010.000.000
370.000.000
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. "Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilsin;
1.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilsin;
1.3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsviri, spesifikasiyası və nümunəsi təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 1 ay müddətində:
2.1. bu fərmanın 1-ci bəndində göstərilən sənədlərin blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu fərmanın 1-ci bəndində göstərilən sənədlərin verilməsi üçün alınan dövlət rüsumunun məbləğlərinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu fərmanın 1-ci bəndində göstərilən sənədlərin blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2009-cu il
№ 78
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin
təsviri
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi (bundan sonra «icazə vəsiqəsi» adlandırılacaq) açıq yaşıl rəngli
İcazə vəsiqəsinin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsviri verilmiş, onun yanında soldan sağa «Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi» sözləri yazılmışdır. İcazə vəsiqəsində üç latın hərfindən ibarət olan seriya (MYİ) və yeddirəqəmli nömrəsi yazılmışdır.
İcazə vəsiqəsinin üz tərəfində Azərbaycan Respublikası Dövlət gerbinin alt hissəsində 25mm x 30mm ölçülərində vəsiqə sahibinin fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Vəsiqə sahibinin fotoşəklinin aşağı sağ küncündə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin möhürü üçün yer qoyulmuşdur.
Ortada «Soyadı», «Adı», «Vətəndaşlığı», «Doğulduğu yer və tarix», «İcazənin verilmə tarixi», «Etibarlıdır» sözləri yazılmışdır.
İcazə vəsiqəsinin üz tərəfinin altı boyunca maşınla oxuna bilən iki zolaqlı optik nəzarət oxusu hissəsi vardır.
İcazə vəsiqəsinin arxa tərəfində «Cinsi», «İcazə verilməsinə əsas», «Yaşayış yeri», «İcazə verən orqanın adı», «Səlahiyyətli şəxsin imzası», «Bu vəsiqə pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasının dövlət sərhədlərini vizasız keçməyə hüquq verir» sözləri yazılmışdır.
[1]
İcazə vəsiqəsində fon şəkli olaraq sağ tərəfdə ulduz və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri verilmişdir.
İcazə vəsiqəsində yazılar Azərbaycan və ingilis dillərindədir.
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin Spesifikasiyası
Yüksək keyfiyyətli şəffaf plastik örtük (laminat) arasında yerləşdirilmiş kağızın tərkibi 100 faiz sellülozdan olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi (bundan sonra «icazə vəsiqəsi» adlandırılacaq) çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur. Kağız və istifadə olunan boya icazə vəsiqəsinin lazer printerində çap olunması üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.
İcazə vəsiqəsi üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları göstərilir.
İcazə vəsiqəsinin səthi hamardır. Kağızın tərkibində görünən fluoressent liflər vardır. İcazə vəsiqəsinin istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında gilyoş, mikro çap və qabarıq çap üsullarından istifadə olunur.
İcazə vəsiqəsinin şəxsi məlumatlara aid hissəsi "göy qurşağı" çap üsulu ilə təsvir olunur. "Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi" sözlərinin yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. İcazə vəsiqəsinin üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. İcazə vəsiqəsinin bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər icazə vəsiqəsinin üzərində proporsional şəkildə yerləşdirilir.
İcazə vəsiqəsinin qalınlığı 0,76 mm-dir. Küncləri
İcazə vəsiqəsinin maşınla oxuna bilən hissəsi iki zolaqlıdır.
İcazə vəsiqəsi üçün istifadə olunmuş kağız və boya ən azı on il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi
Üz tərəf
|
|||
|
AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ MÜVƏQQƏTİ YAŞAMAQ ÜÇÜN İCAZƏ VƏSİQƏSİ
PERMIT FOR TEMPORARY RESIDENCE WITHIN THE TERRITORY OF THE REPUBLIC OF AZERBAIJAN
[2]
|
|
|
Seriya / Series MYİ № 0000000
|
|
||
|
|
Soyadı /
Surname
|
|
Adı /
Name
|
|
||
Vətəndaşlığı /
Nationalıty
|
|
||
Doğulduğu yer və tarix /
Place and date of birth
|
|
||
icazənin verilmə tarixi /
Date of issue
|
|
||
|
Etibarlıdır/
Date of expiry
|
|
|
Ptiiinnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn
|
|
||
#########CbbbYYMMDDCsyymmddCppppppppppppppCX
|
|
Arxa tərəf
[3]
Cinsi /
Sex
|
İcazə verilməsinə əsas /
Grounds for permission
|
Yaşayış yeri /
Place of residence
|
İcazə verən orqanın adı /
Issuing authority
|
Səlahiyyətli şəxsin imzası /
Signature of the authorized person
|
Bu vəsiqə pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasının dövlət sərhədlərini vizasız keçməyə hüquq verir.
