430.000.000
440.000.000
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının yaradılması, mövcud işçi qruplarının yenidən təşkil olunması və tərkibində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Milli Məclisinin Cənubi Afrika Respublikası və Əfqanıstan İslam Respublikası parlamentləri ilə əlaqələrini daha da inkişaf etdirmək məqsədi ilə aşağıdakı tərkibdə Azərbaycan-Cənubi Afrika Respublikası və Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılsın:
Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu
1. İbrahimqızı Məlahət İbrahim qızı - qrupun rəhbəri,
2. Abbasova Lalə Gülbaba qızı,
3. Əhmədov Əhəd Abbas oğlu,
4. İbrahimli Fəzail Feyruz oğlu,
5. Kazımlı Xanhüseyn Hüseynağa oğlu,
6. Quliyev Azay Əjdər oğlu,
7. Məmmədov İlham Kazım oğlu,
Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu
1. Şükürov Məjlum Şükür oğlu - qrupun rəhbəri,
2. Hətəmov Sevindik Hacağa oğlu,
3. Həsənov Aydın Xanhüseyn oğlu,
4. Rzayev Tahİr Musa
II. Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu aşağıdakı tərkibdə yenidən təşkil olunsun:
1. Muradova Bahar Əvəz qızı - qrupun rəhbəri,
2. Əliyev Bəxtiyar Həmzə oğlu,
3. Əliyev Rauf Asif oğlu,
4. Hacıyev Asəf Hacı oğlu,
5. Quliyev Azay Əjdər oğlu,
6. Məmmədov Elman Camal oğlu,
7. Məmmədov Elton Arzuman oğlu,
8. Məsimli Əli Əhməd oğlu,
9. Mollazadə Asim Nazim oğlu,
III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Arzu Həbib oğlu Səmədbəyli Azərbaycan-Almaniya, Azərbaycan-Fransa və Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Asəf Hacı oğlu Hacıyev Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə daxil edilsinlər.
O.Əsədov
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 16 dekabr 2008-ci il
№ 729-IIIQR