AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.03.2010
QEYDİYYAT NÖMRƏSİ
53
ADI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər, əlavələr edilən və qüvvədən düşən bəzi qərarlarının və sərəncamlarının Siyahısının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2010, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 264)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.03.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Nazirlər Kabineti

Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər, əlavələr edilən və qüvvədən düşən bəzi qərarlarının və sərəncamlarının Siyahısının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavələr edilən bəzi qərarlarının və sərəncamlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 29 mart 2010-cu il

                  № 53

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 29 mart tarixli, 53 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər və əlavələr edilən bəzi qərarlarının və sərəncamlarının

 

SİYAHISI

 

1. “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr 631 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bəndin ikinci abzasında “mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi sözləri “mülki ali təhsil müəssisələrində, habelə xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən qiyabi təhsilalma formasında keçirdiyi sözləri ilə əvəz edilsin, üçüncü abzasda ismin müvafiq hallarında “məktəblər sözü ismin müvafiq hallarında “müəssisələr sözü ilə əvəz edilsin;

1.2. 2-ci bəndin dördüncü abzasında “xüsusi ali və orta təhsil müəssisələrinin əyani şöbələrində sözləri “xüsusi ali, orta ixtisas və ümumi təhsil müəssisələrində əyani təhsilalma formasında sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli, 438 nömrəli qərarı ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.6-cı bənddə “ali və orta ixtisas məktəbləri tələbələrinin, texniki peşə məktəbi şagirdlərinin sözləri “ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların sözləri ilə əvəz edilsin;

2.2. 2.4.3-cü yarımbənddə “ali, orta ixtisas məktəbi tələbələrinin, texniki peşə məktəbi şagirdlərinin sözləri “ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların sözləri ilə əvəz edilsin.

3. “Təhsil müddəti 10 aydan az olmayan texniki peşə məktəbləri şagirdlərinə təqaüd müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 16 avqust tarixli, 451 nömrəli qərarının adında və 1-ci bəndində “texniki peşə məktəbləri sözləri “ilk peşə-ixtisas təhsili müəssisələri sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2.1.6-cı bəndində “tədris müəssisələrində sözləri “təhsil müəssisələrində sözləri ilə əvəz edilsin.

5. “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli, 103 nömrəli qərarının adında və 1-ci bəndində “təhsil ocaqlarında sözləri “təhsil müəssisələrində sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 16 iyun tarixli, 239 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci bənddən “Azərbaycan Respublikası “Təhsil Qanununun 30-cu maddəsinə müvafiq olaraq, sözləri çıxarılsın;

6.2. qərarının adında və mətnində ismin müvafiq hallarında “Əsasnaməsi sözü ismin müvafiq hallarında “Nizamnaməsi sözü ilə əvəz edilsin;

6.3. həmin qərar ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbi haqqında Əsasnamədə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

6.3.1. adında “Əsasnamə sözü “Nizamnamə sözü ilə və 39-cu bənddə “əsasnaməyə sözü “nizamnaməyə sözü ilə əvəz edilsin;

6.3.2. 1-ci bənddə “məhbuslara sözündən sonra “əmək bazarının tələbatına uyğun olaraq, sözləri əlavə edilsin, “onların ixtisasını artıran sözləri “əlavə təhsil verən sözləri ilə əvəz edilsin;

6.3.3. 9-cu bəndin üçüncü abzasında “fəhlələrin ixtisaslarını artırır sözləri “fəhlələrə əlavə təhsil verir sözləri ilə əvəz edilsin;

6.3.4. 28-ci bəndin üçüncü cümləsində “hazırlanması və ixtisaslarının artırılması sözləri “əlavə təhsili sözləri ilə, beşinci cümləsində isə “ustaların ixtisaslarının sözləri “ustaların əlavə təhsilinin sözləri ilə əvəz edilsin;

6.3.5. 29-cu və 30-cu bəndlərdə “texniki peşə sözləri “ilk peşə-ixtisas təhsili sözləri ilə əvəz edilsin.

7. “Ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı Əsasnamələrin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli, 242 nömrəli qərarına aşağıdakı dəyişikliklər və əlavə edilsin:

7.1. həmin qərar ilə təsdiq edilmiş 1 №-li Əlavə “Ali məktəblərdə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnaməyə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

7.1.1. adında və mətnində ismin müvafiq hallarında “ali məktəblər sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisələri sözləri ilə, ismin müvafiq hallarında “ali məktəb sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisəsi sözləri ilə əvəz edilsin;

7.1.2. 1.2-ci bəndin dördüncü abzasında “yenidən hazırlanması sözləri “əlavə təhsili sözləri ilə, “ixtisaslarının artırılmasının sözləri “əlavə təhsilinin sözləri ilə əvəz edilsin;

7.1.3. 6.1-ci bəndin beşinci abzasında “aspirant sözü çıxarılsın, “klinik ordinatorlar sözləri “rezidenturada təhsil alanlar sözləri ilə əvəz edilsin;

7.1.4. 6.4-cü bəndin beşinci abzasında “aspirantlar sözü çıxarılsın, “klinik ordinatorlar sözləri “rezidenturada təhsil alanlar sözləri ilə əvəz edilsin;

7.1.5. 6.7-ci və 6.8-ci bəndlərdə “aspirant sözü “doktorant sözü ilə əvəz edilsin;

7.1.6. 6.9-cu bənddən “aspirant sözü çıxarılsın, “klinik ordinator sözləri “rezidenturada təhsil alan sözləri ilə əvəz edilsin;

7.1.7. aşağıdakı məzmunda 9.3-cü bənd əlavə edilsin:

“9.3. Təhsil müəssisələrinin birbaşa beynəlxalq əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən zəmanət verilmir.;

7.2. həmin qərar ilə təsdiq edilmiş 2 №-li Əlavə “Ali məktəb elmi-tədqiqat laboratoriyası haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

7.2.1. adında və mətnində ismin müvafiq hallarında “ali məktəb sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisəsi sözləri ilə, ismin müvafiq hallarında “ali məktəblər sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