[4]
|
This permit entitles
|
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin təsviri
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi (bundan sonra «icazə vəsiqəsi» adlandırılacaq) açıq yasəmən rəngli
İcazə vəsiqəsinin üz tərəfinin yuxarı sol küncündə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsviri verilmiş, onun yanında soldan sağa «Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi» sözləri yazılmışdır. İcazə vəsiqəsində üç latın hərfindən ibarət olan seriyası (DYİ) və yeddirəqəmli nömrəsi yazılmışdır.
İcazə vəsiqəsinin üz tərəfində Azərbaycan Respublikası Dövlət gerbinin alt hissəsində 25mm x 30mm ölçüdə vəsiqə sahibinin fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Vəsiqə sahibinin fotoşəklinin aşağı sağ küncündə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin möhürü üçün yer nəzərdə tutulmuşdur.
Ortada «Soyadı», «Adı», «Vətəndaşlığı», «Doğulduğu yer və tarix» sözləri yazılmışdır.
İcazə vəsiqəsinin üz tərəfinin altı boyunca maşınla oxuna bilən iki zolaqlı optik nəzarət oxusu hissəsi vardır.
İcazə vəsiqəsinin arxa tərəfində «Cinsi», «Yaşayış yeri», «İcazə verən orqanın adı», «Səlahiyyətli şəxsin imzası», «Verilmə tarixi», «Etibarlıdır», «Bu vəsiqə pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasının dövlət sərhədlərini vizasız keçməyə hüquq verir» sözləri yazılmışdır.
[5]
İcazə vəsiqəsində fon şəkli olaraq sağ tərəfdə ulduz və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri verilmişdir.
İcazə vəsiqəsində yazılar Azərbaycan və ingilis dillərindədir.
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin Spesifikasiyası
Yüksək keyfiyyətli şəffaf plastik örtük (laminat) arasında yerləşdirilmiş kağızın tərkibi 100 faiz sellülozdan olan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi (bundan sonra «icazə vəsiqəsi» adlandırılacaq) çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur. Kağız və istifadə olunan boya icazə vəsiqəsinin lazer printerində çap olunması üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.
İcazə vəsiqəsi üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları göstərilir.
İcazə vəsiqəsinin səthi hamardır. Kağızın tərkibində görünən fluoressent liflər vardır. İcazə vəsiqəsinin istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında gilyoş, mikro çap və qabarıq çap üsullarından istifadə olunur.
İcazə vəsiqəsinin şəxsi məlumatlara aid hissəsi "göy qurşağı" çap üsulu ilə təsvir olunur. "Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi" sözlərinin yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. İcazə vəsiqəsinin üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. İcazə vəsiqəsinin bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər icazə vəsiqəsinin üzərində proporsional şəkildə yerləşdirilir.
İcazə vəsiqəsinin qalınlığı 0,76 mm-dir. Küncləri
İcazə vəsiqəsinin maşınla oxuna bilən hissəsi iki zolaqlıdır.
İcazə vəsiqəsi üçün istifadə olunmuş kağız və boya ən azı on il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi
Üz tərəf
|
AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ DAİMİ YAŞAMAQ ÜÇÜN İCAZƏ VƏSİQƏSİ
PERMIT FOR PERMANENT RESIDENCE WITHIN THE TERRITORY OF THE REPUBLIC OF AZERBAIJAN
[6]
|
||
Seriya / Series MYİ № 0000000
|
|||
|
|
Soyadı /
Surname
|
|
Adı /
Name
|
|||
Vətəndaşlığı /
Nationalıty
|
|||
Doğulduğu yer və tarix /
Place and date of birth
|
|||
|
|||
|
|||
Ptiiinnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn
|
|||
#########CbbbYYMMDDCsyymmddCppppppppppppppCX
|
Arxa tərəf
[7]
Cinsi /
Sex
|
Yaşayış yeri /
Place of residence
|
İcazə verən orqanın adı /
Issuing authority
|
Verilmə tarixi / Date of issue Etibarlıdır / Date of expiry
|
Səlahiyyətli şəxsin imzası /
Signature of the authorized person
|
Bu vəsiqə pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasının dövlət sərhədlərini vizasız keçməyə hüquq verir.
[8]
|
This permit
|
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsviri
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar (bundan sonra "qərar" adlandırılacaq) açıq yaşıl rəngli olmaqla A4 formatdadır.
Qərarda aşağıdakılar göstərilir:
yuxarı orta hissədə qərarı verən orqanın adı, qərarın adı;
qərarın üç latın hərfindən ibarət olan seriyası (MOM) və yeddirəqəmli nömrəsi;
qərarın verilmə yeri (Bakı şəhəri) və tarixi;
müvəqqəti olma müddəti uzadılan şəxsin soyadı, adı, atasının adı, anadan olduğu tarix və yer, vətəndaşlığı, onun şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, etibarlıq müddəti, həmin sənədi verən orqanın adı;
müvəqqəti olmanın uzadılma müddəti;
şəxsin yaşayış yeri;
"Bu qərar pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq hüququ verir" sözləri;
[9]
qərarı verən səlahiyyətli şəxsin imzası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin möhürü.
