“Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nın təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 14 yanvar 2010-cu il
№ 8
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma
QAYDASI
[2]
1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.19-cu maddələrinə uyğun hazırlanmışdır.
[3]
2. Ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş nişanla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.
3. Təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.
4. Aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər:
4.1. ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər;
4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar;
4.3. bütün fənlərdən illik qiymətləri “əla” olanlar;
4.4. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.
5. Təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir.
6. Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər.
[4]
7. Məzunların qızıl və ya gümüş nişanla təltifi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.
8. Qızıl və ya gümüş nişana layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır.
9. Qızıl və ya gümüş nişan təntənəli şəraitdə təqdim edilir.
[5]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə adında və 1-ci hissəsində “medalla” sözü “nişanla” sözü ilə əvəz edilmişdir.
[2]
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nın adında, 2-ci hissəsinin birinci və ikinci cümlələrində, 3-7-ci hissələrində “medalla” sözü “nişanla” sözü ilə əvəz edilmişdir.
[3]
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nın 1-ci hissəsində “maddəsinə” sözü “və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.19-cu maddələrinə” sözləri ilə əvəz edilmişdir.
[4]
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nın 6-cı (hər iki halda) və 8-ci hissələrdə “medala” sözü “nişana” sözü ilə əvəz edilmişdir.
[5] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nın 9-cu hissəsində “medal” sözü “nişan” sözü ilə əvəz edilmişdir.