400.000.000
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanına dəyişikliklər və əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 405; 2002-ci il, № 8, maddə 478; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19; 2005-ci il, № 4, maddə 299; 2006-cı il, № 2, maddə 92) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. I bəndin birinci və yeddinci abzaslarında “Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi” sözləri “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.
2. I bəndin 5-7-ci abzasları 6-8-ci abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin:
“iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;”.
3. II bənddə “və daxili işlər” sözləri “, daxili işlər və vergilər” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il
№ 249