AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.01.1999
QEYDİYYAT NÖMRƏSİ
5
ADI
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-1999, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 46)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.01.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin siyahısı təsdiq edilsin (əlavə olunur).

2. İctimai təhlükəli xəstəliklərin siyahısı təsdiq edilsin (əlavə olunur).

3. Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması qaydası təsdiq edilsin (əlavə olunur).

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 12 yanvar 1999-cu il

                    № 5

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin

 

SİYAHISI

 

1. Ərin orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi. [1]

2. Hamiləlik dövründə ərin ölməsi.

3. Valideynlik hüququndan məhrum edilmə və ya məhdudlaşdırılma barədə məhkəmə qərardadının olması halları.

4. Müəyyənləşdirilmiş qaydalar əsasında qadının və yaxud onun ərinin işsiz hesab edilməsi.

5. Qadının və yaxud ərinin azadlıqdan məhrum edilmə yerlərində olması.

6. Nigahdankənar hamiləlik.

7. Hamiləlik dövründə nigahın pozulması.

8. Hamiləliyin zorlanmaya məruz qalma nəticəsində baş verməsi.

9. Çox uşaqlılıq (5 və daha artıq uşaq).

10. Ailədə sağlamlıq imkanları məhdud uşağın olması. [2]

11. Qadının qaçqın və ya məcburi köçkün statusunun olması.

12. Mənzilin olmaması, yataqxanada, şəxsi evdə, kirayədə yaşama.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 12 yanvar tarixli, 5 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

İctimai təhlükəli xəstəliklərin

 

SİYAHISI

 

1. Ruhi xəstəliklər

2. Narkomanlıq

3. Xroniki alkoqolizm

4. İnsanın qazanılma immunçatışmazlığı sindromu (QİÇS)

5. Vərəm

6. Sifilis

7. Qonoreya

8. Lepra

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 12 yanvar tarixli, 5 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması

 

QAYDASI

 

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun "Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ" barəsindəki 46-cı maddəsinin 5-ci abzasına uyğun olaraq Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Xaricdə tibb və əczaçılıq təhsili alan və həmin ixtisas üzrə Azərbaycan Respublikasında işləmək arzusunda olan hər hansı bir şəxs xaricdə bitirdiyi dövlət qeydiyyatından keçmiş tibb və əczaçılıq təhsili müəssisəsinin diplomunu, yaxud onu əvəz edən sənədin, diploma əlavənin, diplomdan sonra keçdiyi hər hansı bir ixtisaslaşma və təkmilləşdirmə barədə, aldığı praktiki və elmi dərəcəsi barədə sənədlərin və bu təhsilini və iş fəaliyyətini dəqiqləşdirən digər sənədlərin Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətini Səhiyyə Nazirliyinə təqdim edir.

Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən yüksək ixtisaslı elmi, elmi-pedaqoji kadrlar və praktiki təbabətin mütəxəssislərindən ibarət müvafiq Komissiya yaradılır. Komissiya Respublika Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.

Komissiya 1 ay müddətində təqdim olunan sənədlərə əsasən həmin şəxsin keçdiyi tədris plan və proqramlarının, həmçinin respublikanın dövlət standartlarına uyğunluğunu və diplomun etibarlılığını və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını araşdırır, lazım olan tədbirdə bilik səviyyəsini və peşə səriştəsini yoxlayır və onun Azərbaycan Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə səs çoxluğu ilə qərar qəbul edir. [3]

Həmin qərara əsasən müraciət etmiş şəxsə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilir.

Qeyd olunan arayış, tədris müəssisəsini bitirmək haqqında diplomun təqdim edilməsi şərtilə, hüquqi şəxslə (işə götürənlə) əmək müqaviləsinin bağlanmasına və ya müvafiq qaydada lisenziya alınmasına icazə verir. [4]

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları respublika standartlarına uyğun olmayan şəxslərə onların təhsillərinin davam etdirilməsi və ya bilik səviyyələrinə müvafiq işlə təmin olunması haqqında arayış verilir. [5]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

2.       28 sentyabr 2017-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2017-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1761)

3.       7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 512)

4.       19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294)

5.       23 dekabr 2021-ci il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1535) (2022-ci il iyulun 1-dən qüvvəyə minir)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 512) ilə “Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı”nın 1-ci hissəsində “qrup əlil olması” sözləri “dərəcə əlilliyinin müəyyən edilməsi” sözləri ilə əvəz edilmişdir.

23 dekabr 2021-ci il tarixli 411 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 dekabr 2021-ci il, № 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1535) ilə “Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı”nın 1-ci hissəsində “1-2 dərəcə əlilliyinin müəyyən edilməsi” sözləri “orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 10-cu bəndində «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294) ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”nın dördüncü abzasında “ekvivalent olmasını” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilmişdir.

 

[4] 28 sentyabr 2017-ci il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2017-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1761) ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”nın altıncı abzasında “xüsusi razılığın (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilmişdir.

 

[5] 19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294) ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”nın yeddinci abzasında “Diplomun ekvivalentliyi” sözləri “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status