Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Son vaxtlar yağan aramsız yağışlar nəticəsində Azərbaycan Respublikasının qırx rayonunun ərazisində subasma halları baş vermiş, ilkin məlumatlara əsasən 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalmış, 300-dən çox ev uçmuş, 2 minə qədər ev qəzalı vəziyyətə düşmüş, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxmışdır.
Yaranmış vəziyyətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bütün aidiyyəti qurumlarla birlikdə operativ qaydada görülmüş zəruri tədbirlər nəticəsində təbii fəlakətin daha böyük fəsadlarının qarşısı alınmış, zərər çəkmiş insanlar öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş, onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin göstərilməsi təşkil olunmuşdur.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi ilə qərara alıram:
1. Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar aşağıdakı tərkibdə Hökumət Komissiyası yaradılsın:
Komissiyanın sədri
|
|
Artur Rasizadə
|
—Azərbaycan Respublikasının Baş naziri
|
Komissiyanın üzvləri
|
|
Abid Şərifov
|
— Azərbaycan Respublikası Baş nazirinin müavini
|
Əli Həsənov
|
— Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
|
Kəmaləddin Heydərov
|
— Azərbaycan Respublikasının fövqəladə hallar naziri
|
Ramil Usubov
|
— Azərbaycan Respublikasının daxili işlər naziri
|
Samir Şərifov
|
— Azərbaycan Respublikasının maliyyə naziri
|
Şahin Mustafayev
|
— Azərbaycan Respublikasının iqtisadiyyat |
Oqtay Şirəliyev
|
— Azərbaycan Respublikasının səhiyyə naziri
|
Hüseynqulu Bağırov
|
— Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
|
İsmət Abasov
|
— Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
|
Ziya Məmmədov
|
— Azərbaycan Respublikasının nəqliyyat naziri
|
Əli Abbasov
|
— Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
[2]
|
Fizuli Ələkbərov
|
— Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
|
Misir Mərdanov
|
— Azərbaycan Respublikasının təhsil naziri
|
Zeynal Nağdəliyev
|
— Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
|
Kərəm Həsənov
|
— Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri
|
Qərib Məmmədov
|
— Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
|
Abbas Ələsgərov
|
— Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
|
Arif Vəliyev
|
— Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
|
Səlim Müslümov
|
— Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri
|
Əhməd Əhmədzadə
|
— "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
|
Nizaməddin Rzayev
|
— "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
|
Etibar Pirverdiyev
|
— "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
|
2. Hökumət Komissiyasına tapşırılsın:
2.1. yaşayış yerini itirmiş ailələrə ilk növbədə həyati əhəmiyyətli məsələlərin həllində zəruri köməklik göstərsin, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyata keçirsin;
2.2. uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlasın;
2.3. təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcmini qiymətləndirsin, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etsin və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görsün;
2.4. təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidənqurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. həyata keçirilən tədbirlər haqqında əhalinin məlumatlandırılmasını təmin etsin;
2.6. təbii fəlakətlə bağlı görülən işlərin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin;
2.7. gələcəkdə mümkün ola biləcək belə halların qarşısının alınması üçün kompleks tədbirlərə dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2010-cu il
№ 908
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)
2.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
3.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 1-ci hissədə “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.
[2]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.