AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
25.12.2009
QEYDİYYAT NÖMRƏSİ
206
ADI
“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-12-2009, Nəşr nömrəsi: 290), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2009, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 994)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.000.000
370.000.000
380.000.000
390.000.000
420.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 13-cü maddəsinin dördüncü cümləsində, 55-ci maddəsinin birinci cümləsində, 62-ci maddəsinin ikinci cümləsində, 77-1-ci maddəsinin ikinci cümləsində, 87-ci maddəsində, 92-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.1-1. həmin Əsasnamənin 90-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (miqrasiya orqanlarının işçilərinə münasibətdə) həyata keçirirlər; [2]

2.1-2. həmin Əsasnamənin 90-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər;

2.1-3. həmin Əsasnamənin 90-1-ci maddəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və miqrasiya orqanlarının işçiləri nəzərdə tutulur;

2.2. həmin Əsasnamənin 29-1-ci maddəsinin ikinci cümləsində, 53-cü maddəsinin üçüncü cümləsində, 77-ci maddəsində, 77-2-ci maddəsinin ikinci cümləsində, 80-1-ci, 80-2-ci, 87-ci, 88-1-ci maddələrində və 90-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

2.3. həmin Əsasnamənin 1-ci, 5-ci, 10-cu, 11-ci, 14-cü, 23-cü maddələrində, 24-cü maddəsinin ikinci cümləsində, 26-cı maddəsinin birinci və üçüncü cümlələrində, 30.2-ci maddəsində, 40-cı maddəsinin ikinci cümləsində, 43-cü maddəsinin üçüncü cümləsində, 55-ci maddəsinin ikinci cümləsində, 63-cü maddəsində, 63-1.1-ci maddəsində (hər iki halda), 64-cü, 85-ci, 89-cu maddələrində, 90-1-ci maddəsinin birinci cümləsində (hər iki halda), 92-ci, 93-cü, 95.7-ci, 101-ci maddələrində, 103-cü maddəsinin üçüncü cümləsində, 113-cü, 114-cü, 115-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir; [4]

2.4. həmin Əsasnamənin 58-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur;

2.4-1. həmin Əsasnamənin 92-ci maddəsində ikinci halda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur; [5]

2.4-2. həmin Əsasnamənin 63-1.2-ci maddəsində (hər iki halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur (bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla);

2.4-3. həmin Əsasnamənin 63-2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur; [6]

2.5. həmin Əsasnamənin 11-ci maddəsində nəzərdə tutulmuş miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin yoxlanılması Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

3. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin işçilərinə baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsinin verilməsi Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi ilə razılaşdırılır. [7]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 dekabr 2009-cu il

     № 206

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 15 iyun 2010-cu il tarixli 306 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 iyun 2010-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 625)
  2. 20 aprel 2011-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 21 aprel 2011-ci il, № 81, “Azərbaycan” qəzeti 22 aprel 2011-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 294)
  3. 8 may 2012-ci il tarixli 632 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 425)
  4. 18 mart 2013-cü il tarixli 851 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 253)
  5. 7 may 2013-cü il tarixli 894 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 515)
  6. 24 iyun 2013-cü il tarixli 917 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 iyun 2013-cü il, № 136; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 645)
  7. 18 dekabr 2013-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 dekabr 2013-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1518)
  8. 5 may 2014-cü il tarixli 158 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 471)
  9. 1 may 2017-ci il tarixli 1355 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 759)
  10. 12 iyul 2017-ci il tarixli 1518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1328)
  11. 22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561)
  12. 18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1355)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 iyun 2010-cu il tarixli 306 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 iyun 2010-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 625) ilə 2.1-ci bənddə “62-ci maddəsinin ikinci cümləsində, ” sözlərindən sonra “77-1-ci maddəsinin ikinci cümləsində, ” sözləri əlavə edilmişdir.

18 mart 2013-cü il tarixli 851 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 253) ilə 2.1-ci bəndə “87-ci maddəsində” sözlərindən sonra “, 92-ci maddəsində (birinci halda)” sözləri əlavə edilmişdir.

