Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə1. Qanunun məqsədi
Bu Qanun Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı ictimai münasibətləri tənzimləyir.
Maddə 2. Əsas anlayışlar
Əcnəbilər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir.
Vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir.
İmmiqrasiya - "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamağa gəlməsi.
[2]
immiqrant - "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər.
[3]
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşayan hesab edilirlər.
[4]
Azərbaycan Respublikasına digər qanuni əsaslarla (turizm, şəxsi işi ilə bağlı, xidməti ezamiyyətə gəlmiş və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar gəlmiş immiqrant statusu olmayan) gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər.
[5]
(Çıxarılıb)
[6]
Maddə 3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericilik
Әcnәbilәrin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanunu, "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Qanunlara müvafiq qəbul edilən Azərbaycan Respublikasının digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə müəyyən edilir.
[7]
Maddə 4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin əsasları
Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldıqda ləğv olunur.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
Maddə 5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaları və müvəqqəti olmaları
[8]
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə almalıdırlar.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər:
- həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda;
- həmin şəxslər ölkə iqtisadiyyatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının banklarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda;
- həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;
- həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda;
- həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda ;
- qanunla müəyyən edilmiş digər hallarda.
Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir:
- onların Azərbaycan Respublikasında müvəqqəti yaşaması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və ya ictimai asayişə zərər vura biləcəyi hallarda;
- həmin şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
- onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda;
- həmin şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda;
- həmin şəxslər əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş Azərbaycan Respublikasının vətəndaşı ilə bağlanmış nikah etibarsız hesab edildikdə;
- onlar xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
- şəxsin Azərbaycan Respublikasında yaşaması arzuolunmaz hesab edildikdə;
- qanunla müəyyən edilmiş digər hallarda.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə bir ilədək müddətə verilir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onu verən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə və ya onun müddəti dörd dəfədən çox olmamaq şərti ilə uzadıla bilər.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq hüququ (immiqrant statusu) verilə bilər.
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar.
Digər qanuni əsaslarla Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Maddə 6. Siyasi sığınacaq verilməsi
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.
Maddə 7. Qaçqın statusu verilməsi
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə müəyyən olunmuş qaydada qaçqın statusu verilə bilər.
Maddə 8. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi
Azərbaycan Respublikasının Konstitusiyası və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşlığı əldə edə bilərlər.
II fəsil
ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN HÜQUQLARI, AZADLIQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 9. Toxunulmazlıq hüququ
Azərbaycan Respublikası ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq şəxsi toxunulmazlıq və mənzil toxunulmazlığı hüquqları vardır.
Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada tutulmuş, yaxud həbs olunmuş əcnəbilərə və vәtәndaşlığı olmayan şәxslәrә bu hərəkətlərə səbəb olan hallar və onların hüquqları haqqında dərhal məlumat verilməlidir.
Əcnəbini və Azərbaycan Respublikasında müvəqqəti olan vәtәndaşlığı olmayan şəxsi tutmuş, yaxud həbs etmiş orqan və vəzifəli şəxs bu haqda dərhal Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verməlidir.
Maddə10. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində hərəkət etmək və yaşayış yeri seçmək hüququ
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində hərəkət edə və yaşayış yeri seçə bilərlər.
Hərəkət etməyə və yaşayış yeri seçməyə məhdudiyyətlərə ancaq Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yol verilir.
Maddə 11. Əmək hüququ
Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən olunmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək münasibətlərində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquqlardan istifadə edir və eyni vəzifələri daşıyırlar.
Azərbaycan Respublikasına müəyyən müddət əmək fəaliyyəti ilə məşğul olmaq üçün gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək fəaliyyəti ilə müəyyən olunmuş qaydada məşğul ola bilərlər.
Müəyyən vəzifələr tutmaq, yaxud müəyyən fəaliyyət növləri ilə məşğul olmaq Azərbaycan Respublikası vətəndaşlığı ilə şərtləndirildiyi hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər belə vəzifələr tuta və belə fəaliyyətlə məşğul ola bilməzlər.
Maddə 12. İnvestisiya və sahibkarlıq fəaliyyəti hüququ
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada investisiya və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Bu halda onlar, Azərbaycan Respublikası qanunları ilə digər qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş hüquqlardan istifadə edirlər və vəzifələri daşıyırlar.
