlıqların quraşdırılması:

18.1

yanacaqdoldurma stansiyaları

18.2.

su və istilik elektrik stansiyaları

18.3.

modul elektrik stansiyaları

18.4.

çirkab suların təmizləmə qurğuları

18.5.

irriqasiya və meliorasiya sistemləri

19.

Baş podratçı funksiyasının yerinə yetirilməsi (fəaliyyət sahələri üzrə)

 

Qeyd. Bu Siyahı fərdi və digər yaşayış evlərində, mənzillərdə, bağ evlərində aparılan təmir işlərinə şamil olunmur. [7]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyun 2013-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 743)

2.       15 may 2017-ci il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 may 2017-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 977)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 iyun 2013-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 743) ilə adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

"Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi   üzrə  işlərin  Siyahısı"nın və "Dövlət  standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın  təsdiq edilməsi haqqında

 

[2] 15 may 2017-ci il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 may 2017-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 977) ilə “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 27 fevral tarixli 34 nömrəli qərarı ləğv edilmişdir.

 

[3] 12 iyun 2013-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 743) ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1. "Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı", "Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi  üzrə işlərin Siyahısı" və  "Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı" təsdiq edilsin(1-3 nömrəli əlavələr).

 

[4] 12 iyun 2013-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 743) ilə 1 nömrəli əlavə - “Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın adında “Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli” sözləri “Tikintisinə icazə tələb olunan” sözləri ilə əvəz edilmişdir.

 

[5] 12 iyun 2013-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 743) ilə 2 nömrəli əlavə - “Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın adında "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli” sözləri “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla,” sözləri ilə əvəz edilmişdir.

 

[6] 12 iyun 2013-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 743) ilə 3 nömrəli əlavə - “Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların  tikinti-quraşdırma işlərinin Siyahısı”nın adında “Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli” sözləri “Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla,” sözləri ilə əvəz edilmişdir.

 

[7] 12 iyun 2013-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 743) ilə “Qeyd” ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status