7.2.2. 1-ci bəndin birinci abzasından “, aspirantları sözü çıxarılsın;

7.2.3. 7-ci bəndin üçüncü hissəsinin beşinci abzasından “, aspirant sözü çıxarılsın;

7.2.4. 9-cu bəndin dördüncü abzasında “aspirantlar sözü “doktorantlar sözü ilə, “klinik ordinatorlar sözləri “rezidenturada təhsil alanlar sözləri ilə əvəz edilsin;

7.3. həmin qərar ilə təsdiq edilmiş 3 №-li Əlavə “Ali məktəbin sahə elmi-tədqiqat laboratoriyası haqqında Əsasnamənin 1-ci bəndindən “, aspirantların sözü və 8-ci bəndinin ikinci hissəsinin beşinci abzasından “, aspirant sözü çıxarılsın, adında və mətnində ismin müvafiq hallarında “ali məktəb sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisəsi sözləri ilə əvəz edilsin;

7.4. həmin qərar ilə təsdiq edilmiş 4 №-li Əlavə “Təsərrüfat hesablı elmi-tədqiqat işləri haqqında Əsasnamənin mətnində ismin müvafiq hallarında “ali məktəb sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisəsi sözləri ilə, 4-cü bənddə “ali məktəblərdə sözləri “ali təhsil müəssisələrində sözləri ilə əvəz edilsin, 3-cü bənddən “, aspirant sözü çıxarılsın;

7.5. həmin qərar ilə təsdiq edilmiş 5 №-li Əlavə “Ali məktəbin təcrübə-konstruktor, layihə-texnoloji büroları haqqında Əsasnamənin adında və mətnində ismin müvafiq hallarında “ali məktəb sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisəsi sözləri ilə, ismin müvafiq hallarında “ali məktəblər sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisələri sözləri ilə, 8-ci bəndin dördüncü abzasında “aspirantları, klinik ordinatorları sözləri “doktorantları, rezidenturada təhsil alanları sözləri ilə əvəz edilsin;

7.6. həmin qərar ilə təsdiq edilmiş 6 №-li Əlavə “Ali məktəbin nəzdindəki elmi-tədqiqat institutu və elmi-tədqiqat mərkəzi haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

7.6.1 adında və mətnində ismin müvafiq hallarında “ali məktəb sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisəsi sözləri ilə əvəz edilsin;

7.6.2. 6-cı bəndin altıncı abzasından “aspirant və sözləri çıxarılsın;

7.6.3. 8-ci bənddə “ali məktəblər sözləri “ali təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

7.6.4. 10-cu bəndin dördüncü abzasında “aspirantlar və ordinatorlar sözləri “doktorantlar sözü ilə, “ali məktəblərin sözləri “ali təhsil müəssisələrin sözləri ilə əvəz edilsin;

7.6.5. 12-ci bəndin dördüncü hissəsinin üçüncü abzasında “aspirantların sözü “doktorantların sözü ilə, beşinci hissəsində “aspirantlar, klinik ordinatorlar sözləri “rezidenturada təhsil alanlar sözləri ilə əvəz edilsin;

7.7. həmin qərar ilə təsdiq edilmiş 7 №-li Əlavə “Professor-müəllim heyətinin tədris yükünün planlaşdırılması və hesablanması haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

7.7.1. mətndə ismin müvafiq hallarında “ali məktəb sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisəsi sözləri ilə əvəz edilsin;

7.7.2. 3-cü bəndin birinci abzasında “aspirantlar sözü “doktorantlar sözü ilə əvəz edilsin;

7.7.3. 4-cü bəndin birinci abzasında “aspirantlara sözü “doktorantlara sözü ilə əvəz edilsin;

7.8. həmin qərar ilə təsdiq edilmiş 8 №-li Əlavə “Ali (orta ixtisas) təhsil müəssisələrində eksternat haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

7.8.1. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Ali və orta ixtisas təhsili müəssisələrində sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır.;

7.8.2. 2-ci bəndin dördüncü abzasında “orta təhsili sözləri “tam orta təhsili sözləri ilə əvəz edilsin;

7.8.3. 3-cü bənddə “məktəb sözü “təhsil müəssisəsi sözləri ilə əvəz edilsin;

7.8.4. 4-cü bənddə “orta ixtisas məktəblərində sözləri “orta ixtisas təhsili müəssisələrində sözləri ilə əvəz edilsin.

8. “Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli, 116 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

8.1. adında “peşə təhsili sözləri “ilk peşə-ixtisas təhsili sözləri ilə əvəz edilsin;

8.2. preambulanın birinci hissəsində “peşə tədris sözləri “ilk peşə-ixtisas təhsili sözləri ilə, ikinci hissəsində “Peşə təhsili sözləri “İlk peşə-ixtisas təhsili sözləri ilə əvəz edilsin;

8.3. 1-ci bəndin birinci abzasında “tədris müəssisələrinin sözləri “təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin;

8.4. 3-cü bəndin ikinci abzasında “peşə tədris sözləri “ilk peşə-ixtisas təhsili sözləri ilə əvəz edilsin;

8.5. 7-ci bənddə “yenidən hazırlanması və ixtisaslarının artırılması sözləri “əlavə təhsili sözləri ilə əvəz edilsin;

8.6. həmin qərar ilə təsdiq edilmiş 1 №-li Əlavə “Peşə məktəbi və peşə liseyi statusu verilən tədris müəssisələrinin siyahısının adında “tədris müəssisələrinin sözləri “təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin.

9. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

9.1. həmin qərar ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.2-ci bəndinin ikinci abzasında “orta sözü “tam orta, orta ixtisas sözləri ilə, 3.2a-ci bəndinin ikinci abzasında “yenidən hazırlıq keçənlər və ixtisasını artıranlar sözləri “əlavə təhsilalanlar sözləri ilə, üçüncü abzasında “yenidən hazırlığa və ixtisasını artırmağa sözləri “əlavə təhsilə sözləri ilə, “yenidən hazırlıq keçmək və ixtisasını artırmaq sözləri “əlavə təhsili sözləri ilə əvəz edilsin;

9.2. həmin qərar ilə təsdiq edilmiş əlavə 2-“Əmək kitabçasının formasının “II Titul vərəqi bölməsinin yeddinci abzasında “natamam orta, orta, orta ixtisas sözləri “başa çatdırılmamış ümumi təhsil, tam orta, orta ixtisas sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli, 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 288; 1999-cu il, № 1, maddə 48; 2001-ci il, № 1, maddə 74; 2003-cü il, № 7, maddə 390; 2004-cü il, № 3, maddə 193; 2009-cu il, № 1, maddə 32) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydalarının 7-ci bəndində “təhsil ocaqlarında sözləri “təhsil müəssisələrində sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli, 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 5, maddə 360; 2001-ci il, № 10, maddə 663; 2003-cü il, № 6, maddə 342; 2005-ci il, № 6, maddə 541; 2006-cı il, № 5, maddə 463) ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsində aşağıdakı dəyişikliklər edilsin:

11.1. I bölmədə:

11.1.1. birinci abzasda “Azərbaycan Respublikasının Təhsil Qanununa sözləri “Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa sözləri ilə əvəz edilsin;

11.1.2. ikinci abzasda “çağırış qabağı sözləri “çağırışaqədərki sözü ilə əvəz edilsin;

11.1.3. dördüncü abzasda “orta ümumtəhsil məktəblərində, gimnaziyalarda, liseylərdə, texniki peşə məktəblərində, peşə liseylərində, orta ixtisas məktəblərində (texnikum, kollec) sözləri “ümumi təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrində sözləri ilə əvəz edilsin və sətiraltı qeyd hissəsi çıxarılsın;

11.1.4. beşinci abzasın birinci cümləsində “tədris müəssisəsində sözləri “təhsil müəssisəsində sözləri ilə, “tədris müəssisəsinə sözləri “təhsil müəssisəsinə sözləri ilə əvəz edilsin;

11.2. II bölmənin beşinci abzasında “tədris müəssisələri sözləri “təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

11.3. IV bölmədə:

11.3.1. birinci abzasda “Orta ümumtəhsil məktəblərində, gimnaziyalarda, liseylərdə, orta ixtisas məktəblərində (texnikum, kollec) sözləri “Ümumi təhsil və orta ixtisas təhsili müəssisələrində sözləri ilə, “texniki peşə məktəblərində, peşə liseylərində sözləri “ilk-peşə ixtisas təhsili müəssisələrində sözləri ilə əvəz edilsin;

11.3.2. ikinci abzasda “Orta ümumtəhsil məktəblərinin, gimnaziyaların, liseylərin X — XI siniflərində, texniki peşə məktəblərinin, peşə liseylərinin I — II kurslarında, orta ixtisas məktəblərinin, kolleclərin yuxarı kurslarında sözləri “Tam orta ümumtəhsil məktəblərinin, gimnaziyaların, liseylərin yuxarı siniflərində, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrinin sonuncu kurslarında sözləri ilə əvəz edilsin;

11.4. V bölmənin birinci abzasının ikinci cümləsində “orta hərbi sözləri “orta ixtisas hərbi sözləri ilə, ikinci abzasın birinci cümləsində “ümumi orta sözləri “tam orta ümumi təhsilli sözləri ilə, dördüncü abzasın birinci cümləsində “tədris müəssisələrinə sözləri “təhsil müəssisələrinə sözləri ilə əvəz edilsin;

11.5. VIII bölmənin ikinci abzasında “ümumtəhsil və internat məktəblərində, peşə məktəbləri və peşə liseylərində, orta ixtisas məktəbləri və kolleclərdə sözləri “ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas müəssisələrində sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 596; 2000-ci il, № 10, maddə 764; 2001-ci il, № 3, maddə 214; 2003-cü il, № 6, maddə 342; 2005-ci il, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006-cı il, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007-ci il, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008-ci il, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009-cu il, № 10, maddələr 857) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnaməyə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

12.1. 46-cı bənddə:

12.1.1. birinci abzasın birinci cümləsində “Məktəblərdə, orta ixtisas, texniki-peşə təhsili məktəblərində sözləri “Ümumi təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində sözləri ilə əvəz edilsin və üçüncü cümləsində və ikinci abzasda “digər uşaq sözlərindən sonra “təhsili sözü əlavə edilsin;

12.1.2. üçüncü abzasda “yetim uşaqlar üçün, əqli və fiziki inkişaf çatışmazlığı olan internat-məktəblərində sözləri “xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə sözləri ilə əvəz edilsin;

12.2. 47-ci bənddə:

12.2.1. birinci və ikinci abzaslarda “Ali təhsil məktəblərinin sözləri “Ali təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin;

12.2.2. birinci abzasda “bu məktəblərin sözləri “bu təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin;

12.3. 52-ci bəndin üçüncü abzasında “təhsil məktəblərinin sözləri “təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin;

12.4. 58-ci bənddə hər iki halda ismin müvafiq hallarında “məktəblər sözü ismin müvafiq hallarında “təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

12.5. 59-cu bənddə:

12.5.1. birinci abzasda “ali təhsil məktəblərinin tələbələrinə və orta ixtisas məktəblərində sözləri “ali təhsil müəssisələrinin tələbələrinə və orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) sözləri ilə əvəz edilsin;

12.5.2. üçüncü abzasda “ali təhsil məktəblərinin tələbələrinə, orta ixtisas məktəblərində, texniki-peşə məktəblərində sözləri “ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) və ilk peşə-ixtisas təhsili müəssisələrində sözləri ilə əvəz edilsin;

12.5.3. beşinci abzasda “texniki-peşə məktəblərində sözləri “ilk peşə-ixtisas təhsili müəssisələrində sözləri ilə, “bu məktəbin sözləri “bu təhsil müəssisəsinin sözləri ilə əvəz edilsin;

12.6. 69-cu bənddə “təhsil məktəblərində sözləri “təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

