AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.09.2009
QEYDİYYAT NÖMRƏSİ
139
ADI
“Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2009, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 743)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.09.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nın təsdiq edilməsi haqqında

“Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 93 nömrəli Fərmanının 1.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri   A. Rasi-zadə

 

Bakı şəhəri, 15 sentyabr 2009-cu il

     № 139

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1.  Bu Qaydalar “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il   14 may tarixli 93 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmış əmtəə nişanları üzrə müstəsna hüququn və beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız qorunan əmtəə nişanları üzrə müstəsna hüququn verilməsinə dair müqavilələrin, o cümlədən qeydiyyata alınması üçün təqdim olunan əmtəə nişanına dair iddia sənədi üzrə hüquqların verilməsi ilə bağlı müqavilələrin qeydiyyatı qaydalarını müəyyən edir.

1.2. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə isə dövlət rüsumu ödənilməsi şərti ilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik) qeydə alınır və onlar barədə məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra, başqa şəxslərin hüquqazidd hərəkətlərinə qarşı tətbiq edilir. [1]

1.3. Əmtəə nişanına dair hüququn verilməsi əmtəə nişanının qeydə alınması üçün təqdim olunan iddia sənədinə də aid edilə bilər. Bu halda əmtəə nişanının yeni sahibinin hüququ iddia sənədinin verildiyi gündən qüvvədə olur.

1.4. Əmtəə nişanının sahibi həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi  (qismən) üzrə  istifadə hüququnu və ya əmtəə nişanına dair hüququ müqavilələr əsasında başqa şəxsə verə bilər.

Hüququn qismən verilməsinə görə müqavilə əmtəə nişanına dair iddia sənədinə də şamil edilir.

Hüquq qismən verildiyi halda, iddia sənədinin nömrəsinin və əmtəə nişanının qeydiyyat nömrəsinin sonuna əlifba sırasına uyğun ardıcıllıqla müvafiq hərflər əlavə edilir və əmtəə nişanının ilkinliyi saxlanılır.

1.5. Əmtəə nişanına dair hüququn verilməsi əmtəə, xidmət və istehsalçı barədə istehlakçıda yanlış təsəvvür yaratmamalıdır.

1.6. Hər hansı ittifaqın, assosiasiyanın, birliyin adına qeydiyyata alınan kollektiv nişan üzrə hüquq, eləcə də ondan istifadəyə dair hüquq lisenziya müqaviləsi əsasında kollektiv nişanın bütün üzvlərinin razılığı ilə başqa şəxsə verilə bilər.

1.7. Lisenziya müqaviləsi və ya ondan çıxarış (çıxarış notarial qaydada təsdiq olunmalıdır, eyni zamanda, çıxarışda tərəflər və hüquqların verilməsinin həcmi göstərilməlidir) əmtəə nişanı sahibinin (lisenziarın) nişandan istifadə hüququnun başqa şəxsə (lisenziata) verilməsi barədə sənəddir. Bu müqavilə yalnız qeydə alınmış əmtəə nişanına və beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız mühafizə edilən əmtəə nişanlarına aiddir və qeydiyyatda göstərilən  əmtəələr və xidmətlər barəsində qüvvədə olur.

1.8. Lisenziya müqaviləsinə görə əmtəə nişanının sahibi (lisenziar) əmtəə nişanından istifadə hüququnu müqavilədə qeyd edilən əmtəələrə və xidmətlərə dair başqa hüquqi və ya fiziki şəxsə (lisenziata) verir.

Əmtəə nişanına dair müstəsna lisenziya  yalnız bir lisenziata verilir. Bu halda lisenziar həmin əmtəə nişanının müqavilədə qeyd edilən əmtəələr və xidmətlərlə bağlı istifadə hüququnu,  habelə digər şəxslərə lisenziya vermə hüququnu itirir.

Qeyri-müstəsna lisenziyaya görə lisenziar həmin əmtəə nişanı ilə bağlı istifadə hüququnu, habelə digər şəxslərə lisenziya vermə hüququnu özündə saxlayır.

