AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.02.2010
QEYDİYYAT NÖMRƏSİ
219
ADI
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar” Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 dekabr tarixli 47 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 12-02-2010, Nəşr nömrəsi: 33), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2010, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 83)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
030.000.000
190.000.000
220.000.000
230.000.000
350.000.000
360.000.000
370.000.000
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar” Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununu

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar” Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 dekabr tarixli 47 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 10, maddə 615; 2001-ci il, № 6, maddə 408; 2002-ci il, № 5, maddə 270; 2003-cü il, № 10, maddələr 567, 585; 2004-cü il, № 8, maddə 617, № 12, maddə 1003; 2009-cu il, № 10, maddə 779; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 5.40-1-ci bənd əlavə edilsin:

“5.40-1. Xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 416; 2004-cü il, № 6, maddə 440, № 9, maddə 674; 2005-ci il, № 6, maddə 491, № 12, maddə 1102; 2006-cı il, № 7, maddə 592, № 8, maddə 659; 2007-ci il, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008-ci il, № 3, maddə 168, № 8, maddə 719; 2009-cu il, № 5, maddə 322; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.37-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin Əsasnaməyə aşağıdakı məzmunda 3.1.38-ci bənd əlavə edilsin:

“3.1.38. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 718; 2007-ci il, № 5, maddə 460, № 11, maddə 1117; 2008-ci il, № 6, maddələr 496, 497; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 9.30-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin Əsasnaməyə aşağıdakı məzmunda 9.31-ci bənd əlavə edilsin:

“9.30. hərbi-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 144, № 9, maddə 677; 2005-ci il, № 6, maddə 480, № 10, maddə 910; 2006-cı il, № 12, maddə 1055; 2007-ci il, № 11, maddələr 1106, 1117; 2008-ci il, № 3, maddə 177; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.30-1-ci bənd əlavə edilsin:

“8.30-1. Hərbi-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir;”.

5. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 133 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 789; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında Əsasnamə”nin 8.6-cı bəndində “tədbirlər görür” sözlərindən sonra “, xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir” sözləri əlavə edilsin. [1]

6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 161, № 12, maddə 1102; 2007-ci il, № 10, maddə 947; 2008-ci il, № 11, maddə 970; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.18-1-ci və 8.18-2-ci bəndlər əlavə edilsin:

“8.18-1. öz səlahiyyətləri daxilində təhsil müəssisəsində bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən edir, qanunvericiliyə uyğun olaraq müxtəlif idman növləri üzrə proqram və normativləri təsdiq edir;

“8.18-2. bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsini, tədris planlarına və təhsil standartlarına uyğun olaraq çağırışaqədər yaşlı gənclərin və çağırışçıların hərbi xidmətə zəruri fiziki hazırlığını təmin edir, təhsil alanların üzməyi öyrənməsi, müəyyən edilmiş idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaradır;”.

7. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 323, № 12, maddə 1034; 2007-ci il, № 11, maddə 1105, № 12, maddə 1246; 2009-cu il, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 və 200 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 9.50-1-ci bənd əlavə edilsin:

“9.50-1. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq etmək;”.

8. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 324, № 10, maddə 849; 2008-ci il, № 7, maddə 612, № 8, maddə 715, № 11, maddə 970; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

8.1. 8.13-cü bənddə “müvafiq” sözündən əvvəl “bədən tərbiyəsi və idman mütəxəssislərinə olan tələbatı müəyyən etmək,” sözləri əlavə edilsin;

8.2. 8.23-cü bənddə “təmin etmək” sözləri “, o cümlədən kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək, təbliğinin forma və metodlarını müəyyən etmək” sözləri ilə əvəz edilsin;

8.3. Əsasnaməyə aşağıdakı məzmunda 8.24-1-ci bənd əlavə edilsin:

“8.24-1. öz səlahiyyətləri daxilində müxtəlif idman növləri üzrə proqram və normativləri təsdiq etmək;”;