Maddə 13. Nikah hüququ və ailə münasibətləri
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları və digər şəxslərlə nikah bağlaya və bağladıqları nikahı ləğv edə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nikah və ailə münasibətlərində Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdirlər və eyni vəzifələri daşıyırlar.
Maddə 14. İstirahət hüququ
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə eyni əsaslarla istirahət hüququndan istifadə edirlər.
Maddə 15. Sağlamlığın qorunması hüququ
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada sağlamlığın qorunması hüququ vardır.
Maddə 16. Sosial təminat hüququ
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada sosial təminat hüququndan istifadə edirlər.
Pensiya təyin edilməsi üçün müəyyən iş stajı tələb olunduqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada xaricdəki fəaliyyətləri iş stajına hesab edilə bilər.
Maddə 17. Mənzil hüququ
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasının qanunları ilə digər qaydalar müəyyən edilməyibsə, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş əsaslarla və qaydada dövlət, idarə və ictimai fondlarından mənzil almaq hüququ vardır.
Maddə 18. Vicdan azadlığı
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla vicdan azadlığı təmin edilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.
Maddə 19. Təhsil hüququ
Azərbaycan Respublikasının qanunvericiliyində digər hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil (icbari ümumi orta təhsil istisna olmaqla) pulludur.
[9]
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.
Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
[10]
Maddə 20. İctimai birliklərdə iştirak etmək hüququ
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq birliklərin nizamnaməsi ilə digər qaydalar nəzərdə tutulmayıbsa, ictimai birliklərə Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla daxil olmaq hüququ vardır. Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər.
[11]
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının siyasi partiyalarının üzvü ola bilməzlər.
Maddə 21. Seçkilərə və ümumxalq səsvermələrinə (referendumlara) münasibət
[12]
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş hallar istisna olmaqla, aktiv və passiv seçki hüququna malik deyillər.
Maddə 22. Hərbi mükəlləfiyyətə münasibət
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hərbi mükəlləfiyyət daşımırlar.
Maddə 23. Əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən vergi və rüsum tutulması
Əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən vergi və rüsumlar tutulması Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
III fəsil
ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN
MƏSULİYYƏTİ
Maddə 24. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məsuliyyətinin əsasları
Azərbaycan Respublikası ərazisində cinayət, inzibati və digər hüquqpozma törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 25. Azərbaycan Respublikasında olma və tranzit keçidi qaydalarının pozulmasına görə məsuliyyət
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olma qaydalarını pozduqları hallarda:
- Azərbaycan Respublikasında yaşama hüququ verən sənədlər olmadan yaşadıqda;
[13]
- Azərbaycan Respublikasında etibarsız sənədlər əsasında yaşadıqda;
- qanunvericiliklə müəyyən edilmiş bir yerdən başqa yerə getmə, yaşayış yeri seçmə və qeydiyyat və ya yazılma qaydalarına riayət etmədikdə;
[14]
- işə düzələrkən müəyyən edilmiş qaydaları pozduqda;
- olma müddəti qurtardıqdan sonra Azərbaycan Respublikası ərazisini vaxtında tərk etmədikdə;
- Azərbaycan Respublikası ərazisindən tranzit keçidi qaydalarına əməl etmədikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 26. Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olma müddətlərinin qısaldılması
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma müddətləri qısaldıla bilər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma müddətlərinin qısaldılması haqqında qərarı müvafiq dövlət orqanları qəbul edir.
Maddə 27. İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması
[15]
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyin tələbləri kobud surətdə pozulduqda, habelə Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər hallarda immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının və ya məhkəmənin qərarına əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər.
İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
[16]
İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərarda müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Azərbaycan Respublikası ərazisini tərk etməkdən boyun qaçıran immiqrant statusu olmayan əcnəbi və vətəndaşlığı olmayan şəxs, müvafiq məhkəmənin (hakimin) qərarı əsasında tutulur və məcburi qaydada Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılır. İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayət verilməsi qərarın icrasını dayandırmır.
[17]
Müəyyən edilmiş qaydalara əsasən Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçməlidirlər.
[18]
Müəyyən edilmiş qaydalara əsasən Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçməlidirlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıla bilər.
[19]
İmmiqrant statusu olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir. Bu müddət başa çatdıqda, lakin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alveri ilə bağlı cinayət işləri üzrə cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma cinayət təqibi başa çatanadək tətbiq olunmur. İnsan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq olunmur.
[20]
Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin qərar icra olunanadək müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü olaraq yerləşdirilə bilərlər.