Əmtəə nişanına dair yeganə lisenziya yalnız bir lisenziata verilir. Bu halda lisenziar həmin əmtəə nişanının müqavilədə qeyd edilən əmtəələr və xidmətlərlə bağlı istifadə hüququnu özündə saxlayır, digər şəxslərə isə lisenziya vermə hüququnu itirir.

1.9. Lisenziya müqaviləsi yalnız mühafizə olunan  əmtəə nişanına aid olan əmtəələrdə  və xidmətlərdə istifadə edilə bilər.  

1.10. Lisenziya müqaviləsində onun predmeti, müddəti, fəaliyyət göstərdiyi ərazi, müqaviləni bağlayan tərəflər və onların ünvanları göstərilir.

1.11. Lisenziya müqaviləsinə görə lisenziatın əmtəəsinin və ya xidmətinin keyfiyyəti lisenziarın əmtəəsinin və ya xidmətinin keyfiyyətindən aşağı olmamalı və lisenziar bu şərtin yerinə yetirilməsinə nəzarət etməlidir.

1.12. Lisenziya müqaviləsinə lisenziar tərəfindən yalnız  istehsal edilən əmtəələrin və ya göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri göstərən sənəd əlavə edilir.

1.13. Qeydə alınmış lisenziya müqaviləsində dəyişikliklər tərəflərin razılığı ilə edilir. [2]

1.14. Qeydə alınmış lisenziya müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada ləğv oluna bilər. [3]

1.15. Əmtəə nişanı üzrə hüquqların verilməsinə, o cümlədən istifadəyə görə hüquqların verilməsinə dair ərizədə (lisenziya müqaviləsində) bir neçə əmtəə nişanı göstərilə bilər. Bu halda hüquqları verən tərəf, həmçinin  hüquqları alan tərəf   eyni şəxslər olmalıdır.

 

2. Müqavilələrin qeydiyyatı üçün təqdim edilən sənədlər

 

2.1. İddia sənədi üzrə hüququn digər şəxsə verilməsi barədə müqavilənin qeydiyyatı üçün aşağıdakı sənədlər təqdim edilir:

iddiaçı tərəfindən verilən ərizə (1 nömrəli əlavə);

iddia sənədi üzrə hüquqların digər hüquqi və ya fiziki şəxslərə verilməsinə dair Müqavilə (2 nömrəli əlavə);

iddia sənədinin surəti;

hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və VÖEN-in surəti;

müqavilənin qeydiyyatı üçün müəyyən edilmiş dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

etibarnamə (zərurət olduqda).

2.2. Əmtəə nişanı üzrə hüququn verilməsi barədə müqavilənin qeydiyyatı üçün  aşağıdakı sənədlər təqdim olunur:

əmtəə nişanının sahibi tərəfindən verilən ərizə (3 nömrəli əlavə);

əmtəə nişanı üzrə hüququn digər şəxslərə verilməsi barədə Müqavilə         (4 nömrəli əlavə);

əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya dövlət reyestrindən çıxarış;

hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən  sənədin surəti;

fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və VÖEN-in surəti;

müqavilənin qeydiyyatı üçün müəyyən edilmiş dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

etibarnamə (zərurət olduqda).

2.3. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsinin qeydiyyatı üçün  aşağıdakı sənədlər təqdim edilir:

əmtəə nişanının sahibi tərəfindən verilən ərizə (5 nömrəli əlavə);

əmtəə nişanından istifadə  hüququnun verilməsi barədə Müqavilə; 

əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya dövlət reyestrindən çıxarış;

hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və VÖEN-in surəti;

müqavilənin qeydiyyatı üçün müəyyən edilmiş haqqın ödənildiyini təsdiq edən sənəd; [4]

etibarnamə (zərurət olduqda);

əmtəənin və ya xidmətin keyfiyyəti barədə sənədin surəti (zərurət olduqda).

Yuxarıda göstərilən sənədlər iki nüsxədə təqdim olunur.

Hüququ şəxsin adından ərizə və əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyəti olan şəxs tərəfindən imzalanır. İmza edən şəxsin vəzifəsi göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq olunur. İmza edən şəxsin soyadı və adı göstərilir.

Müqaviləni imzalayan tərəflərdən biri fiziki şəxs olduqda, onun imzası notarial qaydada təsdiq edilir.

