×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
03.04.2009
QEYDİYYAT NÖMRƏSİ
218
ADI
Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 04-04-2009, Nəşr nömrəsi: 70), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2009, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 235)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.04.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
270.000.000
300.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında

Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Son illər Azərbaycanın müxtəlif bölgələrində ekoloji vəziyyətin, o cümlədən iqlim şəraitinin sağlamlaşdırılması istiqamətində aparılan yaşıllaşdırılma işləri müvəffəqiyyətlə həyata keçirilir.

Görülən tədbirlər ölkədə, xüsusilə də sənaye mərkəzi olan Bakı şəhərində oksigen balansının stabilləşməsinə və paytaxtın estetik görünüşünün yaxşılaşdırılmasına əlverişli zəmin yaradır. Bu sahədə nəzərdə tutulan işləri sürətləndirmək məqsədi ilə qərara alıram:

1. Bakı şəhərinin yaşıllaşdırılması və ətraf landşaftın müasir dizaynla tərtib edilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın birinci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2009-cu il.

№ 218

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status