12.7. 78-ci bənddə “(aspiranturada), klinik ordinaturada və texniki peşə məktəblərində ixtisası artırmaq, yeni ixtisasa yiyələnmək və kadr hazırlığı məktəblərində və kurslarında sözləri “(doktoranturada), rezidenturada, ilk peşə-ixtisas təhsili və əlavə təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

12.8. 85-ci bənddə “məktəblərinin qiyabi və axşam şöbələrində sözləri “müəssisələrində qiyabi sözləri ilə əvəz edilsin;

12.9. 88-ci bənddə “məktəbəqədər uşaq müəssisəsində (körpələr evi, uşaq bağçası) sözləri “məktəbəqədər təhsil müəssisələrində (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası) sözləri ilə əvəz edilsin;

12.10. 95-ci bənddə “məktəblərində, magistraturada (aspiranturada), kliniki ordinaturada və ya texniki peşə məktəblərində sözləri “müəssisələrində, magistraturada (doktoranturada), rezidenturada və ya ilk peşə-ixtisas təhsili müəssisələrində sözləri ilə əvəz edilsin.

13. “Mülki müdafiənin təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli, 193 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 600; 2006-cı il, № 9, maddə 822; 2008-ci il, № 6, maddələr 584, 586) aşağıdakı dəyişikliklər edilsin:

13.1. həmin qərar ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydasının 6-cı bəndində “tədris müəssisələri sözləri “təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

13.2. həmin qərar ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

13.2.1. II bölmədə:

13.2.1.1. 2.4-cü bənddə “(ümumtəhsil məktəbləri, texniki peşə, orta ixtisas məktəbləri və onlara bərabər tutulan digər məktəblərdən başqa) sözləri “(ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrindən başqa) sözləri ilə əvəz edilsin;

13.2.1.2. 2.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrində isə hər il “Mülki müdafiə günü keçirilir və bu tədbir həmin təhsil müəssisələrinin illik tədris planlarında da nəzərdə tutulur;;

13.2.2. III bölmədə:

13.2.2.1. 3.1-ci bənddə “kadrların ixtisasartırma üzrə təhsil müəssisələrində sözləri “əlavə təhsil müəssisələrində (universitetlər, institutlar, mərkəzlər və s.) sözləri ilə əvəz edilsin;

13.2.2.2. 3.4-cü bənddə “ali məktəblərin sözləri “ali təhsil müəssisələrinin sözləri ilə, “hərbi məktəblərdə sözləri “hərbi təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

13.2.2.3. 3.5-ci bənddə “ali məktəblərdə sözləri “ali təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

13.2.2.4. 3.6-cı bənddə “ixtisasartırma və yenidən hazırlanması üzrə tədris müəssisələrində sözləri “əlavə təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

13.2.3. V bölmədə:

13.2.3.1. adında “ali, orta ixtisas məktəbi tələbələrinə, texniki peşə və ümumtəhsil məktəbləri şagirdlərinə sözləri “ali təhsil, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrində təhsilalanlara sözləri ilə əvəz edilsin;

13.2.3.2. 5.1-ci bənddə “ali məktəblərdə əyani, qiyabi və axşam şöbələrinin bütün tələbələrinə sözləri “ali təhsil müəssisələrində əyani və qiyabi təhsilalma formalarında bütün təhsilalanlara sözləri ilə əvəz edilsin;

13.2.3.3. 5.2-ci və 5.3.1-ci bəndlərdə ismin müvafiq hallarında “ali məktəblər sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

13.2.3.4. 5.3.3-cü bənddə “ümumtəhsil məktəblərinin sözləri “ümumi təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin;

13.2.3.5. 5.4-cü və 5.7-ci bəndlərdə ismin müvafiq hallarında “ali təhsil məktəbləri sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

13.2.3.6. 5.8-ci bənddə hər iki halda “tədris müəssisələrində sözləri “təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

13.2.3.7. 5.9-cu bənddə “Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan məktəblərin sözləri “ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin;

13.2.4. 6.1-ci bənddə “elm və tədris müəssisələri sözləri “elmi təşkilatlar və təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

13.2.5. VII bölmədə:

13.2.5.1. adı aşağıdakı redaksiyada verilsin:

“Əlavə təhsil müəssisələrində təhsilalanlara mülki müdafiənin öyrədilməsi;

13.2.5.2. 7.1-ci bənddə “Kadrların ixtisasartırma və yenidən hazırlanması üzrə tədris müəssisələrində dinləyicilərə sözləri “Əlavə təhsil müəssisələrində təhsilalanlara sözləri ilə əvəz edilsin;

13.2.5.3. 7.2-ci bənddə “tədris müəssisələrində sözləri “təmayüllü təhsil müəssisələrində sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli, 26 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 151) ilə təsdiq edilmiş “Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin 5-ci bəndinin üçüncü abzasında “internaturaya sözü “rezidenturaya sözü ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 123; 2005-ci il, № 11, maddə 1061; 2006-cı il, № 9, maddə 822; 2008-ci il, № 2, maddələr 116, 130, № 5, maddə 430) ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 2.12-ci bəndinin birinci abzasında “məktəb tələbələri, orta ixtisas təhsili, texniki peşə və ümumtəhsil məktəblərinin, liseylərinin şagirdləri ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı tədris müəssisə sözləri “təhsil, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrində təhsil alanları ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı təhsil müəssisə sözləri ilə əvəz edilsin və ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Rəsmi razılıq əsasında müəssisədə təhsil müəssisələrinin məsul işçilərinin rəhbərliyi ilə təcrübə keçən və ya iş icra edən ali təhsil, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrinin təhsil alanları ilə baş vermiş bədbəxt hadisələrin təhqiqatı müəssisənin və təhsil müəssisəsi nümayəndələrinin iştirakı ilə aparılır və təhsil müəssisəsi tərəfindən uçota alınır..