Ərizənin imza tarixi göstərilmədikdə, ərizənin tarixi onun Agentliyə daxil olunduğu tarixdən müəyyən edilir. [5]

 

3. Müqavilələrin qeydiyyatının aparılma qaydası

 

3.1. Ərizə Azərbaycan dilində təqdim edilir. Digər sənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilən sənədin Azərbaycan dilinə tərcüməsi (notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi tarixdən bir ay müddətində təqdim edilməlidir. Təqdim olunan sənədlər toplusunun bir nüsxəsi Agentliksaxlanılır. [6]

3.2. Agentli daxil olan müqaviləyə dair sənədlər bir ay müddətində araşdırılır. Müqavilə qeydiyyata alındığı  halda, bir aydan gec olmayaraq, bu barədə məlumat Əmtəə nişanlarının dövlət reyestrinə daxil edilir və ərizəni verən fiziki və ya hüquqi  şəxsə göndərilir.

Əmtəə nişanının sahibinin xahişi əsasında əmtəə nişanına dair Şəhadətnamədə müqavilənin qeydiyyatına aid müvafiq qeydlər aparıla bilər.

Müqaviləyə dair sənədlər qaytanlanır və müqavilənin son vərəqinin arxasında müvafiq qeydlər aparılır.

Agentliyin rəsmi bülletenində qeydiyyatın aparılması barədə məlumat dərc olunur.

3.3. Agentli təqdim olunan sənədlər üzrə iradlar olduğu halda, bu barədə ərizə verən şəxsə bildiriş göndərilir. Ərizəni verən şəxs bildirişi aldığı tarixdən bir ay müddətində lazımi düzəlişlər edilmiş sənədləri yenidən Agentli təqdim etməlidir. Düzəliş edilmiş sənədlər müəyyən olunan müddət ərzində üzrsüz səbəbdən təqdim edilmədikdə, ərizə verilməmiş hesab edilir. Bu zaman ödənilmiş rüsum və ya haqq geri qaytarılmır. [7]

3.4. Qeydiyyata alınmış müqavilələrdə müvafiq dəyişikliklər və ya əlavələr edilə bilər. Bu məqsədlər üçün müəyyən edilən haqqın ödənildiyini təsdiq edən sənəd təqdim olunduqdan sonra, onlar Əmtəə nişanlarının dövlət reyestrinə daxil edilir və müqaviləyə əlavə olunur. [8]

3.5. Agentlik tərəfindən Əmtəə nişanlarının dövlət reyestrində edilən dəyişikliklər və əlavələr barədə ərizə verən şəxsə məlumat sənədlər daxil olduğu tarixdən bir ay müddətində göndərilir.

Müqavilədə edilən dəyişikliklər və əlavələr barədə məlumatlar Agentliyin rəsmi bülletenində dərc olunur.

 

4. Müqavilələrin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi

 

4.1. Müqavilələrin fəaliyyətinə vaxtından əvvəl tərəflərin  qarşılıqlı  razılığı və məhkəmənin qərarı əsasında xitam verilir.

Qeydiyyata alınmış müqavilənin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə məlumatlar Əmtəə nişanlarının dövlət reyestrinə  daxil edilir.

4.2. Müqavilənin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi üçün ərizəni verən şəxs aşağıdakıları təqdim etməlidir:

müqavilənin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi üçün tərəflərin qarşılıqlı razılığını təsdiq edən sənədi;

müqavilənin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə məhkəmənin qərarını;

dövlət reyestrində dəyişikliklərin aparılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi.

Müqaviləyə birtərəfli qaydada xitam verilməsi və onun qeydiyyatının ləğv edilməsi üçün həmin müqavilədə müvafiq şərtlər öz əksini tapmalıdır.

Müqavilənin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə məlumatlar əmtəə nişanı sahibinin məktubu və ya məhkəmənin qərarı əsasında Əmtəə nişanlarının dövlət reyestrinə daxil edilir.

4.3. Müqavilənin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə ərizə Agentli daxil olduğu tarixdən etibarən 15 gün müddətində Əmtəə nişanlarının dövlət reyestrində müvafiq dəyişikliklər aparılır və ərizəni verən fiziki və ya hüquqi şəxsə bu barədə məlumat göndərilir.