[21]
Maddə 27-1. İmmiqrantın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması
[22]
İmmiqrantın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir".
IV fəsil
YEKUN MÜDDƏALARI
Maddə 28. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 29. Diplomatik immunitetə və imtiyazlara malik olan şəxslər barəsində bu Qanunun tətbiqi
Bu Qanun Azərbaycan Respublikasının qanunları və iştirakçısı olduğu beynəlxalq müqavilələr əsasında diplomatik immunitetə və imtiyazlara malik olan şəxslərin hüquqlarına toxunmur.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 13 mart 1996-cı il
№ 41-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676)
2.
12 oktyabr 2001-ci il tarixli 203-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan, Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 695)
3.
12 oktyabr 2001-ci il tarixli 207-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 699)
4.
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243)
5.
30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)
6.
30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10)
7.
30 dekabr 2005-ci il tarixli 51-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 3)
8.
27 fevral 2007-ci il tarixli 251-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 398)
9.
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701)
10.
12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265)
11.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)
12.
2 iyul 2013-cü il tarixli 713-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 10 iyul 2013-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 797)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 iyul 2013-cü il tarixli 713-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 10 iyul 2013-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 797) ilə 41-IQ nömrəli Qanunu ləğv edilmişdir.
[2]
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 2-ci maddədə üçüncü hissə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi olmağa müvafiq qaydada icazə aldıqda, yaxud onlara Azərbaycan Respublikasında daimi yaşamaq hüququ verildikdə Azərbaycan Respublikasında daimi yaşayan hesab edilirlər.
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 2-ci maddədə üçüncü hissədən “müvəqqəti və ya” sözləri çıxarılmışdır.
[3]
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 2-ci maddədə üçüncü hissədən sonra dördüncü hissə əlavə edilmişdir.
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 2-ci maddədə dördüncü hissədə “Azərbaycan Respublikasına gələn” sözləri “Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş” sözləri ilə əvəz edilmişdir.
[4]
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 2-ci maddəyə beşinci hissə əlavə edilmişdir, beşinci hissə altıncı hissə hesab edilmişdir.
[5]
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 2-ci maddədə dördüncü hissə beşinci hissə hesab edilsin; həmin hissədə "əlaqədar gəlmiş" sözlərindən sonra "immiqrant statusu olmayan" sözləri əlavə edilmişdir.
[6]
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 2-ci maddədə beşinci hissə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Mühacir bu və ya digər əsaslarla yaşadığı ölkəni uzun müddətə tərk edən və Azərbaycan Respublikasına yaşamağa gələn əcnəbilər, yaxud vətəndaşlığı olmayan şəxslər.
[7]
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 3-cü maddədə "və bu Qanunlara müvafiq" sözlərindən əvvəl "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının Qanunu" sözləri əlavə edilmişdir.
[8]
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 5-ci maddədə maddənin adında "mühacirəti" sözü "müvəqqəti və ya daimi yaşamaları" sözləri ilə əvəz edilmişdir.
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 5-ci maddədə birinci hissə yeni redaksiyada verilmişdir.
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 5-ci maddədə ikinci hissənin birinci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hallarda mühacirətə icazə ala və Azərbaycan Respublikası ərazisinə daimi yaşamağa gələ bilərlər.
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 5-ci maddədə üçüncü hissə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Daimi yaşayış üçün, yaxud müvəqqəti işləməyə gəlmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq sənədlər verilir.
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 5-ci maddədə üçüncü hissədən sonra dördüncü hissə əlavə edilmişdir.
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 5-ci maddədə üçüncü hissədən sonra dördüncü hissə əlavə edilmişdir.
30 dekabr 2005-ci il tarixli 51-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 3) ilə 5-ci maddəyə yeddinci hissə əlavə edilmişdir.
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 5-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər immiqrasiya kvotalarına riayәt olunmaqla "İmmiqrasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada immiqrasiyaya icazə aldıqda Azərbaycan Respublikasına daimi və ya müvəqqəti yaşamağa gələ bilərlər və bu halda immiqrant statusu alırlar.
Kvotadan kənar immiqrant statusu aşağıdakı şəxslərə verilə bilər:
- Azərbaycan Respublikasının vətəndaşları ilə yaxın qohumluğu olduqda;
- Azərbaycan Respublikasında daimi yaşayan şəxslə nikahda olduqda;
- Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda.
İmmiqranta müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun statusunu təsdiq edən sənəd verilir.