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 9, maddə 682; 2002-ci il, № 3, maddə 145; 2003-cü il, № 6, maddə 342; 2005-ci il, № 8, maddə 782; 2005-ci il, № 10, maddə 903; 2008-ci il, № 2, maddə 106) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının 33-cü bəndinin ikinci abzasında, 34-cü və 35-ci bəndlərinin ikinci abzaslarının mətnlərində “tədris sözü “təhsil sözü ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 53; 2002-ci il, № 10, maddə 635; 2003-cü il, № 6, maddə 342; 2008-ci il, № 8, maddə 787) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının 1.12-ci bəndinin üçüncü abzasında “hərbi-tədris sözləri “hərbi təhsil sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 15 yanvar tarixli, 16 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 65; 2006-cı il, № 10, maddə 902) ilə təsdiq edilmiş “Tərbiyə müəssisələrinin nəzdində Himayəçilik Şurasının işinin təşkili və fəaliyyət Qaydasının 8-ci bəndinin “b yarımbəndində “orta və peşə təhsilinə sözləri “ümumi və ilk-peşə ixtisas təhsilinə sözləri ilə əvəz edilsin.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 209; 2002-ci il, № 3, maddə 148, № 10, maddə 635; 2005-ci il, № 7, maddə 678; 2006-cı il, № 5, maddə 472, № 10, maddə 902) aşağıdakı dəyişikliklər edilsin:

19.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə — “Doğum haqqında akt qeydin 18-ci bəndi, 4 nömrəli əlavə — “Nikah Haqqında Aktın Qeydinin və 7 nömrəli əlavə — “Nikahın Pozulması Haqqında Aktın Qeydinin 8-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

 

Təhsili (xətt çəkmək)

ibtidai

ilk peşə-ixtisas

ibtidai

ilk peşə-ixtisas

ümumi orta

orta ixtisas

ümumi orta

orta ixtisas

tam orta

ali

tam orta

ali

natamam təhsil

natamam təhsil

 

19.2. həmin qərar ilə təsdiq edilmiş 8 nömrəli əlavə “Ölüm Haqqında Aktın Qeydinin 13-cü bəndi aşağıdakı redaksiyada verilsin:

 

Təhsili (xətt çəkmək)

ibtidai

ilk peşə-ixtisas

ümumi orta

orta ixtisas

tam orta

ali

natamam təhsil

 

20. “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli, 56 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 212) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

20.1. adında və 1-ci bəndində “tədris müəssisələrində sözləri “təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

20.2. həmin qərar ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

20.2.1. adında və mətnində ismin müvafiq hallarında “tədris müəssisələri sözləri ismin müvafiq hallarında “təhsil müəssisələri sözləri ilə, ismin müvafiq hallarında “tədris müəssisəsi sözləri ismin müvafiq hallarında “təhsil müəssisəsi sözləri ilə əvəz edilsin;

20.2.2. “Ümumi müddəalar bölməsinin üçüncü hissəsinin ikinci bazasında “(Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin tabeliyində olan təhsil müəssisələri istisna olmaqla) sözləri “(xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla) sözləri ilə, dördüncü hissədə “Ali məktəblərə sözləri “Ali təhsil müəssisələrinə sözləri ilə əvəz edilsin;

20.2.3. I bölmənin 3-cü bəndində “ali məktəb sözləri “ali təhsil müəssisəsi sözləri ilə, 6-cı bənddə “ümumi orta təhsil, texniki-peşə təhsili, bakalavr, magistr və digər pillələrdə, həmçinin doktoranturada sözləri “ümumi təhsil, ilk peşə-ixtisas təhsili, ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində sözləri ilə əvəz edilsin;

20.2.4. II bölmədə:

20.2.4.1. “Ümumi müddəalar hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının təhsil müəssisələrində əcnəbi tələbələrin təhsili dövlət dili — Azərbaycan dilində aparılır. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, xüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris olunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.;

20.2.4.2. Aşağıdakı məzmunda dördüncü və beşinci abzaslar əlavə edilsin:

“Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur;

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.;

20.2.4.3. 1.5-ci bənddə “məktəblərini sözü “müəssisələrini sözü ilə əvəz edilsin;

20.2.4.4. 1.9-cu bənddə “məktəbləri sözü “təhsil müəssisələri sözləri ilə, “məktəblərində sözü isə “müəssisələrində sözü ilə əvəz edilsin;

20.2.4.5. 1.10-cu bəndin birinci cümləsində “ikinci (magistr) pilləsinə sözləri “magistratura səviyyəsinə sözləri ilə, “bakalavr sözü “bakalavriat sözü ilə, ikinci cümləsində “ali məktəblərin bakalavr pilləsinin sözləri “ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin sözləri ilə, “magistr pilləsinə sözləri isə “magistratura səviyyəsinə sözləri ilə əvəz edilsin;

20.2.4.6. 1.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.;

20.2.4.7. 1.12-ci bənddə “stajkeçmə, ixtisasartırma və yenidən hazırlanma kurslarını keçirlər sözləri “əlavə təhsil alırlar sözləri ilə əvəz edilsin;

20.2.4.8. 2.3-cü bəndin üçüncü cümləsində “ali məktəbə sözləri “ali təhsil müəssisəsinə sözləri ilə əvəz edilsin;

20.2.4.9. 3.5-ci bəndin birinci abzasında “tələbəlik sözü “təhsilalma sözü ilə əvəz edilsin;

21. “Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 oktyabr tarixli, 161 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 656; 2006-cı il, № 5, maddə 463) adında və 1-ci bəndində ismin müvafiq hallarında “Əsasnaməsi sözü ismin müvafiq hallarında “Nizamnaməsi sözü ilə əvəz edilsin;

21.1. həmin qərarla təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsində aşağıdakı dəyişikliklər edilsin:

21.1.2. adında və mətn üzrə ismin müvafiq hallarında “Əsasnamə sözü ismin müvafiq hallarında “Nizamnamə sözü ilə əvəz edilsin;

21.1.3. 1-ci bölmənin birinci abzasında və 10-cu bölmənin ikinci abzasında “ümumtəhsil məktəbləri sözləri “ümumi təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

21.1.4. 2-ci bölmənin ikinci abzasında “ümumtəhsil məktəbləri, texniki peşə məktəbləri sözləri “ümumi təhsil, ilk peşə-ixtisas təhsili sözləri ilə əvəz edilsin;

