010.000.000
100.000.000
210.000.000
“Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli, 2013 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2009-cu il
№ 292
|
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 21 may tarixli, 292 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı
№
|
Tədbirlər
|
İcra müddəti (illər üzrə)
|
İcraçı təşkilatlar
|
1. Muzey fondlarının komplektləşdirilməsi, eksponatların uçotu və mühafizəsi işinin təkmilləşdirilməsi
|
|||
1.1.
|
Azərbaycan xalqının tarixi-mədəni irsinin, maddi mədəniyyət nümunələrinin qorunması, onların geniş miqyasda təbliği məqsədi ilə muzey işi sahəsində sistemli islahatların aparılması
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
1.2.
|
Muzey fondlarının ölkəşünaslığa və diyarşünaslığa dair eksponatlarla zənginləşdirilməsi
|
2010 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
1.3.
|
Muzey fondlarında qorunub saxlanılan eksponatların uçotu, mühafizəsi, konservasiyası və bərpası üzrə işin təkmilləşdirilməsi
|
mütəmadi
|
Mədəniyyət |
1.4.
|
Muzey eksponatlarının beynəlxalq standartlara uyğun pasportlaşdırılması və elektron daşıyıcılara köçürülməsi
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
1.5.
|
Muzey fondlarının elektron kataloqlarının, vahid (server) kompüter mərkəzinin, muzeylərin mərkəzləşdirilmiş informasiya sisteminin təşkili
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
1.6.
|
Qiymətli eksponatların sığortalanması məqsədi ilə onların orijinal surətlərinin hazırlanması
|
2010 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
1.7.
|
Muzey eksponatlarının inventarizasiyasının aparılması
|
2009 — 2010
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
1.8.
|
Məcburi köçkünlük şəraitində olan və cəbhə bölgələrində yerləşən müvafiq rayon muzeylərində ekspozisiyaların təşkili
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
2. Muzey ekspozisiyalarının təkmilləşdirilməsi
|
|||
2.1.
|
Azərbaycan muzeylərinin fəaliyyətinin muzey işinin müasir prinsipləri əsasında, dünya standartlarına uyğun yenidən qurulması, muzey ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılması
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
2.2.
|
Azərbaycançılıq məfkurəsinin geniş miqyasda təbliği məqsədi ilə muzey ekspozisiyalarında ölkəşünaslığa və diyarşünaslığa dair eksponatların nümayişinin təşkili
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
2.3.
|
Muzeylərin bədii tərtibatının müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə mütəmadi olaraq muzey ekspozisiyalarının yenidən qurulması, konseptual ekspozisiyaların, guşələrin, instolyasiyaların, müvəqqəti sərgilərin və s. təşkili
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
2.4.
|
Beynəlxalq aləmdə Azərbaycan xalqına məxsus maddi mədəni irsin və müasir Azərbaycan gerçəkliklərinin geniş miqyasda təbliği məqsədi ilə dünya muzeylərində ekspozisiya bölmələrinin açılması istiqamətində işin aparılması
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi
|
3. Muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi
|
|||
3.1.
|
Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmiri, yeni avadanlıq və zəruri eksponatlarla təchizatı tədbirlərinin dövlət büdcəsində hər il üçün nəzərdə tutulmuş vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilməsi
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi
|
3.2.
|
Respublikada fəaliyyət göstərən muzeylərin müasir tipli mühafizə, həyəcan, yanğın siqnalizasiya sistemləri ilə təchizatı, onların mühafizəsinin təşkili, həmçinin bədii tərtibatı, nadir eksponatların fərdi mühafizəsi və təlimata uyğun rejimin saxlanılması məqsədi ilə yeni texniki avadanlıqlarla təchiz edilməsi
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
3.3.
|
Respublika üzrə mərkəzləşdirilmiş muzey-informasiya şəbəkəsinin yaradılması üçün muzeylərin kompüter və muzey işinə dair müxtəlif elektron proqramlarla təchizatı
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
[2]
|
3.4.
|
Respublika əhəmiyyətli muzeylərin veb-saytının yaradılması, onların internet və rabitə sistemləri ilə təchiz edilməsi
|
2009 — 2010
|
Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
3.5.
|
«Azərbaycan muzeyləri» veb-portalının yaradılması
|
2009 — 2012
|
Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
4. Elmi-kütləvi iş
|
|||
4.1.
|
Muzeylərə tamaşaçıların cəlb edilməsi məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
4.2.
|
Xidmət işinin təkmilləşdirilməsi üçün fərdi və tematik ekskursiya mətnlərinin hazırlanması
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
4.3.
|
Muzey turizminin inkişafı məqsədi ilə muzeylərin yerləşdiyi ərazilər üzrə turist marşrutlarının təşkili
|
2009 — 2011
|
Mədəniyyət və Turizm Nazirliyi
|
4.4.
|
Muzeylər haqqında müvafiq proqramların hazırlanması və tətbiqi
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
4.5.
|
Xidmət işi sahəsində yeni texniki avadanlıqlardan istifadə olunması, yeni xidmət üsullarının (audiogidlər, interaktiv oyunlar, məsləhətlər, ustad dərsləri və s.) tətbiqi
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
4.6.
|
Əlillər üçün sosial xidmətlərin təşkili və geniş sosial proqramlarda onların iştirakının təmin edilməsi
|
2010 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
[3]
|
4.7.
|
Azərbaycanda yaşayan xalqların tarixini, mədəniyyətini təbliğ edən müxtəlif sərgilərin, sərgi-satış yarmarkalarının və digər tədbirlərin təşkil edilməsi
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
4.8.
|
Muzey festivalları və muzey aksiyalarının təşkili
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
4.9.
|
Muzey işinin kütləvi informasiya vasitələrində təbliği, müasir təbliğat vasitələrinin yaradılması və tətbiqi
|
2009 — 2014
|
Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
4.10.
|
Muzeylərlə digər sahə təşkilatları (turizm, təhsil, kütləvi informasiya vasitələri, sosial mühit, orta və kiçik sahibkarlıq və s.) arasında əməkdaşlığın genişləndirilməsi
|
2010 — 2012
|
Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları, tabeliyində muzey müəssisəsi olan digər təşkilatlar
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)
2.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
3.
29 yanvar 2021-ci il tarixli 2462 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 78)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 yanvar 2021-ci il tarixli 2462 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 78) ilə “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın 1.3-cü bəndinin “İcraçı təşkilatlar” sütunundan “və Turizm” sözləri çıxarılmışdır.
[2]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın 3.2-ci və 3.3-cü bəndlərinin “İcraçı təşkilatlar” sütununda “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[3]
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın 4.6-cı bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.