Qərarda yazılar Azərbaycan və ingilis dillərindədir.
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın spesifikasiyası
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar (bundan sonra "qərar" adlandırılacaq) bir səhifədən ibarətdir. Kağızın tərkibi 100 faiz sellülozdan olan qərar çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur. Kağız və istifadə olunan boya qərarın lazer printerində çap olunması üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.
Qərarın üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvollan, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikasının Dövlət gerbi göstərilir.
Qərarın səthi hamardır. Kağızın tərkibində görünən fluoressent liflər vardır. Qərarın istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında gilyoş, mikro çap və qabarıq çap üsullarından istifadə olunur.
Qərarın şəxsi məlumatlara aid hissəsi "göy qurşağı" çap üsulu ilə təsvir olunur. "QƏRAR" sözünün yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. Qərarın üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. Qərarın bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər qərarın üzərində proporsional şəkildə yerləşdirilir.
Qərar üçün istifadə olunmuş kağız və boya ən azı on il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın nümunəsi
[10]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 sentyabr 2014-cü il tarixli 281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1061)
2.
7 fevral 2019-cu il tarixli 524 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 223)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 sentyabr 2014-cü il tarixli 281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1061) ilə “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri”nin altıncı hissəsində “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə əvəz edilmişdir.
[2]
7 fevral 2019-cu il tarixli 524 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 223) ilə “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi”nin üz tərəfində “IN THE TERRITORY” sözləri “WITHIN THE TERRITORY” sözləri ilə əvəz edilmişdir.
[3]
7 fevral 2019-cu il tarixli 524 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 223) ilə “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi”nin arxa tərəfində “Authority” sözü “Issuing authority” sözləri ilə, “officer” sözü “authorized person” sözləri ilə, “produced” sözü “presented” sözü ilə əvəz edilmişdir və “its holder” sözləri çıxarılmışdır.
[4]
11 sentyabr 2014-cü il tarixli 281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1061) ilə “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi”nin arxa tərəfində “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə, “the foreigner's passport or stateless person's identification document” sözləri “the passport or other travel document” sözləri ilə əvəz edilmişdir.
[5]
11 sentyabr 2014-cü il tarixli 281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1061) ilə “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin təsviri”nin altıncı hissəsində “onu təqdim edən şəxsin immiqrant statusunu təsdiq edir və əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə əvəz edilmişdir.
[6]
7 fevral 2019-cu il tarixli 524 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 223) ilə “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi”nin üz tərəfində “IN THE TERRITORY” sözləri “WITHIN THE TERRITORY” sözləri ilə əvəz edilmişdir.
[7]
7 fevral 2019-cu il tarixli 524 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 223) ilə “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi”nin arxa tərəfində “Authority” sözü “Issuing authority” sözləri ilə, “officer” sözü “authorized person” sözləri ilə, “produced” sözü “presented” sözü ilə əvəz edilmişdir və “him/her” sözləri çıxarılmışdır.
[8]
11 sentyabr 2014-cü il tarixli 281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1061) ilə “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi”nin arxa tərəfində “onu təqdim edən şəxsin immiqrant statusunu təsdiq edir və əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə əvəz edilsin, “confirms the immigrant status of its holder and” sözləri çıxarılmışdır və “the foreigner's passport or stateless person's identification document” sözləri “the passport or other travel document” sözləri ilə əvəz edilmişdir.
[9]
11 sentyabr 2014-cü il tarixli 281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1061) ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsviri”nin ikinci hissəsinin səkkizinci abzasında “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasından vizasız çıxmaq” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq” sözləri ilə əvəz edilmişdir.
[10]
11 sentyabr 2014-cü il tarixli 281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1061) ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın nümunəsi”ndə “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasından vizasız çıxmaq” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq” sözləri ilə, “without a visa when produced together with the foreigner's passport or stateless person's identification document” sözləri “when produced together with the passport or other travel document” sözləri ilə əvəz edilmişdir.
7 fevral 2019-cu il tarixli 524 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2019-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 223) ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın nümunəsi”ndə “DECISION of the State Migration Service of the Republic of Azerbaijan on extension of temporary stay period in the Republic of Azerbaijan for foreigners and stateless persons” sözləri “State Migration Service of the Republic of Azerbaijan DECISION on extension of temporary staying period of foreigners and stateless persons in the Republic of Azerbaijan” sözləri ilə, “The State” sözləri “State” sözü ilə, “born in” sözləri “born” sözü ilə, “the temporary stay” sözləri “temporary staying” sözləri ilə, “till” sözü “untill” sözü ilə, “produced” sözü “presented” sözü ilə, “Head of the State Migration Service” sözləri “Chief of State Migration Service” sözləri ilə əvəz edilmişdir, “authority” sözündən əvvəl “issuing” sözü əlavə edilmişdir və “its holder” sözləri çıxarılmışdır.