×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
20.04.2010
QEYDİYYAT NÖMRƏSİ
988-IIIQ
ADI
“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-05-2010, Nəşr nömrəsi: 113), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2010, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 377)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında" 2010-cu il yanvarın 12-də Doha şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 aprel 2010-cu il

               № 988-IIIQ

 

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik, xüsusi/xidməti pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında [1]

 

SAZİŞ

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti,

iki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsini təşviq etmək niyyətində olaraq və

etibarlı diplomatik, xüsusi/xidməti pasportlara malik vətəndaşlarının iki ölkə arasında hərəkətini, ölkəyə daxil olma və ölkədən getməsini asanlaşdırmağı arzu edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Aşağıdakı pasportlar bu Sazişin əhatə dairəsinə daxildir:

Azərbaycan Respublikasında: diplomatik və xidməti pasportlar, Qətər Dövlətində: diplomatik, xüsusi/xidməti pasportlara. [2]

 

Maddə 2

 

Hər iki dövlətin 1-ci maddədə istinad edildiyi diplomatik, xüsusi/xidməti pasportlara a malik vətəndaşları, habelə adlan onların pasportlarında qeyd olunmuş azyaşlı ailə üzvləri digər Tərəfin dövlət ərazisinə giriş vizası olmadan daxil ola, onu tərk edə, oradan keçib gedə və orada otuz (30) gün qala bilərlər. Qalma müddəti, onun bitməsindən əvvəl Tərəfin müvafiq orqanlarına uzadılma barədə müraciət edilməklə müəyyən olunmuş eyni müddətə uzadıla bilər.

Maddə 3

 

Tərəflərin dövlətlərinin 1-ci maddədə istinad edilən etibarlı pasportlara malik olan və digər Tərəfin dövlət ərazisindəki diplomatik missiyalara və konsulluqlara təyin olunan vətəndaşları, habelə onların eyni pasportlara malik ailə üzvləri əvvəlcədən viza almadan həmin Tərəfin dövlət ərazisinə daxil ola və orada otuz (30) gün müddətində qala bilərlər. Bu müddət ərzində onlar qəbul edən Tərəfin səlahiyyətli orqanlarından tələb olunan sənədləri və icazəni əldə etməlidirlər. Tərəflər yuxarıda qeyd olunan vətəndaşlarının daxil olması barədə bir-birini diplomatik kanallarla məlumatlandıracaqlar.

 

Maddə 4

 

Tərəflərin dövlətlərinin vətəndaşları digər Tərəfin dövlət ərazisinə beynəlxalq daşıma üçün təyin edilmiş sərhəd-keçid məntəqələrindən daxil ola bilərlər.

 

Maddə 5

 

Tərəflər bu Sazişdə qeyd olunan pasportların nümunələrini (formalarını) (bu Sazişin qüvvəyə minməsindən sonra otuz (30) gün ərzində diplomatik kanallar vasitəsilə mübadilə edəcəklər.

Tərəflər, yeni diplomatik və ya xüsusi pasportlar buraxıldıqda, onların hüquqi qüvvəyə malik olması tarixindən ən azı otuz (30) gün əvvəl həmin pasportların nümunələrini (formalarını) mübadilə edəcəklər.

 

Maddə 6

 

Bu Sazişin müddəaları onun 2-ci maddəsində qeyd olunan şəxsləri digər Tərəfin dövlət ərazisində qüvvədə olan qanun və qaydalarına riayət etmək öhdəliyindən azad etmir.

 

Maddə 7

 

Bu Saziş, Tərəflərin öz dövlətlərinin ərazisində olmasını arzuedilməz hesab etdiyi şəxslərin onların dövlətlərinin ərazisinə daxil olmasından, orada qalmasından və ya tranzit keçməsindən imtina etmək hüququna təsir etmir.

 

Maddə 8

 

Tərəflərdən hər biri ictimai təhlükəsizlik, ictimai qayda və sağlamlıq maraqları naminə bu Sazişin qüvvəsini müvəqqəti olaraq, tam və ya qismən dayandıra bilər. Digər Tərəfə bu Sazişin qüvvəsinin müvəqqəti olaraq dayandırılması və müvafiq olaraq onun yenidən qüvvəyə minməsi barədə diplomatik kanallar vasitəsilə üç gündən gec olmayaraq məlumat verilməlidir.

 

Maddə 9

 

Bu Sazişə hər hansı əlavə və dəyişiklik Tərəflərin qarşılıqlı razılığı əsasında edilə bilər. Bu Sazişin ayrılmaz hissəsi olan əlavə və dəyişikliklər Sazişin 11-ci maddəsinə uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdiriləcəkdir.

 

Maddə 10

 

Bu Sazişin tətbiqi və ya təfsiri zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər onları, istisna olaraq, danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

 

Maddə 11

 

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirməsi barədə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər. Saziş belə bildirişin alındığı tarixdən 6 (altı) ay sonra qüvvədən düşür.

Doha şəhərində 12 yanvar 2010-cu il tarixində Azərbaycan, ərəb və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsiri zamanı fikir aynlığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikasının

Qətər Dövlətinin

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 17 may 2016-cı il tarixli 233-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 03 iyun 2016-cı il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 977)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 may 2016-cı il tarixli 233-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 03 iyun 2016-cı il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 977) ilə Sazişin adında və mətninin digər hissələrində “diplomatik və xüsusi pasportlar” ifadəsi “diplomatik, xüsusi/xidməti pasportlar” ifadəsi ilə əvəz edilmişdir.

 

[2] 17 may 2016-cı il tarixli 233-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 03 iyun 2016-cı il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 977) ilə Sazişin 1-ci maddənin birinci abzasında “diplomatik pasportlar” ifadəsi “diplomatik və xidməti pasportlar” ifadəsi ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status