×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.07.2009
QEYDİYYAT NÖMRƏSİ
140
ADI
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 24-07-2009, Nəşr nömrəsi: 160), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2009, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 543)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI [1]

 

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin aparatının işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyul 2009-cu il

  № 140

 

 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 23 iyul tarixli 140 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin

 

S T R U K T U R U

 

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin aparatı (şöbələr və sektorlar)

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 20 may 2016-cı il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 860)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 may 2016-cı il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 860) ilə “Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 iyul tarixli 140 nömrəli Fərmanı ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status