5 may 2014-cü il tarixli 158 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 471) ilə 2.1-ci bənddən “87-ci maddəsində,” sözləri çıxarılmışdır.

18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1355) ilə 2.1-ci bəndində “üçüncü” sözü “dördüncü” sözü ilə əvəz edilmişdir.

 

[2] 1 may 2017-ci il tarixli 1355 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 759) ilə yeni məzmunda 2.1-1, 2.1-2 və 2.1-3-cü bəndlər əlavə edilmişdir.

 

22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.1-1-ci, 2.1-2-ci və 2.1-3-cü bəndlər ləğv edilmişdir.

 

[3] 15 iyun 2010-cu il tarixli 306 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 iyun 2010-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 625) ilə 2.2-ci bənddə “77-ci maddəsində” sözləri “29-1-ci maddəsinin ikinci cümləsində, 77-ci maddəsində və 77-2-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

20 aprel 2011-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 21 aprel 2011-ci il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 294) ilə 2.2-ci bənddə “və 77-2-ci maddəsinin ikinci cümləsində” sözləri “, 77-2-ci maddəsinin ikinci cümləsində və 90-1-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

8 may 2012-ci il tarixli 632 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 425) ilə 2.2-ci bəndində “” sözündən əvvəl “, 88-1-ci maddəsində ” sözləri əlavə edilmişdir.

18 dekabr 2013-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 dekabr 2013-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1518) ilə 2.2-ci bəndində “88-1-ci maddəsində” sözləri “80-1-ci, 80-2-ci, 88-1-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

5 may 2014-cü il tarixli 158 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 471) ilə 2.2-ci bəndə “80-2-ci,” sözlərindən sonra “87-ci,” sözləri əlavə edilmişdir.

1 may 2017-ci il tarixli 1355 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 759) ilə 2.2-ci bənddən “və 90-1-ci maddəsinin ikinci cümləsində” sözləri çıxarılmışdır.

12 iyul 2017-ci il tarixli 1518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1328) ilə 2.2-ci bəndinə “29-1-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “53-cü maddəsinin üçüncü cümləsində, ” sözləri əlavə edilmişdir.

 

22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.2-ci bəndə “88-1-ci maddələrində” sözlərindən sonra “və 90-1-ci maddəsinin ikinci cümləsində” sözləri əlavə edilmişdir.

 

[4] 20 aprel 2011-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 21 aprel 2011-ci il, № 81, “Azərbaycan” qəzeti 22 aprel 2011-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 294) ilə 2.3-cü bənddə “89-cu” sözləri “89-cu maddələrində, 90-1-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

 

7 may 2013-cü il tarixli 894 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 515) ilə 2.3-cü bənddə “63-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri “63-cü maddəsində, 63-1.1-ci maddəsində (hər iki halda),” sözləri ilə əvəz edilmişdir.

 

24 iyun 2013-cü il tarixli 917 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 iyun 2013-cü il, № 136; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 645) ilə 2.3-cü bəndindən “92-ci,” sözləri çıxarılmışdır.

 

1 may 2017-ci il tarixli 1355 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 759) ilə 2.3-cü bənddən “90-1-ci maddəsinin birinci cümləsində,” sözləri çıxarılmışdır.

 

22 may 2020-ci il tarixli 1036 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 561) ilə 2.3-cü bəndə “89-cu maddələrində” sözlərindən sonra “, 90-1-ci maddəsinin birinci cümləsində (hər iki halda)” sözləri əlavə edilmişdir.

 

[5] 18 mart 2013-cü il tarixli 851 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 253) ilə 2.4-1-ci bənd əlavə edilmişdir.

 

[6] 7 may 2013-cü il tarixli 894 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 515) ilə yeni məzmunda 2.4-2-ci, 2.4-3-cü bəndlər əlavə edilmişdir.

 

[7] 7 may 2013-cü il tarixli 894 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 9 may 2013-cü il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 515) ilə yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status