557 - 2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
30.10.2009
QEYDİYYAT NÖMRƏSİ
557
ADI
2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 05-11-2009, Nəşr nömrəsi: 247), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2009, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 841)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında

2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin. [1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Estoniya Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 oktyabr 2009-cu il

    № 557

 

 


 

Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti,

Hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməyi arzu edərək;

Hər iki ölkənin ictimaiyyəti üçün səmərəli və dayanıqlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar eyni məqsəd və maraqları bölüşərək;

İnformasiya və kommunikasiya texnologiyaları sahəsində aparılan əməkdaşlığın hazırkı səviyyəsinin yüksəldilməsinin və ümumi maraq kəsb edən ideyalar, məlumatlar, bilik və təcrübələr baxımından mübadiləsi yolu ilə təkmilləşdirilməsinin Tərəflər üçün faydalı olacağını nəzərə alaraq;

İnformasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsində mövcud olan potensialı, bu sahədəki şərtlərdən və imkanlardan tam istifadə etmək üçün ehtiyacı dərk edərək;

Tərəflərin informasiya və kommunikasiya texnologiyaları sahəsində sərmayələri, birgə müəssisələri, ümumi maraqları, texnoloji inkişafı və ticarəti inkişaf etdirmək arzusunda olduqlarını nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər qarşılıqlı fayda əsasında, öz milli qanunvericiliklərinə, beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə və bu Sazişin müddəalarına uyğun olaraq, informasiya və kommunikasiya texnologiyaları sahəsində öz iqtisadi, sənaye, elmi və texniki əməkdaşlıqlarını inkişaf etdirəcək və təkmilləşdirəcəklər.

 

Maddə 2

 

Tərəflər arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakıları əhatə edir:

1.     Telekommunikasiya bazarının tənzimlənməsi sahəsinə təcrübə mübadiləsi;

2.     E-hökumətin və E-imzanın tətbiqi sahəsində əməkdaşlığı təşviq etmək;

3.     İKT sahəsində qarşılıqlı investisiyaları təşviq etmək;

4.     Qarşılıqlı məqbul şərtlərlə İKT sahəsində birgə müəssisələrin yaradılmasını təşviq etmək;

5.     Azərbaycanlı nümayəndələr üçün informasiya cəmiyyətinin inkişafı üzrə təlim kurslarının təşkili:

6.     Birgə seminar, konfrans, forum və sərgilərin keçirilməsi;

7.     Beynəlxalq təşkilatlarda (Ümumdünya Poçt İttifaqı və Beynəlxalq Telekommunikasiya İttifaqı kimi) hər iki Tərəfin, milli maraqları üst-üstə düşdüyü təqdirdə, bir-birini dəstəkləməsi;

8.     Qarşılıqlı razılaşma əsasında digər məsələlər.

(2) Layihələrin maliyyələşdirmə şərtləri tərəflər arasında hər bir hal üçün ayrı-ayrılıqda müəyyən ediləcəkdir.

 

Maddə 3

 

Tərəflər İKT sahəsində fəaliyyətin həvəsləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiq edilməsi və birgə müəssisələrin yaradılması məqsədi ilə aidiyyəti orqanlarını, təşkilat və müəssisələrini İKT sahəsində sıx əlaqələrin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, eləcə də xüsusi proqramların və layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa təşviq edəcəklər.

Tərəflər kəndlərdə telekommunikasiyanın inkişaf etdirilməsi, rəqəmsallara keçidin təmin edilməsi və lokal şəbəkələrin tənzimlənməsi sahəsində Estoniyanın təcrübəsinin tətbiqi üçün hər iki Tərəfin mütəxəssislərinin birgə fəaliyyət göstərməsini təmin edəcəklər.

 

Maddə 4

 

Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur.

 

Maddə 5

 

Tərəflər əməkdaşlıq çərçivəsində mübadilə etdikləri məxfi məlumatın öz milli qanunvericiliklərinə uyğun surətdə qorunması üçün zəruri tədbirlər görmək, həmçinin belə məlumatı təqdim etmiş Tərəfin yazılı icazəsi olmadan bu məlumatı üçüncü tərəfə aşkarlamamaq və yaymamaq öhdəliyini daşıyırlar. Bu müddəa hazırkı Saziş qüvvədən düşdükdən sonra da qüvvədə qalır.

Maddə 6

 

Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mübahisələr yarandığı təqdirdə, onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

 

Maddə 7

 

(1) Bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul səlahiyyətli orqanlar:

Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;

Estoniya Respublikası Hökuməti adından Estoniya Respublikasının İqtisadi İşlər və Rabitə Nazirliyidir.

(2) Bu Sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi üzrə səlahiyyətli orqanların qarşılıqlı fəaliyyəti zamanı işçi dil qismində ingilis dilindən istifadə ediləcəkdir.

(3)     Tərəflər əməkdaşlığın xüsusiyyətlərindən asılı olaraq, bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul olan digər dövlət hakimiyyəti orqanlarını təyin edə bilər və bu barədə onlar diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırmalıdırlar.

 

Maddə 8

 

(1)     Hər bir Tərəf digər Tərəfi bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların başa çatdırıldığı barədə diplomatik kanallar vasitəsilə yazılı məlumat verməlidir. Bu Saziş sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir.

(2)     Bu Sazişə Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında düzəliş edilə bilər. Dəyişiklər bu Sazişin 8-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan qaydada qüvvəyə minir.

(3)     Hər bir tərəf Sazişin müddətinin bitməsinə 3 ay qalmış qarşı tərəfə yazılı şəkildə məlumat verməklə ona xitam verə bilər.

Bu Saziş Nyu-York şəhərində "23" sentyabr 2009-cu il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, eston və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandıqda ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

 

Azərbaycan Respublikası

Estoniya Respublikası

Hökuməti

Hökuməti

adından

adından

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

2.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2-ci hissədə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 2-ci hissəyə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status