“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması” təsdiq edilsin (əlavə olunur).
[2]
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 28 iyul 2009-cu il
№ 112
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 28 iyul tarixli 112 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması
[3]
1. Bu sənəd “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma formasını müəyyən edir.
2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - Maliyyə Monitorinqi Xidməti) təqdim etməlidir.
[4]
3. Maliyyə Monitorinqi Xidməti nə təqdim olunan məlumatlar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən xüsusi formaya daxil edilir (əlavə olunur). Müəyyən məlumat olmadıqda formanın müvafiq sətri və ya sütunu doldurulmur. Məlumatlar əllə daxil edildikdə qara və ya göy rəngli, habelə mürəkkəbli qələmdən istifadə etməklə səliqə ilə yazılmalıdır. Məlumatların doldurulması zamanı düzəlişlərin edilməsinə yol verilmir.
4. Maliyyə Monitorinqi Xidməti nə təqdim olunan formada aşağıdakı məlumatlar əks etdirilməlidir:
4.1. şəxsin soyadı, adı, atasının adı;
4.2. şəxsin vətəndaşlığı və ya mənsub olduğu ölkə;
4.3. şəxsiyyəti təsdiq edən sənədin tipi, seriyası və nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;
4.4. valyuta sərvətlərinin gətirildiyi ölkə;
4.5. valyuta sərvətlərinin çıxarıldığı ölkə;
4.6. valyuta sərvətlərinin gətirilmə və ya çıxarılma tarixi, habelə valyutanın adı və məbləği.
5. Maliyyə Monitorinqi Xidməti nə təqdim edilən məlumatlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş kağız formatında və ya müəyyən edilmiş qaydada elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında təqdim edilə bilər.
6. Məlumatların təqdim edilməsi ilə bağlı təhlükəsizlik tələbləri, habelə məlumatların təqdim edilməsi üçün rabitə vasitələri Maliyyə Monitorinqi Xidməti tərəfindən müəyyən edilir.
[5]
7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq vəzifəli şəxsləri məlumatların təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
ƏLAVƏ
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma formasının
[6]
NÜMUNƏSİ
Şəxsin
|
Şəxsiyyəti təsdiq edən sənədin
|
Valyuta sərvətlərinin
|
||||||||||||
soyadı
|
adı
|
atasının adı
|
vətəndaşlığı
|
mənsub olduğu ölkə
|
tipi
|
seriyası və nömrəsi
|
verilmə tarixi
|
etibarlılıq tarixi
|
gətirildiyi ölkə
|
gətirilmə tarixi
|
çıxarıldığı ölkə
|
çıxarılma tarixi
|
məbləği
|
adı
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Möhür yeri
Gömrük orqanının vəzifəli şəxsin soyadı, adı, atasının adı, imzası ___________________ _______________________ _______________________
Gömrük orqanının vəzifəli şəxsin soyadı, adı, atasının adı, imzası ___________________ _______________________ _______________________
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449)
2.
11 oktyabr 2017-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1884)
3.
12 oktyabr 2018-ci il tarixli 442 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2018-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10 , maddə 2157)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
12 oktyabr 2018-ci il tarixli 442 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2018-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10 , maddə 2157) ilə qərarın adında və 1-ci hissəsində “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri “Maliyyə Monitorinqi Xidmətinə” sözləri ilə əvəz edilmişdir.
[2]
23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə adında və 1-ci hissəsində “Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilmişdir.
[3]
11 oktyabr 2017-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1884) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın adında “Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilmişdir.
12 oktyabr 2018-ci il tarixli 442 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2018-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10 , maddə 2157) ilə “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın adında və 1-ci, 2-ci (hər iki halda), 3-6-cı hissələrində ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ismin müvafiq hallarında “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilmişdir.
[4]
23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın 1-ci və 2-ci hissələrdə “Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilmişdir.
11 oktyabr 2017-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1884) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın 2-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi aşağıdakı əməliyyatlar barədə məlumatları dərhal Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra - Maliyyə Bazarlarına Nəzarət Palatası) təqdim etməlidir:
2.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2.2-ci maddəsində göstərilən şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması;
2.2. ilkin çıxış məntəqəsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsində göstərilən dövlət (ərazi) olan valyuta sərvətlərinin hər hansı şəxs tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması.
[5]
23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın 2-6-cı hissələrdə ismin müvafiq hallarında “Maliyyə Monitorinqi Xidməti” sözləri ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.
[6]
23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma formasının Nümunəsi”nin adında “Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilmişdir.
12 oktyabr 2018-ci il tarixli 442 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2018-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10 , maddə 2157) ilə “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”nın əlavə - “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma formasının nümunəsi”nin adında “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri “Maliyyə Monitorinqi Xidmətinə” sözləri ilə əvəz edilmişdir.