21.1.5. 6-cı bölmədə:

21.1.5.1. yeddinci hissədə “ümumtəhsil məktəblərinə sözləri “ümumi təhsil müəssisələrinə sözləri ilə əvəz edilsin;

21.1.5.2. onuncu hissənin ikinci abzasında “əsasnamə sözü “nizamnamə sözü ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli, 77 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 314) ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

22.1. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“Evdə təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrindən ibarət üç mərhələdən ibarətdir.;

22.2. 9-cu bənddə “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi əsasında sözləri “qanunvericiliyə müvafiq olaraq sözləri ilə əvəz edilsin;

22.3. 11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Gündəlik dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində 2, ümumi orta və tam orta səviyyələrində isə 3 saatdan artıq ola bilməz.;

22.4. 13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“Qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi təhsil pilləsinin ümumi orta səviyyəsini başa vuran şagirdlərə müvafiq dövlət sənədi, tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat verilir.;

22.5. 18-ci bənddə “buraxılış və sinifdən-sinfə keçirilmə imtahanlarından sözləri “attestasiya, yekun və digər qiymətləndirmələrdən sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli, 162 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 645; 2005-ci il, № 2, maddə 122, № 3, maddə 250; 2007-ci il, № 1, maddə 47; 2008-ci il, № 4, maddə 316) ilə təsdiq edilmiş “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydasında aşağıdakı dəyişikliklər edilsin:

23.1. 34-cü bəndin birinci cümləsində “tədris müəssisəsində sözləri “təhsil müəssisəsində sözləri ilə əvəz edilsin;

23.2. 43-cü bəndin birinci abzasında “aspirantları sözü “doktorantları sözü ilə əvəz edilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 676; 2004-cü il, № 2, maddə 115; 2005-ci il, № 9, maddə 860, № 12, maddə 1234; 2006-cı il, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007-ci il, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008-ci il, № 1, maddə 37, № 10, maddə 928, № 12, maddələr 1110, 1114; 2009-cu il, № 1, maddələr 22, 32, № 2, maddə 156, № 4, maddə 279, № 8, maddə 670, № 9, maddələr 739, 754; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 26 dekabr tarixli, 203 nömrəli qərarı) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlərdə aşağıdakı dəyişikliklər edilsin:

24.1. 12-ci bənddə “məktəbəqədər tərbiyə müəssisələri sözləri “məktəbəqədər təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

24.2. 12-ci bəndin mətnində hər iki halda və 12.3-cü bənddə “tədris müəssisələri sözləri “təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

25. “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 65 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 5, maddə 250; 2005-ci il, № 10, maddə 988; 2006-cı il, № 3, maddə 307; 2007-ci il, № 2, maddə 185; 2009-cu il, № 10, maddə 857) aşağıdakı dəyişikliklər edilsin:

25.1. adında və 1-ci bənddə “Əsasnamə sözü “Nizamnamə sözü ilə əvəz edilsin;

25.2. həmin qərar ilə təsdiq edilmiş “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

25.2.1. adında, 1.1-ci bəndin birinci və ikinci abzaslarında ismin müvafiq hallarında “Əsasnamə sözü ismin müvafiq hallarında “Nizamnamə sözü ilə əvəz edilsin;

25.2.2. 3.3-cü bəndin ikinci abzasında “təhsil pillələrindən sözləri “təhsil pillə və səviyyələrindən sözləri ilə əvəz edilsin.

26. “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələri, hərbi-tədris müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 20 oktyabr tarixli, 135 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 620) adında və 1-ci bəndində “hərbi-tədris sözləri “hərbi təhsil sözləri ilə əvəz edilsin.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 6 dekabr tarixli, 157 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, II kitab, maddə 745) ilə təsdiq edilmiş “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısında aşağıdakı dəyişikliklər edilsin:

27.1. 1.2-ci və 2.2-ci bəndlərdə “və yaslilər sözləri “, körpələr evləri və körpələr evi-uşaq bağçaları sözləri ilə əvəz edilsin;

27.2. 1.3-cü bənddə “orta ümumtəhsil məktəbləri, texniki peşə məktəbləri sözləri “ümumi təhsil məktəbləri, ilk peşə-ixtisas təhsili müəssisələri sözləri ilə əvəz edilsin.

28. “Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 iyun tarixli, 89 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 504) adında, preambulasında və 1-ci bəndində “Aspirantlara sözü “Doktorantlara sözü ilə əvəz edilsin;

28.1. həmin qərar ilə təsdiq edilmiş “Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

28.1.1. adında, 1.1-ci, 1.2-ci, 1.3-cü və 3.5-ci bəndlərdə “aspirantlara sözü “doktorantlara sözü ilə əvəz edilsin;

28.1.2. 2.1-ci, 3.1-ci, 3.3-cü və 3.14-cü bəndlərdə “aspirant sözü “doktorant sözü ilə əvəz edilsin;

28.1.3. 2.2-ci bənddə “pillələrə sözü “ali təhsil pilləsinin səviyyələrinə sözləri ilə, “bakalavr sözü “bakalavriat sözü ilə, “magistr pillələri sözləri “magistratura səviyyələri sözləri ilə əvəz edilsin.

28.1.4. 3.6-cı bənddə “Bakalavr pilləsinin sözləri “Bakalavriat təhsil səviyyəsinin sözləri ilə əvəz edilsin;

28.1.5. 3.7-ci bənddə “Bakalavr pilləsini sözləri “Bakalavriat təhsil səviyyəsini sözləri ilə, “magistratura pilləsi sözləri “magistratura təhsil səviyyəsi sözləri ilə əvəz edilsin;

28.1.6. 3.15-ci bənddə “tədris müəssisələrindəki sözləri “təhsil müəssisələrindəki sözləri ilə əvəz edilsin.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli, 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 869; 2007-ci il, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008-ci il, № 2, maddə 116; 2009-cu il, № 6, maddə 491, № 10, maddə 846; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 1 dekabr tarixli, 186 nömrəli qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının 15-ci bəndində “ali məktəblərin müxtəlif pillələrinə və orta təhsil bazasında orta ixtisas məktəblərinə sözləri “ali təhsil pilləsinin müxtəlif səviyyələrinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə sözləri ilə, “ali bakalavr, magistratura sözləri “ali təhsil pilləsinin bakalavriat, magistratura səviyyələri sözləri ilə, “peşə təhsili sözləri “ilk peşə-ixtisas təhsili sözləri ilə əvəz edilsin.