8.4. 8.26-cı bənddə “ParalimpiyaSurdolimpiya Oyunlarını, Ümumdünya Xüsusi Olimpiya Oyunlarını” sözləri “paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarını” sözləri ilə əvəz edilsin;

8.5. 8.29-cu bənd aşağıdakı redaksiyada verilsin:

“8.29. respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim planını qanunvericiliyə uyğun olaraq təsdiq etmək;”;

8.6. Əsasnaməyə aşağıdakı məzmunda 8.30-1-ci bənd əlavə edilsin:

“8.30-1. ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin müəyyən edilmiş qaydada tanınması səlahiyyətini həyata keçirmək;”;

8.7. 8.31-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.31. idman növlərinin, o cümlədən milli idman növlərinin dövlət reyestrini, bu idman növlərinə daxil edilmiş idman fənlərinin siyahılarını, idman növlərinin və idman fənlərinin kodlarını formalaşdırmaq və təsdiq etmək;”;

8.8. 8.32-ci bənddə “yığma komandaların” sözlərindən əvvəl “milli” sözü, “tərkibini” sözündən əvvəl “milli yığma komandalara namizəd idmançıların siyahılarını, milli yığma komandaların” sözləri əlavə edilsin;

8.9. Əsasnaməyə aşağıdakı məzmunda 8.32-1-ci bənd əlavə edilsin:

“8.32-1. milli yığma komandaların tərkibinə daxil edilmiş idmançıların bir idman təşkilatından (idman klubundan və digər idman yönümlü qurumdan) digərinə, habelə xarici idman klublarına keçməsinə rəsmi razılıq, milli yığma komandaların üzvü olan idmançılarla bağlanan müqavilələrə və idmançıların bir idman təşkilatından digər idman təşkilatına keçməsi qaydalarına razılıq vermək;”;

8.10. 8.33-cü bənddə “yığma komandaların” sözlərindən əvvəl “milli” sözü əlavə edilsin;

8.11. 8.36-cı bənd aşağıdakı redaksiyada verilsin:

“8.36. idman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları, idman hakimlərinin təsnifat dərəcələrinin tələb və normativlərini qanunvericiliyə uyğun olaraq təsdiq etmək;”;

8.12. Əsasnaməyə aşağıdakı məzmunda 9.7-1-ci bənd əlavə edilsin:

“9.7-1. beynəlxalq yarışlarda Azərbaycan Respublikasını rəsmi təmsil etmək, həmin məqsədlə bədən tərbiyəsi-idman təşkilatlarını müəyyən etmək;”.

9. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 326; 2008-ci il, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009-cu il, № 9, maddə 687; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.59-1-ci bənd əlavə edilsin:

“8.59-1. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq etmək;”.

10. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 411, № 8, maddə 680; 2007-ci il, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008-ci il, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009-cu il, № 10, maddə 779; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.10-1-ci və 8.10-2-ci bəndlər əlavə edilsin:

“8.10-1. öz səlahiyyətləri daxilində bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən etmək, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək;

8.10-2. bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək;”.

11. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 670; 2007-ci il, № 3, maddə 233, № 5, maddə 455, № 8, maddə 768, № 11, maddələr 1094, 1105; 2008-ci il, № 5, maddə 373, № 11, maddə 970; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-1-ci bənd əlavə edilsin:

“8.8-1. öz səlahiyyətləri daxilində bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən etmək, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək;”.

12. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 239; 2008-ci il, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009-cu il, № 1, maddə 11, № 4, maddə 221,№ 7, maddə 532; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 9.31-1-ci bənd əlavə edilsin:

“9.31-1. xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq etmək;”.

13. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 dekabr tarixli 47 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 761; 2001-ci il, № 7, maddə 459; 2005-ci il, № 7, maddə 596; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 5, maddə 459) qüvvədən düşmüş hesab edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 fevral 2010-cu il

                   219

 


 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.      11 iyun 2018-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1222)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 11 iyun 2018-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1222) ilə 5-ci bənd ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status