AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.05.2002
QEYDİYYAT NÖMRƏSİ
328-IIQ
ADI
Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2002, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 254)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 may 2002-ci il

               № 328-IIQ

 

 

 

“Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 328-IIQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

“Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı haqqında

 

ƏSASNAMƏ

 

1. “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.

2. “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Sərhəddə fərqlənməyə görə” medalından sonra taxılır.

 

 


 

 

“Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 328-IIQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

“Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının

 

təsvİrİ

 

“Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı mərkəzində aypara və səkkizguşəli ulduz olan milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir. [1]

Medalın ön tərəfində üzərində səkkizguşəli ulduz yerləşdirilmiş qalxan təsvir edilmişdir.

Qalxandan yuxarıda çevrə boyunca “Azərbaycan Respublikası”, ulduzun ortasında “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” sözləri yazılmış, qalxandan aşağıda iki çarpazlaşdırılmış qılınc, qalxanın sol tərəfində dəfnə yarpağından, sağ tərəfində isə palıd yarpağından çələnglər yerləşdirilmişdir. Çevrənin daxili və ulduzun xarici konturlarının arasında relyefli şüalar vardır.

Ulduz ağ, qılınclar gümüşü rəngdə, qalan təsvirlər isə qızılı rəngdədir.

Arxa tərəfi hamar səthlidir, orta hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur. [2]

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentlə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd qırmızı rəngli xara lentin kənarlarından mərkəzinə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir. [3]

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur. [4]


 

“HƏRBİ ƏMƏKDAŞLIQ SAHƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ” medalı

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 sentyabr 2013-cü il tarixli 733-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1252)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 sentyabr 2013-cü il tarixli 733-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1252) ilə birinci hissədə “milli” sözündən əvvəl “mərkəzində aypara və səkkizguşəli ulduz olan” sözləri əlavə edilmişdir, “ 35 mm ” sözləri “ 36 mm ” sözləri ilə əvəz edilmişdir.

 

[2] 30 sentyabr 2013-cü il tarixli 733-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1252) ilə beşinci hissədə “səthlidir” sözündən sonra “, orta hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur” sözləri əlavə edilmişdir.

 

[3] 30 sentyabr 2013-cü il tarixli 733-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1252) ilə altıncı hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə yaşıl rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və qırmızı rəngli şaquli zolaqlar təsvir edilmişdir.

 

[4] 30 sentyabr 2013-cü il tarixli 733-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1252) ilə yeddinci hissədə “üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ” sözləri “eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status