AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
06.04.2010
QEYDİYYAT NÖMRƏSİ
838
ADI
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-04-2010, Nəşr nömrəsi: 72), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2010, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 308)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Azərbaycan Respublikasında 2010 — 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasında 2010 — 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasında 2010 — 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 aprel 2010-cu il

                 № 838

 


 

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 6 aprel tarixli, 838 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında 2010 — 2014-cü illərdə turizmin inkişafına dair

 

DÖVLƏT PROQRAMI

 

1. ÜMUMİ ƏSASLAR

 

1.1. Mövcud vəziyyət

 

Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur.

Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdəbiri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.

Azərbaycan Respublikasında 2002 — 2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir.

Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir.

2002-ci ildən başlayaraq, hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədi ilə tematik nəşr məhsulları (kitab, buklet, CD və DVD-lər və s.) hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından və digər elektron daşıyıcı vasitələrindən də geniş istifadə edilir.

Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir və 2002-ci ilə nisbətən onların sayı 3 dəfədən çox artmışdır.

Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır.

"Azərbaycan Respublikasında 2010 — 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" (bundan sonra – Dövlət Proqramı) ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır.

 

1.2. Məqsəd və vəzifələr

 

Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir.

Bu məqsədə nail olunması aşağıdakı əsas vəzifələrin həllini nəzərdə tutur:

ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyətin həyata keçirilməsi;

daxili və xarici investisiyaların turizm sahəsinə cəlb edilməsi məqsədi ilə bu sahədə təşviqləndirici investisiya və biznes mühitinin formalaşdırılması;

turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizmlərinin yaradılması;

ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması.

 

1.3. Dövlət Proqramının fəaliyyət istiqamətləri

 

Dövlət Proqramı aşağıdakı istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi;

turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması;

ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi;

ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması;

turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi;

turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması;

turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiq edilməsi;

mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi;

turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsil üzrə layihələrin həyata keçirilməsi;

Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi;

milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının təşviqi;

turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

 

1.4. Dövlət Proqramının maliyyələşdirilməsi

 

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, o cümlədən dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

 


2. DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR PLANI

 

Tədbirlərin adı

İcra müddəti (illər üzrə)

İcraçılar

1

2

3

4

 

2.1. Turizm haqqında qanunvericiliyin təkmilləşdirilməsi

 

 

2.1.1.

Turizm sahəsində idarəetmənin yaxşılaşdırılması və sahənin səmərəliliyinin artırılması məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi

2010 — 2011

Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi

2.1.2.

Turizm və rekreasiya zonalarının müəyyən edilməsi, bu zonalarda müxtəlif növlər üzrə turizm fəaliyyətinin təşkilinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi

2010 — 2011

Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi

2.1.3.

Daxili turizm üzrə xidmətlərin sertifikatlaşdırılması üçün müvafiq standartlara dair normativ sənədlərin hazırlanması

2010 — 2014

Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2.1.4.

Turizm sahəsində dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün müvafiq təkliflərin hazırlanması

2010 — 2012

Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

 

2.2. Turizm və rekreasiya zonaları

 

 

2.2.1.

Turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun, mehmanxana və digər turizm xidmətləri göstərən obyektlərin yaradılması ilə bağlı təşviqi tədbirlərin həyata keçirilməsi

2010 — 2014

Mədəniyyət və Turizm Nazir İqtisadiyyat və Sənaye Nazirliyi [1]

2.2.2.

Tarix və mədəniyyət abidələrinin, qədim arxitekturaya malik binaların turizm məqsədləri üçün istifadəsinə dair təkliflərin hazırlanması

2010 — 2011

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, yerli icra hakimiyyəti orqanları

2.2.3.

Ətraf mühitin, tarix və mədəniyyət abidələrinin qorunması üzrə tədbirlərin həyata keçirilməsi

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları bələdiyyə orqanlarını cəlb etməklə

 

2.3. Turizmin müxtəlif növlərinin inkişafı

 

 

2.3.1.

Mədəni turizm obyektlərinin reyestrinin hazırlanması və təsdiqi

2010 — 2011

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, yerli icra hakimiyyəti orqanları

2.3.2.

Mədəni turizm marşrutlarının yaradılması və tətbiqi

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi

2.3.3.

Tarix-memarlıq və mədəniyyət qoruqlarının ərazilərində müasir turizm infrastrukturunun yaradılmasının dəstəklənməsi

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, yerli icra hakimiyyəti orqanları

2.3.4.

Milli parklarda və ekoloji turizm üçün yararlı olan digər ərazilərdə ekoturizm fəaliyyətinin təşkili, ərazi turizm inkişaf planlarının hazırlanması

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2.3.5.

