140.000.000
Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
2 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 2 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
3 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 3 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
4 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 4 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
5 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 5 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
7 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 7 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
8 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 8 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
9 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 9 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
10 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 10 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
11 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
Birinci Haramı və İkinci Haramı qəsəbə inzibati ərazi dairələri müvafiq olaraq 1 №-li Qayıdış və 6 №-li Qayıdış qəsəbə inzibati ərazi dairələri adlandırılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 19 iyun 2009-cu il.
№ 837-IIIQ