Müqavilənin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə məlumat Agentliyin rəsmi bülletenində dərc olunur.

 

5. Yekun müddəalar

 

5.1. Müqavilənin müddəalarında qarşılıqlı ziddiyyətlər olmamalıdır.

5.2. Qeydiyyata alınmış müqavilələr, əmtəə nişanı üzrə Şəhadətnamənin qeydiyyata alındığı ərazidə hüquqi qüvvəyə malik olur.

5.3. Qeydiyyata alınmış müqavilə və ya ona edilən düzəliş və ya əlavələrlə bağlı sənədlərin bir nüsxəsi Agentlik saxlanılır.

5.4. Qeydiyyata alınmış müqavilə ilə bağlı qüvvəyə minmiş məhkəmənin qərarı (qətnaməsi) Agentli təqdim edilir.

 


 

«Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları»na
1 nömrəli Əlavə

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə [9]

 

ünvan

 

Əmtəə nişanının (nişanlarının) iddiaçısı tərəfindən

____________________________________________________________________________________

(fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı)

Ünvan: _____________________________________________________________________________

(iddiaçının ünvanı)

____________________________________________________________________________________

 

ƏRİZƏ

 

Xahiş edirəm ___________________________________________________________________ adlı

(əmtəə nişanının (nişanlarının) adı (adı olmadıqda, təsviri)

___________________________________________________________________________________

(iddia sənədinin (sənədlərinin) №-si və əmtəə nişanlarına aid əmtəələrin və xidmətlərin sinifləri)

əmtəə nişanına (nişanlarına) dair iddia sənədi üzrə hüquqların bütövlükdə (qismən)

____________________________________________________________________________________

(fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı)

_____________________________________________________________________ verilməsi barədə

(hüququ alan şəxsin ünvanı)

bağladığımız müqaviləni qeydiyyata alasınız.

Qoşma:

1) əmtəə nişanı (nişanları) üzrə iddia sənədinin (sənədlərinin) surəti;

2) müqavilənin qeydiyyatı üçün müəyyən edilən rüsumun ödənildiyini təsdiq edən sənəd;

____________________________________________________________________________________

(ödəniş sənədinin №-si, tarixi)

3) etibarnamə ( zərurət olduqda).

 

Əmtəə nişanının (nişanlarının) sahibi:

 

Hüquqi (fiziki) şəxsin adından

 

imza edən şəxsin soyadı, adı, atasının adı, vəzifəsi:

_______________________________

 

(imza, tarix)

və ya onların patent müvəkkilinin soyadı, adı, atasının adı:

_______________________________

 

(imza, tarix)

 

 

 

 


 

«Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları»na
2 nömrəli əlavə

 

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi [10]

Intellectual Property Agency of the Republic of Azerbaijan

 

ƏMTƏƏ NİŞANINA DAİR İDDİA SƏNƏDİ ÜZRƏ HÜQUQLARIN DİGƏR HÜQUQİ (FİZİKİ) ŞƏXSƏ VERİLMƏSİ BARƏDƏ MÜQAVİLƏ

TRADEMARK APPLİCATİON ASSİGNMENT

 

Bu sənədi imzalayaraq (hüquqları verən tərəfi, fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı):

The undersigned:

 

Göstərilən əmtəə nişanına dair iddia sənədi (sənədləri) üzrə hüquqların (iddia sənədinin (sənədlərinin) №-si, adı, Nitsa təsnifatı üzrə sinifləri):

Declares to assign transmission on trademark application (application №: title, classes according to the Nice classification)

 

İddia sənədinə (sənədlərinə) aid olan əmtəələrə, xidmətlərə görə (Nitsa təsnifatı üzrə siniflər)

 

bütövlükdə

 

qismən

 

In respect of all (some) goods/services (classes according to the Nice classification):

 

wholly

 

partially

 

Göstərilən tərəfə verilməsini təsdiq edirəm (hüquqları alan tərəfin, fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı):

To the other party

(full name, address):

 

Hüquqları verən tərəf: soyadı, adı, atasının adı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)

Assignor: full name, signature, place and date (seal and capacity in case of legal entity):

 

Hüquqları alan tərəf: soyadı, adı, atasının adı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)

Assignor: full name, signature, place and date (seal and capacity in case of legal entity):

 

 

Qeyd. İmzalar möhürlənir və onlar olmadıqda, imzalar notarius tərəfindən təsdiq edilir.

