AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.08.2009
QEYDİYYAT NÖMRƏSİ
119
ADI
Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2009, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 672)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında

Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Respublikanın kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasını həvəsləndirmək, tibbi kadr çatışmazlığını aradan qaldırmaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Respublikanın kənd rayonlarında yerləşən tibb müəssisələrinin tibbi kadr tələbatını ödəmək məqsədi ilə dövlət ali və orta ixtisas məktəblərini tibbi ixtisaslar üzrə bitirərək, dövlət sifarişinə uyğun iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 33 manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq qurumlarla birlikdə onlara lazımi mənzil-məişət şəraitinin yaradılmasına, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və kreditlərin verilməsinə köməklik göstərilsin.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən tibb müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əməkhaqqına 66 manat məbləğində əlavələr ödənilsin.

2. Tibbi profilli dövlət ali və orta ixtisas təhsili müəssisələrini bitirərək, ciddi kadr tələbatı olan bölgələrdə əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilsin.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

3.1. 2010-2014-cü illər üçün səhiyyə müəssisələrində tibbi kadr təminatı üzrə İnkişaf Proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.2. gənc mütəxəssislər üçün lazımi əmək şəraitinin yaradılması məqsədi ilə səhiyyənin yerli qurumlarının fəaliyyətini gücləndirsin, bu kateqoriyadan olan işçilərə yerlərdə diqqət və qayğını artırsın, müvafiq stimullaşdırıcı tədbirlər həyata keçirsin.

4. Bu qərar 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 5 avqust 2009-cu il

      № 119

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 oktyabr 2021-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1194)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 oktyabr 2021-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1194) ilə adında, preambulasında və 1-ci hissəsinin birinci abzasında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status