30. “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının və “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli, 32 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 181, № 11, maddə 994; 2007-ci il, № 3, maddə 301, № 4, maddə 395; 2008-ci il, № 2, maddə 130, № 7, maddə 678) qərarında aşağıdakı dəyişikliklər edilsin:

30.1. həmin qərar ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 2.3.11-ci bəndində və 1 nömrəli əlavənin 8-ci bəndinin “sənədlərin adı sütununda “texniki peşə və “texniki-peşə sözləri “ilk peşə-ixtisas sözləri ilə əvəz edilsin;

30.2. həmin qərar ilə təsdiq edilmiş “Ailənin orta aylıq gəlirinin hesablanması Qaydasının 5.5-ci yarımbəndində “aspirantlara sözü “doktorantlara sözü ilə əvəz edilsin.

31. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orta ixtisas hərbi məktəbinin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 17 aprel tarixli, 106 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 375) 2-ci bəndinin ikinci abzasında “natamam orta təhsili, ümumi orta təhsili sözləri “ümumi orta təhsili, tam orta təhsili sözləri ilə əvəz edilsin və 3-cü bənd çıxarılsın.

32. “Hərbi qulluqçulara (hərbi tədris müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli, 171 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 638, № 10, maddə 902) adında və 1-ci bəndində “hərbi tədris sözləri “hərbi təhsil sözləri ilə əvəz edilsin.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 56; 2008-ci il, № 8, maddə 792, № 10, maddə 926) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında aşağıdakı dəyişikliklər edilsin:

33.1. 21.3-cü bəndin yeddinci abzasında “tədris müəssisələrinin sözləri “təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin;

33.2. 33-cü bəndin səkkizinci abzasında “tədris müəssisələri sözləri “təhsil müəssisələri sözləri ilə əvəz edilsin;

33.3. 34-cü bəndin ikinci abzasında “ümumtəhsil və texniki-peşə məktəblərinin işçiləri sözləri “ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin işçiləri sözləri ilə əvəz edilsin.

34. “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydasının təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli, 23 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 183) aşağıdakı dəyişikliklər edilsin:

34.1. həmin qərarın 2-ci bəndində “elmlər doktoru alimlik dərəcəsi sözləri “elmlər doktoru elmi dərəcəsi sözləri ilə, “elmlər namizədi alimlik dərəcəsi sözləri “fəlsəfə doktoru elmi dərəcəsi sözləri ilə əvəz edilsin;

34.2. həmin qərar ilə təsdiq edilmiş “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydasının 10-cu bəndində “texniki-peşə tədris sözləri “ilk peşə-ixtisas təhsil sözləri ilə, “ümumi orta təhsil məktəblərinin axırıncı sözləri “ümumi təhsil müəssisələrinin sonuncu sözləri ilə əvəz edilsin.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli, 128 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 580) ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydalarına aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

35.1. 1.2-ci bənddə “xarici təhsil ocaqlarında təhsil alacaq gənclər bakalavr pilləsi üzrə 29 yaşınadək, magistratura, rezidentura və doktorantura pillələri üzrə isə 35 yaşınadək olan sözləri “xarici təhsil müəssisələrində təhsil alacaq gənclər bakalavriat təhsil səviyyəsi üzrə 29 yaşınadək, magistratura və doktorantura təhsil səviyyələri, o cümlədən rezidentura üzrə isə 35 yaşınadək olan sözləri ilə əvəz edilsin;

35.2. 2.1.1-ci bənddə, 2.3-cü bəndin “c və “e yarımbəndlərində “ümumi orta sözləri “tam orta sözləri ilə əvəz edilsin;

35.3. 2.1.2-ci bənddə “bakalavr pilləsində sözləri “bakalavriat səviyyəsində sözləri ilə əvəz edilsin;

35.4. 2.1.4-cü bənddə və 2.3-cü bəndin “ç yarımbəndində “bakalavr pilləsinə sözləri “bakalavriat səviyyəsinə sözləri ilə əvəz edilsin;

35.5. 3-cü, 3.1-ci bəndlərdə və 3.3-cü bəndin “g yarımbəndində “elmlər namizədi sözləri “fəlsəfə doktoru (elmlər namizədi) sözləri ilə əvəz edilsin;

35.6. 3.1.2-ci bənddə “malik olanlar; sözləri “malik olanlar, rezidenturanı bitirənlər; sözləri ilə əvəz edilsin;

35.7. 3.1.3-cü bənd çıxarılsın;

35.8. 3.1.4-cü bənddə “təhsil pillələri sözləri “təhsil səviyyələri sözləri ilə əvəz edilsin;

35.9. 3.1.5-ci bənddə “magistratura pilləsinə sözləri “magistratura səviyyəsinə sözləri ilə əvəz edilsin;

35.10. 3.1.8-ci bənddə “elmlər namizədi sözləri “fəlsəfə doktoru (elmlər namizədi) sözləri ilə əvəz edilsin, “elmlər doktoru sözlərindən sonra “(PhD) abreviaturası çıxarılsın;

35.11. 3.3-cü bəndin “ç yarımbəndində “elmlər namizədi sözləri “fəlsəfə doktoru sözləri ilə, “e yarımbəndində “ordinatura, aspirantura sözləri “rezidentura, doktorantura sözləri ilə əvəz edilsin.