Notification: the signatures should bear the party's company seals or in case of their absence should be certified by Notary Public.

 

 


 

«Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları»na
3 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə [11]

 

ünvan

 

Əmtəə nişanının (nişanlarının) iddiaçısı tərəfindən

____________________________________________________________________________________

(fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı)

Ünvan: _____________________________________________________________________________

(əmtəə nişanı sahibinin ünvanı)

____________________________________________________________________________________

 

ƏRİZƏ

 

Xahiş edirəm ___________________________________________________________________ adlı

(əmtəə nişanının (nişanlarının) adı (adı olmadıqda təsviri)

___________________________________________________________________________________

(Şəhadətnamənin (şəhadətnamələrin) №-si və təsnifat üzrə əmtəələrin və xidmətlərin sinifləri)

əmtəə nişanına (nişanlarına) dair hüquqların bütövlükdə (qismən)

___________________________________________________________________________________

(fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı)

____________________________________________________________________ verilməsi barədə

(hüququ alan şəxsin ünvanı)

bağladığımız müqaviləni qeydiyyata alasınız.

Qoşma:

1) əmtəə nişanının (nişanlarının) Şəhadətnaməsinin (şəhadətnamələrinin) surəti;

2) müqavilənin qeydiyyatı üçün müəyyən edilən rüsumun ödənildiyini təsdiq edən sənəd.

___________________________________________________________________________________

(ödəniş sənədinin №-si, tarixi)

3) etibarnamə ( zərurət olduqda).

 

Əmtəə nişanının (nişanlarının) sahibi:

 

Hüquqi (fiziki) şəxsin adından — imza edən şəxsin soyadı, adı, atasının adı, vəzifəsi:

_______________________________

 

(imza, tarix)

və ya onların patent müvəkkilinin soyadı, adı, atasının adı:

_______________________________

 

(imza, tarix)

 

 


 

«Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları»na

4 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi [12]

Intellectual Property Agency of the Republic of Azerbaijan

 

ƏMTƏƏ NİŞANI ÜZRƏ HÜQUQUN DİGƏR HÜQUQİ (FİZİKİ) ŞƏXSƏ VERİLMƏSİ BARƏDƏ MÜQAVİLƏ

TRADEMARK REGİSTRATİON ASSİGNMENT

 

Bu sənədi imzalayaraq (hüquqları verən tərəfin fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı):

The undersigned:

 

Əmtəə nişanına (nişanlarına) dair hüquqların (əmtəə nişanının (nişanlarının) №-si, adı, Nitsa təsnifatı üzrə siniflər):

Declares to assign transmission on trademark registration (registration Ne: title, classes according to the Nice classification)

 

Əmtəə nişanına (nişanlarına) aid olan əmtəələrə, xidmətlərə görə (Nitsa təsnifatı üzrə siniflər)

 

bütövlükdə

 

qismən

 

In respect of all (some) goods/services (classes according to the Nice classification):

 

wholly

 

partially

 

Göstərilən tərəfə verilməsini təsdiq edirəm (hüquqları alan tərəfin, fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı):

To the other party

(full name, address):

 

Hüquqları verən tərəf: soyadı, adı, atasının adı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)

Assignor: full name, signature, place and date (seal and capacity in case of legal entity):

 

Hüquqları alan tərəf: soyadı, adı, atasının adı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür)

Assignor: full name, signature, place and date (seal and capacity in case of legal entity):

 

 

Qeyd. İmzalar möhürlənir və onlar olmadıqda, imzalar notarius tərəfindən təsdiq edilir.

Notification: the signatures should bear the party's company seals or in case of their absence should be certified by Notary Public.

