AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
24.05.2010
QEYDİYYAT NÖMRƏSİ
272
ADI
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 25-05-2010, Nəşr nömrəsi: 112), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2010, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 401)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.000.000
140.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 18-ci maddəsində, 21.1-ci maddəsində ikinci halda, 24.1-ci maddəsində ikinci halda, 24.2.6-cı maddəsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.4-5-ci maddəsində ikinci halda və 143-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

1.1-1. həmin Məcəllənin 28.5-ci və 140.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

1.1-2. həmin Məcəllənin 18-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [3]

1.2. həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir; [4]

1.3. həmin Məcəllənin 28.4-5-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) və 56.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir; [5]

1.4. həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir; [6]

1.5. həmin Məcəllənin 24.2.6-cı maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirir; [7]

1.6. həmin Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir; [8]

1.7. həmin Məcəllənin 55.1.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini 2001-ci il yanvarın 1-dək verilmiş torpaq sahələrinə münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, dövlət ehtiyat fondu torpaqlarında çoxmənzilli binaların tikintisinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.8. həmin Məcəllənin 102.2.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə, qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda mərkəzi və yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları nəzərdə tutulur;

1.9. həmin Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları və ya müvafiq mənzil fondunun idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir; [9]

1.10. həmin Məcəllənin 21.1-ci, 24.1-ci, 24.2.6-cı, 28.3-cü, 28.4-5-ci (ikinci halda) və 143-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir; [10]

1.11. dövlət mənzil fondu yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi, onların xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə yol verilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 may 2010-cu il

    № 272

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 noyabr 2012-ci il tarixli 726 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2012-ci il, № 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1086)

2.       3 may 2013-cü il tarixli 878 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 4 may 2013-cü, № 94; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 499)

3.       16 sentyabr 2015-ci il tarixli 611 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 998)

4.       7 noyabr 2018-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2243)

5.       7 mart 2019-cu il tarixli 577 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 mart 2019-cu il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 417)

6.       2 may 2019-cu il tarixli 668 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2019-cu il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 820)

7.       3 may 2019-cu il tarixli 674 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2019-cu il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 826)

8.       29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 38)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 noyabr 2018-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2243) ilə 1.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.5-ci və 140.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

7 mart 2019-cu il tarixli 577 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 mart 2019-cu il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 417) ilə 1.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “18-ci maddəsində,” sözləri əlavə edilmişdir.

 

[2] 7 noyabr 2018-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2243) ilə yeni məzmunda 1.1-1-ci bənd əlavə edilmişdir.

 

[3] 7 mart 2019-cu il tarixli 577 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 mart 2019-cu il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 417) ilə yeni məzmunda 1.1-2-ci bənd əlavə edilmişdir.

 

[4] 16 sentyabr 2015-ci il tarixli 611 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 998) ilə 1.2-ci bənddə “Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında” sözləri ilə əvəz edilmişdir.

7 noyabr 2018-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2243) ilə 1.2-ci və 1.4-cü bəndlərə “maddəsində” sözündən sonra “birinci halda” sözləri əlavə edilmişdir.

3 may 2019-cu il tarixli 674 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2019-cu il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 826) ilə 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərə ismin müvafiq hallarında “Nazirliyi” sözündən sonra ismin müvafiq hallarında “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilmişdir.

29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 38) ilə 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərindən “və Turizm” sözləri çıxarılmışdır.

 

[5] 2 may 2019-cu il tarixli 668 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2019-cu il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 820) ilə 1.3-cü bəndə “Məcəllənin” sözündən sonra “28.4-5-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) və” sözləri əlavə edilmişdir.

 

[6] 2 may 2019-cu il tarixli 668 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2019-cu il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 820) ilə 1.4-cü bənddə “özəl” sözü “xüsusi” sözü ilə əvəz edilmişdir.

 

[7] 7 noyabr 2018-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2243) ilə 1.5-ci, 1.6-cı və 1.10-cu bəndlərdə “müvafiq icra hakimiyyəti orqanı”nın” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir.

 

[8] 16 sentyabr 2015-ci il tarixli 611 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 998) ilə 1.6-cı bəndə “Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında” sözlərindən sonra “, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmaqla,” sözləri əlavə edilmişdir.

 

[9] 2 may 2019-cu il tarixli 668 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2019-cu il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 820) ilə 1.9-cu bənddə “müvafiq icra hakimiyyəti orqanları”nın” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir.

 

[10] 1 noyabr 2012-ci il tarixli 726 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 noyabr 2012-ci il, № 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1086) ilə 1.10-cu bəndində “28.3-cü” sözlərindən sonra “, 28.4-5-ci” sözləri əlavə edilmişdir.

3 may 2013-cü il tarixli 878 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 4 may 2013-cü, № 94; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 499) ilə 1.10-cu bəndində “28.4-5-ci” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilmişdir və birinci halda “Qoruğu” sözü “və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları” sözləri ilə əvəz edilmişdir.

7 noyabr 2018-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2243) ilə 1.10-cu bənddən “(ikinci halda)” və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.

2 may 2019-cu il tarixli 668 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2019-cu il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 820) ilə 1.10-cu bənddən “24.2.6-cı,” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status