370.000.000
380.000.000
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Mühafizə alayının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
I. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Bakı şəhərinin Qaradağ rayonundakı Qobustan qəsəbəsində yerləşən həbsxanasında baş vermiş ağır cinayətin qarşısının alınmasında, terrorçuların zərərsizləşdirilməsində, girov götürülmüş insanların həyatının xilas edilməsində hərbi hissəsinin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qəhrəmanlıq və şücaət göstərdiklərinə görə aşağıdakı hərbi qulluqçulara "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsin:
1. Kapitan Rzayev Rövşən Abdulla oğlu (ölümündən sonra)
2. Baş gizir Slesaryev Mixail Aleksandroviç
II. Həbsxananın mühafizəsinin həyata keçirilməsində, ağır cinayət hadisəsinin qarşısının alınmasında, ictimai təhlükəsizliyin təmin olunmasında, hərbi borclarını yerinə yetirilməsində xüsusi xidmətlərinə görə aşağıdakı hərbi qulluqçular təltif edilsinlər:
"Azərbaycan Bayrağı" ordeni ilə
1. Kapitan Abdullayev Gündüz Məhərrəm oğlu (ölümündən sonra)
2. Polkovnik-leytenant Hüseynov Elmar Knyaz oğlu
3. Sıravi Hüseynov Hüseyn Eldar oğlu
4. Polkovnik Kazımov Elşən Lətif oğlu
"İgidliyə görə" medalı ilə
1. Gizir Abdullayev Azər Abdulla oğlu
2. Çavuş Babayev Cəfər Afaq oğlu
3. Baş leytenant Əliyev Rafiq Şirməmməd oğlu
4. Kapitan Əliyev Şahin Ayaz oğlu
5. Kiçik çavuş Əsgərbəyli Kamran Bilal oğlu
6. Sıravi Hümbətov Cəlal Tahir oğlu
7. Sıravi Hüseynov Loğman Cavanşir oğlu
8. Kiçik çavuş Qarayev Taleh Alməddin oğlu
9. Çavuş Quliyev Xəqani Allahverdi oğlu
10. Çavuş Məmmədov Qasım Hidayət oğlu
11. Leytenant Mənsimov Hüseyn Əhməd oğlu
12. Çavuş Nəbiyev Məhəmməd Zalış oğlu
13. Leytenant Rzayev Etibar Abdulla oğlu
III. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 12 yanvar 1999-cu il
№ 73