 


 

«Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları»na
5 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə [13]

 

ünvan

 

Əmtəə nişanının (nişanlarının) sahibi tərəfindən

____________________________________________________________________________________

(fiziki şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin tam adı)

Ünvan: _____________________________________________________________________________

(əmtəə nişanı sahibinin ünvanı)

____________________________________________________________________________________

 

ƏRİZƏ

 

Xahiş edirəm _____________________________________________________________________ adlı

(əmtəə nişanının (nişanlarının) adı (adı olmadıqda təsviri)

(__________________________________________________________+_________________________)

(Şəhadətnamənin (şəhadətnamələrin) №-si və əmtəə nişanlarına aid əmtəələrin və xidmətlərin sinifləri)

əmtəə nişanından (nişanlarından) istifadəyə dair

_____________________________________________________________________________________

(hüququ alan fiziki şəxsin soyadı, adı, atasının adı və hüquqi şəxsin tam adı)

(____________________________________________________________________________________)

(hüququ alan şəxsin ünvanı)

bağladığımız (müstəsna qeyri-müstəsna, yeganə) lisenziya müqaviləsini qeydiyyata alasınız.

Qoşma:

1) əmtəə nişanının (nişanlarının) Şəhadətnaməsinin (şəhadətnamələrinin) surəti;

2) müqavilənin qeydiyyatı üçün müəyyən edilən haqqın ödənildiyini təsdiq edən sənəd.

_____________________________________________________________________________________

(ödəniş sənədinin №-si, tarixi)

3) etibarnamə ( zərurət olduqda)

4) Əmtəə nişanın (nişanların) sahibi:

 

Hüquqi (fiziki) şəxsin adından — imza edən şəxsin soyadı, adı, atasının adı, vəzifəsi:

_______________________________

 

(imza, tarix)

və ya onların patent müvəkkilinin soyadı, adı, atasının adı:

_______________________________

 

(imza, tarix)

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 may 2014-cü il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 may 2014-cü il, № 109; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 576)

2.       18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734)

3.       28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (bundan sonra – Komitə)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 1.2-ci bəndində “Əmtəə nişanlarına dair müqavilələr” sözləri “Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə isə” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 may 2014-cü il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 may 2014-cü il, № 109; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 576) ilə 1.13-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.13. Qeydə alınmış lisenziya müqaviləsində tərəflərin razılığı ilə və dövlət rüsumu ödənilməklə, dəyişikliklər edilə bilər.

 

[3] 16 may 2014-cü il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 may 2014-cü il, № 109; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 576) ilə 1.14-cü bənddə “qanunvericiliklə müəyyənləşdirilmiş qaydada” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilmişdir.

[4] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 2.3-cü bəndin yeddinci abzasında “dövlət rüsumunun” sözləri “haqqın” sözü ilə əvəz edilmişdir.

 

[5] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 2.3-cü bəndin on üçüncü abzasında “Komitəyə” sözü “Agentliyə” sözü ilə əvəz edilmişdir.

 

[6] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 3.1-ci bəndin dördüncü cümləsində, 3.2-ci bəndin birinci abzasının birinci cümləsində və dördüncü abzasında, 3.3-cü bəndin birinci və ikinci cümlələrində, 3.5-ci və 4.3-cü bəndlərin birinci və ikinci abzaslarında, 5.3-cü və 5.4-cü bəndlərdə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[7] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 3.3-cü bəndin dördüncü cümləsinə “rüsum” sözündən sonra “və ya haqq” sözləri əlavə edilmişdir.

 

[8] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 3.4-cü bəndin ikinci cümləsində və Qaydalara 5 nömrəli əlavədə “rüsumun” sözü “haqqın” sözü ilə əvəz edilmişdir.

 

[9] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 1 nömrəli əlavəsində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124 sözləri “ünvan” sözü ilə əvəz edilmişdir.

 

[10] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 2 nömrəli əlavəsində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə və “Azerbaijan Republic State Committee on Standardization, Metrology and Patents” sözləri “Intellectual Property Agency of the Republic of Azerbaijan” sözləri ilə əvəz edilmişdir.

 

[11] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 3 nömrəli əlavəsində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124 sözləri “ünvan” sözü ilə əvəz edilmişdir.

 

[12] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 4 nömrəli əlavəsində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə və “Azerbaijan Republic State Committee on Standardization, Metrology and Patents” sözləri “Intellectual Property Agency of the Republic of Azerbaijan” sözləri ilə əvəz edilmişdir.

 

[13] 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 5 nömrəli əlavəsində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1078, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124 sözləri “ünvan” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status