Rekreasiya turizmi üzrə kurortlar və sanatoriyalar (rekreasiya-yerləşdirmə obyektləri) barədə rekreasiya planlarının hazırlanması

2011

Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2.3.6.

Müalicəvi su və digər təbii mənbələrin olduğu ərazilərdə müasir tələblərə uyğun rekreasiya-yerləşdirmə obyektlərinin tikintisinin planlarının hazırlanması

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2.3.7.

Sağlamlıq imkanları məhdud şəxslərin, əlillərin, aztəminatlı əhalinin, uşaq və tələbələrin sosial turizmdən istifadəsinin təmin edilməsinə dair təkliflərin hazırlanması

2010 — 2012

Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etməklə

2.3.8

Kənd, idman, ailəvi, xüsusi maraq kəsb edən və digər turizm növlərinin inkişafına dair tədbirlər həyata keçirilməsi

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları bələdiyyə orqanlarını cəlb etməklə

 

2.4. İnvestisiyaların cəlb edilməsi

 

 

2.4.1.

Turizm potensiallı iqtisadi-coğrafi rayonlarda turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi və təşviqi

2010 — 2014

Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi

2.4.2.

Turizm sahəsində kiçik və orta sahibkarlığın təşviqi üzrə tədbirlərin həyata keçirilməsi

2010 — 2014

İqtisadiyyat və Sənaye Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2.4.3.

Təbiət ərazilərində, həmçinin milli parklarda həyata keçirilə biləcək turizm fəaliyyətlərinin araşdırılması və bu yerlərin turizm məqsədləri üçün istifadəsi imkanlarının genişləndirilməsi

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2.4.4.

Tarix, memarlıq və mədəniyyət abidələrinin bərpasına və turizm məqsədləri üçün istifadəsinə investisiyaların cəlb edilməsi

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası

 

2.5. Beynəlxalq əlaqələr

 

 

2.5.1.

Beynəlxalq turizm bazarında Azərbaycan Respublikası üçün prioritet hesab olunan ölkələrin müəyyən edilməsi və həmin ölkələrdə Azərbaycan turizminin təbliği üzrə tədbirlərin görülməsi

2010 — 2014

Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2.5.2.

Beynəlxalq turizm bazarında Azərbaycan Respublikası üçün prioritet hesab olunan ölkələrlə əməkdaşlığın genişləndirilməsi

2010 — 2014

Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

 

2.6. Kadr təminatı

 

 

2.6.1.

Turizm sahəsinə aid olan işçilərin Vahid Tarif İxtisas Sorğu Kitabçasının təsdiq edilməsi

2011

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

2.6.2.

Turizm İnstitutunun nəzdində turizm üzrə milli təlim mərkəzinin yaradılması

2012

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi

2.6.3.

Turizm üzrə mütəxəssis hazırlayan ali, orta ixtisas və texniki peşə təhsili müəssisələrində müvafiq tədris proqramlarının təkmilləşdirilməsi

2010 — 2011

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi

2.6.4.

Turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurslar, seminarlar və digər tədbirlərin keçirilməsi

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi

2.6.5.

Turizm obyektlərində sanitariya və gigiyena tədris proqramının həyata keçirilməsi

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi

2.6.6.

Turizm sahəsində təhsillə bağlı yeni vasitələrin araşdırılması və beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiqi barədə təkliflərin hazırlanması

2011 — 2012

Mədəniyyət və Turizm Nazirliyi

2.6.7.

Ölkənin turizm potensialının xarici ölkələrdə təbliği məqsədi ilə Azərbaycan Respublikasının diplomatik missiyalarının əməkdaşları üçün müvafiq təlim-seminarların təşkili

2011 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi

 

2.7. Statistika və tədqiqat

 

 

2.7.1.

Turizm sahəsi üzrə statistik məlumatların toplanılması sisteminin və metodologiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılmaqla təkmilləşdirilməsi

2010 — 2011

Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi

2.7.2.

Ölkə üzrə turizm fəaliyyətinə dair illik statistik toplunun hazırlanması

Mütəmadi

Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi

2.7.3.

Ölkəyə gələn və ölkədən gedən turistlərin sayı, məqsədləri və xərcləri barədə statistik məlumatların əldə edilməsi

2010 — 2014

Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Miqrasiya Xidməti

 

2.8. Tanıtma və marketinq

 

 

2.8.1.

Xarici turistlər üçün milli mətbəx, incəsənət, sənətkarlıq və Azərbaycanın tarixi-mədəni abidələri haqqında məlumat toplusunun yaradılması və təbliği

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2.8.2.

Milli sənətkarlıq və suvenir məhsullarının istehsalının təşviqi

2010 — 2014

Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları bələdiyyə orqanlarını cəlb etməklə

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın 2.2.1-ci, 2.4.1-ci, 2.4.2-ci, 2.4.4-cü və 2.7.3-cü yarımbəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status