36. “2007 — 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 1040) aşağıdakı dəyişikliklər edilsin:

36.1. adında və 1-ci bəndində “ali məktəblərində sözləri “ali təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

36.2. həmin qərar ilə təsdiq edilmiş “2007 — 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:

36.2.1. adında “ali məktəblərində sözləri “ali təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

36.2.2. 1.1-ci bənddə “təhsil ocaqlarında sözləri “təhsil müəssisələrində sözləri ilə əvəz edilsin, “təhsil pillələri sözləri “təhsil səviyyələri sözləri ilə əvəz edilsin, “bakalavr, magistratura, ordinatura, rezidentura, aspirantura sözləri “bakalavriat, magistratura, rezidentura sözləri ilə əvəz edilsin;

36.2.3. 3.2-ci bənddə “bakalavr, magistratura, ordinatura, rezidentura sözləri “bakalavriat, magistratura, rezidentura sözləri ilə əvəz edilsin və “aspirantura və sözləri çıxarılsın;

36.2.4. 3.2-ci və 5.2-ci bəndlərdə “pillələr sözü “təhsil səviyyələri sözləri ilə və “pillə sözü “təhsil səviyyəsi sözləri ilə əvəz edilsin;

36.2.5. 3.3-cü bənddə “ali məktəbə sözləri “ali təhsil müəssisəsinə sözləri ilə, “ali məktəbin sözləri “ali təhsil müəssisəsinin sözləri ilə əvəz edilsin;

36.2.6. 4.1-ci bənddə “ali məktəblərinin sözləri “ali təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin;

36.3. “2007 — 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydalarına 1 nömrəli əlavənin adında “ali məktəblərində sözləri “ali təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

36.4. “2007 — 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydalarına 2 nömrəli əlavədə aşağıdakı dəyişikliklər edilsin:

36.4.1. adında “ali məktəblərində sözləri “ali təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

36.4.2. 1.2-ci bənddə hər iki halda “tədris müəssisəsi sözləri “təhsil müəssisəsi sözləri ilə əvəz edilsin;

36.4.3. 2.2.1-ci, 2.3.4-cü, 2.3.5-ci və 2.3.6-cı bəndlərdə “tədris müəssisəsinin sözləri “təhsil müəssisəsinin sözləri ilə əvəz edilsin;

36.4.4. 2.3.7-ci bənddə hər iki halda və 4.1-ci bənddə “tədris müəssisəsinə sözləri “təhsil müəssisəsinə sözləri ilə əvəz edilsin;

36.4.5. 5.5-ci bənddə “tədris müəssisəsində sözləri “təhsil müəssisəsində sözləri ilə əvəz edilsin;

36.5. “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanılmış Müqaviləyə 1 nömrəli əlavədə aşağıdakı dəyişikliklər edilsin:

36.5.1. 1-ci bənddə “tədris müəssisələrinə sözləri “təhsil müəssisələrinə sözləri ilə əvəz edilsin;

36.5.2. 2-ci, 4-cü və 5-ci bəndlərdə “tədris müəssisəsində sözləri “təhsil müəssisəsində sözləri əvəz edilsin;

36.5.3. 3-cü bənddə “tədris müəssisəsinin sözləri “təhsil müəssisəsinin sözləri ilə əvəz edilsin.

37. “Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli, 211 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 859; 2009-cu il, № 7, maddə 605, № 10, maddə 850; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 yanvar tarixli 1 nömrəli qərarı) 2-ci bəndində hər iki halda “elmlər doktoru alimlik dərəcəsi sözləri “elmlər doktoru elmi dərəcəsi sözləri ilə, hər iki halda “elmlər namizədi alimlik dərəcəsi sözləri “fəlsəfə doktoru elmi dərəcəsi sözləri ilə əvəz edilsin.

38. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli, 173 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

38.1. adında və 1-ci bəndində “tədris müəssisələrinin sözləri “təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin;

38.2. həmin qərar ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydaların adında və mətnində “tədris müəssisələrinin sözləri “təhsil müəssisələrinin sözləri ilə əvəz edilsin.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli, 232s nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 972; 2006-cı il, № 5, maddə 463; 2008-ci il, № 1, maddə 37; 2009-cu il, № 2, maddə 150) ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Tədbirlər Planının 2.12-ci bəndinin “Dövlət Proqramında nəzərdə tutulmuş tədbirin adı sütununda “hazırlıq kurslarının sözləri “əlavə təhsilinin sözləri ilə, “Tədbirin icrası ilə əlaqədar görüləcək işlər sütununda “yenidənhazırlıq və ixtisasartırma kurslarının sözləri “əlavə təhsilinin sözləri ilə əvəz edilsin.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli, 17s nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 64; 2009-cu il, № 2, maddə 150) ilə təsdiq edilmiş “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramının “Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı nda aşağıdakı dəyişikliklər edilsin:

40.1. “2. Mövcud vəziyyət bölməsinin on birinci abzasında “ixtisasdəyişmə və ixtisasartırma sözləri “əlavə təhsili üzrə sözləri ilə əvəz edilsin;

40.2. 4.23-cü bəndin “Tədbirin adı sütununda “yenidən ixtisaslaşma kurslarının sözləri “əlavə təhsilinin sözləri ilə əvəz edilsin;

40.3. 6.4-cü bəndin “Tədbirin adı sütununda “Tədris müəssisələrində sözləri “Təhsil müəssisələrində sözləri ilə əvəz edilsin;

40.4. 6.18-ci bəndin “Tədbirin adı sütununda “Ümumtəhsil məktəblərinin sözləri “Ümumi təhsil müəssisələrində sözləri ilə əvəz edilsin.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 29 mart tarixli, nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının

 

SİYAHISI

 

1. “Azərbaycan Respublikasında tədris müəssisələrinin qeydiyyatdan keçirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 4 fevral tarixli, 69 nömrəli qərarı;

2. “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 29 oktyabr tarixli, 582 nömrəli qərarı;

3. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 fevral tarixli, 58 nömrəli qərarı;

4. “Azərbaycan Respublikası dövlət tədris müəssisələrinin ödənişli əsaslarla təhsil qruplarında tədris ili üçün təhsil haqqının müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 10 avqust tarixli, 176 nömrəli qərarı;

5. “Ümumi icbari təhsil fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli, 79 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 287) 1-ci bəndi.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status