Azərbaycan Respublikasına yaşamağa gələn immiqrant (onun ailə üzvləri) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınır.
Azərbaycan Respublikasına yaşamağa gələn immiqrant (onun ailə üzvləri) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınır.
Digər qanuni əsaslarla Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər.
Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və ya vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması üçün tədbirlər görülür.
Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və onlar üçün müəyyən olunmuş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasını tərk etməlidirlər.
[9]
27 fevral 2007-ci il tarixli 251-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 398) ilə 19-cu maddəsinin ikinci cümləsində "təhsil" sözü "təhsil (icbari ümumi orta təhsil istisna olmaqla)" sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 19-cu maddənin birinci hissənin birinci cümləsində “Azərbaycan Respublikasında” sözlərindən əvvəl “Azərbaycan Respublikasının qanunvericiliyində digər hal nəzərdə tutulmamışdırsa,” sözləri əlavə edilmişdir.
[10]
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 19-cu maddənin mətni birinci hissə hesab edilsin və maddəyə yeni məzmunda ikinci, üçüncü və dördüncü hissələr əlavə edilmişdir.
[11]
12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 20-ci maddəsinin birinci hissəsinə ikinci cümlə əlavə edilmişdir.
[12]
30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 21-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Maddə 21. Seçkilərə və ümumxalq səsvermələrinə (referendumlara) münasibət
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət hakimiyyәti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edə və onlara seçilə və həmçinin ümumxalq səsvermələrində (referendumlarda) iştirak edə bilməzlər
[13]
30 dekabr 2003-ci il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 25-ci maddədə ikinci abzasda "olmaq üçün müvafiq sənədləri olmadıqda" sözləri “yaşama hüququ verən sənədlər olmadan yaşadıqda” sözləri ilə əvəz edilmişdir.
[14]
30 dekabr 2003-ci il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 25-ci maddədə dördüncü abzasda "hərəkət etmə" sözləri "bir yerdən başqa yerə getmə" sözləri ilə əvəz edilmiş, "qeydiyyat" sözündən sonra "və ya yazılma" sözləri əlavə edilmişdir.
[15]
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 27-ci maddənin adı yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması
[16]
12 oktyabr 2001-ci il tarixli 203-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan, Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 695) ilə 27-ci maddənin birinci hissəsində "dövlət orqanının" sözləri "məhkəmənin (hakimin)" sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 27-ci maddənin birinci hissəsində "bir gündən yeddi günədək müddətdə" sözləri "qanunvericilikdə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilmişdir.
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 27-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması "İnzibati hüquqpozmalar haqqında" Azərbaycan Respublikası Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir.
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 27-ci maddənin birinci və ikinci hissələr yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Milli təhlükəsizliyin təmin olunması, ictimai asayişin mühafizəsi, əhalinin səhhəti, hüquqları və mənafelərinin qorunması zəruriliyi olduqda və həmçinin Azərbaycan Respublikasının əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada müddətdə müvafiq məhkəmənin (hakimin) qərarına əsasən Azərbaycan Respublikası hüdudlarından kənara çıxanla bilər.
İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.
[17]
12 oktyabr 2001-ci il tarixli 203-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan, Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 695) ilə 27-ci maddənin üçüncü hissəsində "Azərbaycan Respublikası Baş prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun sanksiyası əsasında" sözləri "müvafiq məhkəmənin (hakimin) qərarı əsasında" sözləri ilə əvəz edilmişdir.
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 27-ci maddənin üçüncü hissəsində birinci cümlə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması haqqında qərarda müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası ərazisini tərk etməlidir.
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 27-ci maddənin ikinci cümləsində "əcnəbi və vətəndaşlığı olmayan şəxs" sözlərindən əvvəl "immiqrant statusu olmayan" sözləri əlavə edilmişdir.
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 27-ci maddənin üçüncü cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması haqqında qərardan məhkəməyə şikayət verilə bilər.
[18]
12 oktyabr 2001-ci il tarixli 207-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 699) ilə 27-ci maddəyə dördüncü hissə əlavə edilmişdir.
[19]
5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 27-ci maddəyə 5-ci hissə əlavə edilmişdir.
[20]
30 dekabr 2005-ci il tarixli 51-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 3) ilə 27-ci maddəyə altıncı hissə əlavə edilmişdir.
[21]
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 27-ci maddəyə yeddinci hissə əlavə edilmişdir.
[22]
26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 243) ilə 27-1-ci maddə əlavə edilmişdir.