AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.04.2009
QEYDİYYAT NÖMRƏSİ
51
ADI
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının tərkibi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2009, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 269)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.04.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi  haqqında Əsasnamə"nin 5.9-cu və 5.10-cu bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiya üzvlərinin sayı 8 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin: [1]

 

Kollegiyanın sədri

Mustafayev Şahin Abdulla oğlu

- iqtisadi inkişaf naziri

Kollegiyanın üzvləri:

Həsənova Sevinc Telman qızı

- iqtisadi inkişaf nazirinin müavini

Səfərov Niyazi Abdulla oğlu

- iqtisadi inkişaf nazirinin müavini

Seyidov Famil Naqim oğlu

- Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri

Vəliyev Samir Teymur oğlu

- İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri

İsayev Zahid İsa oğlu

- İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi [2]

Abdullayev Şirzad Əyyub oğlu

- Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru

Muradov Ədalət Calal oğlu

- İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri

 

2. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 mart tarixli 55 nömrəli qərarı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 310) qüvvədən düşmüş hesab edilsin. 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

                          

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Y.Eyyubov

 

Bakı şəhəri, 3 aprel 2009-cu il

     № 51

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 iyun 2010-cu il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 565)

2.       23 may 2014-cü il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 590)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 23 may 2014-cü il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 590) ilə 1-ci hissə ləğv edilmişdir.

 

[2] 25 iyun 2010-cu il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 565) ilə 1-ci bəndinin “Kollegiyanın üzvləri” hissəsində İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi sözləri İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisisözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status