×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
15.01.2003
QEYDİYYAT NÖMRƏSİ
1127
ADI
"Kənd rayonlarında Ətraf Mühitin Qorunması" Layihəsinin hazırlanması üçün Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yaponiya Qrantı üzrə Məktub-Sazişin və Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Qlobal Ekoloji Fondun Qrantı üzrə Məktub-Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2003, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 54)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Kənd rayonlarında Ətraf Mühitin Qorunması" Layihəsinin hazırlanması üçün Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yaponiya Qrantı üzrə Məktub-Sazişin və Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma v

"Kənd rayonlarında Ətraf Mühitin Qorunması" Layihəsinin hazırlanması üçün Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yaponiya Qrantı üzrə Məktub-Sazişin və Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Qlobal Ekoloji Fondun Qrantı üzrə Məktub-Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2002-ci il noyabrın 27-də Bakı şəhərində imzalanmış "Kənd rayonlarında Ətraf Mühitin Qorunması" Layihəsinin hazırlanması üçün Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yaponiya Qrantı üzrə Məktub-Saziş və Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Qlobal Ekoloji Fondun Qrantı üzrə Məktub-Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sazişlərin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Beynəlxalq İnkişaf Assosiasiyasını və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankını xəbərdar etsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2003-cü il
                 № 1127

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status